sözlərinin” qoyulmasında, yaxud sözlərin sonunun “A zər
baycan dili” şəklinə salınmasında” 1 görürdülər.
Azəpbaycan dilində işlənən ərəb və fars mənşəli ter
minlərin bir qisminə nəzər salaq: qətnamə, qanun, möhür,
mühəndis, nəbatat, vəkalətnamə, şimal, cənub, şərq, qərb,
nəzm, təlim, hakimmərəz, elm, sənaye, kimya, rüsum, qafiyə,
hüriyyət, ticarət, məvacib, məxaric, təzkirə, üslub, tədqiqat,
mənzum, mənsur, musiqi və s. Yeri gəlmişkən qeyd edək ki,
qazax dilində də dilçilik terminlərində belə dəyişiklik özünü
göstərir: xaborlı söylem (nəqli cümlə), suranlı söylem (sual
cümləsi), buyrıklı söylem (əmr cümləsi), lepti söylem (nida
cümləsi).
Azərbaycan dilində ərəb və fars mənşəli morfemlər də
mövcuddur. Onlar da işlənmə yerinə görə sözönü və sözsonu
mövqeyə malikdirlər. Məsələn:
a)
isim düzəldən şəkilçilən-ıyyat, -iyyat, -dar, -namə, -
at/-ət, -iyyə, -i/-vi: ədəbiyyat, külliyyat, cəmiyyət, tədqiqat,
əməkdar, nəzəriyyə, əhvalat, əməliyyat.
b) Sifət düzəldən şəkilçilər: -i, -pərəst, -pərvər, -şünas,
-xah, -pəsənd, -bi, -na, -ba: baməzə, inqilabi, avropapərəst,
vətənpərvər, bədxah, namünasib və s.
c) zərf düzəldən şəkilçilər: -anə, -yanə, -ən: şairanə,
dahiyanə, qəsdən, qəflətən və s.
1920-ci illərdə purizm terminləri fəallaşır. 30-cu illərdə
isə milli terminlər əsas yer tutur. 30-cu illərin sonlarında rus-
Avropa sözlərinə meyil güclənir. 40-cı illərin sonlarında isə
yenidən ərəb-fars sözləri bərpa olunur. A.Jakinovun fikrincə,
“Postsovet məkanında yaşayan türklərin əksəriyyəti islam
1 Qasımov M.Ş.Azərbaycan dili terminologiyasının əsasları. Bakı: Elm,
1973, s.70
Təranə ŞÜKÜROVA. Qıpçaq qrupu türk dillərində alınma terminlər
Qıpçaq qrupu türk dillərinin leksikası, səhifə 332
dininə sitayiş etdiyi üçün o xalqların dillərində mövcud olan
terminlərin əksəriyyəti ərəb və fars mənşəlidir və bir-birlərin
dən fonetik dəyişmələrlə fərqlənir” 1.
Məsələyə belə yanaşma, bizcə, etiraz doğurmamalıdır.
D oğrudan da, istər oğuz, istərsə də qıpçaq və karluq qrupuna
daxil olub müsəlmanlığı qəbul edən türk dillərində elə dini
term inlər vardır ki, onlar həm semantikasına, həm də orfoqra-
fiy a və orfoepiyasına görə eynidirlər. Məs:Azərb. -xuda, qır
ğ ız -xuda, türk-xuda, türkm. -xuda, qazax -xuda, qırğız -
xuda.
Təbii ki, bu terminlərin sayını istənilən qədər artırmaq
olar. Namaz, oruc, ramazan kimi dini terminlər islam dinini
q əb u l etmiş bütün türk xalqlarının dilində heç bir fonetik də
yişm əyə məruz qalmadan işlənir.
Qeyd etmək lazımdır ki, ərəb və fars mənşəli terminlər
təkcə dini deyil, ictimai-siyasi sahədə də həm Azərbaycan,
həm də qırğız dillərində mövcuddur.
Belə terminlərin Azərbaycan və qırğız dillərində
mövqeyi bir qədər fərqlidir. Məsələn: xüsusi vəzifə adını bil
dirən «nazir» sözü Azərbaycan dilində çox işləkdir. Baş na
zir, Təhsil Naziri, Səhiyyə Naziri və s. Hətta bu söz -lik şəkil
çisinin qəbulu vasitəsilə söz yaradıcılığı prosesində aktiv iş
tirak edərək xüsusi müəssisə adlarım da ifadə edir. Məsələn:
Vergilər Nazirliyi, Mədəniyyət Nazirliyi, Təhsil Nazirliyi,
Daxili İşlər Nazirliyi. Qırğız dilinə gəlincə, bu dildə həmin
vəzifəni adlandırmaq üçün «vazir» sözündən istifadə edilir:
Baş vazir, Vazirlar Maxkamasi. Maraqlı cəhət budur ki, bu
söz Azərbaycan dili üçün də yad deyildir. Müasir Azərbaycan
AMEA Nəsimi adma Dilçilik İnstitutunun türk dilləri şöbəsi
Türk dillərinin tarixi-müqayisəli leksikologiyası məsələləri, l i l cild, Bakı, 2012
'Жакинов А.Термины верблюдовства в казахском языке. АКД., Алма-Ата. 1983.с. 77.
Qıpçaq qrupu türk dillərinin leksikası, səhifə 333
dilinin əsas lüğət fondunda bu sözə rast gəlməsək də, vəzir
sözü şifahi xalq ədəbiyyatı nümunələrində, o cümlədən nağıl
larımızda «şahın köməkçisi» mənasında rast gəlinir: qara
vəzir, baş vəzir, vəzir.
Azərbaycan və qırğız dillərində hüquq terminləri ara
sında da bir sıra fərqli cəhətlər vardır. Məs: qırğız dilində
məhkəmə termini kabinet sözünün yerində işlənir. Nazirlər
Kabineti - Vazirlər Maxkamesi. Azərbaycan dilində isə bu
termin sırf hüquqi məna kəsb edir, «ayrı-ayrı mübahisələri
ayırd edən orqan» mənasını daşıyır: Konstitusiya Məhkəməsi,
Xalq Məhkəməsi, Ali Məhkəmə.
Ərəb və fars mənşəli terminlər həm Azərbaycan, həm
də qırğız dillərində ədəbiyyatşünaslıq terminləri kimi daha
çox aktivdir: Əruz, təşbeh, qəzəl, qəsidə, müxəmməs, beyt və
s. terminlər cüzi fonetik fərqlərlə həm Azərbaycan, həm də
qırğız dillərində mövcuddur. Qəzəl, qəsidə sözlərini qırğızlar
fars variantında ğəzəl, gəsidə kimi işlədir. Qırğız dilindəki
geyim adları daha çox millidir. Lakin Azərbaycan dili ilə
müqayisədə oxşarlıq müşahidə edilir. Məsələn, qadınların baş
geyimi kimi tanıdığımız araxçın sözü hər iki dildə işlənir.
Fərq burasındadır ki, bu söz qırqızlərdə bu gün də müasirdir,
Azərbaycan dilində isə arxaikləşməyə doğru gedir.
Azərbaycanda 1920-ci il aprel çevrilişindən sonra
ictimai-siyasi formasiyanın dəyişməsi ilə əlaqədar bir sıra ter
minlər dilimizdə aktivləşərək xüsusi isimlərə çevrildi. Çevri
lişdən sonra dilimizdə inqilab, hökumət kimi əcnəbi terminlər
xeyli aktivləşdi və az bir zaman içərisində ümumişlək oldu.
Eyni vəziyyəti şura və sovet sözlərinə də aid etmək olar.
Azərbaycanda şura və sovet sözləri termin səciyyəsini itirə
rək xüsusi isim kimi daha çox işlənir. Vaxtilə Azərbaycan
Təranə ŞÜKÜROVA. Qıpçaq qrupu türk dillərində alınma terminlər
Qıpçaq qrupu türk dillərinin leksikası, səhifə 334
dilində, xüsusilə danışıq dilində işlənən raykom, ispalkom,
kolxoz sözləri ümumişləklik qazanmışdı. Hal-hazırda bu tipli
sözlərdə arxaikləşərək tarixin arxivinə atılmışdır.
Azərbaycan və qırğız dillərində ərəb və fars terminləri
hələ də mövqeyini saxlamaqdadır. Elmi-texniki tərəqqi, qlo
ballaşma, qərbə inteqrasiya daha çox rus və Avropa terminlə
rinin dilə daxil olmasına şərait yaradır.
II.
Rus və Avropa mənşəli terminlər. Bu terminlərin
Azərbaycan və qırğız dillərinə keçmə tarixi XIX əsrin birinci
yarısına təsadüf edir. Q.Zakir, M.F.Axundov H.Zərdabi və
başqaları öz əsərlərində rus və Avropa mənşəli sözlərdən ge
niş istifadə etmişlər.
A.Tajmuratova rus dilindən terminalmanın dörd prinsi
pini göstərərək yazır:
“ 1. Terminlər yalnız ehtiyacla əlaqədar, yəni Azərbay
can dilinin daxili imkanları əsasında nəzərdə tutulan anlayış
ları dəqiq ifadə edən, yaxşı yaddaqalan konkret terminlər ya
ratmaq mümkün olmadıqda alınmalıdır.
2. M ühüm anlayışları ifadə edən və beynəlxalq miqyas
da işlədilən terminlər Azərbaycan dilində də bir qayda olaraq
tərcüməsiz işlədilməlidir. Belə bir prinsip bizi mürtəce puriz-
mə aparıb çıxarar ki, bu da dilimizin inkişafını ancaq ləngidə
bilər.
3. Rus dilindən terminlər götürülərkən onların derivat-
ları (törəmələri) da nəzərə alınmalıdır. Məlumdur ki, termin
lərdən hər birinin müxtəlif derivatlan vardır. Ona görə də ya
əsas terminlə birlikdə derivatlar da götürülməli, ya da həm
əsas termin üçün Azərbaycan dilində müvafiq qarşılıq müəy
yənləşdirilməlidir. Çünki birini götürüb, digərini götürməmək,
məntiqsizlik olar. Məsələn, əgər biz reforma termininin qar-
AMEA Nəsimi adma Dilçilik İnstitutunun türk dilləri şöbəsi
Türk dillərinin tarixi-müqayisəli leksikologiyası məsələləri, III cild, Bakı, 2012
Qıpçaq qrupu türk dillərinin leksikası, səhifə 335
Dostları ilə paylaş: |