şıhğı olaraq Azərbaycan dilində islahat sözünü işlədiriksə,
onda reformator, reformizm, reformist terminləri üçün də
müvafiq qarşılıq müəyyənləşdirib işlətməliyik.
4.
Məlum olduğu kimi, terminoloji sistemlərdən hər b i
rinin tərkibində müəyyən mikrosistemlər (tematik prinsip ü z
rə birləşən termin-adların məcmusu) mövcuddur. Odur ki, rus
dilindən terminlər götürülərkən ayrı-ayrı mikrosistemlər nə
zərə alınmalıdır»1.
Rus mənşəli alınmalara misal olaraq aşığadıkları nüm u
nə göstərmək olar: jurnal, nömrə, filosof, konfrans, general,
kapitan, zavod, kolxoz, sovxoz, telefon, televizor, maşın, g im
naziya, kampaniya, kino, teatr, bilet, komandir, matros, y a r
marka, bolşevik və s. Qumuq dilində rus dilindən alman ter
minlər öz fəal işlənmə arealı ilə diqqəti cəlb edir: aviasiya,
admiral, amnistiya, anarxiya və s. Leksik alınmalarla yanaşı,
morfoloji alınmalar da türk dillərində aktiv mövqedə işlən
mişdir:
a) İsim düzəldən şəkilçilər: izm, -ist, -ik - liberalist, kom-
munzm, akademik, jurnalist.
b) sifət düzəldən şəkilçi lər-awd, -a, ist, -iv, -l, -loji, -ji, -tik.
Antiimperialist, obyektiv, formal, pedaqoji, sistematik və s.
Tarix boyunca ərəb, fars və rus dillərindən keçən söz
lərin bir qismi vətəndaşlıq hüququ qazandığından dilimizdə
sabitləşmişdir. Müasir dövrdə Avropa və türk mənşəli ter
minlərin Azərbaycan və noqay dillərinə axını güclənmişdir.
III.
Avropa mənşəli alınmalar: biznes, blank, seans, sti
mul, biznesmen,market, departament, sponsor, insident və s.
Avropa mənşəli alınmalar alman, fransız, ingilis və s. mənşəli
1 Тажмуратова А. Термины технических культур в казакском языке.
АКД, Ташкент. 1966., с.110.__________________
Təranə ŞÜKÜROVA. Qıpçaq qrupu türk dillərində alınma terminlər
Qıpçaq qrupu türk dillərinin leksikası, səhifə 336
olur. Alman dilinə məxsus olanlar: kassir, orden, stul, qalstuk
və s.
İngilis dilinə aid: Azərb. seyf, tank, kombayn, traktor,
futbol, voleybol, reyd və s. noqay. finiş, futbol, basketbol,
boks, departament və s.
Fransız sözləri: Azərb. salon, restoran, salat, kompot,
plombir, palto, manto; noqay. leytenant, general, desant,
artilleriya və s.
Türkiyə türkcəsindən alınmalar: sorumlu-məsul, yazar-
yazıçı, olay-hadisə,uçaq-təyyarə, müsafir-qonaq.
Azərbaycan və noqay dillərində rus mənşəli terminlər
dən başqa, intemasionalizmlər də mövcuddur. Bu tipli ter
m inlər bir neçə dildə eyni məna daşıdığı üçün onlarda qarşı
lıq axtarmaq lazım deil. Çünki onlar beynəlxalq standartlara
uyğun qəbul olunmuş terminlərdir. Məsələn, menecer, me
necment, prezident, spiker, birja, konstiutsiya kimi və s. ter
m inlərə qarşılıq axtarmaq lazım deyil.
M.Qasımov alınma terminlərin Azərbaycan dilindəki
mövqeyini bir sıra cəhətlərdən xarakterizə edir.
1. Alınma termin dilin lüğət tərkibinə möhkəm şəkildə
daxil olmaqla onun həm yazılı, həm də şifahi qolunda bu və
ya digər məfhumu ifadə edir. Belə terminlər daxil olduqları
dilin sözləri ilə eyni hüquqa malikdir.
2.
Alınma terminlərdən bəziləri yalnız canlı danışıq di
lində işlənir, ədəbi dilə keçmir.
3. Alınma termin müəyyən dövrdən sonra dildən çıxa
bilir. Bu proses m üxtəlif yollarla gedir: a) dilin öz sözləri əsa
sında yaranan termin alınma termini sıxışdırıb aradan çıxarır,
b) alınma terminlər bir-birini sıxışdırır. Məsələn, vaxtı ilə di
lim izdə işlənmiş //гд а darülfiunun, sövtiyyat terminləri sonra-
AMEA Nəsimi adm a Dilçilik İnstitutunun türk dilləri şöbəsi
Türk dillərinin tarixi-müqayisəli leksikologiyast məsələləri, III cild, Bakı, 2012
Qıpçaq qrupu türk dillərinin leksikası, səhifə 337
Təranə ŞÜKÜROVA. Qıpçaq qrupu türk dillərində alınma terminlər
lar partiya, universitet, fonetika terminləri ilə əvəz olunmuş
dur1.
Belə qənaətə gəlirik ki, müstəqillik illərində Avropa
mənşəli terminlər rus mənşəli terminlərdən üstündür. Çünki
sovet dövründə Avropa mənşəli terminlər yalnız rus dili vasi
təsilə alınırdı. Müstəqillik illərində bu mənzərə artıq dəyişir,
bilavasitə Avropa ölkələri ilə iqtisadi əlaqələrin möhkəmlən
məsi yeni terminlərin alınmasına səbəb olur:bankrot, diskont,
investor, korporasiya, audit, alyans,bank, depozit, manko,
treyder, poritet, auksion*
2. Bu dövrdə dilimizdə Avropa m ən
şəli terminlər də daxil olmuşdur: auditor, klip, klip-meker,
prodüsser, tok-şou, şou, şou-biznes, impreashop, broker,
makler, market, merketinq, magistr, magistratura, bakalavr,
space, menecer, diler, kommersant, nyüsrayter, dizayn, dis-
put, daycest, miltimedia, mediamorfoz, şoumen.
Qıpçaq qrupu türk dillərində də alınmaların bu cür axını
diqqəti cəlb edir. Məsələn, noqay dilində advokatura, suver-
nitet, demokratiya, prezident, referendum, ratifikasiya, şou,
tok-şou, şou-biznes, market, marketinq, maqistr, maqistratu-
ra, bakalavr, menecer, şoumen kimi Avropa mənşəli alınm a
terminlər daxil olmuşdur
Alınma terminlərdən danışarkən beynəlmiləl term inlə
rin də əhəmiyyətini qeyd etmək lazımdır. Terminologiyanın
zənginləşdirilməsində qəbul edilmiş beynəlmiləl term inlər
dən düzgün istifadə etmək vacibdir. Həqiqətən də, ehtiyac
duyduğunuz beynəlmiləl söz və terminlərin dilimizə keçmə
sinin qarşısını süni surətdə almaq düzgün deyildir.
’Qasımov M.Ş.Azərbaycan dili terminologiyasının əsaslan. Bakı: Elm,
1973, s. 153
2 İqtisadi nəzəriyyə Bakı., Bakı Universiteti nəşriyyatı, 2002
Qıpçaq qrupu türk dillərinin leksikast, səhifə 338
Dilçilər arasında beynəlmiləl terminlərin müəyyənləş
dirilməsi üçün m üxtəlif fikirlər mövcuddur. A.Frinta «inter
nasional» terminim dünyanın bütün «mədəni dillərində» işlə
nən söz kimi şərh edir1. O.B.Şaxray isə bundan fərqli olaraq
yazır ki, bu və ya digər söz «bir sıra» dillərdə işlənirsə, onu
«internasionalizmlər» sırasına daxil etmək olar2. Biz A.Frin-
tanın fikri ilə deyil, O.B.Şaxrayın fikri ilə razılaşırıq. Çünki
«mədəni dil» məfhumu bir qədər qeyri-məqbul səslənir.
Termini o zaman beynəlmiləl hesab etmək olar ki, onu
dünyanın bir sıra dillərində sərbəst şəkildə işlətmək mümkün
olsun. M.Qasımov intemasionalizmi tamamilə başqa aspekt
də izah edir. O, internasionalizmə belə bir tərif verir: «İnter
nasional terminlər dedikdə tam, yaxud qismən ümumi seman-
tikaya malik, orfoqrafik, fonoloji cəhətdən nəzərəçarpacaq
dərəcədə yaxın olan beynəlxalq əhəmiyyətli anlayışları ifadə
edən, dünyanın əksər dillərində (o cümlədən qohum olmayan
dillərdə) işlənən sözlər nəzərdə tutulur3. S.Xəlilovaya görə,
«İntemasionalizm o zaman həqiqətən, internasionalizm olur
ki, söz və terminin səs tərkibi ilə yanaşı, onun mənası da ol
duğu kimi başqa dillərdə yayılmış olsun»4.
Müasir Azərbaycan dilində işlədilən blokada, bomba,
marş, qarnizon, serjant, patron, marşal və s. kimi fransız
mənşəli hərbi terminlər beynəlmiləl səciyyə daşımaqla yana
şı, həm də dilimizin fəal leksik vahidlərindəndir. Azərbaycan
və noqay dillərində iqtisadi termin kimi işlənən - biznesmen,
valyuta, broker, kommersiya, kommersant, ictimai-siyasi ter-
AMEA Nəsimi adma Dilçilik İnstitutunun türk dilləri şöbəsi
Türk dillərinin tarixi-müqayisəli leksikologiyası məsələləri
,
III cild, Bakı, 2012_
'Q a sım o v M .Ş .A zərb ay can dili term inologiyasının ə sasları.B ak r.E lm ,1 9 7 3 ,s.l4 7
2
Y en ə orada, s. 147
1 Y en ə orada, s. 149
4 X əlilo v a S.N . İn tern asio n al term inlər. Bakı: M aarif, 1991, s.65
____
Qıpçaq qrupu türk dillərinin leksikast, səhifə 339
Dostları ilə paylaş: |