Тэгапэ Ş ÜKÜROVA. Qıpçaq qrupu türk dillərində alınma term inlər
olaraq yaranır.
Qərbi Avropa dillərindən alınma sözlər dilçi alim lərim i
zin diqqət mərkəzində olmuş, tədqiqat obyekti kimi öyrənil
mişdir. Bundan başqa, alınmaların öyrənilməsi Avropa dillə
rinin türk dillərinə, o cümlədən Azərbaycan və qazax dilləri
nə müsbət təsiri kimi ümumi məsələləri aşkar etməyə im kan
verir. Azərbaycan dilçiliyində Avropa mənşəli alınmalara
dair A.Qarayevin “Müasir Azərbaycan dilində Avropa m ən
şəli leksik alınmalar” 1 əsəri də maraq doğurur. Əsərdə alın
maların tarixi, geneoloji təsnifındən başqa, onların sinonim lik
münasibəti və omonimlik səciyyəsi haqqında da elmi m əlu
matlar verilmişdir. “Azərbaycan dilinin texniki term inologi
yasında Qərbi Avropa mənşəli alınmalar”1
2 əsərində isə R.
Cəfərov texnika sahəsində alınma sözlər haqqında elmi axta
rışlarının nəticələrini ortaya qoymuşdur.
Bundan başqa alınma sözlər haqqında olan nəzəri m üd-
dəlar B.Abbasovamn “Sözalma hadisəsinin əsasları”3 əsərin
də davam etdirilir. Burada təhlil olunan sözalma hadisəsi,
onun yolları, üsulları, dildaxili və dilxarici əlamətləri praktik
cəhətdən böyük əhəmiyyət kəsb edir.
Termin mənimsəmə prosesi sözalma prosesinin bir h is
səsidir. Qeyd etməliyik ki, bütün terminlər sözdür, lakin b ü
tün sözlər termin deyildir. Etimon dildən söz alan dilə term in
keçərsə, onun üslublar sistemində yalnız elmi üslubda m ə
nimsənilməsi kifayətdir. Qıpçaq qrupu türk dillərindəki alm-
1 Qarayev A. Müasir Azərbaycan dilində Qərbi Avropa mənşəli leksik
alınmalar. Bakı: ADU nəşri, 1988
2 Cəfərov R.C. Azərbaycan dilinin texniki terminlogiyasında Qərbi
Avropa mənşəli alınmalar. Fil. elm. nam. ...dis. Bakı: 1990
3 Abbasova B. Sözalma hadisəsinin əsasları, Bakı: Azərnəşr, 1995______
Qıpçaq qrupu türk dillərinin leksikası, səhifə 330
ma terminləri mənşəyinə görə üç qrupa bölmək olar.
1. Ərəb və fars mənşəli terminlər
2 . Rus mənşəli terminlər
3. Avropa mənşəli terminlər:
1.
Ərəb və fars mənşəli terminlər. Tarix boyu Azərbay
can və qazax xalqları ərəb, fars və rus xalqları ilə sıx əlaqədə
olduğundan onlardan müəyyən terminlərin qəbul edilməsi tə
bii haldır. Azərbaycan və qazax dillərinin lüğət tərkibindəki
alınma sözərin mühüm bir qismini ərəb və fars sözləri təşkil
edir. Həmin dillərə ərəb və fars dillərinin təsiri VII əsrdən
başlamışdır.
Bu proses XIX əsrin I yarısına qədər davam etmişdir.
Misal olaraq hərbi sahəyə müraciət edək:
əsgər, zabit, əsir,
mühasirə, hərb, hərbi and, sərhəd, kəşfiyyat və s. Terminlər
ərəb mənşəlidir. Ədəbiyyatşünaslıq terminləri olan -
qəsidə,
qəzəl, qitə, müxəmməs, beyt, minacat və s. ərəb və fars mən
şəlidir. Ərəb və fars mənşəli dilçilik terminləri də bu gün öz
fəallığını saxlamaqdadır:
məsdər, fel.
Hələ XX əsrin əvvəllərində Azərbaycan dilindəki ərəb
və fars mənşəli terminlərə ikili münasibət olmuşdur. Bəziləri
qəliz, dilimizin qrammatik qayda-qanunlarma cavab verə bil
məyən, lakin artıq mənimsənilmiş ərəb, fars mənşəli söz və
terminləri dildən çıxarmağı təklif etmişlər. Beləliklə, termin
yaradıcılığında zərərli, ziddiyyətli, dilin lüğət tərkibinin zən
ginləşməsi, təkmilləşməsinə mənfi təsir göstərən purizm cə
rəyanı meydana gəlmişdir.
Puristlər ərəb-fars terminlərinə birtərəfli münasibət gös
tərmişlər. Onlar Azərbaycan terminologiyasının nöqsanla
rının aradan qaldırılmasının əsas yolunu bütün ərəb və fars
sözlərinin çıxarılıb, yerinə necə olursa-olsun “Azərbaycan
AMEA Nəsimi adına Dilçilik İnstitutunun türk dilləri şöbəsi
Türk dillərinin tarixi-müqayisəli leksikalogiyası məsələləri, III cild, Bakı, 2012
Qıpçaq qrupu türk dillərinin leksikası, səhifə 331