Azərbaycan miLLİ elmlər akademiyasi a. A. Bakixanov adina tariX İnstitutu



Yüklə 8,78 Mb.
Pdf görüntüsü
səhifə32/340
tarix08.10.2017
ölçüsü8,78 Mb.
#3791
1   ...   28   29   30   31   32   33   34   35   ...   340

89 

 

Hüsaməddinin  də  bəyənilməz  hərəkətlərindən  qəzəblənən  şah 



doqquz yüz on birinci ildə (miladi 1505/06) onu cəzalandırmaqdan 

ötrü  qoşun  göndərdi.  Hümayun  ordunun  özü  də  Taromdan  Rəştə 

gəldi.  Həmin  əmir ona əl açıb tərcüman rəsmi** üzrə layiqli töhfə 

və  hədiyyələr  göndərdi,  Əmir  Nəcməddin  Məsud  Rəştinin  köməyi 

sayəsində onun taxsırını əfv edib geri qayıtdı. Elə o il hökm olundu 

ki, Sultan Heydərlə cəngə getmiş hər hansı bir müxalif adamı qətlə 

yetirsinlər. O  vaxt qorçibaşı*** olan  Abdal bəy Dədə bu işi yerinə 

yerilməyə göndərildi və buna görə də türkman və başqa tayfalardan 

çoxlu adam cəzalandırıldı. 

 

MİR ƏLAÜDDÖVLƏ ZÜLQƏDƏRİN DƏFİ ÜÇÜN 

YOLLANAN HÜMAYUN YÜRÜŞ, DİYARBƏKR 

HADİSƏLƏRİ VƏ ALLAHIN KÖMƏYİ İLƏ O  

DİYARIN FƏTH OLUNMASININ ZİKRİ 

 

Ertəsi  il  hümayun  [şah]  eşitdi  ki,  Sultan  Murad  Mərəş  və 



Əlbostan  hakimi  olan  Əlaüddövlə  Zülqədərin  yanına  getmiş, 

Əlaüddövlə  onu  öz  damadı  etmiş,  o  isə  zülqədər  və  Mosul 

türkmanlarından, habelə o ətrafdakı başqa adamlardan ibarət ləşkər 

hazırlayaraq,  Diyarbəkr  vilayəti  və  ətrafdakı  qalaların  zəbti  ilə 

məşğul olmuş, həmin vilayətdə istibdad və istiqlaldan dəm vurmağa 

başlamışdı.  Süleyman  şanlı  xaqanın  məğrur  qeyrəti  belə  tələb  etdi 

ki,  həmin  səmtə  bayraq  qaldırsın  və  öz  hümayun  ürəyini  həmin 

mülkün  o  fitnəkar  adamları  sarıdan  arxayınlaşdırsın.  Məmləkət 

ləşkərlərinin çağırılması üçün iti sürətli qorçilər*  göndərildi. Onlar 

doqquz  yüz  on  üçüncü  ildə  (miladi  1507)  fəth  ayəli  bayraqlarını 

Azərbaycana  tərəf  qaldırdılar.  Elə  ki,  ordu  öz  kölgəsini  o  diyarın 

üstünə  saldı,  Əlaüddövlə  qızılbaşların  yaxınlaşmalarından  xəbər 

tutdu,  özünün  döyüşkən  ləşkəri  ilə  Əlbostana  tərəf  gedərək  Kuhi-

Dumabad (?) adı ilə tanınan uca bir qalaya sığındı, cəngə hazırlaşıb 

gözləməyə  başladı.  "Həbibüs-siyər"  və  "Fətuhate-Yəməni" 

kitablarının  məlumatlarına  görə,  Süleyman  şanlı  xaqanın  hümayun 

fallı ordusu Əlbostana tərəf hərəkətə gəldi. Tərəflər qarşılaşanda hər 

iki tərəf səf bəzəməyə başladı. Hərb atəşi elə şölələndi ki, qılınc və 

oxların  parıltısından  göydə  ülkər  ulduzunun  (pərvin)  quyruğu  od 

tutub  yanır,  Əlbostan  torpağı  öldürülən  adamların  qanından 

Bədəxşan  ləli  kimi  qızarırdı.  O  qorxulu  mərəkədə  zülqədər  tayfası 

öz səbat ayağını yerə möhkəm basaraq, hərbin birinci günü sübhdən 




90 

 

axşamadək vuruşdu. Hər iki tərəf arasına zülmət pərdəsi çökən vaxt 



döyüşçülərin hər iki hissəsi öz aramgahlarına qayıdıb, sübhədək ön 

(təlaye)  və  arxa  qoşun  dəstələrinin  hazırlığı  ilə  məşğul  oldular. 

Üçüncü  gün  Süleyman  şanlı  xaqan  özünün  bənzərsiz  bədəninə 

zirehli  libas  geyinib,  qızılbaş  ləşkərinin  dilavərlərinə  düşmənlə 

döyüşməkdən  ötrü  ürək-dirək  verərək,  meydana  qədəm  atdı  və 

döyüşə  başladı.  Qarşı  tərəfdən  də  çaş-baş  qalmış  zülqədərlilər  şah 

ordusunun  müqabilinə  çıxarıldı.  Oluqca  qızğın  hərb  başlandı. 

Vəziyyətlərində  acizlik  və  süqut  halını  müşahidə  edən  zülqədər 

düşmənləri fərar etmək qərarına gəldilər, fəth və qələbə nəsimləri isə 

qızılbaşların  fələyə  ucalan  bayraqlarını  dalğalandırdı,  onlar  o 

tayfanın  kələyini  kəsdilər.  Zülqədərlərin  əlinə  keçən  Diyarbəkr 

qalası qəhr və qələbə ilə alındı və o vilayət həmin il Xanməhəmməd 

Ustaclıya verildi. 

O vaxtlarda Gülabi bəy Mosullu Türkmanın oğlu Əmir bəy 

Mosul  Diyarbəkrindən  aləmpənah  dərgaha  gəlib  iltifata  yetişdi. 

Süleyman şanlı xaqan o vilayətin işlərini tənzimləyərək geri qayıtdı. 

Amma  "Əhsənüt-təvarix"in  müəllifi  Həsən  bəy  Süleyman  şanlı 

xaqanla  onların  arasında  hərbin  olmadığını  yazmışsa  da,  o  zaman 

sağ olan  "Həbibüs-siyər"in  müəllifi buna etiraz etmişdir. Buna görə 

də bu həqir zərrə (yəni İsgəndər bəy - Ş.F.) hər iki fikri [öz əsərində] 

bəyana gətirdi: Allah bilən məsləhətdir

102


Xülasə, 


bu 

hadisənin 

baş 

verməsindən 



sonra 

Xanməhəmməd Diyardəkrə gəldi. Həmid şəhərində olan Çülabi bəy 

Mosullunun  oğlu  Qayıtmaz  bəy  [ona  qarşı]  müxalifətə  başlayaraq 

qalanı bağladı və onun şəhərə girməsinə mane oldu, Xanməhəmməd 

isə  məcbur  olaraq  səhrada  dayandı.  O  yerlərin  kürdləri  qızılbaş 

ordusuna qarşı çox əluzunluq etdilər, buna görə də Xanməhəmməd 

onların  üzərinə  yollandı  və  aralarında  güclü  hərb  baş  verdi. 

Kürdlərdən yeddi min nəfər qətl olundu və Xanməhəmməd kürdlərlə 

döyüşdən  qalib  çıxaraq  geri  qayıtdı.  Qayıtmaz  bəyin  də  ona 

müqavimət  etmək  tabı  yox  idi,  [buna  görə  də,]  o,  Əlaüddövlə 

Zülqədərin yanına bir adam yollayaraq, ondan kömək xahiş etdi, söz 

verdi ki, şəhəri alıb ona verəcək. [Bir az əvvəl] böyük məğlubiyyətə 

uğrayan  Əlaüddövlə  Həmid  şəhərinə  sahiblənmək  həvəsi  ilə 

                                                           

102

 İfadənin ərəbcəsi: "Əl-ilmu ində-l-lahi" (Hərfi tərcüməsi: "Elm Allaha məxsusdur" 



- Ş.F.) 

 



91 

 

Qayıtmaz bəyin xahişini qəbul etdi, elə həmin qış yenidən döyüşkən 



bir ləşkər toplayıb onları "Sarı Qaplan" kimi tanınan oğlu Qasım bəy 

və  Ərdəvanə  bəylə  Xanməhəmmədin  üstünə  Diyarbəkrə  yolladı. 

Qoşununun  azlığına  baxmayaraq  Xanməhəmməd  Ustaclı  zavalsız 

şah  iqbalına  güvənib,  ustaclı  tayfasıyla  birlikdə  o  ulduz  saylı 

döyüşçülərin önündə qətl səfi bəzədi, yenilməz dövlətin iqbal gücü 

sayəsində  döyüşdən  qalib  çıxdı.  Öz  şücaəti  və  dilavərliyinə  görə 

Əlaüddövlənin  başqa  övladlarından  seçilən  Sarı  Qaplan  və  qardaşı 

Ərdəvanə  bəy  çoxlu  adamla  ələ  keçirilib  qətlə  yetirildilər, 

Xanməhəmməd  isə  zəfər  qazanaraq,  əzəmətlə  Qayıtmaz  bəy 

Türkmanın  üstünə  yollandı.  O,  şəhərin  darvazalarını  bağlayaraq, 

qaladarlıq  məqamında  dayandısa  da,  bir  iş  görə  bilmədi.  Həmid 

şəhərinin  əhalisi  ondan  dönüb,  şəhərə  girmələrindən  ötrü  qazilərə 

yol  verdi,  Qayıtmaz  bəy  tutulub  qətl  edildi.  Diyarbəkr  hakimliyini 

ələ  gətirən  Xanməhəmmədin  şöhrət  və  həşəmət  xəbəri  o  ətrafa 

yayıldı. 

Oğlanlarının  başına  gələn  hadisədən  rahətliyini  itirən 

Əlaüddövlə  özünün  pərakəndə  hala  düşmüş  ləşkərlərini  bir  daha 

toplayaraq,  onları  oğlanları  Kor  Şahruxun  və  Əhməd  bəyin 

sərdarlıqları  altında  qardaşlarının  qanını  almaqdan  ötrü 

Xanməhəmmədin  üzərinə  göndərdi.  Xanməhəmməd  də  mərd-

mərdanə  müdafiə  olunmaq  məqsədi  ilə  şəhərdən  çıxdı,  zülqədər 

ləşkəri  ilə  döyüşə  başladı.  Onun  min  nəfər  adamı  vardı.  Deyilənə 

görə  səflərin  düzülüşündən  sonra  tazi  və  tula  itlər  Zülqədər 

qoşunundan  çıxaraq  ustaclı  itləri  ilə  davaya  başladılar. 

Xanməhəmməd  o  itlərinin  qapışmasına  baxıb  fal  açdı.  Təsadüfən 

ustaclıların  itləri  üstün  gəlib  zülqədərlərin  itlərini  qaçırtdılar.  Bu 

vəziyyəti  müşahidə edən Xanməhəmməd ürəklənərək qaziləri zəfər 

çalacaqları  xəbəri  ilə  müjdələdi.  Aralarında  güclü  döyüş  başlandı. 

Xanməhəmməd  bu  dəfə  də  hümayun  şahın  zavalsız  iqbal  gücü 

sayəsində  o  çoxsaylı  ləşkərə  qalib  gəldi.  Əlaüddövlənin  övladları 

Kor  Şahrux  və  Əhməd  bəy  əsir  alındılar,  onun  çoxlu  qohumu, 

təbəələri  və əmirləri həmin  mərəkədə öldürüldü. Baş vermiş qəribə 

hadisələrdən biri də budur:  Ustaclıların arasında döyüşə  gəlmiş bir 

kor  da  var  idi.  Yoldaşlarının  məzəmmətinə  qarşı  deyirdi:  "Allah-

təaladan  diləyirəm  ki,  nə  olaydı  dinpənah  şahın  iqbalı  o  koru 

(Əlaüddövlənin oğlu  Kor Şahruxu  - Ş.F.)  bu korun (yəni özünün  - 

Ş.F.)  əlinə  verəydi".  İlahidən  gələn  qəzavüqədər  sayəsində  Kor 

Şahrux  onun  əlində  giriftar  oldu,  düşmənlərin  yerdə  qalan 




Yüklə 8,78 Mb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   340




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə