Azərbaycan miLLİ elmlər akademiyasi a. A. Bakixanov adina tariX İnstitutu



Yüklə 8,78 Mb.
Pdf görüntüsü
səhifə33/340
tarix08.10.2017
ölçüsü8,78 Mb.
#3791
1   ...   29   30   31   32   33   34   35   36   ...   340

92 

 

döyüşçüləri  isə  fərara  başladılar.  Bu  məğlubiyyətindən  sonra 



Əlaüddövlə  öz  fərzəndləri  və  qohumları  arasında  qara  keçədən 

(nəməd) libas geyinməyə başladı. Onun əmirləri də çiyinlərinə qara 

keçələr salaraq təziyə saxlamağa başladılar ki, [indiyə kimi] belə bir 

təziyə  mərasimi  heç  vaxt  olmamışdı.  Əlaüddövlə  tamah  dişini 

Diyarbəkrdən çəkərək, bihudə səylər etdisə də, onun dövləti özünə 

gələ 


bilmədi. 

Əlaüddövlənin 

ard-ardınca 

üz 


verən 

məğlubiyyətlərindən, həmçinin onun övlad, əmir  və döyüşçülərinin 

öldürülməyindən xəbərdar olan Rum padşahının ürəyində ona qarşı 

qədim  bir  kin  vardı.  O,  furəsti  qənimət  bilərək,  Əlaüddövlənin 

üzərinə  ləşkər  çəkdi  və  aralarında  hərb  başlandı,  rumilərlə  olan  o 

döyüş vaxtı Əlaüddövlə öldürüldü, onun dövləti süqut etdi. Zülqədər 

tayfasının  bir  hissəsi  xandgarın  (Rum  sultanı  - Ş.F.),  başqa  hissəsi 

ilə  Süleyman  şanlı  xaqanın  mülazimətinə  gəldi.  Bu  Əlaüddövlə 

Mərəş və Əlbostan vilayətinin və həşdad min zülqədər evinin sahibi 

idi. O silsilədən dörd nəfər həmin  vilayətdə hökmranlıq etmişdilər: 

Məlik Aslan, Nasirəddin  və Əlaüddövlə (üç nəfər olmalıdır - Ş.F.), 

amma  ata-babalarına  nisbətən  Əlaüddövlə  daha  çox  iqtidar  və 

istiqlala  yiyələnmiş  oldu.  O,  Rum  və  Misir  padşahları  ilə 

hiyləgərliklə davranmaqdaydı. Yanına Rum elçiləri gəldikdə, bütün 

mülazimlərinə  Misir  cəng  libasları  geyindirib  onlara  deyirdi:  "Bu 

libasları  mənə  Misir  padşahı  göndərmişdir.  O,  Rum  ləşkərini  dəf 

etməkdən  ötrü  mənə  belə  kömək  göstərməkdədir,  çünkü  mən 

xandgarın  dostluğuna  inanmıram".  Əlaüddövlə  Misir  padşahına  da 

bu  qayda  üzrə  sözlər  söyləyir,  onların  hər  ikisindən  faydalanırdı. 

Onun  həmişə  dediyi  bu  cümlələr  məşhurdur:  "Mənim  iki  qızıl 

quşum var ki, biri gümüş, o birisi isə qızıl yumurta doğur". Xülasə, 

zülqədərlərlə  cəng  gedən  vaxtlarda  Əlaüddövlənin  yanına  gedərək 

onun  damadı  olmuş  Sultan  Murad  rumilərin  əlinə  keçdi.  Sultan 

Səlim  ehtiram  edib  onu  bir  müddət  öz  yanında  saxladı.  Süleyman 

şanlı  xaqanın  üzərinə  hücuma  keçən  illərdə  Rum  padşahı,  Sultan 

Muradı  yanında  saxlamağı  məsləhət  bilmədi.  Buna  görə  də  o, 

rumilərdən ayrıldı, ətrafına yığılan bir dəstə adamla Sultan Qacarın 

kiçik  sarayı  (soraçe)  üzərinə  yürüş  etdi.  Səkkiz  yüz  nəfərlə  hərbə 

yollanan Sultan Murad onun səkkiz minlik ləşkərinə qalib gəlsə də, 

həmin mərəkədə öldürüldü. Əcə Sultan (?) onun başını və üzüyünü 

bir nişanə kimi aləmpənah dərgaha göndərdi və “Miş Sultan” adı ilə 

ləqəbləndirildi*.  Sultan  Muradın  qətli  ilə  ağqoyunlu  sultanlarının 

dövləti  süqut  etdi.  Bu  hadisənin  İraqi-Ərəbin  fəthindən  sonra  baş 



93 

 

verməsinə baxmayaraq, biz yeri düşdüyünə görə bu haqda məlumat 



verdik. 

 

HÜMAYUN MƏİYYƏTİN İRAQİ-ƏRƏBƏ YÜRÜŞÜNÜN 



ZİKRİ, O VİLAYƏTİN FƏTHİ VƏ BAŞ VERƏN  

[BAŞQA] HADİSƏLƏRİN BƏYANI 

 



vilayətin 

fəthi 


belə 

olmuşdur: 

İraqi-Ərəb 

məmləkətlərinin  əyanları  Sultan  Murad  əhvalatından  xəbər 

tutduqda, türkman  əmirlərindən  Barik adlı birisi o  mülkü zəbt etdi 

və onun mühafizəsinə başladı. Həmin vilayəti tutmaq fikri humayun 

şahın da işıqlı beyninə yol açdığı üçün, o, əvvəlcə Barik üçün zərlə 

işlənmiş tac, kəmər və xüsusi xələt göndərdi,* onu itaətə dəvət etdi. 

Barik  məsələnin  başlanğıcında  şah  xələtini  həvəslə  qəbul  edərək, 

türkman  papağını  başından  götürüb  şahın  tac  və  xələtini  özünə 

iftixar  bildi,  özü  də  bargah  adamlarından  ötrü  layiqli  peşkəşlər 

yolladı,  o  vilayət  idarəsinin  onun  ixtiyarında  saxlanılması  xahişini 

etdi. Amma hümayun şahın nəzəri onun göndərdiyi şeylərə qonmadı 

və  Barikə  məktubla  bildirdi:  "Mənim  ürəyimə  ali  müqəddəslərin 

ziyarətgahlarına  (ətəbat)  getmək  fikri  düşmüşdür  və  bu  işi  yerinə 

yetirməliyəm (fəsxe-an nəmişəvəd). Əgər sənin sözlərindən sədaqət 

qoxusu  gəlirsə,  yubanmadan  aləmpənah  dərgaha  gəl  və  əmirlər 

silkinə  daxil  ol,  əks  təqdirdə  bu  dərgaha  məkr  və  hiylə  yolu 

qapalıdır".  Barik  bir  neçə  gün  dövlətxahlıq  şüarını  öz  şüarı  etdi. 

Hümayun  yürüşün  o  səmtə  başlanacağı  aydınlaşanda  qaladarlaq 

ehtiyatı  və silah-sursat toplamağa başladı. Şahın gəlişinə maneçilik 

törətmə şeypurunu çalaraq, zərrin tacı başından atdı. Elə buna görə 

də  o  tərəfə  hümayun  yürüş  başlandı.  Şah,  Hüseyn  bəy  Lələni 

qoşunun münqəlayı** edib,  irəli yolladı.  Hüseyn bəy Bağdadın iki 

mənzillik*** məsafəsinə çatdıqda Barik qorxuya düşdü. O vilayətin 

əksər  əyanı  şah  bargahının  adamlarına  itaətə  meyilləndi,  Barik  isə 

özündə qarşılaşma (moqabele) və qaladarlıq qüdrəti görməyərək, bir 

gecə  gizlicə  Dəcləni  keçdi,  Sultan  Muradla  birlikdə  yorğun  halda 

(təəb) Hələbə qaçdı, onlar da oradan çıxıb, yuxarıda yazıldığı kimi, 

zülqədərlərə qoşuldular. Ertəsi gün şəhərin əhalisi və əyanları Nəcəf 

seyidlərindən  olan  və  o  vilayətin  ixtiyar  sahibinə  çevrilən,  amma 

Barik tərəfindən yüksək şah dövlətinin tərəfdarı kimi quyuya salınan 

Seyid  bəy  Kəmunəni  quyudan  çıxarıb  şahsevənlik  şüarı****  elan 

etdilər. Seyid Məhəmməd Kəmunə cümə günü came məscidə gedib, 




94 

 

hümayun şahın adına isnaəşəri xütbəsi oxudu. O. Hüseyn bəy Lələni 



qarşılayaraq,  onu  Mirzə  Pirbudaq  bağına*  gətirdi.  Hüseyn  bəy 

Bağdadın fəthinin şah dərğahı sayəsində mümkün olduğunu ərz etdi. 

Əzəmətli  ordu  ov  edə-edə  tələsmədən  gedib  zəfər  və  kamranlıqla 

darüssəlama  (Bağdada  - Ş.F.)  çatdı. Əhali şadlıqlarını izhar edərək 

onları  istiqbal  etdi,  dua  mərasiminə  başladı.  Süleyman  şanlı  xaqan 

darüssəlamın fəth olunması münasibəti ilə o mülkə şükürlər diləyib 

doqquz yüz on dördüncü il cəmadüs-sani ayının iyirmisində (miladi 

1508,  16  oktyabr)  darüssəlama  təşrif  gətirdi,    Seyid  Məhəmməd 

şahın  izzət  və  ehtiramı  ilə  şərəfləndi  və  iftixar  etdi,  o  vilayətin 

idarəçiliyi  Xadim  bəyə  verildi,  şah  onu  orada  "əbülmənsur"  və 

"xəlifətül-xüləfa"  adları  ilə  ləqəbləndirdi.  Şah  oradan  çıxaraq  öz 

ehtiyat  və  sədaqət  üzünü  pak  Kərbəla  torpağına  tərəf  tutdu,  Əbi 

Əbdullah əl-Hüseynin və Kərbəla çölü şəhidlərinin nurlu qəbirlərini 

ziyarət  etməklə  müşərrəf  oldu,  behişt  ehtiramlı  o  rövzənin 

gözəlləşməsinə  və  mücavirlərə  ənamlar  verilməsinə  böyük  diqqət 

göstərdi.  Oradan  çıxaraq  pak,  nurlu  vəlayətpənah  (İmam  Əlinin  - 

Ş.F.)  yəni  "o  pak  nurun,  Allah  vəlisinin"

103


  cənnət  mənzilli  təvaf* 

ehramını***  geyindi,  Hillədən  Nəcəfi-Əşrəfə  getdi,  bu  böyük 

səadətə  yetişib  xoşbəxt  (fayez)  oldu,  səxavət  əlini  oranın 

xidmətçilərinə  ehsan  vermək  üçün  açdı.  O,  Nəcəfi-Əşrəfin  vəqf 

qəyyumluğunu  (tovliyət)  İraqi-Ərəbin  bəzi  mahalları  ilə  birlikdə 

Seyid  Məhəmməd  Kəmunəyə  verdi  və  [Kəmunə]  həmin  işlərlə 

məşğul  olmağa  başladı.  [Şah]  darüssəlama  qayıdaraq,  ali  nejadlı 

imamlar olan Əbi İbrahim Musa əl-Kazimin və Məhəmməd Təqi əl-

Cavadın  məzarlarının  ziyarəti  ilə  müşərrəf  oldu.  Oradan  Samirəyə 

gedərək  həmin  şərafətli  məkanda  dua,  ziyarət,  ənam  və  ehsan 

rəsmlərini icra etdi. 

İraqi-Ərəb  məsələlərini  nizamladıqdan  və  mübarək 

ocaqlara  zəruri  diqqətini  yetirdikdən  sonra  [şah]  Xuzistan  fəthinə 

bayraq  qaldırıb,  o  tərəfə  rəvan  oldu.  Xuzistan  hüdudunda  Hüseyn 

bəy  Lələ  və  Bayram  bəy  Qaramanlını  qələbə  nişanlı  əsgərdən  on 

min  nəfərlə  birlikdə  Luristan  hakimi  Məlik  Rüstəmin  üstünə 

göndərdi,  humayun  ordu  isə  Həvizəyə  tərəf  hərəkət  etdi.  Həmin 

vilayətdə  yaşayan  müşəşə  ərəbləri*  o  vaxtlarda  azğınlıq  (zəlalət) 

yoluna  düşərək,  şahi-vilayət  pənahın  (Həzrət  Əlinin  -  Ş.F)  Allah 

                                                           

103

 İfadənin ərəbcəsi: "Mutəhhiru ənvarin ınnəmə vəliyəkum Allahu" 



 


Yüklə 8,78 Mb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   340




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə