Azərbaycan miLLİ elmlər akademiyasi a. A. Bakixanov adina tariX İnstitutu



Yüklə 8,78 Mb.
Pdf görüntüsü
səhifə28/340
tarix08.10.2017
ölçüsü8,78 Mb.
#3791
1   ...   24   25   26   27   28   29   30   31   ...   340

77 

 

çəkməsinə  bais  oldu.  Əmirzadə  Rüstəm  ikinci  dəfə  sərvərlik 



göyünün  günəşi  olan  Sultanəli  Mirzəni  Əbih  Sultan  və  bir  dəstə 

sufiyyə  və türkman əsgəri ilə onun qarşısına yolladı. Hər iki acıqlı 

və  kinli  ləşkər  Əhər  və  Meşkin  yaxınlığında  bir-birinə  çatdılar, 

aralarında  qızğın  döyüş  başlandı.  Hidayət  taxtının  sultanı  olan 

[Sultanəli]  qədəminin  yüngüllüyündən,  baysunqurlular  məğlub 

edildilər və Baysunqur öldürüldü, Sultanəli Mirzə zəfər, əzəmət  və 

iqtidarla  Təbrizə  gəldi,  əmirzadə  Rüstəm  ona  qarşı  dostanə  etiram 

nümayiş  etdirdi.  [Sonra]  Sultanəlini  böyük  izzət  və  ehtiramla 

Ərdəbilə  göndərdi.  Dinpərvərlik  asimanının  o  qəməri  də,  həmin 

cənnətmisal  məkanda öz ata-babaları kimi, hidayət  və irşad taxtına 

əyləşdi, [beləliklə də] əqidə və ixlas sahiblərinin onun yanına gediş-

gəlişləri başlandı. Sufiyyə camaatının və iradət ərbablarının çoxluğu 

Rüstəm  Mirzənin  həsədinə  səbəb  oldu  və  o,  həmin  həzrəti 

qardaşlarıyla  Təbrizə  gətirdi.  Onlara  qarşı  zahirən  hörmət  (18) 

göstərməkdəydi,  amma  bu  vəziyyətdən  xəbər  tutan  bəzi  paxıl 

(hares)  adamlar  sufiyyə  təbəqəsindən  olanların  şahın  yanında 

qalmaqlarına imkan vermək istəmədilər. Sufilər və etiqadlı adamlar 

yenə də Sultanəlinin yanına gələrək, xəlvətcə ona nəzirlər gətirir, öz 

sədaqət  sikkələrini  (nəqd)  onun  imtahan  məhək  daşına  vururdular. 

Bundan  agah  olan  əmirzadə  Rüstəm  Sultanəlinin  (mətndə  səhvən 

Sultan  Heydər  yazılmışdır  -  Ş.F.)  dəf  olunması  fikrinə  düşdü,  bir 

xəta yola meylləndi. 

Amma,  o  həzrətin  məclis  dostlarından  biri  onu  padşahın 

belə qəddar niyyətindən hali etdi. Bu hiyləgərlik işığı [Sultanəlinin] 

ürəyinə  çatdıqda,  "dözülməz  bir  işdən  qaçmaq  peyğəmbərlərin 

ənənələrindəndir"

98

  fikrinə  uyğun  olaraq,  bir  gecə  xəbərdarlıq 



etmədən ata süvar olub Təbrizdən çıxdı, Ərdəbil yolunu önə tutdu. 

Əmirzadə Rüstəm* Mirzə Əbih Sultanı** dörd min suvari ilə o ali 

qədrli sultanın təqibinə göndərdi. Onlar Ərdəbil şəhərinə tabe olan 

Şəmasbi  (?)  adlı  bir  yerdə  o  həzrətə  çatdılar.  Deyirlər  ki,  o  vaxt 

Sultanəli Mirzənin yanındakı mülazimlərin sayı yeddi yüz nəfərdən 

çox  deyildi.  O,  belə  az  adamla  həmin  çox  adamın  qarşılaşması 

barədə düşündükdə, o həzrətin bir dəstə tərəfdarı döyüşə mane oldu 

və  onlar  çarə  fikirləşməyə  başladılar.  Özünün  şəhadəti  ərəfəsində 

Allahın təqdirini müşahidə edən o həzrət səfəvi dudmanının sufi və 

                                                           

98

 İfadənin ərəbcəsi: "Əl-firar mimmə lə yutaqu min sinəni-l mursəlin" 



 


78 

 

tərəfdarlarını  toplayaraq,  onlara  bu  mərəkədə  şəhadətə  yetəcəyi 



xəbərini  verdi,  hümayun  alnında  cahandarlıq  nuru  parıldayan  öz 

xoşbəxt  ulduzlu  qardaşını,  yəni  Süleyman  şanlı  xaqanı  vəliəhd  və 

qayimməqam  elan  etdi,  ali  qədirli  atasından  və  ad-sanlı 

əcdadlarından irşad  vaxtı bu xanədan  mürşidlərinə  miras qalan sirr 

rəmzlərini  ona  əmanət  (vədiət)  verdi  və  özünün  mübarək  tacını  o 

həzrətin  başına  qoyaraq,  [qardaşını]  etibarlı  adamlarına  möhkəm-

möhkəm  tapşırdı  və  dedi:  "Mürtəzəvi"***  dudmanın  dövlət  çırağı 

onun  üzündə  parlamaqdadır  və  tezliklə  onun  dövlət  asimanının 

bayrağı çox yüksəyə qalxacaq, ədalət şüaları bütün adamların başları 

üzərində  parlayacaqdır".  [Sultanəli]  vəsiyyətini  tamamladıqdan 

sonra döyüş meydanına qədəm atdı, eləcə sidq-niyyətlə dediyi, kimi 

müxaliflər qalib gəldilər və o həzrət şəhadət şərbəti içdi. Bu canlar 

yandıran  hadisə  baş  verəndən  sonra  əqidə  sahiblərinin  arasına 

parçalanma düşdü və hərə bir tərəfə səpələndi. Hüseyn bəy Lələ - o 

zaman  Xadim  bəy  kimi  tanınan  xəlifətül-xüləfa  və  Dədə  bəy  o 

həzrətin  pak  cəsədini  darülirşada  gətirib  nurlu  səfəviyyə 

məqbərəsində dəfn etdilər. 

 

SÜLEYMAN ŞANLI XAQAN ŞAH İSMAYIL BAHADIR XAN, 



ALLAH-TƏALA ONU CƏNNƏT BAĞLARINDA SAKİN 

ETDİ

99

, ƏHVALATININ ZİKRİ, O UCA MƏKANLI  

XOSROVUN ZÜHURUNUN BƏYANI VƏ ALƏMİ  

FƏTH ETMƏYİNİN ŞƏRHİ 

 

Ürəkaçan  məclisin  nəğməoxuyanları  və  söz  bəzəmə 



meydanının  mərəkə  axtaranları  o  mənəviyyatlı  (sotude  seyər), 

ləyaqətli  (həmide)  insanı,  fatehlik  meydanının  səflər  bəzəyini 

(səfara),  axtarış  səhrasını  (badiyeye-cuyayi)  mərhələ-mərhələ  qət 

edəni,  cah-cəlal  asimanının  dünyanı  bəzəyən  iqbal  günəşinin 

məşəldarını,  Heydər  dövlətinin  cahanı  göstərən  camını,  on  iki 

(isnaəşəri)  Haqq  məzhəbinin  ayinəsini,  sultanlar  sultanını,  Kəyan* 

məmləkətləri taxtının sahibini, yəni Süleyman şanlı xaqanı aşağıdakı 

təranə ilə bəyana gətirmiş, çox qiymətli və Mürtəza xislət və nəsəbli 

o  şəhriyarın  sücaətini,  döyüşkənliyini  (rəzmazmayı),  cahangirliyini 

hədislər bəzəyən məclisdə bu tərzlə (nəmət) söyləmişlər: Saf əxlaqlı 

                                                           

99

 İfadənin ərəbcəsi: "Əskənəhu Allah-təalə fi firadisi-l-cinani" 



 


79 

 

(sefvətnehad)  qardaşının  şəhadətindən  sonra  pak  etiqadlı  sufilər 



məşhur  qardaşının  vəliəhdi  olan  o  hökmranlıq  bürcünün  dürrünü 

(yəni  İsmayıl Mirzəni  - Ş.F.)  gizlicə şəhərə  gətirmişdilər. O,  məxfi 

bir  yerdə  bir  neçə  gün  gizli  saxlanıldı.  Qırx  gündən  sonra  yüksək 

əqidə  axtarışında  olan  (əqidətgəzin)  sufilər  təbəqəsi  düşmən 

kələyindən  (keyd)  qorxaraq,  onun  Ərdəbildə  qalmasını  məsləhət 

bilmədilər,  möhtərəm  anası ilə  məsləhətləşib  vaxta  münasib olaraq 

Gilana  getməyini  daha  düzgün  sandılar.  O  ismətli  (əfife)  qadın 

fərzəndlərinin  ayrılığı  ilə  razılaşmalı  oldu.  O  əyyamda  sufiyyə 

əyanları,  xüsusilə  Hüseyn  bəy  Lələ  Şamlı,  sonralar  "Xəlifətül-

xühfa"** adlandırılacaq Xadim bəy Talış, Abdal bəy Dədə Zülqədər 

və başqaları hər iki məşhur qardaşı götürüb, iki yüz nəfər mülazimlə 

Gilana rəvan oldular. Tarix kitablarında, xüsusən "Həbibüs-siyər"də 

yazıldığına  görə,  onlar  Gilan  vilayətinə  gəlib  çatdılar  və  bir  neçə 

gün Rəştdə dayandılar, oranın  valisi onlara xidmət göstərdi. Sonra, 

Lahican  ölkəsi  (xotte)  o  cənnət  bağının  bu  fidanlarından  ötrü 

rövzeyi-rizvana (cənnət bağına) döndü. Şan-şöhrətinə və məqamının 

ucalığına,  əsil-nəsəbinə,  xasiyyət  və  davranışına  görə  başqa  Gilan 

valilərindən  seçilən  və  seyidlər  dudmanından  olan  o  vilayət  valisi 

Karkiya  Mirzə  Əli  igidlik  bostanının  o  tər  fidanını  və  onun  əziz 

qardaşı  Seyid  İbrahimi  izzət  və  ehtiramla  qarşıladı,  onlara  səmimi 

(19)  ehtiram  və  mehriban  insanlıq  münasibəti  göstərdi.  [Amma]  o 

həzrətin qardaşı Seyid İbrahimə anasının yanına getmək istəyi üstün 

gəldi.  O,  dərvişliyə  və  dərvişanə  xislətə  malik  olduğundan,  başına 

türkman papağı qoyub Ərdəbilə qayıtdı, o həzrət isə onun yolunda 

canlarını  fəda  etməyə  hazır  olan  az  miqdar  xidmətçi  ilə  həmin 

vilayətdə  qalaraq,  qeybdən  gələsi  hadisəni  gözləməyə  başladı.  O 

vaxt o həzrətin şərafətli sinni yeddi yaşdan  çox deyildisə də, fəhm 

və  fərasətdə,  ağıl  və  bilikdə  fərqlənirdi.  Cahandarlıq  ayini  onun 

hümayun alnında zahir olunmaqdaydı. Xilafət çəməninin bu fidanını 

özlərinin etiqadıyla bəzəyən mülazimlər qeybdən gələn ilhamla onu 

"şah"  adlandırır, yaşının azlığına baxmayaraq, düzgün əqidəsinə  və 

iradəsinə  görə  ona  "kamil  mürşid"  ("mörşide-kamel")  və  "padşah" 

deyirdilər.  Söylənilənə  görə,  o,  Gilanda  altı  il  yarım  qaldı.  Bəzən 

Biyəpəsdə*, bəzi vaxtlarda isə Lahicanda vaxt keçirirdi. O, Mövlana 

Şəmsəddin  Lahicinin  yanında  "Qurani-məcid"i  öyrəndi.  Karkiya 

Mirzə  Əli  və  qardaşı  Karkiya  Sultan  Həsən  onun  xidmətində 

dayanmışdılar.  Əhali  arasında  gedən  sözlərə  və  "Tarixi-cahanara" 

kitabında yazıldığına  görə, ilk  vaxtda həmin bəxtiyarlıq dəryasının 




Yüklə 8,78 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   340




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə