Azərbaycan miLLİ elmlər akademiyasi a. A. Bakixanov adina tariX İnstitutu



Yüklə 8,78 Mb.
Pdf görüntüsü
səhifə25/340
tarix08.10.2017
ölçüsü8,78 Mb.
#3791
1   ...   21   22   23   24   25   26   27   28   ...   340

69 

 

Almas tək bərq vuran qılıncı çəkdi.  



Düşmənin qanını torpağa tökdü.

91

 



 

O  həzrətin  şəhadəti  qəzavü  qədərdə  yazıldığı  üçün 

şirvanşah döyüşçüləri onu "ayın haləsi kimi"

92

  əhatəyə  alıb,  cahanı 



gəzən atını ayaqdan saldılar. O həzrət döyüş zamanı hadisə saqisinin 

əlindən şəhadət şərbəti içdi. Meydanda öz səbat ayaqlarını möhkəm 

saxlayan qazilər də şəhadət qanına bulaşdılar, amma onların bəziləri 

"Dözülməz  şeydən  qaçmaq  haqqında"  hədisində  deyildiyi  kimi

93

 

fərar etdilər.  "Fotuhate-Yəməni"də  yenə də  yazılıbdır ki, səfəviyyə 



xanədanının  sufiləri  o  hidayət  sultanının  şərafətli  cəsədini 

darülirşada gətirib  müqəddəs rövzədə dəfn etdilər.  Amma bu həqir 

şəxsə (yəni  İsgəndər bəyə  - Ş.F.)  məlum olan budur ki, həmişə bu 

sülalənin  tərəfdarları  olan  bir  dəstə  Təbərsəran  əhli  o  həzrətin  pak 

cəsədini döyüş meydanından çıxarıb münasib bir yerdə dəfn etdilər. 

Elə indi də həmin şərif məkan o vilayət adamlarının feyz, rəhmət və 

ziyarət  yeridir.  Xülasə,  Sultan  Cüneyd  vaqiəsindən  sonra  onun 

candan  artıq  istədiyi  fərzəndi  (fərzənde-canpeyvəndəş),  vilayət 

taxtının sultanı, hidayət sarayının vəliəhdi və böyük əmir Əbu Nəsr 

Həsən  bəyin  bacısı  oğlu  olan  Sultan  Heydər*  öz  ali  məqamlı 

atasının qaimməqamı oldu. 

Sultan  Heydər  vəlayət  bürcündən  doğan  (tolu)  günəş  və 

səltənət ümmanının sədəfindən çıxan dürr kimi ortaya çıxdı. O, ata-

babasının  yolunu  davam  etdirmək  istədi.  Öz  iqbalının  qüvvəsi  ilə 

Mirzə  Cahanşahı**  ayaqdan  salıb,  ölkənin padşahı  olmuş  mərhum 

Həsən  padşah  o  vəlayət  və  sərvərlik  asimanının  günəşi  (mehr)  ilə 

[Sultan  Hcydərlə  -  Ş.F.]  daha  da  yaxın  olmaq  istəyinə  düşdü,  bu 

dudmanla  (səfəvi  şeyxləri  ilə  -  Ş.F.)  əlaqələrini  möhkəmləndirmək 

naminə  Ələmşah  bəyim*  kimi  məşhur  olan  sevimli  qızı 

Həliməbəyim  ağam  ona  ərə  verərək,  iffət  bürcünün  o  Zöhrəsini** 

səadət  göyünün  Müştərisi***  ilə  birləşdirdi.  O  həzrət  özündən 

əvvəlki şeyxlərdən daha yüksək dövlət və sərvərlik meracına qalxdı. 

                                                           

91

 Beytlərin farscası: 



Bor ayine-sultane-Doldolsəvar  

Be hər həmle əz cəm'e-an xaksar  

Ze əlmasgun şoleye-tabnak  

Fekəndi goruhi bər in tire xak. 

92

 İfadənin ərəbcəsi: "Kə-1-ihatəti bi-l-bədri" 



93

 İfadənin ərəbcəsi: "Hədisu-1-firar mimmə lə yutaqu" 




70 

 

Onun ali rövzəsi daim  yaxın-uzaq adamların toplaşdığı yer idi. Bir 



gecə,  sonralar  həqiqətə  çevrilən  bir  röya  (röyaye-sadeqe)  gördü: 

Qeyb aləminin xəbər gətirənləri (monhi) onun öhdəsinə qoydular ki, 

o  gərək  isna  əşəriyyət  (on  iki  imam  -  Ş.F.)  əlaməti  olan  qırmızı 

zolaqlı bir papaqla öz tərəfdarlarının başını bəzəsin. Sultan [Heydər] 

bu  yuxunu  gördükdən  sonra  başına  şadimanlıq  papağı  qoyub  o 

vaxtlarda  dəbdə  olan  türkman  papağını  on  iki  zolaqlı  "Heydər 

papağı"  ("tərəke-Heydəri")  ilə  əvəz  etdi.  Onun  arxasınca  gedən  və 

ona itaət edən adamlar da o həzrətin əqidəsinə tabe (eqteda) oldular 

və  bu  xanədanın  bütün  üzvləri  həmin  dəyərli  papağı  başlarına 

qoymaqla  başqa  adamlardan  seçildilər.  Elə  buna  görə  də,  o  şan-

şöhrətli adamlar "qızılbaş"**** ifadəsi ilə məşhur oldular. Xülasə, o 

həzrətin həşəməti gün-gündən artırdı. Sədaqətli adamların onun başı 

göyə  ucalan  dərgahına  gəlişləri  daim  çoxalır,  bütün  əhali  onun 

fəzlindən bəhrələnirdi. [Sultan Heydər] zahiri və mənəvi səltənəti öz 

əlində cəmləşdirib, batində irşad  və dinpərvərlik  yolunun yolçuları 

olan şeyxlərin  və əhlüllahların (Allah adamlarının  - Ş.F),  zahirdəsə 

taxt  bəzəyən  sultanların  sərvərinə  çevrildi.  Böyük  əmir  Həsən 

padşah, işlərinin icrası zamanı Heydərin  mülazimləri ilə dostluq və 

razılıq (vefaq  və  vodud) tərzində davranır, qətiyyən bu baçısı oğlu 

və  damadının  razılaşmadığı  işlərə  razılıq  vermirdi.  Bir  müddət 

kamiranlıqla vaxt keçirən Həsən bəyin iqbal ağacı Tuba***** ağacı 

kimi  özünün  kamal  zirvəsinə  ucaldı.  Türkman  sultanları  tarixinin 

müəllifi  Mövlana  Əbubəkr  Tehraninin******  təfsilatla  yazdığına 

görə o, səltənət taxtına vida etdikdən sonra oğlu Sultan Xəlil,**** '* 

ondan sonrasa Sultan Yaqub* hökmranlıq taxtına əyləşdilər. Qəzaya 

çıxmaq  qərarı  təbiətinə  üstün  gələn  Sultan  Heydər  öz  dayısı  oğlu 

(xal) Sultan Yaqubun hərəkətlərini ətraflı  müşahidə etməkdəydi. O, 

sufiyyə  əmirləri  və  səfəviyyə  sülaləsinin  tərəfdarları  ilə 

məsləhətləşdi  və  onun  cahanı  bəzəyən  fikri  sakinlərinin  imandan 

uzaq  və  cahillik  yoluna  yaxın  olduğu  Dağıstana  yürüş  etmək  və 

çərkəz  kafirlərinə  qarşı  qəzaya  getmək  qərarına  yönəldi,  saf 

xasiyyətli  (nehad)  sufiləri  və  pak  etiqadlı  mülazimləri  bir  yerə 

toplamaqdan ötrü qəmər sürətli (qəmərməsir) qasidlər yolladı. Sadiq 

mücahidlər  onun  izzət  və  təmtəraqlı  çadırlarında  yığışdılar,  çoxlu 

silahlı  adam  (15)  da  onlara  qoşuldu.  O  həzrət  məqsədinə  doğru 

yürüş  bayrağı  qaldırdı.  Həmin  ləşkərin  hərəkət  xəbəri  Şivanşah 

[Xəlilullahın oğlu] Sultan Xəlilin** (Fərrux Yəsarın - Ş.F) səbat və 

qərar binasına zəlzələ saldı. O, düşündü ki, Sultan Heydər atasının 




71 

 

qanını  almaq  və  Şirvana  qəsd  etməkdən  ötrü  gələcəkdir.  [Sultan 



Xəlil]  "məhəbbət  və  nifrət  irsən  keçir"

94

  misalına  uyğun  olaraq 



[Sultan  Heydərə]  qarşı  nifaq  məqamına  gəldi.  Həmin  qaniçən 

(xunxar) ləşkərə müqavimət etmək onun qüvvət və qüdrəti xaricində 

olduğu  üçün  şirvanşah,  bir-birinin  ardınca  külək  sürətli  qasidləri 

özünün  damadı  olan  Sultan  Yaqubun  yanına  göndərdi  və  bildirdi: 

"Sultan  Heydər  zahirən  Çərkəz  qəzasına  getməkdədir,  amma, 

mümkündür ki, o, Dərbənd və Təbərsərana çatdıqda yürüş cilovunu 

Şirvana  tərəf  yönəldib,  qəsbkarlıq  (molksetani)  bayrağını  göylərə 

qaldırsın. Bir halda ki, bu gün  məmləkət (Şirvan  - Ş.F)  onun əlinə 

keçməyib,  gərək  döyüşkən  ləşkər  toplanılsın  və  şeyxin  niyyəti 

həyata  keçməsin.  Əgər  onun  məqsədi  yerinə  yetərsə,  təkcə  mən 

həqir bəndənin vilayəti ilə kifayətlənməyəcək və işğalçılıq qapılarını 

öz istəyincə daha geniş açacaq". Mehr göyünün o sərvəri ilə (Sultan 

Heydərlə  -  Ş.F)  nifaq  məqamında  olan  Sultan  Yaqub  şirvanşaha 

mərhəmət  etdi,  amma  beynindəki  düşmənçilik  hissi  baş  qaldırdı. 

Sultan  Bəyçioğlunu  (?)  dörd  min  türkman  süvarisi  ilə  onun 

köməyinə göndərdi. Sultan Yaqubun  köməyi şirvanşahı  sevindirdi,   

Şamaxıda    çoxlu  Şirvan  və  türkman  əsgərləri  bir  yerə  toplaşdı. 

Amma,  Sultan  Heydər  peşələri  qəza  olan  qazilərlə  Şirvanın 

şimalındakı  Şəkiyə  gəldi,  onun  müzəffər  ləşkəri  oradan  Dərbənd 

qalasına yollandı. O şəhər cahanın abad şəhərlərindəndir və Babül-

əbvab  (Qapılar  qapısı  -  Ş.F.)  kimi  məşhurdur.  Göylərə  baş  vuran 

qalası  İsgəndər  səddi  kimi  möhkəmdir.  Basqına  sinə  gərməyi  və 

özünü  qorumağı  ilə  məşhurdur.  Deyilənə  görə  onun  hər  bürcü 

fələyin bütün bürclərinə bərabərdir. Qoruyucuları (pasiban) sakinləri 

ilə  dilbir  və  canbirdir.  Oranın  əhalisi  inadkarlıq  edərək  öz  hücum 

əllərini  irəli  uzatdı.  O  iqbal  sahibi  (Sultan  Heydər  -  Ş.F.)  onları 

cəzalandırmaq  qərarına  gələrək,  qazilərə  o  şəhər  və  qalanın 

tutulması  üçün  əmr  verdi.  İgidlər  öz  himmət  sifətlərini  qalanın 

fəthinə doğru çevirdilər və az bir vaxtda o möhkəm qalam titrətdilər. 

Qalanın alınması az qala müyəssər olacaqdı ki, Heydər dudmanının 

tərəfdarlarından və ləşkərin qol başçısı olan Qara Piri Qaçar arxadan 

gələrək söylədi ki, türkman ləşkəri çayı keçmişdir, şirvanşah Şirvan 

əsgəri  ilə  artıq  ona  birləşmişdir  və  onlar  ləşkərlə  hərb 

iddiasındadırlar. O qəddarların gəlişi haqda ard-ardınca xəbər  gəlib 

                                                           

94

 İfadənin ərəbcəsi: "Əl-hubbu yətəvarasu və-1-buğdu yətəvarasu" 



 


Yüklə 8,78 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   340




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə