Azərbaycan miLLİ elmlər akademiyasi a. A. Bakixanov adina tariX İnstitutu



Yüklə 8,78 Mb.
Pdf görüntüsü
səhifə24/340
tarix08.10.2017
ölçüsü8,78 Mb.
#3791
1   ...   20   21   22   23   24   25   26   27   ...   340

66 

 

 



O sərv ayağını çəksə də yerdən,  

Onun yadigarı cahanda sənsən.  

Dostlar qoy səninlə unutsun yası,  

Səninlə ucalsın zəka binası.

85

 

 



Sultan  Şeyx  İbrahim  əlahəzrət  zilləllah  şahın  hakimiyyəti 

dövründə  "Şeyxşah"  kimi  tanınırdı.  O,  "Mən  atalarımın  ... 

ardıcılıyam"

86

  kimi  düzgün  dcyimin  məzmununa  uyğun  öz  ata-



balasının göstərişi (dəstur) ilə irşad taxtına əyləşdi və düzgün yolun 

tələbələrini  (taleban)  müstəqim    şəriət  və  dinpərvərlik  təriqətinə 

yönəltdi.  Şeyx  xəlifələri  (xüləfa)  və  əyanları  ətraf  yerlərə 

göndərərək,  az  vaxt  ərzində  şöhrətləndi.  Camaat  onun  torpağını 

(torab)  öz  etibar  gözlərinin  sürməsi  (kehəlül-cəvahir)  bilir,  ona 

etibar edirdilər. İradətli adamların çoxluğu (ezdeham) onların [Şeyx 

İbrahimin]  izzətli  rövzəsinə  gəlişlərini  və  onunla  görüşlərini 

çətinləşdirirdi.  Şan-şöhrəti  gün-gündən  çoxalır,  o  vilayət 

sakinlərindən heç kim onun zəruri fərmanlarının ziddinə getmirdi. 

Şeyxin  bol  ənamlarından  və  səxavətlərindən  kasıblar 

(foqəra)  və ehtiyacı olan adamlar (mohtacan), bütünlüklə o diyarın 

bütün sakinləri faydalanırdılar. İnşa etdiyi aşbazxana (mətbəx) qızıl 

və  gümüş  qablarla  doluydu,  onun  verdiyi  bəxşiş  və  ehsanlar  ata-

babalarının  verdiklərindən  çox,  xasiyyəti  şahanə,  bəyənilən 

görünüşü  padşahanə  idi.  Oyunbaz  fələyin  şivəsindən  idi  ki,  onun 

hümayün zatı müxtəlif xəstəliklərə məruz qaldı, zəmanə o sülalənin 

şadimanlıq  büsatını  əlindən  aldı  və  onları  uzun  sürən  xəstəliklərə 

düçar etdi, Şeyx İbrahimin də ömür payəsi yıxıldı, nurlu üzünü sanki 

ildırım (bareqe) vurdu, həyat və ölümün fayda və ziyanından gözünü 

çəkdi. "Rəbbindən razı və Rəbbini razı salmış halda Allahına dön"

87

 

[ayəsinə  uyğun]  mərəz  onun  canını  aldı.  Sadiq  adamlar  və  bu 



sülalənin üzvləri hamıya üz rutaraq, bütün  varlı  və kasıb, cavan  və 

qocaları  bu  vaqiədən  agah  etdilər,  onları  moizə,  nəsihət  və 

                                                           

85

 Beytlərin farscası: 



Əgər rəfte an sərv oz cuybar,  

To başi be giti ze-vey yadegar.  

Dele-dustan əz roxət şad bad,  

Benaye-xerəd əz to abad bad. 

86

 İfadənin ərəbcəsi: "Va ittəboət millətə abai 



87

 İfadənin ərəbcəsi: "İrciəi ilə Rəbbikə radiyətən və mərdiyətən" 




67 

 

vəsiyyətlərə  əsaslanaraq,  şeyxin  bənzərsiz  fərzəndi  Sultan 



Cüneydin*  lehinə  meyilləndirdilər,  onu  vəliəhd  və  canişin  elan 

etdilər.  Sonsuz  ehtiramını  saxladılar.  "Bu  sizə  tapşırığımızdır.  Bu 

tapşırıq  sizə  iki  evdə  (burada  ev  "dünya"  mənasındadır  -  Ş.F.) 

tapşırdığımızdır."

88 

Şeyxin  şərafətli  vəsiyyətinin  icrasından  sonra 



əzadarlığa  başladılar,  həzrət  Sultan  Cüneyd  dəfn  mərasiminə 

başlayıb atasını əzamətli babalarının yanında dəfn etdi. 

Sultan  Cüneyd  ənginliyə  üçan  şahbaz,  fələk  vüqarlı  şah 

(xosrov),  səxavət  (fotovvət)  və  irşad  asimanından  parlayan  ay, 

xilafət  üfüqündən  zahir  olan  günəş  idi.  Elə  ki,  sərvərlik  və 

dinpərvərlik taxtına əyləşdi, əhalini öz səltənət və padşahlıq iddiası 

ilə  irşad  elminin  və  dinin  yardımından  agah  etdi.  İradət  əhli  olan 

adamlar  hər  tərəfdən  sədaqətlə  onun  yanına  gəlməkdəydilər.  O, 

iradət ərbablarını azğın kafirlərlə qəza* və cəhada** şirnikləndirirdi 

(təhris).  Ətrafındakı  adamlar  gün-gündən  çoxalırdı  və  onların 

arasında  iradətli  və  sədaqətli  insanların  sayı  artmaqdaydı.  Dövrün 

padşahı  və  İraqeyn  və  Azərbaycanın  hökmdarı  olan  Mirzə 

Cahanşah***  Türkman  Sultan  Cüneydin  başına  çoxlu  adamın 

toplaşması və onların böyük hərbi silaha malik olduğunu eşidərək, o 

həzrətə qarşı pis münasibətdə oldu. O, öz mülk və dövlətinin zavala 

uğrayacağından  qorxuya  düşdü,  amma  adının  bədnam  olacağından 

çəkinib onunla hərb etməyi özünə layiq bilmədi. [Lakin,] dəfələrlə o 

həzrətin yanına adam yollayaraq gizli, ya açıq şəkildə ona bildirirdi 

ki, dövlət mərkəzindən çıxsın, şərafətli fikri haranı istəyirsə oraya da 

getsin.  O  həzrət  vaxtın  məsləhətinə  uyğun  olaraq  Diyarbəkrə 

getməyi  özünə  məsləhət  bildi  və  o  tərəfə  yollandı.  Səfəviyyə 

dudmanının  və  saf  səfiyyə  təriqətinin  tərəfdarlarından  ibarət  çoxlu 

adamla  oraya  yola  düşdü  və  hamını  öz  səadət  bayrağının  kölgəsi 

altına yığdı, təm-təraqla  gələrək  Hisn-Keyfdə**** dayandı. O  vaxt 

Diyarbəkirin yarı hissəsinin valisi Mirzə Cahanşaha ibadət etməyən 

Əbu  Nəsr  Həsən  bəy  Ağqoyunlu****  idi.  Onların  arasında 

düşmənçilik  qapıları  açılı,  get-gol  yolları  qapalı  idi.  [Həsən  bəy 

Ağqoyunlu] Sultan Cüneydin məsud ordusunun gəlişindən şad olub, 

o  həzrəti  izzət  və  ehtiramla  qarşıladı,  sufiyyə  əyanının  hər  birinə 

münasib  yer  təyin  etdi,  şeyxin  gəlişini  dövlət  və  iqbalın  yüksəlişi 

kimi  qiymətləndirdi,  onların  aralarında  ünsiyyət  (movanesət)  və 

birlik (ettehad) yarandı, nəhayətdə isə onların münasibətləri dostluq 

                                                           

88

 İfadənin ərəbcəsi: "Həzə mə əhədna ileykum va-1-əhdətu fi-d-dəreyni əleykum" 




68 

 

və qohumluqla nəticələndi. Öz əyan baçısı (həmşirə) Xədicə bəyimi 



o  həzrətə  ərə  verdi,  beləliklə  bu  qohumluğa  görə  öz  dövlət 

nağarasının  avazını  qüvvətləndirdi.  Sultan  Cüneyd  o  diyarda  bir 

müddət  qaldıqdan  sonra  onun  qəlbində  "Vətən  məhəbbəti 

imandandır"

89

  hədisi  baş  qaldırdı,  Əmir  Həsən  bəydən  tapşırıq 



(dəstur) aldı  və az  vaxt ərzində Ərdəbil darülirşadı "heç bir ölkədə 

yaranmamış  sütunlara  malik  olan  İrəmə"

90

  döndü.  Hümayün  gəlişi 



ilə şərəfləndi, onun cahanı bəzəyən üzünü  görən adamların  gözləri 

işıqlandı.  Bunu  bilən  Mirzə  Cahanşahın  zatındakı  həsəd  tonqalı 

yenidən alovlandı, [Cüneydin] Əmir Həsən bəylə qohumluğuna görə 

olan  qorxusu  daha  da  çoxaldı.  O,  Sultan  Cüneydin  işini  bitirmək 

üçün  faydasız  fikirlərə  düşdü.  Bundan  agah  olan  o  həzrət  iradət 

ərbablarını  yanına  çağırmaqdan  ötrü  ətraf  yerlərə  külək  sürətli 

qasidlər yolladı, səltənət xəyalı ilə öz dövlət bayrağını ucaldıb, qəza 

və  cəhad  fikrinə  düşdü,  sufiyyə  qazilərindən  (qozzat)  on  min 

nəfərədək adam topladı  və onlar Çərkəz* qəzası iddiası ilə Şirvana 

rəvan  oldular.  "Fotuhate-Yəməni"  kitabında  yazılıbdır:  [Şeyx] 

şirvanşahla müharibə etmək və Şirvan mülkünü tutmaq iddiası ilə o 

tərəfə rəvan oldu. Şirvan  vilayətinin  valisi Sultan Xəlil Təbərsəran 

qiyamçılarının  (taği)  təhriki  (əğva)  ilə  Sultan  Cüneydə  qarşı 

müxalifət  təbilini  çalaraq,  onun  Çərkəz[istana]  getməyinə  mane 

oldu.  O,  döyüşkən  bir  ləskər  toplayıb  onunla  vuruşmağa  yollandı, 

zəfər  pənahlı  qoşunun  önündə  səf  düzüb  döyüşə  başladı.  Qarşı 

tərəfdən  də  kamil  mürşidin  yolunda  ölməyi  özlərinə  sədaqət 

mərtəbəsi bilən sufiyyə qaziləri hümayün  məiyyətlə birlikdə döyüş 

səfi  bəzədilər  və  hər  iki  tərəfdən  hərb  atəşi  alovlandı.  Yamanlıq 

qılıncları  işə  düşdü,  iti  qanadlı  qartallar  biri-digərinin  qəsdi  üçün 

pərvaza başladılar. Canlardan keçən qazilər öldürülmələri həqiqətən 

də  gərəkli  olan  din  yolundan  azmış  o  quldurların  (əşrar)  şərini 

aradan  qaldırmaqdan  ötrü  qətiyyətlə  cidd-cəhd  etdilər.  Sultan 

Cüneydin özü şəxsən döyüşə çıxdı: 

 

Beytlər 

 

Döyüşə başladı o Düldülsüvar,  

Etdi hər həmləsi yağıları zar.  

                                                           

89

 İfadənin ərəbcəsi: "Hübbü-l-vətəni min ə-1-imani" 



90

 İfadənin ərəbcəsi: "İrəm zəm-1-imədi əlləti ləm yuxləq misluhə fi-l-bilədi" 




Yüklə 8,78 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   340




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə