Azərbaycan miLLİ elmlər akademiyasi a. A. Bakixanov adına tariX İnstitutu


“Azərbaycan Xalq Cümhuriyyətində gömrük işi”



Yüklə 0,56 Mb.
Pdf görüntüsü
səhifə10/28
tarix18.01.2023
ölçüsü0,56 Mb.
#98770
1   ...   6   7   8   9   10   11   12   13   ...   28
tar d qra 22 06 18

“Azərbaycan Xalq Cümhuriyyətində gömrük işi”
adlı 
ikinci yarımfəslində AXC-nin yaranması bütün Şərq dünyasının demok-
ratik, hüquqi dövlət quruculuğu tarixində ilk və ən böyük hadisə olması 
göstərilir. Həmin dövrdə gömrük işini tənzimləyən yeni qanun layihələri 
işlənib hazırlandı. Azərbaycan Hökumətinin 1918-ci il iyunun 22-də 
“Poylu stansiyasında sərhəd postunun yaradılması haqqında” qəbul etdiyi 
qərarla Azərbaycan tarixində ilk dəfə olaraq milli gömrük nəzarətinin 
yaradılması istiqamətində ilk addım atıldı. 21 oktyabr 1918-ci ildə qüvvəyə 
minən Müvəqqəti Tarif Cümhuriyyət dövrünün gömrük qanunvericiliyi 
sahəsində ilk hüquqi sənədi olmuşdur.
4
Halbuki Türkiyə Cümhuriyyətinin 
ilk gömrük qanunu yalnız 11 may 1949-cu ildə qəbul edilmişdi. Gömrük 
əməliyyatlarının xüsusiyyətlərinə görə gömrükxanalar quru yol (Astara, 
Biləsuvar, Balakən, Ağstafa, Yalama), dəniz
 
(Bakı, Lənkəran), coğrafi 
mövqeyinə görə sərhəd
 
(Culfa, Astara, Biləsuvar) və daxili (Ağstafa, 
Yalama) gömrükxanalar kimi təsnif olunurdu. Fiskal göstəricilərinin yük-
səldilməsi bu sahənin əsas vəzifələrindən idi.
5
Birinci fəslin 
“Azərbaycan SSR-də sovet gömrük sisteminin qurul-
ması və fəaliyyəti (1920-1960-cı illər)”
adlı üçüncü yarımfəslində gös-
1
Süleymanov R.C. Azərbaycanda gömrük məntəqələrinin yaradılması və fəaliyyəti 
tarixindən (XIX əsrin I yarısı) // Bakı Universitetinin Xəbərləri. Humanitar 
elmlər seriyası. 2002, № 2, s.130-138; Yenə onun, XIX əsrin birinci yarısında 
gömrük tarixinə dair // Tarix və onun problemləri, 1999, №1, s.49
2
ARDTA: F. 376, siy.1, iş. 103, v.30; iş 363, v.137 
3
ARDA: F. 895, siy. 3, 257, v. 43, 47
4
ARDA: F. 24, siy. 3, iş 23, v.4; f. 84, siy.1, iş 236, v.7-8
5
ARDA: F. 90, siy. 3, iş 2, v. 32-34


26 
tərilir ki, 1920-ci il aprelin 27-də Cümhuriyyətin süqutu ilə dövlət müstə-
qilliyini itirən və sovet imperiyasının tərkibinə qatılan Azərbaycanın müs-
təqil xarici iqtisadi fəaliyyət göstərməsinə imkan verilmədi. 1920-ci il 
yunun 1-də Nəriman Nərimanovun imzaladığı “Xarici ticarətin inhisarı” 
dekretinə əsasən xarici ticarət dövlət inhisarına alındı və yalnız Azərbaycan 
Hökumətinin icazəsi ilə malların idxalı və ixracı həyata keçirilə bilərdi.
1
Sovet hakimiyyətinin ilk günlərində gömrükxanalar Maliyyə Komissar-
lığının Gömrük hissəsinin tərkibinə daxil edildi. Gömrük hissəsi gömrük və 
sərhəd mühafizəsi adlı iki şöbədən ibarət idi.

“Azərbaycan SSR-in gömrük 
müəssisələrinin sərhəd mühafizəsi ilə qarşılıqlı münasibətləri haqqında 
Təlimat”da yeni rüsumlar və cərimələrin tətbiq olunmasına başlanıldı.

1922-ci ilin aprelində Azərbaycan SSR XKS və Xalq Maliyyə Komissarlığı 
“Azərbaycan SSR-də gömrük nəzarəti haqqında Əsasnamə”ni təsdiq etdi.
4
Müharibə illərində Azərbaycan gömrükxanaları təsərrüfatın hərbi qaydada 
qurulmasında fəal iştirak edirdi. 1941-ci ildə Culfa-Mincivan və Osmanlı-
Astara dəmiryolu xəttinin istismara verilməsi ilə Azərbaycan ərazisindəki 
gömrükxanaların fəaliyyəti daha da genişləndi. Müharibənin ilk illərində 
sərhəddən buraxılan yük və nəqliyyat vasitələri həcminin artması Bakı 
gömrükxanasının sovet gömrük sistemində mühüm bir yer tutmasından 
xəbər verirdi.
5
Lakin 1950-1960-cı illərdə Azərbaycanın xarici ölkələrlə 
iqtisad-ticarət əlaqələri geniş xarakter daşımadığından gömrük orqanlarının 
da fəaliyyəti bir o qədər nəzərə çarpmırdı. Sovet gömrük sistemi qabaqcıl 
ölkələrin gömrük işi təcrübəsindən kənarda qalmışdı. 
Dissertasiyanın birinci fəslinin 

Yüklə 0,56 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə