Azərbaycan miLLİ elmlər akademiyasi a. A. Bakixanov adına tariX İnstitutu



Yüklə 0,56 Mb.
Pdf görüntüsü
səhifə9/28
tarix18.01.2023
ölçüsü0,56 Mb.
#98770
1   ...   5   6   7   8   9   10   11   12   ...   28
tar d qra 22 06 18

Dissertasiyanın quruluşu. 
Dissertasiya işinin strukturu qarşıya 
qoyulan məsələlərin həllinə uyğun olaraq tərtib edilmişdir. Dissertasiya 
giriş, on altı yarımfəsilə bölünmüş beş fəsildən, nəticə və istifadə edilmiş 
ədəbiyyat siyahısından ibarətdir. 
 
II. DİSSERTASİYANIN ƏSAS MƏZMUNU 
Dissertasiyanın
Giriş
hissəsində mövzunun aktuallığı əsaslandırılır, 
onun elmi cəhətdən işlənilməsi məsələləri göstərilir, tədqiqat işinin əsas 
məqsədi, vəzifələri və nəzəri-metodoloji əsasları müəyyənləşdirilir.
“Gömrük işi milli dövlət quruculuğu tarixində” 
adlanan birinci fəsil 
dörd yarımfəsildən ibarətdir. Fəslin 
“Azərbaycanda gömrük işinin tarixi 
haqqında”
adlı birinci yarımfəslində göstərilir ki, Azərbaycan dövlətçili-
yində gömrük işi ölkəmizin iqtisadi həyatında ta qədim dövrdən həlledici 
rol oynamışdır. Ərəbdilli mənbələrdə ölkəmizin gömrük məntəqələri haq-
qında məlumatlar vardır. Orta əsr müəlliflərinə istinad etməklə Ə.Ə.Əliza-
də, M.X.Şərifli, S.Aşurbəyli, M.X.Heydərov, S.M.Onullahi, V.Z.Piriyev və 


24 
b. tədqiqatçılar əsərlərində Azərbaycanın orta əsr dövründə ticarət əlaqələri, 
ticarət yolları və gömrükxanalar haqqında yazmışlar.
1
Osmanlı gömrük sənədlərində
Azərbaycanda gömrük rüsumunun təyin 
edilməsi qaydaları haqqında da məlumatlar vardır.
2
Rus dövləti 
Azərbaycanla, xüsusilə Şamaxı tacirləri ilə ticarət əlaqələrinin inkişafında 
maraqlı idi.
3
Şamaxı, Bakı, Dərbənd və Gilandan olan azərbaycanlı tacirlərin malları 
Həştərxan gömrüyündə
4
ətraflı yoxlanılırdı. Qubalı Fətəli xan Rusiya ilə 
normal münasibətlər saxlamaq məqsədilə mülayim gömrük siyasəti 
yeridirdi.
5
Şimali Azərbaycanın Rusiya tərəfindən işğal edilməsi 
1
Vəlixanlı N. Ərəb xilafəti dövründə gömrük işi haqqında / Azərbaycan gömrüyü: 
tarixi ənənələr və müasirlik. Bakı: “Elm”, 2007, s.30-34; Aşurbəyli S. Bakı şəhə-
rinin tarixi. Orta əsrlər dövrü. Bakı: Apostrof Çap evi, 2009; Onullahi S.M. XIII-
XIV əsrlərdə Təbriz şəhəri. Bakı: “Elm”, 1982; Piriyev V.Z. Azərbaycan XIII-
XIV əsrlərdə. Bakı: Nurlan, 2003; Şərifli M.X. XIII-XIV əsrlərdə Azərbaycanda 
ticarət və ticarət yolları // SSRİ EA Azərbaycan filialının xəbərləri, 1944, № 2, s. 
47-56; Ализаде А.А. Из истории феодальных отношений в Азербайджане в 
XIII-XIV вв. Термин Тамга // Известия АН Азербайджанской ССР, 1955, № 
5, с.51-63; Гейдаров М.Х. К вопросу о значении торговли и торговых путей 
Азербайджана в ХIII-XIV // Известия АН Азербайджанской ССР, сер. Исто-
рии, философии и права, 1981, № 1, с.49-54; Yenə onun, К вопросу о значе-
нии торговли и торговых путей Азербайджана в ХIII-XIV // Известия АН 
Азербайджанской ССР 1981, сер. Истории, философии и права, №3, c. 53-
60; Yenə onun, Торговля и торговые связи Азербайджана в позднем сред-
невековье. Баку: “Элм”, 1999; Мамедова А.М. Торгово-таможенная полити-
ка царизма в северном Азербайджане в первой половине XIX века: Авто-
реф. дис. ... д-ра филос. по истории. БГУ. Баку, 2013
2
Turhan Atan. Türk gümrük tarihi. cilt.1: Başlangıçtan Osmanlı Devletine kadar. 
Atatürk Kültür, Dil ve Tarih Yüksek Kurumu. Ankara, 1990; Yenə onun, Türk 
gümrük tarihi. cilt. 2. Osmanlı gümrükləri. Gümrük müfettişleri dernegi yayını. 
Ankara, Yayın №12.
3
Mirzəyeva E. Orta əsr Azərbaycan şəhərlərində gömrük qaydalarına dair (XVI-
XVII əsrlər) / Azərbaycan gömrüyü: tarixi ənənələr və müasirlik. Bakı: Elm, 
2007, s.71; Воробьева А.Г. О торговых пошлинах в русско-азербайджан-
ской торговле // Известия АН Азербайджанской ССР. Серия истории
философии и права, 1981, № 1, с. 43
4
Seyidova G.M. XVII əsrdə Azərbaycan-Rusiya ticarət-vergi münasibətləri 
tarixindən / Azərbaycan gömrüyü: tarixi ənənələr və müasirlik. Bakı: “Elm”, 
2007, s.84
5
Mustafazadə T.T. XVIII əsrdə Azərbaycanda ticarət və gömrük işi // Azərbaycan 
gömrüyü: tarixi ənənələr və müasirlik. Bakı: “Elm”, 2007, s.98 


25 
imperiyanın cənub sərhədlərində
1
gömrükxanaların yaradılması məsələsini 
ön plana çəkdi. 1809-cu il avqustun 6-da çarın “Bakı gömrükxanasının 
açılması haqqında” xüsusi fərmanı oldu.
2
Rusiya imperiyasının Asiya və 
Yaxın Şərq ölkələri ilə xarici ticarət əməliyyatlarının canlanması Şimali 
Azərbaycan ərazisindəki gömrük məntəqələrinin fəaliyyətini xeyli geniş-
ləndirdi. Bakı Ticarət limanı Şıx burnundan Zığa (Sultan) qədər 
sahilboyunu əhatə edirdi.
3
Çar Rusiyası süqut etdikdən sonra Azərbaycan hüdudlarında gömrük 
nəzarəti əslində başlı-başına buraxılmışdı. S.Şaumyanın rəhbərlik etdiyi 
Bakı XKS-nin Bakı gömrükxanasına yerləşdirdiyi bolşevik və daşnaklar-
dan ibarət qeyri-peşəkar rəhbərlik gömrük rəsmiləşdirilməsinə aid maliyyə 
hesabatları hazırlamır, əksinə, ölkənin strateji mallarının oğurlanıb talan 
edilməsində fəal iştirak edirdi.
Birinci fəslin 

Yüklə 0,56 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə