Azərbaycan miLLİ elmlər akademiyasi a. A. Bakixanov adına tariX İnstitutu


“Sovet gömrük sistemində islahatlar



Yüklə 0,56 Mb.
Pdf görüntüsü
səhifə11/28
tarix18.01.2023
ölçüsü0,56 Mb.
#98770
1   ...   7   8   9   10   11   12   13   14   ...   28
tar d qra 22 06 18

“Sovet gömrük sistemində islahatlar 
və Azərbaycan SSR-nin xarici ticarət əlaqələri (1970-1980-ci illər)” 
adlı 
dördüncü yarımfəslində qeyd olunur ki, sovet cəmiyyətinin 1970-ci illərdən 
qapalı olmaqdan çıxaraq xaricə “açılması” müttəfiq respublikaların iqtisadi 
əlaqələrinin, o cümlədən qərb ölkələri ilə iqtisadi-ticarət əlaqələrinin nis-
bətən genişlənməsinə səbəb oldu. Respublika rəhbəri Heydər Əliyev 
Azərbaycan iqtisadiyyatının müxtəlif sahələrində böyük ixrac potensialının 
mövcud olduğunu yaxşı bilir və bu imkanlardan daha səmərəli istifadə edil-
məsinə mühüm əhəmiyyət verirdi. Heydər Əliyevin bilavasitə təşəbbüsü ilə 
bu sahədə qəbul edilən qərarlar və həyata keçirilən tədbirlər xarici iqtisadi-
ticarət əlaqələrin və gömrük işinin də dirçəlməsinə səbəb oldu. 1981-ci il 
1
“Экономический вестник Азербайджана”, 1921, № 6, c.20.
2
ARDA: F. 85, siy. 3, iş 155, v. 2
3
ARDA: F. 363, siy. 1, iş 777, v. 260-261
4
ARDA Bakı filialı: F. 126, siy. 1, iş 19, v. 164
5
ARDA: F. 2511, siy. 1, iş 103, v.85; ARDA Bakı filialı: F.126, siy 2, iş 3, v.10


27 
martın 31-də Heydər Əliyev “Bakı gömrükxanasının 175-ci ildönümü ilə 
əlaqədar tədbirlər haqqında” Azərbaycan KP MK Bürosunun qərarını 
imzaladı. Qərarda Bakıda təntənəli yubileyin keçirilməsi, gömrükxananın 
inzibati binasına xatirə lövhəsinin vurulması, gömrük işçilərinin təltif 
edilməsi, həmçinin kütləvi informasiya vasitələrində gömrükxananın işinin 
təbliğ edilməsi nəzərdə tutulmuşdu.
1
1989-cu ildə Bakı gömrükxanasının əməkdaşları ABŞ Fransa, İtaliya 
və digər qərb ölkələrindən Ermənistana göndərilən bağlamalarda dəfələrlə 
zəruri tələbat malları əvəzinə kommersiya məqsədi daşıyan bahalı trikotaj 
mallarının göndərilməsini aşkar etmişdilər. Bütün bunları nəzərə alaraq
gömrükxana rəhbərliyi İrəvana ünvanlanan beynəlxalq poçt göndərişlərinə 
tətbiq edilən güzəştlərin ləğv edilməsini tələb etmişdi.
SSRİ Baş Gömrük 
İdarəsinin 27 yanvar 1989-cu il tarixli 17 saylı əmri ilə Bakı gömrükxanası-
nın bazasında 29 may 1992-ci ilədək fəaliyyət göstərən Respublika Gömrük 
İdarəsi təsis edildi. İdarənin fəaliyyət zonasına Azərbaycan SSR və 
Dağıstan MSSR daxil idi. 1991-ci il 1 yanvar tarixli hesabata əsasən bir il 
ərzində gömrük daxilolmaları sərnişinlərin əl yüklərinə və baqajlara tətbiq 
edilən gömrük rüsumu 2 mln. 450 min manat təşkil etmişdi.

Azərbaycanın 
xarici iqtisadi-ticarət əlaqələrinin maddi əsasını təşkil edən amillərə, o 
cümlədən əlverişli coğrafi mövqeyə, zəngin strateji xammal və əmək ehti-
yatlarına, iqtisadi və elmi-texniki potensiala olmasına baxmayaraq, fəal 
xarici iqtisadi-ticarət əlaqələrinə məhdudiyyətlər tətbiq olunurdu. 
Beləliklə, birinci fəsil üzrə aşağıdakı nəticələri qeyd etmək olar: 
– Azərbaycan dövlətçiliyi tarixində gömrük işi hər zaman mühüm yer 
tutmuş, Şimali Azərbaycan ərazisinin Rusiya tərəfindən işğalına qədər döv-
lətin əsas funksiyalarından olmuşdur;
– Azərbaycan Xalq Cümhuriyyəti dövründə
dövlətçilik ənənələrinin 
bərqərar olması ilə yaradılan milli gömrük quruculuğu sahəsində qazanılan 
zəngin təcrübə gömrük işinin təşkili və inkişafı tarixinin öyrənilməsi baxı-
mından mühüm nəzəri və praktik əhəmiyyət daşıyır; 
– 1920-ci ilin aprel işğalından sonra və SSRİ-nin yaradılması ilə sovet 
respublikalarının, o cümlədən Azərbaycanın xarici ticarət əlaqələri və 
gömrük orqanlarının fəaliyyəti və iş prinsipləri ümumittifaq maraqlarına 
tabe edildi; 
– İkinci dünya müharibəsi illərində Bakı və Culfa gömrükxanaları 
təsərrüfatın hərbi qaydada yenidən qurulmasında, lend-liz xətti ilə gön-
1
ARPİİSSA: F. 1, siy. 68, iş 62, v.52
2
ARDA Bakı filialı: F.126, siy.2, iş 70, v.41


28 
dərilən hərbi və humanitar yüklərin gömrük baxışından keçirilməsində 
mühüm rol oynadı;
– İnzibati-amirlik sistemi xalq təsərrüfatının bütün sahələrində olduğu 
kimi gömrük işinin inkişaf xüsusiyyətlərinə də mənfi təsir etdi: sovet 
gömrük qanunvericiliyi başlıca olaraq məhdudiyyətlər və qadağanedici 
prinsiplərə əsaslandığından dünya təcrübəsindən faydalanmaq imkanından 
kənarda qaldı. 
Dissertasiyanın

Yüklə 0,56 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə