qədər uzunluğu 313 km olan Quba-Bakı-Salyan-Lənkəran-Astara
avtomobil yolu aiddir (89.113). Bunlarla yanaşı, mühüm əhəmiy-
yətə malik rayonlararası əhəmiyyətli yollar şəbəkəsi də fəaliyyət
göstərmişdir. Buraya uzunluğu 280 km olan Bakı-Şamaxı-Ağsu-
Göyçay-Ağdaş-Xaldan-Yevlax yolu, uzunluğu 164 km Gürcüstan
sərhədinə qədər olan Yevlax-Şəki-Zaqatala-Balakən avtomobil
yolu, uzunluğu 206 km olan Mingəçevir-Bəhramtəpə-Biləsuvar
avtomobil yolu, Türkiyə sərhədinə qədər uzunluğu 168 km olan
Ordubad-Culfa-Naxçıvan-Sədərək yolu aiddir. Azərbaycamn əsas
hissəsini Naxçıvanla birləşdirən və ümumi uzunluğu 631 km olan
Bakı-Əli Bayramlı (indiki Şirvan)-Horadiz-Mincevan-Meqri-
Ordubad-Naxçıvan-Sədərək yolunun 44 km-i Ermənistan tərəfin-
dən işğal altında olan ərazidən keçdiyinə görə Azərbaycanı
Naxçıvanla birləşdirən yol tam blokada vəziyyətindədir (204).
Azərbaycan Ali Sovetinin 1993-cü il 20 yanvar tarixli fərmanı
ilə keçmiş “Dövlət Təmir-Tikinti İstehsalat Birliyi” ləğv
olunmuş, onun bazasında “Azəravtoyol Dövlət Şirkəti” (indiki
Azəryol Serviz Departa-menti) yaradılmışdır (89,86).
Qeyd etmək lazımdır ki, müstəqilliyin ilk illərində istismar
olunan avtomobil yollannın xeyli hissəsi hələ XX əsrin 60-80-ci
illərində istismara verilmiş yollar idi. Mövcud normativlərə görə
yollar 16-18 il istismardan sonra yeniləşdirilməlidir, respublika-
dakı avtomagistrallar isə 20-30 ildən artıq istismarda olmuşdur
(206,174). Həm də vaxtilə yollar çəkilərkən yük maşınlannın
təkərlərinə düşən ağırlıq 6-8 ton nəzərdə tutulmuşdusa, indi isə
İpək yolunda yük daşıyan avtomobillərin təkərlərinə düşən ağırlıq
10 tona çatır (5). Bu isə mövcud yol örtüklərinin sıradan çıx-
masma səbəb olur, beynəlxalq yükdaşımalann intensivliyinə
mənfi təsir göstərir.
Müstəqilliyin ilk illərində Azəravtoyol Dövlət şirkətinin sərən-
camında sovetlər dövründən miras qalmış xeyli sayda texnika
vardı. Нэ1э 1983-cü ilin yanvann l -пэ olan məlumata görə yol
təsərrüfatınm texniki parkında 281 avtoqreyder, 48 asfaltqanş-
dıran, 38 asfaltsalan, 70 betonqanşdıran, 342 buldozer, 125 trak-
tor, 254 ekskavator, 250 yolbasan, 91 kompressor, 1381 yük
avtomobili, 58 avtoqudronator olmuşdur (89,89). Azərbaycanın
dövlət müstəqilliyinin bərpa olunduğu ilk dövrdə bu texnikanın
xeyli hissəsi sıradan çıxmışdı, qalan hissəsi isə tam gücü ilə
işləyə bilmirdi. Dövlət tərəfindən hər il aynlan 40-41 mlrd manat
vəsaitin 65 %-i respublika əhəmiyyətli yollann, 25 %-i isə rayon-
lararası əhəmiyyətli yollann cari təmirinə, işlək saxlanılmasına
yönəldilirdi (206,175).Təsərrüfat əlaqələrinin qınlması, maliyyə
vəsaitinin azlığı yol təsərrüfatmm maddi-texniki bazasının yeni-
ləşdirilməsinə, normal fəaliyyətinə mənfi təsir göstərirdi. Belə
ki, əgər 1980-1985-ci illərdə respublikada 2200 km uzunluğunda
yol təmir olunmuşdusa, 1990-1994-cü ildə bu göstərici 10 dəfə
azalaraq 200-220 km-э düşmüşdü (23,13.01.1995). 1995-ci ildən
başqa sahələrdə olduğu kimi, yol təsərrüfatında da tikinti işləri
dayandırılmışdı (23,23.X. 1999).
Yol təsərrüfatında yaranmış bu cür qeyri-qənaətbəxş vəziy-
yətin səbəblərindən biri, yuxanda qeyd edildiyi kimi, maliyyə
çətinliyi üzündən dövlət büdcəsi tərəfindən bu sahə üçün nəzərdə
tutulmuş vəsaitin qalıq prinsipi ilə verilməsi olmuşdur. Belə ki,
1998-ci ildə dövlət büdcəsindən sahəyə 41,06 mlrd manat vəsait
ayrılsa da, Maliyyə Nazirliyi tərəfindən 28,6 mlrd manat veril-
mişdir (23,23.X. 1999). 1999-cu ilin 9 ayı üçün 29,686 mlrd
manat vəsait verilməsi nəzərdə tutulsa da, bunun əvəzinə yalnız
14,042 mlrd manat yönəldilmişdi (23,23.X.1999).
Sahənin fəaliyyətinə mənfi təsir edən amillərdən biri də
lazımsız struktur dəyişikliklərinin apanlması və sahə üçün zəruri
olan kadr potensialının az olması idi. Zəruri kadr potensialının
çatışmazlığı üzündən avtomobil yollannın və yol qurğulannın
texniki vəziyyətinin yaxşılaşdınlmasında problemlər yaranmışdı.
Azərbaycanın dövlət müstəqilliyinin möhkəmləndirilməsi, “Qədim
İpək yolu”nun bərpası, beynəlxalq yükdaşımalann artması möv-
cud avtomobil yollarınm dünya standartlanna uyğun şəkildə
yenidən qurulmasını tələb edirdi. Mütəxəssislərin müəyyən
etdiyi kimi, yol örtüklərinin yararsızlığı avtomobillərin sürətinin
xeyli aşağı düşməsinə, daşınan yüklərin qiymətlərinin 30-40 %
bahalaşmasma, yanacaq məsrəflərinin 1,5 dəfə çoxalmasına, yük-
daşıyan avtomobillərin xidmət müddətlərinin 30-40 % azalmasma,
təmir xərclərinin isə artmasına səbəb olurdu.
Dünya ölkələri ilə artan inteqrasiya prosesləri, Tarixi İpək
yolunun bərpası bütün nəqliyyat sisteminin, о cümlədən avto
mobil yollannın yenidən qurulması zəruriliyini irəli sünnüşdü.
Digər tərəfdən, əgər nəzərə alınsa ki, respublika üzrə daşınan
yüklərin 60 %-i avtonəqliyyat vasitələrinin payma düşür, yaxın
10 il ərzində avtomobil yollannm və körpülərin texniki vəziyyə-
tinin yaxşılaşdınlması çox ciddi məsələ kimi qarşıda durardu
(206,175).
Yol təsərrüfatının vəziyyətinin yaxşılaşdınlması üçün hələ
1994-cü ildə “Dövlət yol fondu haqqında” qanun qəbul edildi
(89,104). Dövlət yol fondu təyinatına görə avtomobil yollannın
saxlanılmasına, təmiri və yenidən qurulması ilə bağlı məqsəd-
1эгэ sərf edilməsi nəzərdə tutulurdu. Yol fondunun əsas maliyyə
mənbələri dövlət büdcəsindən ayrılan vəsaitlər, avtomobil yolla-
nndan istifadəyə, avtonəqliyyat və digər təkərli texniki vasitə-
lərin alınmasına görə tutulan rüsumlar və xarici dövlətlərin
avtonəqliyyat vasitələrindən tutulan tranzit vergiləri idi (89,101).
Bundan başqa, yol təsərrüfatının dünya standartlanna uyğun
yenidən qurulması məqsədilə Prezident Heydər Əliyev 1996-cı
11 mayın 31-də Azərbaycan Respublikasının Beynəlxalq avtoma-
gistrallar haqqında 15 noyabr 1975-ci il tarixli Avropa Sazişinə
qoşulmaq haqqında” sərəncam imzaladı. Bu sazişə qoşulan
ölkələr sazişin bütün şərtlərinə əməl etməli, ilk növbədə ölkə
ərazisindən keçən avtomagistrallann texniki göstəriciləri beynəl-
xalq tələblərə uyğun olaraq yenidən qurulmalıdır (64,108)
Göründüyü kimi, müstəqilliyin ilk illərində başqa sahələrlə
yanaşı, yol təsərrüfatında da vəziyyət qənaətbəxş deyildi. Bu
dövrdə əsas vəzifə mövcud maddi-texniki bazanın qorunub sax-
lanması, yeni təsərrüfat əlaqələrinin yaradılması, xarici investisi-
yanın cəlb edilməsi hesabına maddi-texniki bazanın genişlən-
dirilməsi, Avropa Birliyinin müstəqillik əldə etmiş ölkələr üçün
nəzərdə tutduğu layihələr əsasmda respublikanın beynəlxalq
əhəmiyyətli yollannın dünya standartlanna uyğun yenidən
qurulması, inkişaf etdirilməsi idi.
Ölkəmizin nəqliyyat sisteminin mühüm tərkib hissəsindən
birini dəniz nəqliyyatı təşkil edir. Dəniz nəqliyyatının müstəqil-
Yüklə Dostları ilə paylaş: |