71
xarakter aldı. “Bəzi mənbələrin verdiyi məlumata görə, Babək guya bir vaxt İslamı
qəbul edibmiş və onun müsəlman adı Həsən imiş. Babəkin İslama müəyyən
münasibətini göstərən bu yeganə məlumat nəzərə alınmazsa, bütün digər mənbələr
təsdiq edir ki, Babək ərəblərə və onların dininə nifrət bəsləyirdi, bütün ömrü boyu
Xilafətə qarşı mübarizə edirdi və Azərbaycanda İslamdan əvvəl mövcud olan
qayda-qanunları bərpa etməyə çalışırdı”
14
. 816-837-ci illər ərzində daha fəal və
ardıcıl olmuş xürrəmilər hərəkatı Ərəb Xilafətinin hakim dairələrinin başlıca qorxu
və qayğı obyektinə çevrilmişdi. Məğlubiyyətə uğramasına baxmayaraq, bu hərəkat
nəhəng dövlətin hərbi, iqtisadi potensialının sarsılmasında mühüm rol
oynamışdır.
15
Xürrəmilər hərəkatı üzərindəki qələbə “Xilafətə baha başa gəldi: 20
ildən artıq müddət ərzində babəkilər Xülafətin 225000 döyüşçüsünü və xeyli
sərkərdəsini məhv etmişdilər… bu hərəkat əl-Məsudinin dili ilə desək, “az qala
Abbasilər dövlətini məhv edəcəkdi”.
16
Xürrəmilər hərəkatı Xilafətin vəhdətini
pozan, onun müxtəlif dövlətlərə parçalanması prosesini gücləndirən başlıca siyasi
amilləridən biri idi. Məhz bu hərəkatdan sonra mərkəzi hakimiyyətin
zəifləməsindən istifadən edən yerli hakimlər (habelə Azərbaycanda) siyasi
müstəqillik yoluna qədəm qoydular. Artıq IX əsrin sonu - X əsrin əvvəlləri
Abbasilər Xilafəti daxilində separatizm meyllərinin güclənməsi ilə əlamətdar
olmuşdur. Xürrəmilər hərəkatı “İslamın Azərbaycanda dinc yolla qərarlaşması”
fikrini yaymağa çalışanların qeyri-obyektiv mövqedə olduqlarını da təsdiqləyən,
danılmaz tarixi gerçəklikdir.
Xilafətin zəifləməyə başladığı dövrdə Azərbaycan ərazisində Sacilər
sülaləsinin yaratdığı yeni dövlət meydana gəldi (IX əsrin sonları – X əsrin birinci
yarısı). Sülalənin banisi Əbu-s-Sac Divdad ibn Yusif ibn əl-Divdast görkəmli
sərkərdə kimi Xilafət qarşısında xidmətləri müqabilində bir sıra əyalətlərə hakim
təyin olunmuşdu. Atası kimi Xilafətə xidmət etmiş Əbu Übeydullah Afşin
Məhəmməd 869-cu ildə Azərbaycana hakim göndərildi. 898-ci ildə yeni
Xəlifə onu
yenidən hakim vəzifəsinə təsdiq etdi. 901-ci ildə Yusif ibn Əbu-s-Sac hakimiyyəti
ələ keçirdi (901-927). 929-cu ildə isə dövlətə Divdad ibn Məhəmməd rəhbərlik
etməyə başladı. Ərəb xəlifələri tərəfindən canişin təyin olunmuş bu sülalə
nümayəndələri Xilafətlə hesablaşmır, müstəqil siyasət yürüdürdülər. Sacilərin
hakimiyyəti dövründə (889-941) Azərbaycan torpaqlarının böyük bir qismi vahid
dövlət tərkibində birləşdirilmişdi, bu isə ölkədə iqtisadi və mədəni həyatın xeyli
canlanması üçün əlverişli şərait yaratmışdı. Sacilər sülaləsi əslən Mərkəzi Asiyanın
“Afşin” titullu türk əmirləri nəslinə bağlı idi. Sülalə banisi sərkərdəlik qabiliyyətini
və inzibati idarəçilik məharətini Xilafətin bir sıra bölgələrinin canişini olarkən
nümayiş etdirdikdən sonra vəfat etdi. Onun böyük oğlu Məhəmməd də bu cür
uğurlar qazandıqdan sonra (869-cu ildə) Azərbaycanın hakimi təyin olundu.
Qərbdə Ani və Dvindən Şərqdə Xəzər dənizinədək, cənubda Zəncandan şimalda
Dərbəndədək olan geniş ərazi Sacilər sülaləsinin hakimiyyəti altında birləşdirildi.
Şirvan, Şəki, Xaçın, Sünik hakimləri Sacilərə vergi ödəmək məcburiyyəti