Azərbaycan miLLİ elmlər akademiyasi a



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə57/138
tarix11.03.2018
ölçüsü2,8 Kb.
#31227
1   ...   53   54   55   56   57   58   59   60   ...   138

121 
 
fəlsəfi problemlərlə yanaşı nücum, təbabət, riyaziyyat, məntiq və hüquq məsələləri 
də mühüm yer tuturdu. 
1198-ci  ildə  Urmiyada  anadan  olmuş,  1283-cü  ildə  Konyada  dünyasını 
dəyişmiş Siracəddin Mahmud ibn Əbubəkr Urməvi fəlsəfəyə, məntiqə və digər elm 
sahələrinə  dair  əsərlərin  müəllifidir.  O,  Mosulda  Kəmaləddin  Musa  ibn  Yunisdən 
təhsil almış, sonralar Dəməşqdə  yaşamış, Konya  şəhərinə  köçərək orada  baş qazı 
vəzifəsini  icra  etmişdir.  Mənbələrdə  onun  fəlsəfə  və  məntiqə  dair  10-dan  çox 
əsərinin  adı  çəkilir.
56
  “Mətali  əl-ənvar”  (“Nurların  doğuluşu”),  “Lətaif  əl-hikmə” 
(“Hikmət  incəlikləri”),  “Bəyan əl-həqq”  (“Haqqın bəyanı”), “Risalə fi-əmsilət ət-
təarud” (“Ziddiyyətlərin misallarına dair risalələr”) həmin əsərlər sırasındadır. Orta 
çağların  görkəmli  filosofları  onun  “Mətali  əl-ənvar”  əsərinə  30-dan  artıq  şərh  və 
haşiyə  yazmışlar.  Alim  öz  əsərlərində  təbabətə,  insan  orqanizmi  ilə  bağlı  olan 
məsələlərə mühüm yer vermişdir. 
Tacəddin  Məhəmməd  ibn  Hüseyn  Urməvi  (1177-1255)  bu  dövrün 
tanınmış  Azərbaycan  mütəfəkkiri,  fəqihi,  mütəkəllimi  olmuşdur.
57
  O,  Bağdadın 
Şərəfiyyə  mədrəsəsində  dərs  demiş,  dərin  biliyi  ilə  məşhurlaşmışdı.  Tacəddin 
Urməvi  1219-ci  ildə  tamamladığı  “Kitab  əl-hasil  min  əl-məhsul”  (“əl-məhsuldan 
hasil  olunmuş  kitab”)  əsərini  Fəxrəddin  Razinin  “əl-Məhsul”  əsəri  əsasında 
yazmışdı.  O,  1228-ci  ildə  Fəxrəddin  Razinin  digər  əsərini  –  “ər-risalət  ət-
kəmaliyyə  fi-l-həqaiq  əl-ilahiyyə”  (“İlahi  həqiqətlərə  dair  kamal  risaləsi”)ni 
farscadan  ərəb  dilinə  tərcümə  etmişdir.  Əfzələddin  Məhəmməd  ibn  Namavər 
Xunəci  (1193-1248)  məşhur  Azərbaycan  məntiqşünası,  filosofu,  təbiətşünası, 
təbibi və  hüquqşünası idi.  O, ilk təhsilini Xalxal  vilayətinin Xunəc  məntəqəsində 
almış,  daha  dərin  elmi  biliklərə  yiyələnmək  məqsədilə  Yaxın  Şərq  ölkələrini 
gəzmişdir.  Əfzələddin  Xunəci  hikmət  (fəlsəfə)  elmini  və  Şəriəti  mükəmməl 
səviyyədə  öyrənmişdi.  Əfzələddin  Xunəci  fəlsəfi  fənləri,  təbabəti  tədris  etmiş, 
sonralar  Misirdə  baş  qazı  vəzifəsində  çalışmışdır.  Alimin  xeyli  fəlsəfi  məzmunlu 
əsəri  vardır.  “Onun  ən  məşhur  əsərlərindən  “Mucəz”,  “Cüməl”  və  “Kəşfül-
əsrar”dan  ibarət  trilogiyadır.  Hamısı  məntiqə  aiddir.  Bu  əsərə  bir  çox  görkəmli 
alimlər izahlar və  əlavələr  yazmışlar”.
58
  Əfzələddin  Xunəci  Şərq  peripatetizminin 
görkəmli  nümayəndəsidir.  O,  fəlsəfədə  Əbunəsr  Fərabi,  İbn  Sina  və  Əbülhəsən 
Bəhmənyar  məktəbinin  layiqli  davamçılarından  olmuşdur.  Azərbaycan  alimi 
Qahirədə vəfat etmiş və “əl-Qurafə”də dəfn edilmişdir. Nəsirəddin Tusinin fəlsəfi 
görüşləri  öz  əksini  onun  “Əsas  ül-iqtibas”  (“Biliklərin  mənimsənilməsinin 
əsasları”),  “Təcrid  əl-kəlam”  (“Kəlamdan  seçmələr”),  “Təcrid  dər  məntiq” 
(“Məntiqdən seçmələr”), “Əzəl və əbəd” (“Başlanğıc və son”), “Məkan və zaman”, 
“Əxlaqi-Nasiri” əsərlərində tapmışdır. Nəsirəddin Tusi iddia edirdi ki, Kainat dörd 
maddi ünsürdən ibarətdir və  əbədidir. Onun fəlsəfəsində  Allah əzəli varlıq, vahid 
gerçəklik,  bütün  varlığın  mənbəyi  olan  zəruri  mahiyyətdir.  Filosofun  dini  və 
ictimai-siyasi  baxışlarında  etiqadla  bidətçilik,  teokratiya  ilə  demokratik  quruluş 
arasında tərəddüd aşkardır. 


122 
 
Şeyx  Səfiəddin  İshaq  Ərdəbili  (1252-1334)  Azərbaycan  tarixində 
müstəsna  rolu  olmuş  Səfəvi  nəslinin  banisidir.  O,  6  yaşında  atasını  itirmiş,  dini 
təəssübkeşlik  ruhunda  böyümüşdür.  Şeyx  Səfiəddin  sonralar  Şiraza  getmiş, 
Rüknəddin  Beyzavi  və  Əmir  Abdullahdan  İlahiyyat  elmlərini  öyrənmişdir.  O, 
Əmir Abdullahın məsləhətinə əsasən lənkəranlı Şeyx Zahidi özünə mürşid seçmiş, 
mürşidinin  qızı  ilə  evlənmiş,  tezliklə  böyük  nüfuz  qazanmışdı.  Çoxlu  müridi  və 
mülkləri olan Şeyx Səfiəddinlə Elxani hökmdarları Ulcaytu Məhəmməd, Əbu Səid, 
vəzir  Fəzlullah  Rəşidəddin,  Əmir  Çoban  və  digər  siyasi  xadimlər  yaxşı 
münasibətlər  saxlamağa  çalışmışlar.  Geniş    kütlələr  arasında  yayılmış 
ideologiyanın  banisinin  böyük  nüfuzu  bu  halın  başlıca  səbəbi  olmuşdur.
59
 
Təvəkküli  ibn  İsmayıl  ibn  Hacı  Məhəmməd  Ərdəbilinin  (Bəzzazın)  “Mükaşigül-
qülub və səfvətüs-səfa” (“Qəlbləri açan və saflaşdıran”) adlı əsərində Şeyx Səfinin 
tərcümeyi-halı, sülaləsi haqqında geniş məlumat vardır.
60
 
Şəmsəddin (Şəms) Məhəmməd ibn Əli ibn Məlikdad Təbrizi (1272-ci ildə 
dünyasını  dəyişmişdir)  bü  dövrün  görkəmli  Azərbaycan  şairi,  mütəfəkkiri, 
müəllimi  idi.  O,  sufiliyin  ən  məşhur  simalarından  olmuş,  “mürşidi-kamil”  adını 
almışdı.  Cəlaləddin  Rumi  özünü  onun  şagirdi  hesab  edirdi.  Tarixi  mənbələrdə 
Şəms Təbrizinin həyatı haqqında  məlumat çox az və ziddiyyətlidir. Şəms Təbrizi 
çoxlu  səfərlər  etmiş,  əsasən  karvansaralarda  məskən  salmışdır.  Mütəfəkkir  şair 
1244-cü  ildə  Konya  şəhərinə  gəlmiş,  Cəlaləddin  Rumi  ilə  dostlaşmışdır.  Şəms 
Təbrizi  yeni dostuna güclü  mənəvi təsir göstərmiş, bu dostluqdan  narazı qalanlar 
ehtiyatlanaraq Şəmsi quyuya  atmış, öldürmüşdülər. Şəmsin sirli ölümündən sonra 
Cəlaləddin  Rumi  onun  xatirəsini  əziz  tutaraq  “Şəms”  təxəllüsü  ilə  böyük  bir  şeir 
divanı yaratmışdır. Şəms Təbrizinin “Məqalat” (“Deyimlər”) adlı əsərini isə onun 
müridləri  toplayaraq  “Məqalatı-Şəms  Təbrizi”  (“Şəms  Təbrizinin  deyimləri”) 
kitabı halına salmış, bu əsərdəki fəlsəfi, elmi görüşləri geniş yaymışlar. Bu dövrdə 
ismaili  təlimi  müəyyən  nüfuz  dairəsinə  malik  idi  və  Şəms  Təbrizi  həmin  təlimin 
başlıca  təbliğatçılarından  biri  olmuşdur.  İsmaililik  hürufiliyin,  nöqtəviliyin, 
qızılbaşlığın, “Əliallahi” təliminin təşəkkül tapmasına müəyyən təsir göstərmişdir. 
Şəms  Təbrizinin  güclü  ideya-mənəvi  təsirinə  məruz  qalmış  Cəlaləddin  Rumi 
(1207-1273)  6  kitabdan  ibarət  olan  “Məsnəvi”nin  (31  mindən  artıq  beytdən 
ibarətdir),  “Divani-Kəbir”in  (“Böyük  divan”ın)  müəllifidir.  Onun  “Divan”ında 
2073  qəzəl  toplanmışdır  (44  min  beytə  yaxındır).  Cəlaləddin  Ruminin  “Divan”ı 
ədəbi əsərdən daha  çox  fəlsəfi abidə  kimi diqqəti cəlb edir. Onun 4  min beytdən 
artıq  şeirləri  isə  fəlsəfi,  lirik  rübailərdən  (dördlüklərdən)  ibarət  olan  kitabına 
daxildir. Cəlaləddin  Ruminin  müxtəlif şəxslərə  ünvanlanmış 140  məktubu vardır. 
Mütəfəkkirin poetik irsi ümumiyyətlə 80 minədək beytdən ibarətdir və bu zəngin 
irsdə  Azərbaycan  filosofu,  alimi  Şəms  Təbrizinin  həlledici  təsiri  aydın  surətdə 
nəzərə  çarpır.  Cəlaləddin  Rumi  də  sağlığında  ikən  hücum  və  təqiblərə  məruz 
qalmış,  ilahiyyatçılar  onun  əsərlərini  “bidətçi”  təlimin  təhlükəli  faktları  kimi 
təqdim etmişlər. Şairi fiziki divandan yalnız onun böyük nüfuzu və əhali arasındakı 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   53   54   55   56   57   58   59   60   ...   138




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə