Azərbaycan miLLİ elmlər akademiyasi a



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə58/138
tarix11.03.2018
ölçüsü2,8 Kb.
#31227
1   ...   54   55   56   57   58   59   60   61   ...   138

123 
 
böyük  hörməti  xilas  etmişdi.
61
  Cəlaləddin  Ruminin  belə  nüfuzu  və  hörmətinin 
mənbəyi  onun  Şəms  Təbrizi  ilə  3  aylıq  davamlı  elmi-fəlsəfi  mükaliməsində, 
ünsiyyətində  olmuşdur.  “3  ayın  tamamında  Cəlaləddin  Rumini  tanıyanlara  elə 
gəlmişdir  ki,  o,  dünyasını  dəyişmiş,  onun  simasında  isə  başqa  bir  şəxs  dünyaya 
gəlmişdir… Şəmsəddin Təbrizi onu elə bir aləmə dəvət etmişdi ki, heç bir türkə və 
ərəbə heç yuxuda da bu cür aləmdə olmaq nəsib olmamışdı”.
62
 
XIII-XIV  əsrlərdə  bir  sıra  fəlsəfi-dini  təlimlər  meydana  çıxdı  və  tezliklə 
geniş  əhali  kütlələrini  özünə  cəlb  edərək  mənəvi  qüvvədən  maddi  qüvvəyə 
çevrilməyə  başladı.  Təbiidir  ki,  həmin  təlimlər  təsadüfən  və  birdən  meydana 
gəlməmiş,  əski  mütərəqqi  baxışlar  əsasında  formalaşmışdı.  Hürufilik  bu  təlimlər 
arasında  xüsusilə  fərqlənirdi.  Hürufiliyin  ideya  mənbələri  ilk  növbədə  Şərqin 
bidətçi fəlsəfi təlimləri, xüsusilə sufi və ismaili təlimləri olmuşdur. Onun təşəkkül 
tapmasında  Şərq  peripatetizminin  də  müəyyən  rolu  vardır.  Hürufilik  fəlsəfəsinə 
yunan təsiri də məhz Şərq peripatetizmi vasitəsilə olmuşdur. XIV əsrin sonlarından 
geniş  yayılmağa  başlamış  hürufiliyin  vətəni  Azərbaycan  idi.  Təlimin  banisi  və 
hərəkatın ilk rəhbəri Fəzlullah Nəimi (1339/40-1394) 1387-ci ildə ilk dəfə olaraq 
Azərbaycanda yeni cərəyanın başlıca müddəalarını bəyan etdi. Məhz buna görə də 
hürufilər  Azərbaycanı  “sərzəmine-restaxiz”  (“oyanmış  torpaq”)  adlandırırdılar. 
Nəimi  Şihabəddin  Fəzlullah  Təbrizi-Astrabadi  bu  dövrün  bənzərsiz  Azərbaycan 
mütəfəkkiri,  şairi  olmuşdur.  Hürufilik  təriqətinin  əsasını  qoyduğuna  görə  İslam 
Şərqində  onu  “əl-hürufi”  adı  ilə  tanıyırdılar.  Nəimi  hürufiliyin  nəzəri  əsaslarını 
“Cavidani-Səğir”,  “Ərşnamə”,  “Məhəbbətnamə”,  “Novmnamə”  əsərlərində  və 
“Divan”ında  şərh  etmişdir.  Onun  başlıca  əsəri 
“Cavidani-Kəbir”dir 
(“Cavidannamə”).  Hürufiliyə  görə,  Allahın  təbiətdə,  əşyada,  xüsusilə  insanda 
təcəssümü  əsasdır.  Hürufilər  Allahın  Fəzlullahda  təcəssüm  etməsinə  və  onun 
yerdəki ədalətsizliyi aradan qaldıracağına inanırdılar. Fəzlullah Nəimiyə görə, ərəb 
əlifbasındakı  28  və  fars  əlifbasındakı  32  hərf  məhəbbətin  və  gözəlliyin  əsasıdır. 
Onun fikrincə, aləm dərk ediləndir və aləmin dərk olunması insanın fəaliyyətinin 
ümdə  məqsədidir.  Fəzlullah  Nəimi  Teymurləngin  əmrilə  onun  oğlu  Miranşah 
tərəfindən  həbs  olunmuş  və  Əlincə  (Naxçıvandadır)  qalasında  edam  edilmişdir.
63
 
Mütəfəkkir  həbsdə  olarkən  “Vəsiyyətnamə”sini  yazmış,  hürufi  təliminin  gələcək 
nəsillərə çatdırılması arzusunu və mübarizənin davam etdirilməsi zərurətini bəyan 
etmişdir.  Nəimi  hürufilik  təlimini  təqribən  1385-1386-cı  illərdən  təbliğ  etməyə 
bağlamış, bu təlimin kütləviləşərək maddi qüvvəyə çevrilməsinə çalışmışdır. Onun 
yaxın  dostlarından  olmuş  Şeyx  Əbülhəsən  “Cavidannamə”  əsərini  1399-cu  ildə 
nəzmə  çəkmişdir.  1394-cü  ildə  Fəzlullah  Nəimi  edam  olunduqdan  sonra  onun 
“Vəsiyyətnamə”sinə  əsasən  İmadəddin  Nəsimi  (1369-1417)  Təbrizə,  sonra  isə 
Anadoluya getmiş, hürufilik baxışlarını geniş təbliğ etməyə başlamış və buna görə 
də  dəfələrlə  zindanlara  salınmışdı.  Şamaxıda  anadan  olmuş,  ilk  mükəmməl 
təhsilini də burada almış, ilk şeirlərini “Hüseyni” təxəllüsü ilə yazmış, 1394-cü ildə 
Şirvana  gələrək  hürufilik  təlimini  təbliğ  edən  Fəzlullah  Nəimi  ilə  görüşərək  ona 


124 
 
bağlanmış,  bədii  yaradıcılığında  hürufilik  təlimini  geniş  surətdə  işıqlandırmış
64 
İmadəddin Nəsimi ömrünün son illərini Suriyanın Hələb şəhərində keçirmiş, orada 
təbliğatla  məşğul  olmuş,  həbs  edilmiş  və  oradaca  bidətçilikdə  təqsirləndirilərək 
edam  olunmuşdur.  Nəsiminin  ilk  şeirlərini  “Hüseyni”  təxəllüsü  ilə  yazması 
təsadüfi deyildi: Bu təxəllüs şairin X əsrdə Bağdadda bidətçilikdə təqsirləndirilərək 
edam olunmuş Həllac Mənsur Hüseyninin sufi görüşləri təbliğ etməsi ilə bağlı idi. 
Orta çağların İslam Şərqinin əksər ədibləri kimi İmadəddin Nəsimi də elmi, fəlsəfi, 
əxlaqi, ictimai-siyasi baxışlarını poetik, bədii formada ifadə etmişdir. 
Məhəmməd  ibn  Hinduşah  Naxçıvani  XIII  əsrin  sonlarından  XIV  əsrin 
ikinci  yarısınadək  yaşamış  Azərbaycan  alimi,  dövlət  xadimi  olmuşdur.  O, 
Bağdadın  Müstənsiriyyə  mədrəsəsində  təhsil  almış,  qardaşı  Seyfəddin  Əmir 
Mahmud  Kaşanda  hakim  olduğuna  görə  İranın  müxtəlif  şəhərlərində  və  İraqi-
Əcəmdə yaşamışdır. Alim Elxanilər dövründə mühüm vəzifələrdə çalışmış,
65
 ərəb, 
türk və fars dillərini mükəmməl bilmiş, şeirlər yazmış, fars dilində nəsrin ən yaxşı 
nümunələrini  yaratmışdır.  Onun  fars  dilində  yazdığı  “Təcarüb  əs-sələf” 
(“Sələflərin  təcrübələri”)  əsəri  Azərbaycanın  və  bəzi  Yaxın  Şərq  ölkələrinin 
ictimai-siyasi  tarixinə  həsr  olunmuşdur.  Alimin  yazdığı  “Sihah  əl-Əcəm” 
(“Əcəmin  etibarlısı”,  “mötəbəri”)  əsərində  4000  sözü  əhatə  edən  farsca-türkcə 
(azərbaycanca),  fars  dilinin  Azərbaycan  (türk)  və  ərəb  dillərində  izah  olunan  ilk 
qrammatikası verilmişdir. Məhəmməd ibn Hinduşah Naxçıvani “Dəstur əl-katib fi 
təyin əl-məratib” (“Dərəcələrin təyinində katibin göstərişləri”) əsərinin müəllifidir. 
Alim  bu  əsəri  1366-cı  ilin  aprelində  “tam  şəkildə  sona  yetirmişdir”.
66
  XIV  əsrin 
20-ci illərində Təbrizə gələrək Hülakülər dövlətində müxtəlif vəzifələrdə çalışmağa 
başlamış  Məhəmməd  Naxçıvani  tezliklə  vəzir  Fəzlullah  Rəşidəddinin  oğlu 
Qiyasəddin  Rəşidi  ilə  dostlaşmış,  onun  münşisi  və  nədimi  kimi  fəaliyyət 
göstərmişdir.  Qiyasəddin  dostunu  Sultan  Əbu  Səidə  tanıtdırmış,  hökmdar  isə 
Məhəmmədin  dövlət  quruluşu  və  idarə  sistemini  əks  etdirən  xüsusi  əsər  yazması 
barədə  fərman  vermişdi.  Beləliklə,  Məhəmməd  ibn  Hinduşah  Naxçıvaninin  bu 
əsərinin təqribən 30 illik elmi fəaliyyətin  nəticəsi olduğu  bəlli olur.  “Məhəmməd 
Naxçıvaninin  əsas  fəaliyyət  dairəsi  münşiliklə  (katibliklə)  bağlı  olmuşdur.  Bu 
sahədəki fəaliyyətinə görə ona “Şəms-i Münşi ən-Naxçıvani” ləqəbi verilmişdir”.
67
 
O, Cəlairi hökmdarı Sultan Üveysin vaxtında  “Ölkənin baş qazisi” vəzifəsini icra 
etmişdir.  “Dəstur  əl-katib”  Məhəmməd  Naxçivanini  İslam  Şərqində 
məşhurlaşdırmış  əsərdir.  “Dəstur  əl-katib”in  Cəlairilər  dövrü  üçün  əhəmiyyəti 
“Siyasətnamə”nin  Səlcuqilər,  “Came  ət-təvarix”in  Elxanilər  dövrü  üçün 
əhəmiyyəti ilə eyni səviyyədə durur”.
68
 Cəlairi hökmdarı Sultan Şeyx Üveysə həsr 
olunmuş  bu  əsər  giriş,  2  hissə  və  nəticədən  ibarətdir.  Əsərdə  vergi  və 
mükəlləfiyyətlər,  sənətkarlıq  və  ticarət,  maliyyə  və  məhkəmə  orqanları,  dövlət 
idarələrində çalışanların vəzifə və imtiyazları, görkəmli dövlət, elm və mədəniyyət 
xadimlərinin həyatı və s. haqqında müfəssəl məlumatlar vardır. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   54   55   56   57   58   59   60   61   ...   138




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə