Azərbaycan miLLİ elmlər akademiyasi a



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə61/138
tarix11.03.2018
ölçüsü2,8 Kb.
#31227
1   ...   57   58   59   60   61   62   63   64   ...   138

129 
 
Arif Ərdəbili XIV əsrin Azərbaycan şairidir. O, Şirvanşah Keykavus ibn 
Keyqubadın  dəvətilə  Şirvana  gəlmiş,  saray  şairi  olmuş,  “Şirvanşahın  oğlunun 
müəllimi olmuşdur”.
86
 Onun “Fərhadnamə” poeması (1369) farscadır. Şair bu əsəri 
Şirvanşaha ithaf etmişdir. “Xosrov və Şirin” mövzusunda olan bu əsər iki hissədən 
ibarətdir. Əsərdə  Şamaxı və  Bakı  memarlıq abidələrindən də  bəhs olunur. Əsərin 
baş  qəhrəmanı  Xosrov  şah  deyil,  memar  Fərhaddır.  Azərbaycan  şifahi  xalq 
ədəbiyyatı materialları bu əsərdə mühüm yer tutur. 
Əssar  Mövlana  Şəmsəddin  Hacı  Məhəmməd  Təbrizi  (1325-1390) 
Azərbaycan  alimi,  astronomu  və  riyaziyyatçısıdır.  O,  Azərbaycan  ədəbiyyatı 
tarixinə məşhur “Mehr və Müştəri” məsnəvisinin müəllifi kimi daxil olmuşdur. O, 
farsca  yazmış,  Sultan  Üveysin  sarayına  dəvət  olunmuş,  lakin  tezliklə  saraydan 
uzaqlaşmışdır.  Əssar  Təbrizi  Nizami  ədəbi  məktəbinə  mənsub  olan  şairlərdəndir. 
Şairin  “Mehr  və  Müştəri”  (1376),  “Saqinamə”  poemaları,  “Qafiyələrin  sayı 
haqqında  təfsilat”  (“Əl-vafi  fi  tədəd  ül  -  qəvafi”)  adlı  poetika  (tədqiqat)  əsəri 
vardır.  “Mehr  və  Müştəri”  poeması
87
  Azərbaycan  poeziyasında  dostluğa  həsr 
olunmuş  ilk  irihəcmli  əsərlərdəndir.  Bu  əsər  onu  Azərbaycan  ədəbiyyatı  tarixində 
Nizamidən  sonra  ikinci  epik  poema  yazmış  şair  kimi  yüksək  mövqeyə 
qaldırmışdır. Əssarın “Mövlana” ləqəbi onun öz dövründə böyük şöhrət və hörmət 
qazandığını göstərir. Onun əsas əsəri xalq arasında şöhrət tapmış “Mehr və Mah” 
dastanının motivləri əsasındadır. “Əssar panteizm təlimindən çıxış edərək, Mehr ilə 
Müştəri simasında  bir əsasdan  yaranıb sonra  parçalanmış iki varlığın bu dünyada 
bir-birinə qovuşmaq üçün daima çırpındığı və aləmi-məanidən nəşət edib ikiləşmiş 
bir  vəhdətin  yenə  bütünləşməsi  yolunda  qarşıya  çıxan  maneələrin  aradan 
qaldırılacağını bildirmişdir”.
88
 
Əsərdə iştirak edən surətlərin təqribən hamısı Günəş sistemini, bürcləri və 
ulduzları təmsil edirlər. Əssar Təbrizi əsərinin sonunda öz fikrini yekunlaşdıraraq 
yazır: “Mən mübaliğəli şəkildə böyükləri mədh etməkdən boyun qaçırıb həqiqi pak 
sevgi  aləminə  yol  axtardım,  mən  qəsidə  mirvarilərini  şahların  boynuna  düzmək 
istəmədim. Bu sadə güzəranıma qane olaraq, böyük rütbəli adamların qulluğunada 
durmadım.  Mən  də  Nizami  kimi  özümü  xəlvətə  çəkərək  xəyalımın  qüdrətilə 
xəzinələr yaratdım”.
89
 
 
Mədhü tərif yazmadın sən ləyaqətsiz adama 
Həqiqətə çatmaq üçün yol axtardın daima. 
Qəsidələr yazıb heç vaxt şahları mədh etmədin, 
Hədiyyələr almaq üçün bir qapıya getmədin… 
…Səbr eylədin sən öz kasıb, sadə güzəranına, 
Bir tələbçün getmədin heç kübarların yanına. 
İstəmədin heç qapıdan sən özünə himayət, 
Təxtin, tacın oldu sənin azad həyat, qənaət. 
Uymadın sən boş şöhrətə, qısıldın öz guşənə, 


130 
 
Təkəbbürlü bir adam da qoymadı minnət sənə… 
Nizamitək sən də daim çəkildin bir xəlvətə, 
Təmənnasız rövnəq verdin məna dolu hikmətə.
90
 
 
“Mehr  və  Müştəri”  məsnəvisi  nadir  əsərdir,  lakin  o  zaman  məşhur 
olmamışdır. Bu məsnəvi 5120 beytdən ibarətdir. Əbdürrəhman Cami bu məsnəvini 
mütaliə etdikdə onu çox tərifləmiş və aşağıdakı sözləri onun haqqında söyləmişdir: 
“Bu  şəxs  Təbriz  əhlinin  üzünü  ağartmışdır.  Bu  vəzndə  belə  bir  gözəl  məsnəvi 
demək mahaldır (hər kəsin işi deyildir.-red.)”.
91
 
Nizami  ədəbi  məktəbinin  davamçılarından  olmuş  Əvhədi  Marağayi 
(1274-1338)  də  dövrün  poetik  ənənəsinə  sadiq  qalmış,  farsca  yazmışdır.  Şair 
“Cami-Cəm”  (“Cəmşidin camı”) adlı əsərində  şahların zülmkarlığını,  məmurların 
soyğunçuluğu  və  rüşvətxorluğunu,  özbaşınalığını,  hakimlərin  nadanlığını  başlıca 
tənqid  obyekti  etmişdir.  Onun  yaradıcılığında  dini,  mistik  meyllər  də  güclüdür. 
Şairin adı Şeyx Rüknəddin idi. O, təsəvvüf təriqəti başçılarından və böyük hörmət 
qazanmış  şəxsiyyətlərdən  olmuşdur.  Şair  ömrünün  çox  hissəsini  İsfahanda 
keçirmişdir.  “Onun  təxəllüsü  əvvəl  “Safi”  olmuş,  sonra  sufi  şeyxi  və  şairi  Şeyx 
Əbu  Hamid  Əvhədəddin  Kirmani  ilə  yaxın  olduğu  üçün  “Əvhədi”  təxəllüs 
etmişdir.
92
  “Mövlana  Əvhədinin  Dövlətşah  Səmərqəndiyə  görə,  15  min  beyt 
qəsidə,  qəzəl, qitə  və  tərcibəndlərdən  ibarət  divanı  vardır”.
93
  Şairin  iki  məsnəvisi 
vardır: 1000 beytə yaxın “Dəhnamə” və beş min beytlik “Cami-Cəm”  məsnəvisi. 
O, ikinci məsnəvini Sultan Əbu Səid üçün nəzmə çəkmişdir. Şair Marağa şəhərində 
vəfat  etmiş  və  oradaca  dəfn  olunmuşdur.  Əvhədi  panteist  ruhlu  filosof  olmuş, 
Azərbaycanı, İranı və Ərəb ölkələrini gəzmiş, İsfahanda 20 ilədək yaşamışdır. O, 
“Dəhnamə”  və  yaxud  “Məntiq  ül-üşşad”  (“Aşiqlərin  söhbəti”)  məsnəvisini  1306-
1307-ci  illərdə  yazmışdır.  “Cami-cəm”  məsnəvisi  isə  Sənaninin  “Hədiqətül-
həqaiq”  (“Həqiqətlər  bağı”)  əsərinin  təsiri  ilə  yazılmışdır.  Bu  məsnəvilərdə 
Əvhədinin  fəlsəfi,  ictimai,  elmi,  əxlaqi,  dini  baxışları  öz  əksini  tapmışdır. 
Bürhanəddin Əhməd 1344-1398-cü illərdə yaşamış Azərbaycan şairi, alimi, dövlət 
xadimidir. O, Qeysəriyyə qazısı olmuş Şəmsəddin Məhəmmədin oğlu idi. Əhməd 
Misirdə  və  Şamda  təhsil  almış,  bir  sıra  elmləri  öyrənmişdir.  O,  1364-cü  ildə 
Qeysəriyyə qazisi, tezliklə şəhərin hakimi olmuş, Sivas və Ərzincani tutmuş, 1381-
ci  ildə  Sivasda  özünü  sultan  elan  etmişdi.
94 
Qazi  Burhanəddin  Əmir  Teymurun 
Şərqi  Anadoluya  yürüşü  əleyhinə  çıxmış,  ona  qarşı  Misirin  sultanı  Bərquq  ilə 
İttifaq bağlamağa çalışmış, Ağqoyunlu sülaləsindən olan Qarayuluq Osman bəylə 
döyüşdə  öldürülmüşdür. Bürhanəddin bədii əsərlərini türk, fars  və  ərəb dillərində 
yazırdı. Onun 1500 qəzəl, 20 rübai və 119 tuyuqdan ibarət olan divanı 1393-ci ildə 
köçürülmüşdür. Şeirlərində ərəb, fars söz və tərkibləri çox azdır. Onun ərəbcə elmi 
əsərləri  də  vardır.  O,  mənşəcə  oğuzların  Salur  boyundandır,  qazılər  (qazı) 
nəslindəndir, on ildən artıq Qeysəriyyə qazısı olmuşdur. O, 1381-ci ildən sonra 17 
il ərzində Qaraman, Osmanlı və Türkman tayfalarını öz hakimiyyətinə tabe etməyə 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   57   58   59   60   61   62   63   64   ...   138




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə