Azərbaycan miLLİ elmlər akademiyasi a



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə63/138
tarix11.03.2018
ölçüsü2,8 Kb.
#31227
1   ...   59   60   61   62   63   64   65   66   ...   138

133 
 
saxsı istehsalı mərkəzi vardı. Məişət məmulatı və binaların üzlənməsi üçün yüksək 
keyfiyyətli  kaşılar  hazırlanırdı.  Bu  dövrdə  daşyonma  sənəti  də  xeyli  inkişaf 
etmişdir.  Qəbirüstü  daşlar,  “Bayıl  daşları”  daşoyma  sənətinin  parlaq 
nümunələrindəndir.  Gəncə,  Bərdə,  Naxçıvan,  Şamaxı,  Təbriz  və  Ərdəbil  metal 
üzərində  bədii  işləmə  sənətinin  başlıca  mərkəzləri  olmuşdur.  XIII-XIV  əsrlərdə 
Azərbaycanda  hazırlanmış  fiqurlu  qablar  böyük  elmi  maraq  kəsb  edir.  Çünki  bu 
material  “müsəlman  Şərqində  heykəltəraşlıq  nümunələrinin  olmaması  haqqında 
köhnə  baxışı rədd edir”
108
. Metaldan, daşdan,  gildən hazırlanmış,  məişət təyinatlı 
əşyalar eyni zamanda incəsənət nümunələri idi. 
Bu  dövrdə  ölkədə  xeyli  musiqi  nəzəriyyəçisi  fəaliyyət  göstərirdi. 
Səfiəddin  Urməvi  (1230-1294)  onlardan  ən  məşhurudur.  Bəzi  mənbələrə  görə, 
Səfiəddin  Bağdadda  anadan  olmuşdur.  O,  musiqişünas,  ifaçı,  bəstəkar,  xəttat  idi. 
Səfiəddin  Urmiyə  və  Bağdadın  “Müstənsiriyyə”  mədrəsələrində  təhsil  almış, 
Abbasi xəlifəsi əl-Müstəsimin (1242-1258) saray kitabxanasında işləmiş, xəlifənin 
nədimi  olmuş,  musiqi  nəzəriyyəsinə  dair  “Kitab  əl-ədvar”  (“Musiqi  dövrləri 
haqqında  kitab”,  1252)  əsərini  yazmışdır.  Bağdad  monqollar  tərəfindən  fəth 
olunduqdan  sonra  o,  Hülakü  xanın  xidmətinə  cəlb  olunmuş,  vəzir  Şəmsəddin 
Cüveyninin  oğulları  Bəhaəddinə  və  Şərəfəddinə  dərs  demiş,  özünün  “Risaleye-
Şərəfiyyə” əsərini şagirdi Şərəfəddin Haruna həsr etmişdir. 
Hülakü  xan  Səfiəddinə  ildə  10  min  dinar  “mizrab  haqqı”  ödənilməsi 
barədə  fərman  vermişdi.  Tarixçi  Vəssaf  yazır  ki,  bu  məbləğ  ona  və  övladlarına 
uzun  müddət  ərzində  ödənilmişdi.  Səfiəddin  ədəbiyyatşünaslığa  dair  “Əl-əruz  və 
qəvafe  və  -  l  bədaye  (“Əruz,  qafiyələr  və  üslubiyyat”)  əsərini  yazmışdır.  O, 
həyatının  son  dövrlərində  müamiləçilərin  şikayəti  əsasında  həbs  olunmuş  və 
həbsxanada ölmüşdür. Onun yaradıcıdlığı Yaxın və Orta Şərq xalqları musiqisinin 
təkamülü  prosesində  yeni  dövrün  başlanğıcıdır.  Bütün  Şərq,  eləcə  də  şifahi 
ənənəyə  malik  olan  Azərbaycan  peşəkar  musiqisinin  əsasını  təşkil  edən  səs 
komplekslərini  sistemləşdirməsi  Səfiəddin  Urməvinin  musiqi  nəzəriyyəsi 
sahəsində  mühüm  nailiyyətidir.  O,  12  əsas  məqamın  (dövr),  6  törəmə  məqamın 
(avaz)  səs  düzümünü,  nümunələri  təqdim  etmişdir.  Səfiəddin  Urməvi  nüzhə  və 
muğni  musiqi  alətlərini  yaratmış,  bərbət  musiqi  alətinin  məşhur  ifaçılarından 
olmuşdur.
109
 
Əbdülqadir Xacə Kəmaləddin Əbülfəzail ibn Qeybi Hafiz  Maraği (1353, 
Marağa-1435, Herat) musiqi nəzəriyyəçisi, bəstəkar, xanəndə idi. Cəlairi hökmdarı 
Şeyx Üveysin dövründə saray məclislərində musiqiçi, xanəndə, bəstəkar kimi çıxış 
edərək  şöhrət  qazanmışdı.  Əbdülqadir  Marağı  “Came  əl-əlhan”  (“Melodiyalar 
külliyyatı”),  “Məqasid  əl-əlhan”  (“Melodiyaların  məqsədləri”),  “Şərh  əl-ədvar” 
(Urməvinin  əsərinə  şərh),  “Fəvaidi-əşərə”  (“On  fayda”),  “Kənz  əl-əlhan” 
(“Melodiyalar 
xəzinəsi”) 
risalələrini 
yazmışdır. 
Bəstəkar 
orta 
əsr 
musiqişünaslığında  ilk  dəfə  olaraq  12  əsas  məqamdan  törəmə  24  şöbə  sistemini 
elmi  cəhətdən  əsaslandırmış,  dövrünün  musiqi  formalarının  təsvirini  vermişdir. 


134 
 
Onun  Azərbaycan  (türk)  dilində  şeirləri  vardır.  Bəstəkarın  yaratdığı  20  yeni 
ritmdən 6-sı sonrakı dövr musiqişünasları tərəfindən klassik ritmlər silsiləsinə daxil 
olunmuşdur. Onun əsərlərində aşıq sənətinə dair qiymətli məlumatlar vardır. O, ud 
alətinin mahir ifaçısı olmuş, bəzi alətləri isə (əlvah, kasat və s.) təkmilləşdirmişdir. 
Maraği  dövrünün  tanınmış  xəttatı  idi.  “Şeyx  Üveysdən  sonra  onun  oğlu  Sultan 
Hüseyn Mirzə Əbdülqadirin udunun (çalğı aləti) səsinə və gözəl nəğmələrinə qulaq 
asırdı. Bu padşahın əmri ilə hicri qəməri 779-cu il ramazan ayında (1373, yanvar) 
Xacə Əbdülqadir “otuz növbə” adlı məşhur mahnıları yazmışdır. Bu mahnıların hər 
növbəsi  ramazan  ayının  bir  gününə  məxsusdur.  Birinci  növbə  “Hüseyni”  adlı 
muğamdır”.
110
  Ramazan  ayı  başa  çatdıqdan  sonra  bəstəkar  “otuz  növbə”nin 
müqabilində  yüz  min  dinar  peşkəş  almışdır,  bəstəkar  bunu  “Məqasid  əl-əlhan” 
əsərində etiraf edib”.
111
 1382-ci ildə Üveysin oğlu Sultan Əhməd Xacə Əbdülqadiri 
özünün  xüsusi  nədimi  etmişdi.  Sonralar  Əbdülqadir  Əmir  Teymura  və  onun 
xələflərinə  xidmət  etmiş,  ömrünün  sonlarınadək  Xorasanda  qalmış,  orada  vəfat 
etmişdir. 
XIII əsrə qədərki dövrdə Azərbaycan musiqisi əsasən saraylarda və feodal 
əyanlarının məclislərində inkişaf etmişdir. XIII-XIV əsrlərdə isə  musiqi daha çox 
xalq  kütlələrinin  yaradıcılıq  məhsulu  idi  və  xalq  arasında  daha  geniş  yayılmışdı. 
Qazan xandan sonra Ulcaytu Sultan Məhəmməd musiqi ifasının qadağan olunması 
haqqında  fərman  verdi,  lakin  bu  fərman  obyektiv  inkişaf  prosesinin  qarşısını  ala 
bilməzdi. Çünki sultan geniş imperiya ərazisində (habelə Azərbaycan miqyasında) 
bu fərmana əməl olunmasını təmin etmək iqtidarında deyildi. Sultan sarayının da 
uzun  müddət  musiqisiz  keçinməsi  qeyri-mümkün  idi.  XIV  əsrin  II  yarısında-
Cəlairilər  zamanında  Azərbaycan  musiqisi  saraya  daha  artıq  dərəcədə  daxil 
olmuşdu. 
Azərbaycan  memarlığının  müəyyən  uğurları  bu  dövrdə  də  diqqəti  cəlb 
edirdi.  Təbriz  memarlıq  məktəbi  XIII-XIV  əsrlərdə  mühüm  və  aparıcı  mövqe 
qazanmışdı.  XIII  əsrin  II  yarısında  regionda  nisbi  sabitliyin  qərarlaşması 
Azərbaycan  memarlığının  daha  da  inkişafı  üçün  əlverişli  şərait  yaratdı. 
Azərbaycanın  Elxanilər  dövlətinin  mərkəzi  vilayəti  olması  bu  inkişafın  yüksək 
sürətini təmin etdi. Marağa rəsədxanası həm dövrün iri elmi mərkəzi, həm də nadir 
memarlıq kompleksi olmuşdur. Fəzlullah Rəşidəddinin fəaliyyəti dövrün memarlıq 
həyatının  diqqəti  cəlb  edən  hadisələrindəndir.  1297-ci  ildə  “Şənb”  adlanan  yerdə 
Təbrizin yeni mərkəzinin əsası qoyuldu (“Şənbi – Qazan” və yaxud “Qazaniyyə”). 
Bu kompleksdə Qazan xanın məqbərəsi mərkəzi yeri tuturdu. Məqbərənin müəllifi 
memar  Tacəddin  Əlişah  idi.  Məqbərə  qülləvari  abidələr  tipinə  aiddir  və  kaşılarla 
bəzədilmişdi (XVI əsrədək mövcud olmuşdur). İri memarlıq obyektlərindən biri də 
“Rəbi-Rəşidi”  və  yaxud  “Rəşidiyyə”  idi.  Bu  şəhərcik  Qazan  xanın  vəziri 
Rəşidəddinin  başçılığı  ilə  inşa  olunmuşdu.  Kompleksdə  24  iri  karvansara,  1500 
dükan, 30 min ev, hamamlar, kağız istehsal edən karxana, boyaqçı emalatxanaları, 
xiyabanlar,  sikkəxana,  dəyirmanlar,  bağlar,  rəssam  və  xəttatların  çalışdıqları 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   59   60   61   62   63   64   65   66   ...   138




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə