Azərbaycan miLLİ elmlər akademiyasi a



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə62/138
tarix11.03.2018
ölçüsü2,8 Kb.
#31227
1   ...   58   59   60   61   62   63   64   65   ...   138

131 
 
çalışmışdır.  Orta  əsr  salnaməçiləri  ona  “Əbülfəth”  (zəfər  və  qələbə  sahibi)  adını 
vermişlər.
95
 Azərbaycan ədəbiyyatında tuyuq janrının banisi Qazi Bürhanəddin və 
Nəsimidir.
96
 Onun divanı həcmcə 17 min misradan ibarətdir.
97
 
XIII-XIV  əsrlərin  qovuşuğunda  yaşayıb  Azərbaycan  (türk)  dilində  ilk 
yazılı  abidə  yaratmış  sənətkarlardan  biri  də  Suli  Fəqihdir.
98
  Dövrümüzə  qədər 
şairin  yalnız  bir  əsəri  –  4800  beytdən  ibarət  olan  “Yusif  və  Züleyxa”  poeması 
çatmışdır.  Şairin  özünü  “Fəqih”  adlandırması  onun  müsəlman  hüququ  bilicisi 
olduğuna  işarədir.  Müəllif  poemanı  yüaradarkən  xalq  arasında  yayılmış  dastan 
variantından  istifadə  etmişdir.  “XIII-XIV  yüzilliklərdə  yaranmış  ilk  anadilli 
abidələrimiz, yazılı ədəbi-bədii dil nümunələrimiz başlıca olaraq Şərqi Anadoluda 
və  Şərqi  Andoluya  həmsərhəd  ərazilərdə  meydana  çıxmışdır.  Yeni  istiqamətdə 
inkişaf  edən  ədəbiyyatımız  məhz  buradan  pərvazlanmışdır”.
99
  Qazi  Bürhanəddin, 
Ərzurumlu  Qazi  Mustafa  Zərir,  Yusif  Məddah,  Suli  Fəqih  məhz  bu  mühitin 
yetirmələri  olmuşlar.  Yusif  Məddahın  1700  beytlik  “Vərqa  və  Gülşah”,  Mustafa 
Zəririn 2120 beytlik “Yusif və Züleyxa” poemaları daha məşhurdur. 
Mustafa  Zərir  (kor,  zəlil)  anadangəlmə  kor  idi.  O,  “Yusif  və  Züleyxa” 
əsərini  1366-ci  ildə  yazmışdır.  “Maraqlıdır  ki,  orta  əsrlərdə  Şərq  ədəbiyyatında 
ənənə xarakteri almış və klassik aşiqanə dastanlarda gördüyümüz bir sıra cəhətlər - 
dibaçə,  tövhid,  nət,  meracnamə,  dövrün  hökmdarlarının  şərəfinə  söylənilmiş 
mədhlər,  habelə  kitabın  yazılma  səbəbləri  əsərdə  yox  dərəcəsindədir.  Yalnız 
poemanın başlanğıcında, təxminən 20 misralıq bir parçada Məhəmməd peyğəmbər 
və  ondan  sonra  gələn  xəlifələrin  şəninə  xoş  sözlər  deyilir,  müəllif  ulu  tanrıdan 
kömək diləyir, bü ağır işdə ona mədədçi olmasına ürəkdən dua edir. Bütün bunlar 
Mustafa  Zəririn  yaradıcıığının  xalqla  bağlılığına,  geniş  kütlənin  zövqünə, 
dünyagörüşünə, düşüncə tərzinə yaxından bələd olmasına zəmanət verir. Görünür, 
şair özü bilərəkdən hər cür təmtəraqdan, gurultulu ibarələrdən imtina etmiş, boyun 
qaçırmışdır”.
100
 
XIV  əsrin  sonlarında  Şirvanda  hazırlanmış,  “Kitabi-kimya  əs-səadət”, 
1388-ci  ildə  Təbrizdə  üzü  köçürülmüş  “Əcaib  əl-məxluqat”  əsərləri  bu  dövrün 
kitab  sənətinin  gözəl  nümunələridir.  Kitab  tərtibatı,  miniatür  sənəti,  memarlıq, 
xəttatlıq  bu  dövrdə  də  geniş  yayılmış  incəsənət  növlərindən  idi.  Xəttatların, 
memarların  fəaliyyət  arealı,  sahələri  bu  baxımdan  daha  geniş  olmuşdur. 
Mübarəkşah Zərrinqələm həmin dövrün ən tanınmış xəttatlarından idi. XIV əsrdə 
yaşamış  bu  şəxs  məşhur  ərəb  xəttatı  Yaqut  Müstəsimin  “altı  ustad”  adı  ilə 
şöhrətlənmiş  tələbələrindən  idi.  O,  klassik  xətt  örnəklərinin  mahir  ustalarından 
olmuş,  Sultan  Üveysin  Nəcəf  (İraq)  şəhərində  tikdirdiyi  binanın  dekorativ 
yazılarını qızılla işlədiyinə görə “Zərrinqələm” (“Qızıl qələm”) ləqəbini almışdı.
101
 
O, klassik ərəb qrafikasının bütün 6 xəttini yüksək səviyyədə yaradıcılığında tətbiq 
etmişdir. 
Xacə  Abdulla  Seyrəfi  Təbrizi  XIV  əsrin  görkəmli  xəttatlarından  biri  idi. 
O,  dövrün  altı  məşhur  xəttatından  biri  olmuşdur.  Xacə  Abdulla  Seyid  Heydər 


132 
 
Qondənəvisin (qalın xətlə yazan) şagirdi olmuşdur. Bu ustad isə Yaqut Müstəsimin 
altı  şagirdindən  biri  idi.  Seyrəfi  “müsənna”  adlanan  xətti  yaratmışdır  və  onun  bu 
növdə  yazıları  Azərbaycanda  geniş  yayılmışdır.  Təbrizin  bir  çox  abidələrindəki 
kitabələr və xüsusilə “Usta-şagird” adı ilə tanınmış abidələrdə, habelə “Rəşidiyyə” 
və “Qiyasiyyə” abidələrindəki kitabələr onun xətti ilə yazılmışdır. “Azərbaycanın, 
eləcə  də  İranın  bir  çox  gözəl  xəttatlarının  sülaləsi  öz  kökləri  ilə  Seyrəfiyə 
bağlanır”.
102
 
Abdulla Seyrəfinin 1329-cu ildə və Abdulla Marağinin 1338-ci ildə üzünü 
köçürdükləri  Quran  nüsxələri  dekorativ  tərtibatına  görə  nadir  sənət  nümunələri 
hesab  olunur.  Hacı  Məhəmməd  Bəndçi  də  onun  şagirdi  və  Azərbaycanın  məşhur 
xəttalarından idi. “Bu ustadın və şagirdin Azərbaycanda bir neçə kitabələri vardır 
ki,  onların  misli-bərabəri  yoxdur”.
103
  Belə  abidələrdən  biri  “Usta-şagird”  adı  ilə 
tanınır (“Əlaiyyə” abidəsindəki kitabələrdir). Bu bina “Kiçik Şeyx Həsən” adı ilə 
tanınmış  məşhur  Əlaəddinin  1341-ci  ildə  tikdirdiyi  obyektdir.  Bir  il  ərzində 
tikilmiş  bu  binanın  şərq  qolundakı  bəzi  yazıları  Seyrəfinin  şagirdi  yerinə 
yetirmişdir (bu abidə məhz buna görə də “Usta-şagird” adı ilə tanınır). 
Orta Şərq kitab miniatürünün ilkin örnəkləri Azərbaycanda (Xoy, Marağa 
və Təbriz şəhərlərində) yaranmışdır. “Vərqa və Gülşa” (XIII əsrin əvvəli), “Mənafi 
əl-heyvan”  (1298)  və  “Cami  ət-təvarix”  (1308,  1314)  əlyazmalarına  çəkilmiş 
miniatür  rəsmləri  Azərbaycanda  bədii  ənənənin  varlığını,  Orta  Şərqdə  yeni  bədii 
məktəbin  yarandığını  təsdiqləyir.  Təbriz  miniatür  məktəbinin  yaranması, 
formalaşması və  inkişafının erkən  mərhələsi “müxtəlif səmtlərdən gələn təsirlərlə 
yerli  bədii  ənənələrin  çarpazlaşması,  qaynayıb  qarışması  prosesində  baş 
vermişdir”.
104
 
Təbriz  miniatür  məktəbinin  inkişafına  istiqamət  vermiş  başlıca  kənar 
təsirlər aşağıdakılar olmuşdur: 
1. Monqollarla gətirilmiş uyğur rəssamlarının Şərqi Türküstan-Çin-Uyğur sənəti
2. Bağdad məktəbi vasitəsilə gəlmiş ərəb – Mesopotamiya boyakarlığı ənənələri. 
“Vərqa  və  Gülşa”  əsərinə  xoylu  Əbdülmömin  ibn  Məhəmmədin  çəkdiyi 
70  miniatür bu  sənətin gözəl  nümunələrindən idi.  “1330-1340-cı  illərə  aid böyük 
Təbriz  “Şahnamə”sinin  illüstrasiyaları  yalnız  Azərbaycanda  deyil,  ümumiyyətlə 
Şərq  miniatür  boyakarlığının  inkişafında  yeni,  bədii-estetik  və  sənətkarlıq 
baxımından daha yüksək bir dövrü təmsil edir”
105
. Tədqiqatçılar belə hesab edirlər 
ki, “Şahnamə” əlyazması miniatürlərinin “çoxunu XIV əsrin məşhur ustad rəssamı 
Şəmsəddin,  bir  hissəsini  isə  onun  tələbəsi,  sonralar  Teymurun  Səmərqəndə 
göndərdiyi Əbülxay (Əbdül Xoylu -red.) çəkmişdir”.
106
 
Təbriz  miniatür  məktəbi  bu  dövrdə  qonşu  Şərq  ölkələrində  miniatür 
sənətinin  inkişafı  və  bədii  məktəblərin  təşəkkülü  prosesində  əsaslı  rol  oynamış 
“ana məktəb”
107
 olmuşdur. 
XIII-XIV  əsrlərdə  Azərbaycanda  geniş  yayılmış  dekorativ  tətbiqi 
incəsənət növləri arasında keramika aparıcı yer tuturdu. Bu dövrdə ölkədə bir neçə 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   58   59   60   61   62   63   64   65   ...   138




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə