Azərbaycan miLLİ elmlər akademiyasi a



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə60/138
tarix11.03.2018
ölçüsü2,8 Kb.
#31227
1   ...   56   57   58   59   60   61   62   63   ...   138

127 
 
Çələbi Əbülqəzail Hisamülhaq-vəddin “Həsən ibn Məhəmməd ibn Həsən” 
və “Əxi” adı ilə tanınırdı. Çələbi “Urməvi türklərdəndir”.
80
 O, Cəlaləddin Ruminin 
“canişinlərindən”  olmuş,  1284-cü  ildə  vəfat  etmişdir  və  Ruminin  məzarında  dəfn 
olunmuşdur. XIII əsrdə bilikli, alim və ədib şəxslərə “Çələbi” adı verilirdi (mənası 
“mövlana”, “seyidanə”, “seyyidi”) idi. Digər bir şəxs - Hüsaməddin Çələbi Urməvi 
də  Mövlana  Cəlaləddin  Bəlxi  Ruminin  və  Şəmsəddin  Təbrizinin  müridi  idi, 
təriqətin başlıca ideyalarının təbliği ilə məşğul olmuşdu. 
Cəlaləddin  Təbrizi  XIII  əsrin  məşhur  ariflərindəndir.  O,  Təbrizli  Şeyx 
Əbu  Səidin  müridi,  gilanlı  Şeyx  Zahidin  mürşidi  olmuşdur.  Şeyx  Cəlaləddin 
Məkkə  ziyarətində  olmuş,  1236-cı  ildə  Bağdaddan  Hindistana  getmiş,  orada 
Çəştilərin məşhur xəlifələrindən olmuşdur. O, 1244-cü ildə Benqalda vəfat etmiş, 
oradaca  dəfn  oşunmuşdur.  Onun  qəbri  dərvişlərin  və  ariflərin  ziyarətgahına 
çevrilmişdir.  Şəmsəddin  Xosrovşahi  (1254-cü  ildə  vəfat  etmişdir)  alim,  filosof, 
şeyxülislam,  təbib  şəriətə  dair  bir  çox  əsərlərin  müəllifi  idi.  O,  Şuriyaya  getmiş, 
Məlik  Nasir  Səlahəddinə  xidmət  etmişdi.  Şəmsəddin  ölümünədək  Dəməşqə 
yaşamışdır. O, xeyli əsərin müəllifidir. 
Şərif  Şəmsəddin  Urməvi-Misri  (1252-ci  ildə  60  yaşında  vəfat  etmişdir) 
“Qazil-əsgər”  adı  ilə  məşhur  olmuşdur.  Şəmsəddin  Urməvi  imam,  fəqih,  üsul 
elmində  ali  bilik  sahibi  idi.  O,  Səlahəddin  tərəfindən  vəqf  olunmuş  “Şərifiyyə” 
mədrəsəsində  və  Misirin  Came  məscidinin  yaxınlığında  fiqh  elmini  tədris  etmiş, 
bir sıra əsərlərə şərh yazmış, hədisi də tədris etmişdir. 
Şihabəddin  Əbu  Abdulla  Xoylu  (1228-ci  ildə  Dəməşqdə  anadan  olmuş, 
1293-cü  ildə  oradaca  vəfat  etmişdir)  fiqh,  ərəb  dili  qrammatikası,  Quranın  təfsiri, 
Şəriət  elmləri,  hesab,  həndəsə  sahələrində  tanınmışdı.  O,  Qüdsdə,  Hələbdə, 
Hillədə, Bəhənsada qazi, daha sonra isə Misirdə baş qazı olmuşdur. Şihabəddin 20 
elmə dair böyük bir əsər, 7 fənn haqqında kitab, ərəb dili qrammatikası haqqında 
İbn Mətin əsərinə şərh, bir sıra əsərlərə izah, 15 hədisə bir cilddə şərh yazmışdır. 
Alimin şeirləri də vardır.
81
 
Beləliklə,  orta  çağlarda,  xüsusilə  İslam  Şərqində  ruhani,  dini  bilikləri 
tədris, təbliğ etmiş alimlərin,  ariflərin  fəaliyyəti zamanın tələbi,  obyektiv zərurət, 
böyük  elmi  qabiliyyət  idi.  Həmin  dövrdə  elm  başlıca  ictimai  şüur  forması, 
dünyagörüşü olan dinlə üzvi bağlılıqda olmuş, ilahiyyatçıların elmə, alimlərin dinə, 
din tarixinə müdaxiləsi adi hala çevrilmişdi. 
XIII-XIV  yüzilliklərdə  tarixə  maraq  xeyli  salnamənin,  tarixi  əsərin 
yaranmasına  gətirib  çıxardı.  Lakin  öncədən  qeyd  etmək  lazımdır  ki,  həmin 
əsərlərin  əksəriyyəti  salnamə  səciyyəsi  daşıyırdı  və  əsasən  təsvirə  üstünlük 
verilməsi ilə seçilirdi. Əsasən kollektiv əməyin nəticəsi olan “Cami ət-təvarix”dən 
başqa  bu  dövrdə  bir  sıra  tarixi  məzmunlu  əsərlər  yaradıldı  ki,  onlar  fərdi  elmi 
fəaliyyətin  nəticəsi  kimi  meydana  çıxmışdı.  Əhməd  ibn  Məhəmməd  Təbrizi  XIV 
əsrin  görkəmli  tarixçilərindən  biri  olmuşdur.  O,  “Tarix  əl-nəvadir”  və 
“Şahənşahnamə” adlı mənzum tarixi əsərlərin müəllifidir. İkinci əsər 1337-1338-ci 


128 
 
illərdə  Elxani  Sultan  Əbu  Səidin  şərəfinə  yazılmışdır.  “Şahnamə”  əsərində  ən 
qədim zamanlardan 1338-ci ilədək baş vermiş tarixi hadisələr öz əksini tapmışdır. 
Təbrizdə  yaşamış  Həmdullah  Mustovfi  əl-Qəzvini  (1281/82-1349/50)  tarixçi  və 
coğrafiyaşünas  idi.  O,  “Tarixi-qozide”  (“Seçilmiş  tarix”)  və  “Hüzhət  əl-qülub” 
(“Qəlblərin  əyləncəsi”)  əsərlərinin  müəllifidir.  Həmdullah  Qəzvini  “Zəfərnamə” 
əsərini  də  yazmışdır.  O,  Fəzlullah  Rəşidəddinin  yanında  maliyyə  məmuru 
olmuşdur.  “Tarixi-qozide”  əsərində  xürrəmilər  hərəkatı,  Şirvanşahlar  sülaləsi, 
Səlcuq  sultanları,  Azərbaycan  Atabəyləri,  “Nüzhət  əl-qülub”  əsərində  isə 
Azərbaycanın  iqtisadi  vəziyyəti,  şəhərləri,  yerli  feodal  sülalələri,  elm  və 
mədəniyyət  xadimləri,  monqolların  hücumları  haqqında  məlumatlar  verilmişdir.
82 
Məkkə, Mədinə, Qüds, Mesopotamiya, Kiçik Asiya, İran və qonşu ölkələr barədə 
məlumatlar  da  həmin  əsərlərdə  öz  əksini  tapmışdır.  XIV  əsrin  “əvvəllərində  və 
ortalarında  yaşamış”
83 
Azərbaycan  tarixçisi  Əbu  Bəkr  əl-Qütbi  əl-Əhərinin 
“Tarixe-Şeyx Üveys” əsəri müstəsna əhəmiyyət kəsb edir. Ümumiyyətlə, XIII-XIV 
əsrlərdə  Şərq  ölkələrində  Şərq  ölkələrində,  o  cümlədən  Azərbaycanda  və  İranda 
tarix  elmi  nəzərəçarpacaq  dərəcədə  irəliləmişdi”.
84
  “Fars  (İran)  tarixşünaslığının 
qızıl  əsrləri”
85
  kimi  qiymətləndirilmiş  bir  dövrdə  yazılmış  “Tarixe-Şeyx  Üveys” 
əsərində  (bizə  gəlib  çatmış  əlyazması  iki  hissədən  ibarətdir)  islamaqədərki  İran 
sülalələrindən monqol hökmdarlarının hakimiyyəti zamanınadək olan böyük tarixi 
dövrə  nəzər  salınmışdır.  Azərbaycana  xüsusi  diqqət  yetirilməsi  baxımından  Əbu-
Bəkr  əl-Qütbi  əl-Əhərinin  “Tarixe-Şeyx  Üveys”  əsəri  çox  əhəmiyyətlidir.  Əsərdə 
Elxanilərin  tarixi  təsvir  olunur,  həmin  dövlətin  tənəzzülü,  Çobani  əmirlərinin 
özbaşınalığı,  Cəlairilər dövlətinin  yaranması  haqqında  geniş  məlumat  verilmişdir. 
XIII-XIV  yüzilliklərdə  fars  dilində  yazılmış  tarixi  məzmunlu  əsərlərin  hamısında 
dövrün  ruhu,  ictimai-siyasi,  mədəni  mühiti  az  və  ya  çox  dərəcədə  öz  əksini 
tapmışdır. 
Bu  dövrdə  Azərbaycan  ədəbiyyatı  xalqın  mədəni  həyatının  aparıcı 
sahələrindən  idi.  Bu  dövrun  ədiblərinin  yaradıcılığı  çoxcəhətli  olmuş,  yalnız 
ədəbiyyatla məhdudlaşmamışdır. Şeyx İzzəddin Həsənoğlu Azərbaycan (türk) dilli 
klassik poeziyasının ilk məlum nümayəndəsi (XIII əsr) hesab olunur. Onun türk və 
fars  dillərində  şeir  divanları  vardır.  Şairin  doğma  dildə  yazdığı  poeziya 
örnəklərindən yalnız üçü oxucularımıza bəllidir. 
Zülfüqar  Şirvani  1192-ci  ildə  Şamaxıda  anadan  olmuşdur.  Onun  ölüm 
tarixi  məlum  deyildir.  O,  mədrəsə  təhsili  almış,  poetikanı,  məntiqi,  astoronomiya 
və  fəlsəfəni  öyrənmişdir.  Şair  Şirvanşahlar  sarayında  yaşamış,  Şərq  ölkələrinə 
səyahət etmiş, əsərlərini 6 dildə (habelə türk dilində) yazdığına özü işarə vermişdir. 
Lakin hələlik onun fars dilində şeirlərindən ibarət olan 2 divanı məlumdur. Şairin 
dünyagörüşünə sufilik ideyaları ciddi təsir göstərmişdir. O, Təbrizdə vəfat etmişdir. 
Nəsir  Bakuvi  XIII  əsrin  sonlarında  -  XIV  əsrin  əvvəllərində  doğma  türk 
dilində  şeirlər  yazmış  Azərbaycan  ədiblərindən  biri  idi.  Nəsir  Bakuvi  elxani 
hökmdarı sultan Məhəmməd Ulcaytuya türkcə müxəmməs həsr etmişdir. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   56   57   58   59   60   61   62   63   ...   138




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə