70
Bular oturdu. Dar ağacı quruluf, kəndir vəzirin boynundadı.
Alim şaha dedi:
– Şah sağ olsun! Onu elə bizim bu balaca uşax da biler.
Mən bilsəydim ki, bunun üçün məni narahat edirsiz, bir belə
yolu zəhmət çəkif gəlməzdim.
Dedi:
– Oğul, bilersənmi?
Dedi:
– Hə!
Dedi:
– Nədi?
Dedi:
– Ortadakı boş stol kimindi?
Dedi:
– Boğazında kəndir olanındı.
Dedi:
– Yaxşı, onun yerində mən oturuf deyəjəm.
Otdu, dedi:
– Sizin, vəzir-vəkalətin, şəhərin baş qazısının və mənim
– beş adamın iştirakıynan akt yazılajax, sən də möhürünü
oruya vurjaxsan. Onu mən bildim, vəziri buraxajaxsan. Bil-
mədim, vəzirin yerinə məni as.
Akt yazıldı, hamısı qol çəhdi. Möhürünü şah yapışdırdı,
götürdü civinə qoydu. Dedi:
– Şah sağ olsun, sənin neçə hərəmin var?
Dedi:
– Niynersən?
Dedi:
– Lazımdı.
Dedi:
– On.
– Onu da bir dəyqəyə buruya çıxmalıdı.
71
Bunun hamısı çıxdı. Dedi ki, buların hamısını dama dol-
dur, haçarı mana ver. Dama doldurdu, haçarı uşağa verdi. Dedi:
– Şah sağ olsun, olar bir-bir ana-hürüyə
31
bəri çıxmalı-
dırlar. Burda ölüm-dirim məsələsi var.
Bunun dokquzu çıxdı, biri çıxmadı. Sən demə o bir nəfər
kişiymiş, özü də arvad kimi saç uzadıfdı. Bu dedi:
– Ayıbın tökülsün, şahıma bax, bir uşağın sözünnən
qadınnarı çılpax camaatın ortasına çıxardır.
Uşax dedi:
– Şah sağ olsun! Onu lüt buruya çıxartmax lazımdı, qol-
larını da yanına sarımax lazımdı.
Şah baxanda gördü, ə, bu kişi. Arvatdar yaşadermış bu
kişiyi aralarına alıf. Uşax dedi:
– Şah, balıx gülməklə deyir ki, özünün erkəh-dişisini
bilmer, pişmiş balığın erkəh-dişisini axtarer hələ.
Şah uşağı vəzirin yerinə qoydu ki, sən mənim vəzirimsən.
İki dəvə göndərdi, onun dədəsini, cijisini də saraya gətirtdi.
7. QIZ KİMƏ ƏRƏ GETSİN?
32
Deyir, bir hökümdarın çox ağıllı, idraklı, kamalca dərin
gözəl bir qızı olur, olduxca gözəl. Bu qızın gözəllihdə misli-
bərabəri olmur. Bu qıza üç oğlan aşiq olubmuş. Biri baş vəzirin
oğlu, biri vəkilin oğlu, biri də padşahın sərkərdəsinin oğlu. Hər
üç oğlan ağılda, kamalda, eyni zamanda gözəllihdə, boyda-bu-
xunda, həm igidlikdə bir-birinnən geri qalan döymüşdər, elə
üçü də qıza yaraşanıymış. Buların üçü də qızı sevirmiş. Padşah
da məhətdəl qalıf ki, ay canım, mən qızımı vəzirin oğluna
versəm, vəkil mənnən narazı qalajax. Vəkilin oğluna versəm,
31
Ana-hürüyə – lüt-üryan, çılpaq
32
Söyləyici bu mətni nağıl-tapmaca adlandırır.
72
baş vəziri – neçə illərdi mana xidmət eliyəni narazı salajam.
Sərkərdənin oğluna versəm, o ikisi narazı qalajax. Mən nağay-
rem, başıma nə çarə qılem? Qızı yanına çağırır, deyir:
– Qızım, səni üç oğlan istiyir: vəzirin, vəkilin, bir də
sərkərdənin oğlu.
– Ateyi-mehriban, mən bilirəm, xəbərdaram bunnan.
Deyir:
– Qızım, bu dövlət işidi, hakimiyyət işidi, gərək buların
heç hansı mənnən narazı qalmasın. Mən məhətdəl qalmışam.
Necə eliyim, səni buların hansına verim, ürəyin hansını tutur?
Ürək tutmağnan da döy. Hansını tutsan, o biri narazı qalajax.
Deyir:
– Ateyi-mehriban, sən bunu mənim öhdəmə burax. Mən
özüm hər şeyi yerbəyer elijəm.
Deyir:
– Baş üstə qızım, neynək, özün yerbəyer elə.
Qız da atasını həddinnən artıq sevirmiş. Ona görə belə
qərara gəlir ki, sevməh məsələsi yox, nəsə siyasət işdətməh
lazımdı. Hər üç oğlana ismarlıyır ki, sabah tezdən hər üçü
atını minsin, yaraxlansın-yasaxlansın, özü də qiymətdən ağır,
vəzindən yüngül pul-qızıl götürsünnər, mənim sarayımın qar-
şısına gəlsinnər. Mən olara bir tapşırıx verəjəm.
Hər üç oğlan qızı o qədər istiyirmiş ki, cannarınnan
artıx. Odur ki, oğlannar qızın dediyi kimi, köhlən atdara
minib, gəlirlər qızın hüzuruna. Qız deyir:
– Biz uşaxlıxdan bir yerdə oynamışıx, bir yerdə böyü-
müşük. Mən bilirəm ki, hər üçünüz mənə aşiqsiniz. İstəmirəm
ki, birinizə gedəm və o birilərinizin könlünü qıram. Odur ki,
getsin, hər kəs mənə bir hədiyyə alsın gətisin. Bacardığı, gücü
çatdığı bir hədiyyə alsın gətisin. Kimin hədiyyəsi xoşuma gəl-
sə, ona da gedəjəm, amma o birilər, xayiş eliyirəm, inciməsin.
Hansınızın hədiyyəsi xoşuma gəlsə, mən yalnız ona gedəjəm.
73
Oğlannar gəlillər evə. Təzdənnən çoxlu pul-qızıl götürüf
yola düşüllər hər üçü. Hər üçü birlikdə at sürür, üç yolayrıcına
çıxıllar. Vəzirin oğlu deyir ki, qardaşdar, biz üçümüz də bir
səmtə gedəmmərih. Gəlin, birimiz sağ yolu tutax, birimiz sol
yolu tutax, birimiz də orta yolu tutax, gedəh. Gedəh, qızın
istədiyi hədiyyəni alax, amma bu şərtnən ki, geri qayıdanda
bir-birimizi gözdüyək bu yolayrıcında. Tək getmiyək, üçümüz
də bir gedək, üçümüz də hədiyyəni aparax. Hansımızın hədiy-
yəsi xoşuna gələjəhsə, ona da gedəjəh.
Bəli, vəzirin oğlu düzünə gedən yolla, vəkilin oğlu sağa
gedən yolla, sərkərdənin oğlu isə sola gedən yolla geder.
Əvvəlcə, vəzirin oğlu bir neçə gün yol getdihdən sonra bir
şəhərin kənarında gözəl, böyük bir bağa çıxer. Görör, əyə, bu
bağın ətrafı hündür hasarnan hasarranıf. Birtəər eliyir, bu ba-
ğın qapısını tapır və bağın qapısınnan içəri girer. Gəler içəri,
görör bir qoca kişi əyləşib.
– Əmi, salamməleyküm!
Deyir:
– Əleykəssalam, bala, xoş gəlifsən!
Deyir:
– Əmi, sən nəçisən?
Deyir:
– Oğlum, mən bu bağın bağbanıyam.
Görür ki, kişinin qabağında bir nimçənin içərisində bir
dənə gözəl alma var. Almaya baxanda insan valeh olur. Al-
manın gözəlliyi oğlanın diqqətini cəlb eliyir. Deyir:
– Əmi, bu alma nədi belə?
Deyir:
– Oğlum, bu alma satdıxdı, satıram.
Deyir:
Dostları ilə paylaş: |