Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu azərbaycan şİfahi xalq əDƏBİyyatina daiR



Yüklə 1,19 Mb.
səhifə12/14
tarix04.12.2017
ölçüsü1,19 Mb.
#13775
1   ...   6   7   8   9   10   11   12   13   14

Ədəbiyyat
1. Манас: Киргизский героический эпос. По вариантам Сагымбая Ороз­бак уулу и Саякбая Каралаева /Сост. З. Бектенов, К. Нанаев/ - Бишкек, 1999.

2. Каскабасов С. А. Казахская волшебная сказка. - Алма-Ата, 1972

3. Улагашев Н. Алтай-Бучай. - Новосибирск, 1941.

4. Пропп В. Я. Исторические корни волшебной сказки. Л., 1986.

5. Гёр-оглы. М„ 1983.

6. Жирмунский В.М. Тюркский героический эпос. -Л., 1974.

7. Жирмунский, В. М. Сказание об Алпамыше и богатырская сказка. М., 1960.

8. Пропп, В. Я. Мотив чудесного рождения //Сказка. Эпос. Песня / изд. подгот. В. Ф. Шевченко. М. : Лабиринт, 2007.

9. Kitabi-Dədə Qorqud. Bakı, Yazıçı, 1988.

Peşəkar söyləyici ifaçılığı
TOVUZ FOLKLORUNDAN ÖRNƏKLƏR
Tovuz rayonu Azərbaycanın qərbində, Qazax-Gəncə düzənliyində yerləşir. Ərazisi 1903 kv.km, əhalisi 160 000 nəfərdir.

Mənbəyini Axınca çayından götürən Tovuzçay şəhərin kənarından axır. Tovuzçay hidronimi Azərbaycan ərazilərinin qədim dövrlərini əks etdirən xəritələrdə qeyd olunmuşdur.

Tovuzda 1 şəhər, 1 qəsəbə və 102 kənd, eləcə də başqa kiçik yaşayış məntəqələri vardır.

Tarixən folklor ocağı hesab edilən Tovuz ərazisində oğuz qrupu türk dil­lə­rinin dil xüsusiyyətləri bugünədək qorunub saxlanmışdır. Bu fakt Tovuz böl­gə­sindən – Bozalqanlı, Abulbəyli, Cəlilli kəndlərindən toplanmış folklor ör­nək­lə­rinin dilində öz təsdiqini tapır. Diktofon vasitəsilə qeydə aldığımız mətnləri ya­zıya kö­çürərkən dil-üslub, dialekt-şivə xüsusiyyətlərinin qorunmasına diqqət ye­tirmişik. Qə­dim yaşayış məskəni olan Tovuz ərazisində yerli sakinlərlə gö­rü­şə­rək zəngin folklor ehtiyatına malik olan yaşlı insanlardan topladığımız mətnlər içə­risində baya­tılar, atalar sözləri və məsəllər, rəvayətlər, etnoqrafik mətnlər, aşıq­ların həyatı ilə bağlı xatirələr üstünlük təşkil edir. Bəllidir ki, folklor ma­te­ri­al­ları tariximizi əks et­dirən dəyərli faktlarla zəngindir. Bölgədən qeydə al­dı­ğı­mız nəsil, tayfa, yer-yurd ad­ları haqqındakı mətnlər və əfsanələr dediklərimizin sü­butudur. Burada Haça Qa­ya, Aldədə, Qərif Seyid ziyarətgahları ilə bağlı söy­lə­nilənlər də olduqca maraqlıdır. Adı Alı Dədə olduğu deyilən Seyid Ağamirəli – Aldədə XIX əsrin əvvəllərində yaşamışdır. Bu gün Tovuz əhlinin ziyarət et­mə­yə həsrət qaldığı bu sınaqlı ocaq da erməni əsirliyindədir. İnsanlar Axınca ça­yı­nın günbatan istiqamətində yerləşən bu ziyarətgahı dolana bilməyib qəbul olun­muş qurbanları körpünün üstündə kəsməyə məcbur qaldıqlarını ürək yanğısı ilə söy­ləyirdilər. Bu nisgil Qaratel Həsənovanın, Mahizər Məstanovanın, Həmayə Əli­yevanın nitqində daha aydın duyulur.


Nigar Həsənova

Filologiya üzrə fəlsəfə doktoru

LƏTİFƏLƏR
Şahnazaroğlu

Annamazam,

Tifiləm, annamazam

Namaz qılsam, kafərəm

Qılmasam, annamazam.

Namaz əhli təhrət almersa, təmiz olmorsa, o, namazın üsdə getməli döy.

Bir nəfər variymiş, qoruxcuymuş. Deellər, Kürün qıraanda qoru, mal-zad girməsin qavırsannığa. Orda da 30 nəfər adamı axund oxudormuş. Bir də gə­lən­də görör ki, elə qavırsannıx dolu adamdı. Çatanda görör, bullar cavan uşaxlardı, yığılıflar. Deer, əə, nəyşə burya yığılıfsınız? Deer, axunt deef kin, hər cümə günü gəlin qavırsannıxda Quran oxuyun, gedin. Biz də ona əlmişih. Deer, əə, burya əlin. Əlində də çomax, cannı adamıymış. Şahnazaroğlu deellərmiş. Deer, sizi qıreyjəm bu ağaşnan. Uşaan otuzun da yığer cərgiyə. Deer, o ölüyə nə oxu­yur­su­nuzsa, onu oxuyun. Uşaan hamısı başdıyır oxumağa. Oxuyannan soora deer, əmi, indi kimə tafşırax? Deer, mənim atam Şahnazara tafşırın. Onnan bu məsəl qalıf, Şahnazar oğlu güjünən atasına xətm elədən kimi.
Görürsən yer dardi

Bir nəfər varıdı bizdə, iki qardaş oluflar. Birinə Tazılı Hüsöyn deer­miş­dər, birinə də bij Məmmət. Bu Tazılı Hüsöyn Tiflisdən geder tazı aler, gətirer. O vaxdı Niqalay dooşanın dərisini, tülkünün dərisini alermiş. Bunu eliyermiş, ta­zıynan. Tüfəh yoxuydu, axırı. Tazıynan tutdurormuş. Bir də Ceyran çölündə Qannı Qovu deerih. Munnan baş aşağı getdiyi yerdə bir tülkü qalxer qaçer. Ta­zı­nın adını Tavar qoyufbuş. Tavar da gürcünün varrısına deellər. Tavar, tut, Tavar, qoyma. Tavar bu tülkünün dalınnan tərpəner. Tülkü də bijdi. Yerini biler yooşannıxda. Görör qalın yooşannığa girdi. Bu da girer, nə tülkü var, nə Tavar. Belə baxanda örör, ikijə qılçalarıdı, belə-belə eliyer (əli ilə göstərir – top.). Tül­kü bir belə deşer, yarım metrədən sora bir belə deşer. Deşiyi tapa biler. Tazı da uzun oler. Burya girif indi nə geri çıxa biler, nə irəli gedə biler. Gəler qıl­ça­sın­nan tutor, bəri çəker, Tavar, Tavar, məssəbinə lənət, görörsən yer dardı, girmə.


AŞIQLAR HAQQINDA. AŞIQ HÜSEYN

I mətn

Ələsgər Aşıx Hüsöynnən deyişif. Mən Aşıx Hüsöynnən qavax-qavağa otumuşam. Ağsakqal kişilər danışdırerdi onu. Toyda yox. Deerdilər, Ələsgərnən olan məsələnizi danışın. Onu danışerdi əyaxdan başa qədər. Olduğu kimi – nejə oluf, o formuda. Aşıx Hüsöynə “onda hax vergisidi” deerdilər.

Yek və yek cavaf verən nitqi-zülal axdarıram,

Cəmi Firdovsi, Qumru sözü misal axdarıram.

Bəzzazam, bəzirganam, qumaşı al axdarıram

Seçərəm, mis, bürüncün, mən bir mühəngəm.


II mətn

Aşıx Hüsöyn 22 nəfərnən qavaxlaşıf. Oları məğluv eliyif. Nə qədər şeir de­yilerdi, yerbəyer ollara cavaf vererdi. Xayyatı Mirzə çox xədəngi olufdu. Kü­rün qı­raanda 30 nəfər adam orda meçitdə oxumuşdular. Tiflisdə Cəlilullahnan, Ağa­can­nan, Aşıx Ələsgərnən deyişməsi var. Qazaxda Mirzə Səmətnən de­yiş­mə­si var. Aşıx Hüsöyn gülməli söhbətdər çox danışerdı. Goranboy rayonunda Cin Əliyə şeir deyif.

Heş belə damağ olmaz, Cin Əlinin damağı kimi

Süysünü qırışdanıf tısvağa duzdağı kimi.

Açılıfdı qoza başı ərişdə qazmağı kimi.
Oturufdu yekəxana, deyən siqan koxasıdı.

Başında quru fəsi eyni qadın dingəsidi

Sifətdən çox göyçəhdi, gəzəlin boyağı kimi.

III mətn

Aşıx Ələsgərnən Aşıx Hüsöyn deyişəndə o vaxdı Aşıx Musa varıydı. Bir uşağı örgədir pəncərədən, bir boyatı deəjəm. O boyatıyı denən görək, Aşıx Hü­söyn tapa biləjəhmi? Aşıx Hüsöyn deer, Ələsgərnən qavax-qavağa oturordux. Bir də uşax dedi ki, Ələsgər qağa! Deer, ha! Dedi, Şəmşəddinnən bir boyatı əlif­di. Onu aydınnaşdır. Aşıx Hüsöyn deer, Şəmşəddinnən burya boyatı əlməz. Dodaxdəyməz, divani, təcnis gələr.

Əzizinəm, kafir ayı

Endi gəldi, kafir ayı.

Ayın lama düyün oldu,

Nə qandı, kafir ayı?

Ələsgər üzümə baxdı, deer. Dedi kin, a Hüsöyn, nə deer, bu uşax. Dedi ki, hasat bir şeydi, Ələsgər qaa! Kafır ayı kafır ayı döy, kaffərə ayıdı – Ramazan ayı gəlif çater. İndi gəldi kafir ayı, Ramazan ayı yaxınnaşıfdı. Ayın lama düyün olunanda Əli oxunur. Əliyi də qammıyan həm kafırdı, həm ayı. Aşığ Ələsgər deer, ay Hüsöyn, zehnin aydın olsun. Yaxşı aydınnaşdırdın.
IV mətn

Aşıx Hüsöynün bir sözü var. Mirzə Səmədə sual veriv o. Deer,

Peyğumbərə əzəl gəldi hansı ayə?

Mürkülüyə sifət oldu hansı ayə?

Mir Mehracda oxuduğu hansı ayə?

Nə oxudu, savablaşdı, ay Mirzə!

Deer, peyğəmbər getdi, Allah-Taalaynan görüşdü. Raketin yanacağı quta­rıf. Nəynən, hansı yanacaxnan yerə enməlidi.

MİFOLOJİ MƏTNLƏR

Ağ insan

Mən özüm gejə vaxdı ağ insan görmüşəm. Qavırsannığın yanınnan gə­lerdih. Bir əmim variydi, onnan. Kişi yaman qavırsannıxdan qorxanıydı. Gör­düm, bu tərəfimə keşdi ki, Əsgər, Əsgər, o nədi? Belə baxanda ördüm, bu hün­dürrühdə bir şeydi (əli ilə 2 metr hündürlüyü göstərir – top.), ağ. Bürüncəyi də var – üzü örtülüdü. Bizə tərəf gəldi. Aydınnıxdı, mən buna dəqiq baxdım. Mən­də qorxu olmuyufdu. Bu, yönünü o biri tərəfə çöördü. Yaman pambıx varıydı – qavırsannığın alt yanı. Kalva Əsədin bağına qədər getdi. İkimiz də oturuf tamaşa elədih buna. Dedih, görəh, harya eder bu, nəydi bu. Getdi, buanda qaratikannan çəpər çəhmişdilər. Bircə dəfə əyağını çəpərin bəri üzünə qoydu, addadı, getdi. Muraz adında bir nəfər varıdı, bağın qaroulu iydi. Dedim, əmi, gedif yazıx Mu­razı öldürəjəhdi bu. Alma ağacının haçasında yaterdı Muraz da.


HAL

I mətn

Mənim nənəm irəhmətdih söhbət eliyirdi ki, səkgiz yaşında qız uşağı iydim. Bullar Kürün o tayında yaşıyıllarmış. Alt yanımız meşəlihdi, deer, ye­mi­şənnih iydi. Bir arvat varıdı. Maa dedi, gedəh yemişən yığax. Yemişən yığmağa gedəndə gördüm, bu uxarı çıxdı – ağacın başına. Mən divində qaldım. Bu qırer tullor, mən də dənnerəm. Bir də ördüm, şıkqıltı gəler. Dedim, bu nə şıkqıltıdı? Dedi, ağrın alem, sən işinnən ol. Mallardı, buralarda otdeellər. Bir də baxanda ördüm, iki metrə hündüründə, döş də belə sallaner. Çiyninnən atıfdı belə. Eləsi də var, dizinə dəyer. “Gəldilər!” – dedim, qaşdım. Öyə girən kimi yıxıldım. Su töhdülər, məni ayıltdılar. Dedilər, ağız, nooldu saa? Dedim, bir şey gördüm, qaş­dım. Töküldülər, getdilər. Gördülər arvat da yıxılıf – ağacın divindədi. Munu ayıltdılar. Dedi, dört-beş nəfər gəldi, məni ağaşdan tüşürdülər. Dedilər, döşü əmeyjəhsən. Mən əmmədihcə döy­dülər məni, güjnən ağzıma sağdılar. Məəm də ağlım başımnan getdi. Halıymış.


II mətn

Kişinin biri birqədir iymiş. Arxın üsdünnən addıyıv öylərinə gəlermiş. Gö­rör ki, ağız, arxın içində bir ağ geyimli arvad əlində nejə bir şey var. Munu suya çəker. Sən demə, arvadın uşağı olanda munun ciyarını gətirif suya çəker. Adam adama deyer e, bıy ciyarın suya çəkilsin. Kişi məhətdəl qaler. İrəli ye­ri­yir. Yü­yürəndə görör, filankəsin öyündə tufan qopuf. Uşağı olan arvadın ciyarın gətirif suya çəkir. Hal aparıf. Onnan soora molla gətirellər. Oxuyullar, arvat di­ri­ler.


CİN

I mətn

Sona addı arvat varımış. Onda da doxdur hardaymış, qadınnarın uşağını tuta. Hadıxçı uşağı tutor. Yatdıgı yerdə arvat görör ki, munu gəlif çağırellar. “Ha, nədi?” – dəəndə, deer, ay Sona xala, bir dur. Duranda örör, bunnar ayrı cür adamdı. Ay bala, kimsiniz, nəçisiniz? Deer, hər kimik, gəlnimizin uşağı oluf. Səni aparajeyıx. Oğlu oldu, səni qızıla bəliyif gətirif burya qoyjuyux. Qızı oldu, onda bil ki, səni boğuv öldüröyjüh. Deer, vay mən öldüm. Sən demə, bu cin­nə­riymiş – cin dəsiymiş. Arvat deer, Allah, mən nağeyrim? Arvadın bir də yadına tüşör kü, bıy, məəm jiletimin civində mum var. Balın mumunnan qayırerlarmış. Köhnə vaxdı onnan şey qayırerlarmış. Duror, mumun elə topunu götürör, cibinə qoyor, geder. Gedəndə örör, hə, gəlinin hayındadılar. Doğulanda ördüh, qızdı. Mumu belə vəzdədim, deer, muna yapışdırdım. Ağız, oğlandı, oğlandı. Hə, ar­va­da nə vilim, əllərinə ələnnən, qollarına ələnnən verellər. Biri deer, ağız, fi­lan­kə­sin ələyi unun üsdədi. Gedin, bir qırnıx un ələyin, gətirin. Məni kimisiin birinin ələyi unun üsdə qalıf dana. Un apartdırellar. Ağız, filankəsin qarnı dolu yağdı – qucağındadı. Edin, yağ da ətirin. Burda deer, bir qazan halva çaldılar – yeməh, içməh. İndi deer, elə hiss eliyirəm, qurdalıyıv onu qopardajaxlar. Görüm qaça bilerəmmi? Arvadı durollar, gətirellər, öyünə qoollar, gedellər. Deellər, Allah, odu. Arvat deer, mən durom harya qaçem, dalımnan gələllər bullar. Duror, üsdə iynədən, sancaxdan sancer ki, mana yaxın gələn olmasın.


II mətn

Bir Xanəhməd ağacı varıdı kəndin əyağında. Köhnə ağaşdı, Niqalay vax­dının ağacı. Xanəhməd kişi varıymış. Munun ağacıymış bu ağac – cöyüz ağacı. Bööh ağaşdı, neçə yüz yaşı var. Munun bu tərəfində kişinin öyü varımış. Munun arvatdarı günüz yığılellarmış köməhçili, xana toxuyullarmış, gəviyi to­xu­yul­lar­mış. Elə ki, gün yaxanda durollar, dağılellar dana, öyə. Öy yəəsi öyündə qaler. Bu əməlöməcilər geder. Durollar, qucaxlarına otdan, tənəhdən, çırpıdan, aladan-uladan yığer, gətirellərmiş. Bular gedənnən soora oturollarmış mahnı çala-çala bu cinnər xanıyı toxutdurollarmış. Bulların toxumağının üsdündə. Bir belə, beş belə. Gündüz olanda da gəlellər, göröllər nə... Sökör, tököllər. Belə-belə kişi zinhar olor. Deyer, ağız, mana güjdü odun yığın burya. Axşam olanda ojax qa­leyjam olar gələndə. Gözdüyjəm. Bir də göröllər, qucağı çırpılı gəlellər mahnı oxuya-oxuya. Cərgələnəndə nöyüt tököf tonqalı baser. Kösöyü əlinə aler, bul­la­rın dalınnan döşəner. Biri oturanda bir yaman muncuğu var imiş. Belə muncuğu çıxarder, xanadan aser. Cin gəlinin. Asanda deer ki, qıreyjam, oddojam sizi. Dağlıyır buları. Bir əz anrı gedəndə gəlin ordan çağırer ki, ay Xanəhməd, ay Xanəhməd, xanada qaldı muncuğum, ay Xanəhməd. Yandı dilim, d...m, ay Xanəhməd! Kişi gəlif baxanda örör, bir eylə muncuxdu ki, bax bu yekəlihdə, asılı qalıf xanada.


Cin havası

Telli Əsədin qardaşı Aşıx Alas iydi. Aşıx Hüsöynün birinci şəyirdi Aşıx Alas olmuşdu. O, zurna da çalmağı başarerdı. Deerdilər, Alas, bir zurna da çal. Bir hava çalerdı, deerdi, bu, cin havasıdı. Deerdilər, munu hardan örgəndin? Deer, Ceyran çölünə ederdim, bir də ördüm dört yanımı adam kəsdi. Məni gö­türdülər. Apardılar o birsi dərəyə. Maa təzəhdən-zaddan qoydular ki, yiginən. Yimədim, döydülər. Amma zurna çalellar bullar. Haveyı da olardan örgəndim.


ƏRDOV

I mətn

Həsən dayının yatağının qavaana tökülmüşdüh. Bir də bu ağzı əyri Əh­mədalı varıdı, onun arvadı Reyzə varıdı, bajısı varıydı, burdoydu. Bu duror, yar­noul-yarnoul dərələr varıdı yanımızda. Orya suun üsdə-zada geder, gəler. Ge­dəndə görör iki dəs libasdı arvad oturor. Biri ağ geyimli, biri qara. Bir dəs anrıda oturor, bir dəs bəridə. Burda ağlaşma ağlıyıllar. Qız elə belə baxer görör kü, bu­lar burda geyimli-kejimli ağlaşellar. Bir də bəri üzə çıxanda çığırdı. Özümüz də eşiderih. Görörüh qızı. Qız çığırdığınnan yıxıldığı bir oldu. Heşnə yoxdu, qız özünnən gedif. Qızı gətidilər biniyə, öyə. Uzandırdılar, sudan-seldən töhdülər, qızı ayıltdılar. Ayılanda dedilər, ağız, niyə helə eliyersən? Dedi ki, getmiyin o tərəfə. İki dəs arvad oturuf orda. Biri ağ geyimli, biri qara. Məni görəndə çır­pı­n­dılar ayağa qalxdılar ki, gəl bizim yanımıza. Mən də çığırdım, güjnən-güjə bəri çıxdım.

O vaxlar olordu belə şeylər. Deerdilər, gedəndə görörüh filan dərədə toy çalıner. Oynaşellar. Ağaca qoyma deef aterdıx, dağılerdılar, yoxa çəkilerdilər. Ollara Ardoy deerdilər. Variymiş helə əyamlar.
II mətn

Bir kişi Öysüzdünün yolunnan – Aldədənin yanındakı yolnan atdı ge­der­miş. Bir də qavırsannıx var, çayın içinnən geder – Öysüzdü qavırsannığı. Görör, bir adam bunu bərk çağırer. Deer, ay qardaş, əylən, məni də götür atının tərkinə. Belə baxanda örör, bir kişi xaylağıdı. Deer ki, noolar. Götürör. Adamdı dana. Bunu tərkinə götürəndə bu, əlini uzadıf kişinin boynun oxalıyır – götürdüyü adam. Deer ki, nə gəzersən? Deer, yaman tutmuşam səni. Deer, nə işə? Deer, götürör munu tulluyuv, atı səyirdif. Deer, a kişi, get, anan namaz üsdə doğdu səni.

Sən demə, tərkinə götürdüyü Ardoyuymuş dana.
III mətn

Ziyarata gedermişdər. Mənim nənəmin anası da edermiş. Xançalı gö­tü­röllər, xançalın uju yernən gedermiş. Hajıya gedermişdər. Deellər, ədə, mü­r­gü­lə­miyin, bərk durun. Qumlu sahədən gedəndə ardoylar qumluğu yarıf çıxeyjaxlar, qavaa­mızı kəseyjəhlər. İndi deer, gederih, nənəmin anasına – Gülnisə qarıya deellər, bərk dur haa. Arıya alellar, xançalları şaqqaşaq oynadellar. Bir də gö­röl­lər, biri ordan qumnan çıxer, biri burdan. Nə qədər eliyillər, bullara yaxın gələ bilmellər. Atı səyirdellər, varer gedellər. Qumsalı keçənnən soora yaxşı yerə çı­xellər. Nənəm söylör ki, mənim anam hajıya gedif, gəlif. Hajı Güllü deermişdər nənəmə.


HARAMI

Bir oğlan Hajıya gedipbiş. Burdan bir qız götürör qaçer. Bu qız deer, məni aparersız, salamat ötürəmmijəhsiz o qumsaldan. Xançalları da varımış, tü­fəhləri də. Deer, ağız, bu silahların qavaanda ötürəmmijəmmi səni? Deer, ötü­rəmmijəhsən. O qədir gəlellər, birdən yorulullar. Həydən tüşöllər. Qız deer ki, ilişmə burda. Bircə qırıx özünü bərkit, burdan keçəh. Haramı gəlif bizi yəəjəh. Deer, ağız, qorxma. Mürgülüyür bu öyü yıxılmış. Yater. Bir xeyli yatannan sora ayıler. Ayılanda qızın üsdə dirəner, bir əz sən də mürgülə. Yaxşıdı, heşnə yoxdu. Deer, yox, yer qımıldaner. Haramı gəler, dur gedəh. Getmer, qızı da yatızdırer. Qızın gözünə yuxu gedəndə görör, Haramı gəler anrıdan bəri. Dili tutulur. Nə qızı qaldıra biler, nə bir iş tuta biler. Haramı gəler, deer, bax belə. Qızın ard əya­ğının ikisin də ağzına aler. Qız ayıler. Deer, ədə, ağzı məndədi, vur, xançalnan dorğa. Qorxma! Qımıldanammer. Qımıldanammıyanda qız deer, ədə, xançalı mana gəti. Bax belə tutor, xançal yara-yara aparsın onu. Onda ölmöjəm. Gənə qımıldanammer. Qız deer, a köpöyoğlu, səni kimisinin qoynunda yatanatan, qoy gedim Haramının qarnında yatem.

Bu qalxer. Günə bir mənzil, gəler Bozalqannı kəndinə çater. O arxın bəri yanında taxıl varımış. Kişilər orda su sulormuş. Saqqal bax burya tüşör (əli ilə göstərir – top.), bir yaxşı da oğlan gəler buların yanına çıxer. Ədə, hardan gə­ler­sən, a kişi? Sən niyə belə gündəsən? Ağlıyır, özün öldürör. Deer, bəs Haramı gə­lini əlimnən alıv uddu. Deer, a kopoyoğlu, bə sən bilmersənmi, ordan burya belə gələndə Haramı var o yollarda. O iş də olujax. Hərə başına bir qapaz. Biri deer, ə, dəymiyin. Duror üzünü, başını da qırxer.

Helə günnər varımış. İndi gözünü yumorsan, açanatan Kalvayıya ça­ter­sən. Maşadıya çatersən. Bir il hərəsinin yolu varıydı.


QAÇAQLAR HAQQINDA. TELLİ ƏSƏD

I mətn

Telli Əsət qaçağ oluf. Çox urvatdı adamıydı, baxımlı adamıydı. Varı va­rıy­dı, varının sahivi idi. Sovet höküməti gələndə başdadı qaçaxlıx eləməyə. Kalva Əsədi də öldüdülər. O kişi qaşdı, canını saxladı. Telli sözü iyitdiyinə gö­rədi. O vaxdı tel ha yoxudu. Hamı qırxdırerdi, burda bir kəkil qourdular.

Dayılarım, Xannar kişi iki-üş dəfə oon yanında oluf qumaranda. Qu­mar­mışdılar, bax birin bu arada, birin də Mamırtdıda. O varının yox, öz canının dər­dinnən qaçaxlığ elədi. Bir ara keçənnən üzə çıxdı. Bir də isdədilər, bunu kurçoka salalar. Kalva Əsət burdoydu, Telli Əsət meşədə. Dedilər, Haça Qayada oon iki oğlu varımış. O, hökümətdən qaçerdi.
II mətn

Kətdə yekə Əsət vardı, çox bildiyinə görə Rus Əsət də deellər ona. Bi­zim tirənin başbiləni, ağsakqalı oluf. Touz irayonunu idarə eliyən üş nəfər oluf­du. İstirajnik deyillərdi o vaxdı, pirisdavın isdirajniki. Pirisdav Şahniyar bəy Dondar Quşcudan oluf. Üş bööh strajnik Bozalqannıdan oluf: Yekə Əsət, Mamoy kişi, Telli Əsət. Bulları bolşeviklər gələnnən sora ləğv elədilər. Ni­qa­la­yın srajnik­ləriydi. Olların əvəzinə erməniyi gətdilər burya stajnik qoydular – Le­von. Şah­niyar bəyi gülləynən vurdular. Levon da adamları seşdi. Oların axırı belə oldu: Telli Əsət qaçağ oldu. 39-cu ildə onu tutdular. Öldü. Yekə Əsət urus­cax bildi­yinə görə, 1930-cu ildə gəlmişdilər, troyka deerdilər: Nikalayov, Ələh­bərov, İsmayılov. Oların yazdığına pozu yoxuydu. Əsət kişiyi tutdular. Dedilər, ta bunu gülləliyjəhlər. Niqalayov dedi, gəl səni danışdırejəm. Bir dilvər gətidi – azər­baycannı. Deer, Nikalayov sual verdi. Mən də uruscax bilerəm, deer. Bu azər­bay­cannı tərsinə tərcümə eliyer. Deer, qorxmoram, onsuz da ölüm qavaxda. Əli­mi qaldırıf “pasdoy” dedim. Nikalayov məətdəl qaldı. Dedi, vçom dela? De­dim, bu adam sənin verdiyin sualı maa tərsinə deyer. Məəm dediyim cavabı saa tər­sinə deer. Xayiş eliyerəm, bu getsin, sənnən özüm danışeram. Uruscax özüm bi­lerəm. Dedi, hardan öyrəmmisən? Dedim, sənnən öyrəmmişəm. Gəlirdiniz straj­niklər, mən də örgənirdim. Onu Nikalayov buraxdı – bircə Əsət kişiyi. Ma­moy kişiyi tutdular, apardılar, qalada öldü. Telli Əsət də qaçağ oldu.


OĞRULAR HAQQINDA
Üç il çovan olmuşam. Cilovdarrı kəndində bir nəfər adam varıdı. Mö­cü­zəli oğ­ruydu. Bullar iki nəfər adam oluflar. Gediflər, köç Əsgər tərəfdən oğurruğ elə­məyə. Bullar nəsə götürüflər çiyinnərində ətiməyə. Bu Mülkülüdən də biri varıydı, lap üsdün oğruymuş. Bu oğru biler ki, bullar gediflər. Duror ollar gələn yolun ağ­zında. Görör ağırrıx baş oğrunun çiynindədi. Deyer, ver, mən də gö­tü­rüm. Dəən, çiy­nini ağrıtdı. Munun çiyninnən aler, gedellər. Bir kərə dəyananda deer, ə, nağar­dın? Baxanda örör, bu Mülkülüdən filankəsdi. Deer, bə sən bə­yax­dan bilmerdinmi?

BAYATILAR


Çay mənim, çeşmə mənim,

Çayımnan keşmə mənim.

Mən bir lal quşam, ağız,

Yaralarım deşmə mənim.


Yaşıldı başın, ördəh,

Qələmdi qaşın, ördəh.

Həməşə cüt gəzerdin,

Hanı yoldaşın, ördəh?

O toydan ələm gəler,

Civində qələm gəler.

Oğlan, özün yaxşısan,

Anannan zəhləm geder.


Mən öldüm ağlamaxdan,

Ağa göy bağlamaxdan.



Ağız, bağçada xəzəl qalmadı,

Bax bu yarama bağlamaxdan.


ZİYARƏTGAHLAR
Qərib Seyid

Sabir danışerdı ki, yığılıf burdan – Avılbəylidən gediflər Qərif Seyidi zi­yarata. Bir afdobus adamıymışdar. Orda hamı nəzir qoyuf. Bu da özü üç manat qoyuf. Deyif, bu qərif seyitdi, üsdündə dayananı yoxdu. Kim olsa, bu pulu gö­tü­rə bilər. Beləcə bu, pulu götürüf. 33, ya 43 manat pul oluf – axırı üçnən. Bunu götürüf, gətirif. Yolda da kimi deyif, nahax götürdün, kimi deyif, noolasıdı? Öyə əlif çatanatan peşmannıyıf. Biri munu qorxuduf. Öydə yoldaşına deyif kin, bu pulu çamadana qoy, dəymə, üşərgələndim. Pulu orya qoyuf, bir müddət də orda qalıf. Ər-arvat pula da dəymiyiflər. Aradan bir müddət keçmiş təntih vəzyət ya­ranıf. Deyif, nə fərqi var, budaana təntiyirəm, o pul məəm qolumnan qaldırjax. Get gətir. Qız gedif, qayıdıf ki, ay Sabir, üşcə manat var orda. O qədər tə­əsir­rə­ner, geder, mollanın yanına. Molla deyif, qoyulan pul osanata tüşəjəh. Ama sən qoyan nəzir qəbul olmadı, günah eliyifsən.



Haça Qaya ziyarətgahı

Haça Qaya ojağı, doğurdan da, mööcüzədi. Ojaxda dedilər ki, Həzrət Əli qoşun çəkif burdan gedəndə bu qaya qoşunun qarşısını kəsif. Fida olduğum Həzrət Əli qaldırıf qılıncı ordan, qaya düz divinə kimi yarılıf. Qayanın or­ta­sın­nan aşağısınatan su damer. Göz yaşı kimi – damcı-damcı. Pilləkənnərnən gərək tüşə, ojağın yanına gələsən. Bir tərəfdən gəlirsən, o tərəfdən yola qalxırsan. Ma­şın hərrənif gəler. Nə qav-qacax aparsan, gərəh orda qoyuf gələsən. Orda su yoxdu, gərəh bidonda aparasan.


ALDƏDƏ

I mətn

Bir dəfə atam qurvan aparmışdı. Orda nööbəyə durulur. Camahat çox olor. Maşınnan tüşənnən gərəh qurvan hərrəneydi. Biz tüşdüh. Maşın dayandı qıraxda, atam da qurvanı hərrədi. Biz də dalınnan. Hərrəndih, heyvan da kəsildi. Asdıx, bişidih. Birdən bir maşın gəldi. Bu maşınnan adamlar da töküldü, heyvan da tüşdü. İnanersammı, bilmirəm yerdən çıxdı, ya hardan. Bir dənə ilan zil qalx­dı, quyruğunun üsdə. İlan başdadı, Aldədənin girəcəh qapısı varmı, orda beləjə durdu (əli ilə göstərir – top.), başdadı əsməyə, Qərif Seyit hakqı. Nə camahat, nə heyvan içəri girməmişdi. Zipbələmzil ilan durdu quyruğunun üsdə. İçərdəkilər ojağa yalvardılar, özünə yalvardılar. Biri isdədi ki, öldürsün. Qağam dedi, ayə, sənin başın xarafdı. Sənin əməlin saleh döyül, qurvanın qəbul döyül. Ojax səni qəbul eləmer. Qayıt get. Camahatı tas-tas elədərsən, yanınnan gətidihlərini qır­dı­rarsan. O, bir ilan döyül. O, xəbərdarrığ üçün çıxıf. Burda onnarnan ilan var – ojağ ilannarı. Onnan sora olar maşına doldu, heyvanını da götüdü. Qayıdıf ge­dənnən sora bir sekuntun içində ilan yox oldu. Hara getdi, nətəri getdi. Orda hə­min adam hakqında demişdilər, mayası haramdı.

Orda ojaxda niyət eliyənnər girer yater. Başını qəbrə söyküyür. Bir cüt oğludu, özüdü. Özü baş tərəfdədi, oğlannarı aşağıda.

Yatanda da məsələn, deer ki, mənim yuxum çin olsun, nə arzum var, ye­rinə yetsin. Yuxuda görülməlidi. Əgər o arzuya çatırsansa, yuxuya gedə bi­ler­sənsə, yuxuda isdədiyini əldə eliyə bilersənsə, bax bəzi baxıcılar var, deer, mana yuxuda dedilər, eləcə də orda. Özü oyanana kimi dəyməh yoxdu. Gərəh özü oyana, qalxa.


II mətn

Mən niyət elədim Elçinə. Elçin çox bəd, beyrəxvət, pis uşağıydı. Günüm maalicələrdə keçerdi. Pərvanəynən baravar. Pərvanə öydə maalicə olunurdu, amba o, getməmiş balinsə qoymadı. Bir meyvəyə, yeməyə əl uzatmazdı. Əvvəl özünə fida olsun atam, anam, dünyədə gəzənim, yeddi arxa dolananım, onnan da oğlannarına fida olsun. Mən ölmüyüm, bu uşağ isdolun üsdünə qoyulan yiməyə, imam eşqinə, bircə dəfə əlini uzatsa, gətirif qurbanımı kəseyjəm. Öz yedəyinə vereyjəm erkəyi, Aldədənin. Özü hərriyjəh. Atam, anam fida olsun, nə təər de­dim, heylə oldu. Gədə yaxşılandı. Gədə yekələndi, yeridi. Düz gədənin beş ya­şı­na beş gün qalmış erkəyi aldım. Apardım, öz qapılarına bağladım. Gəldih qa­pı­ya. Maşını içəri verdih, heyvanı düşürdüh, uşağı düşürdüh. Həsən götürdü, bir təər gətidi. Başında çatı var – uzun kəndir. Gədənin əlinə verdih. Ujunu dü­yün­nədim, suyu­ruv əlinnən çıxmasın. İki dəfə doladıx. Üçüncüdə hancarı elədi, çıx­dı əlimizdən. Özümü içəri verdim. Aldədənin başına dolandı. Aldədeynən oğ­lannarının arasında yol var. Buruynan gəldi, təzdənnən oğlannarının başına do­landı. Atam, anam sana fida olsun, ay Allah. Möcüzə göydə döyül, yerdədi, bi­lə­nə, görənə. Millətin əli göydə qaldı. Samaya dedi ki, yeddiillihnən qəbuldu bu qurvan. Mən neçə ildi burda oturoram, hələ belə möcüzə görməmişəm ki, hey­van insanın əlinnən çıxsın, içərdə bircə-bircə qavırı ziyarat eləsin. Dil biler bu heyvan.


Yüklə 1,19 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə