Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə38/94
tarix25.06.2018
ölçüsü2,8 Kb.
#51034
1   ...   34   35   36   37   38   39   40   41   ...   94

 
 
133
yuxusu gəlməməyçün muna bir yaxşı alxaradan
105
 paltar tihdi, 
muna  geyindirdi,  mənim  bajım.  Son
ı
ra  molluyu  dürtmələdilər 
ki,  dur,  nööbə  sənin
ı
di,  indi  də  sən  nööbə  çəhməlisən
ı
.  Molla 
deer, baxanda ördü bir qadın oturor. Bildi ki, bu dülyərnən dər-
zinin işidi. Sübh namazına durdu, yönnü Hakqa çöyürdü. Dedi: 
– Xudaya, sənnən muna can dileerəm. Bular belə elleef, 
sən də mənim diləyimi eşit, namazın üsdəyəm. 
Muna Allah-taaladan can gəldi. Qız axsırdı da durdu, bir 
göyçəh qız ortalığa çıxdı. A mənim bajım, bu qız munun hası-
na tüşör? 
İndi qız dilləner: 
–  A  qardaşım,  dülyər  dülyər  hakqını  alejax,  dərzi  də 
dərzi hakqını alejax. O qız molluya tüşör. 
Şapalax  çalındı,  öppəh,  qurvan  kəsməh,  biri-birinə  qa-
rışdı. Paççah yeridi gəldi, dedi ki, oğlan, hər şey kutardı, qay-
dasına tüşdü, daa qız danışer əməlli-başdı. 
Dedi: 
– Oğlan, indi də siz məni eşidin
ı
. Siz hardansın
ı
ız? 
Bu da dedi: 
– Mən Şınıxdanam. 
Həə, belə-belə, söybət ellədilər. Dedi: 
– Mənim də bir arzum var. Mən Allahdan diləmişdim ki, 
bu qızı kim kutarsa, bu qızı muna verejəm. İndi a həkim, bu qız 
sizindi.  İsdeersin
ı
iz,  burda  toyun
ı
uzu  elleem,  isdeersin
ı
iz  kən-
din
ı
izə aparın
ı
, orda toy ellən
ı
. Həncəri
106
 elleersin
ı
iz, elləən
ı
, qız 
sizinkidi, götürüf aparejaxsın
ı
ız, daa bu mənim qəti sözümdü. 
Əvəzəxeyir dedi: 
– A Məhəmmət, dur. 
                                                             
105
 Alxara – parça növü 
106
 Həncəri – necə, nə təhər 


 
 
134
Burda qızın atası yaxşı toy ellədi, kəcavalar düzəltdi, ce-
hiz  tutdu,  məkanna  üz  tutdu  –  Məhəmmədin  atasıgilə  doğru. 
Məhəmmət  fikirrəşdi  ki,  Xudaya,  mən  atamın  üzünə  nətəər 
gedem? Əmmə dillənməyə ixdiyarı yoxuydu, Əvəzəxeyirə ta-
beydi.  Gəldilər,  gəldilər  o  yerə  ki,  orda  tapışmışdılar.  Burya 
çatanda Əvəzəxeyir dedi: 
–  A  balam,  a  qardaşım,  sən  burdan  gəlifsən
ı
,  mən  bur-
dan. Bura bizim ayrılığmızdı. Məni düz başa tüş. 
Deer: 
– Nə deerəm? 
Deer: 
– İndi biz  yoldaşıx, hər şeyə  yarıyıx, bu qızın qolunnan 
tut, bir yanı sənin
ı
di, bir yanı mənim. 
Məhəmmət deer, yönnü belə çöyürdü, ağladı. Qız o qəd-
dər qənirsiz göyçəyiymiş, Məhəmmət muna vuruluppuş. Əvə-
zəxeyir deer: 
– Qolunnan tut. 
Deer: 
– Nağayrejaxsan
ı

Deer: 
–  Buna  qılıncı  elə  salleyjam,  elə  çapejam  ki,  tən  yarı 
olajax,  yarsı  sənin,  yarsı  mənim,  yarsı  sənin  əlində  gedejəh, 
yarsı da mənim. 
Qız da deer, beləjə donuf qalıf. 
– Ə, tut. 
Bu da Əvəzəxeyirin sözünnən çıxa bilməz. Yönnü bua-
na  çöürör  də,  qızın  qolunnan  tutor  ku,  nağayrım,  hökümdü, 
mən buna tabıyam. Qızın belinnən tutor, ya Əli elleer. Qılıncı 
belə uxarı qaldırer. 
– Hıı. 
Qız  qorxor,  “ööh”  elliyəndə  ağzınnan  deer,  bir  əjdaha 
tüşör. Əjdahanın başnı kəser. 


 
 
135
– Ə, niyə belə ellədin
ı
, a Məhəmmət, ə, yekə kişisən
ı
, ə, 
qızın qolunnan tut, munu mən yarı bölməliyəm. 
Bu  qaydeynan  qızın  ağzınnan  üç  əjdaha  çıxer,  qarnın-
nan, mədəsinnən gəler. Həə. Başını kəser. Deer: 
– A Məhəmmət. 
Deer: 
– Bəli. 
Deer: 
–  Bu  qızı  danışmağa  qoymuyan  bax  bularıydı.  Mən  də 
munu  sənnən  yarı  bölməliydim.  Bizim  qazancımız  bircə  bu-
du, qazancımız yarı olmalıydı. İndi bilersən
ı
 nə var? 
Deyəndə deer: 
– Nə var? 
Deer ki, indi bu san
ı
amı tüşör, man
ı
amı tüşör? Bax mu-
nu sənnən isdeerəm.  
Gənə deer, dilləmmer. 
Deer: 
–  A  Məhəmmət,  mən  böyüh  olduğuma  görə  mən  şərti 
şumda kəserəm. Bilersən
ı
 nə var? Bu səfər qızı elə böləjəm ki, 
nə san
ı
a gedejəh, nə man
ı
a. Tut qolunnan. 
Məhəmmət  gənə  yönnü  belə  çöyürür.  Bu  qılıncı  qaldı-
randa qız deer ki, a qardaşım, sağaldım,  vallah, daa dirildim, 
qüsurum qalmadı, çappa məni. 
Deer: 
– Yaxşı, a bajım, çappadım. 
– Ayə, a Məhəmmət? 
– Ha. 
– İndi sən öyə həncəri gedejəhsən
ı

Deer: 
– Nəvlem, a Əvəzəxeyir, gederəm. 
– A Məhəmmət, o qəflə-qatırın  yanında bir putulka var, 
böyründə asılıf. Yeri onu burya əti. 


 
 
136
Məhəmmət geder putulkoyu gətirer. 
Deer: 
– A Məhəmmət, munu əlində belə tut. 
Əvəzəxeyir öz barmağnı pıçaxnan belə çırter də, deer: 
– Putulkoyu bəri tut. 
Öz qanınnan putulkoyu dolduror. Deer: 
–  A  Məhəmmət,  munu  möhgəm-möhgəm  sarı  pambıx-
nan, qoy dəvəə, gedəndə munu atan
ı
ın gözünə çəkərsən
ı

Deyəndə Məhəmmədi ağlamax tutor. Deer: 
– Sən nə danışersan
ı
, sən mənnən gedejəhsən
ı

Dənizin deer, qırağındeymış. Deer: 
– Gedejəm, o nə söhbətdi, ayıf döymü, səni buraxaram-
mı? Hələ bir gör o gələn kimdi? – elliyəndə deer, Əvəzəxeyir 
balığ olor da, suya tullaner. Ordan deer, gülə-gülə Məhəmmə-
də əl elleer, deer: 
– Bu qanı aparar atan
ı
ın gözünə çəkərsən
ı
. Deer, mənim 
adım  Əvəzəxeyirdi,  yəni  əvəzini  verdim.  Balığı  tulluyarsan
ı
 
suya, balıx bilməsə, Xalıx bilər. 
Məhəmmət  təzdən  ürəhləner.  Küllü  miqdarda  cehiz  gə-
tiripbiş, yoluna rəvan olor. Məhəmmət gəldi təmtərağeynan. Elçi 
göndərdi  ki, atama denən məni qabul elləsin, gözünün dərmannı 
gətimişəm. Atası onu qabul ellədi. Qavaxcadan kacavadan gəlin 
tüşməmiş,  cehiz  tüşməmiş  Məhəmmət  getdi,  qanı  atasının 
gözünə damızdırdı. Atasının gözü sağaldı. Toy toya qarışdı. 
Qızım,  bəxdi  gələn  qızdardan  ol.  Mənim  dalımnan  ge-
difsən
ı
,  əziyətimi  çəkifsən
ı
.  Qoy  munnan,  bax  bu  nağıllardan 
san
ı
a  bir  bəxşiş  olsun,  sənin
ı
  ruzun
ı
  bol  olsun,  canın
ı
  sağ  ol-
sun. Allah san
ı
a ağ günnər versin. 
 
 
 
 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   94




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə