Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu



Yüklə 2,8 Kb.

səhifə1/94
tarix25.06.2018
ölçüsü2,8 Kb.
  1   2   3   4   5   6   7   8   9   ...   94


 
 
1
AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI  
FOLKLOR İNSTİTUTU 
_____________________________________________ 
 
 
 
 
 
 
 
 
 
GƏDƏBƏY 
FOLKLOR ÖRNƏKLƏRİ 
 
 
I  KİTAB 
 
 
 
 
 
 
 
 
 
 
BAKI – 2016 


 
 
2
  
 
 
 
 
TƏRTİB EDƏNLƏR:  AMEA-nın müxbir üzvü 
     Muxtar KAZIMOĞLU (İMANOV) 
     fil.ü.f.d. Səbinə İSAYEVA 
 
 
 
REDAKTORU:         fil.ü.f.d., dos. İlkin RÜSTƏMZADƏ 
 
 
 
 
 
 
Gədəbəy  folklor  örnəkləri.  I  cild.  Bakı,  “Elm  və  təhsil”, 
2016, -360 səh. 
 
 
folklor.az 
 
 
Q
 
4603000000 
Qrifli nəşr
    
    N-098-2016 
 
 
 
 
 
  
 © Folklor İnstitutu, 2016 


 
 
3
ÖN SÖZ 
 
“Gədəbəy  folklor  örnəkləri”  adlı  çoxcildliyin  1-ci  cildi 
barədə qeyd edilməli məsələlərdən biri şifahi söyləyicilik ənə-
nəsinin  kitabda  nə  dərəcədə  qorunub  saxlanması  məsələsidir. 
Çünki istənilən folklor toplusu kimi, bu toplunun da dəyəri şi-
fahi söyləyiciliyin qorunub saxlanması ilə çox bağlıdır. Müx-
təlif janrları əhatə edən mətnlər birbaşa söyləyicilərin dilindən 
qeydə alındığına görə kitabda tərtibçilər qarşısında duran əsas 
çətinlik məhz şifahi deyilişin forma  və  məzmununa mümkün 
qədər sadiq qalmaqdan ibarət olub. Bu  yerdə “çətinlik” sözü-
nü işlətməyimiz heç də təsadüfi deyil. İş burasındadır ki, günü 
bu gün folklor nümunələri toplayıb nəşr etməyin öz problem-
ləri var. Bir problem folklora marağın öləzidiyi və folklor da-
şıyıcılarının  get-gedə  azaldığı  bir  şəraitdə  əldə  edilən  nümu-
nələrin  təhriflərə  yol  vermədən  araya-ərsəyə  gətirilməsi  ilə 
bağlıdırsa, başqa bir  problem şifahi deyilişdən kitaba təbii bi-
çimdə gətirilmiş  mətnləri oxucunun necə qarşılaması ilə bağ-
lıdır. Sirr deyil ki, sıravi oxucular, yaxud elmin başqa sahələri 
ilə  məşğul olan həmkarlarımız, hətta  folklorşünas dostlarımı-
zın bəziləri belə folklor nümunələrini necə var, o şəkildə nəşr 
etməyi  düzgün  yol  saymırlar.  Əlbəttə,  geniş  oxucu  kütləsi 
üçün nəzərdə tutulmuş folklor toplularını  ictimai fikrə uyğun 
redaktədən keçirmək dünyada qəbul olunmuş bir qaydadır, bu 
qayda bizdə də geniş tətbiq olunub və bu gün də tətbiq olun-
maqdadır.  Folklor  toplusu  geniş  oxucu  kütləsi  yox,  mütəxəs-
sislər üçün nəzərdə tutulursa, bu  yerdə artıq  ictimai  fikrə uy-
ğun redaktə aparmaq arxa plana keçir, şifahi ifa tərzini nəzərə 
almaq kitab tərtibində başlıca meyara çevrilir. Sıravi və qeyri-
sıravi oxucunun necə qarşılamasından asılı olmayaraq, dünya 
folklor  elminin  vacibdən  vacib  bildiyi  həmin  meyara  əməl 
etmək bizim də borcumuzdur. 


 
 
4
Şifahi  deyilişin  mühüm  forma  göstəriciləri  sırasında  dil 
faktoru mühüm  yer tutduğuna görə  kitabdakı mətnlərin tərti-
bində  dialekt  və  şivə  xüsusiyyətlərinə  xüsusi  fikir  verilib; 
Gəncəbasar bölgəsi, o cümlədən Gədəbəy üçün çox səciyyəvi 
olan  “sagır  nun”  səsinin  yazıda  ifadəsi  belə  vacib  sayılıb: 
“İman gəley, gələndə göröy Salatın qarı çörəh pişirey. Deey: 
– Ana, axşamın xeyir. 
Deey: 
– Axşamın xeyir, a bala. Kimsin
ı
, nəçisin
ı

Deey: 
– Ana, qəriv adamım, qonağım, ajmışım. 
Deey: 
– Oğul, qonax Allah qonağıdı, xoş gəlifsin
ı

Çörəyin  birini  isdi-isdi  buna  verey,  şirəli  cəmin  birinə 
də  nəhrə  yağını  qoyoy  ki,  oğul,  ala,  bunnan  düymənc  elə  də 
ye”.  Bu  nümunə  əsasında  şifahi  nitqə  xas  səciyyəvi  cəhətləri 
xatırlatmaq istəsək, ilk növbədə gəlir, görür, bişirir, deyir, ve-
rir,  qoyur  kimi  indiki  zaman  fellərinin;  kimsən,  nəçisən  kimi 
sual  əvəzliklərinin;  adamam,  qonağam  kimi  isimlərin;  acmı-
şam, gəlibsən kimi keçmiş zaman fellərinin  yerli ləhcəyə uy-
ğun  tələffüz  olunmasını  (gəley,  göröy,  pişirey,  deey,  verey, 
qoyoy; kimsin
ı
, nəçisin
ı
; adamım, qonağım; ajmışım, gəlifsin
ı
 
şəklində  deyilməsini),  düymənc  tipli  dialekt  sözlərinin  işlən-
məsini qeyd etməliyik. Ancaq unutmamalıyıq ki, ləhcəyə uy-
ğun  tələffüz  şəklinin  az-çox  saxlanması  və  ara-sıra  dialekt 
sözlərinin  işlənməsi ilə iş bitmir. Çünki bir çox hallarda xalq 
ədəbiyyatı  mətnləri  üzərində  ləhcəçilik  əməliyyatı  aparılma-
sının,  bu  əməliyyatın  saxtakarlıq  vasitəsinə  çevrilməsinin  şa-
hidi oluruq. Bir də görürsən tərtibçi zalım oğlu hansısa kitab-
dan götürdüyü əfsanə, rəvayət, nağıl, dastan  mətnlərini ədəbi 
dil  normalarından  çıxarıb  hansısa  bölgənin  ləhcəsinə  uyğun 
bir  şəklə  salır  və  onları  həmin  bölgədən  yenicə  toplanmış 


 
 
5
mətnlər kimi oxucuya  təqdim edir. Bu o deməkdir ki, folklor 
mətninin  təbiiliyi  məsələsində ləhcə elementlərini dilin  yega-
nə  göstəricisi  saymamalı  və  həmin  məsələdə  başqa  mühüm 
elementlərə də diqqət  yetirməliyik. Başqa  mühüm elementlər 
hansılardır? Canlı xalq danışıq dilinə məxsus cümlə quruluşu, 
nağıletmə  tərzi,  dialoqların  təbii  çatdırılma  forması  və  s.  Bir 
az əvvəl Növrəs İman barədəki rəvayətdən nümunə gətirdiyi-
miz parçaya yenidən qayıtsaq, həmin nümunədə feli sifət, feli 
bağlama,  məsdər  tərkiblərindən  istifadə  edilmədiyini,  əksər 
hallarda  yığcam  cümlələr  işləndiyini,  yığcam  və  ritmik  cüm-
lələrin  hansısa  söz  və  ifadə  ilə  bir-birinə  bağlandığını  müşa-
hidə etmiş olarıq. “Gəley, gələndə göröy” qəlibi nümunə gəti-
rilən  parçada  cümləni  cümləyə    bağlamağın  xalq  danışıq 
dilinə xas səciyyəvi formasıdır. Mətnin bir hissəsini o biri his-
səsinə  bağlamağın  bu  formasına  “Gədəbəy  folklor  örnəklə-
ri”ndən istənilən qədər misal çəkmək olar: “Ağaşnan möhkəm 
vuror.  Vuranda bu dönör olor adam”. Göründüyü kimi, “Vu-
ror.  Vuranda...”  qəlibi  cümlənin  son  sözünü  o  biri  cümlənin 
əvvəlində  təkrar  edib  mətndaxili  əlaqə  yaratmağın  başqa  bir 
nümunəsidir. 
Diqqət  yetirilsə, aydın olar ki, söhbət edən iki adamdan 
birinin dediyindən o birinin dediyinə keçməyin “İman deyir”, 
“Səltənət qarı deyir” şəkli  yuxarıda misal çəkdiyimiz rəvayət 
parçasında işlənməyib. Yəni toplayıcılar və tərtibçilər Növrəs 
İmanla Salatın qarı arasındakı dialoqu informatorun söylədiyi 
kimi – “deey (deyir)” keçid şəkli ilə təqdim ediblər. Yeri gəl-
mişkən qeyd edək ki, dialoqların o cür təqdim edilməsi kitab-
dakı mətnlərin bir çoxu üçün səciyyəvidir: “Deer: 
– Bə sənin
ı
 adın
ı
 nədi? 
Deer: 
– Mənim adım Əvəzəxeyirdi… Gəl sənnən şərt kəsəh. 
Deer: 


: antologiyalar
antologiyalar -> Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu ­­­­­­­­­­­
antologiyalar -> Microsoft Word Antol-18-Seki
antologiyalar -> Azərbaycan miLLİ elmlər akademiyasifolklor institutu
antologiyalar -> Azərbaycan nağillari
antologiyalar -> Azsayli xalqlarin folkloru
antologiyalar -> Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu azərbaycan folkloru antologiyasi (Cəbrayıl, Ağdam, Laçın, Qubadlı, Zəngilan, Ağcabədi və Kəlbəcər rayonlarından toplanmış folklor nümunələri) baki – “Nurlan“ – 2012
antologiyalar -> Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu azərbaycan folkloru antologiyasi (Cəbrayıl, Ağdam, Laçın, Qubadlı, Zəngilan, Ağcabədi və Kəlbəcər rayonlarından toplanmış folklor nümunələri) baki – “Nurlan“ – 2012
antologiyalar -> Microsoft Word Qarabag-folklor-da-tarixdir-9


Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   94


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə