Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə7/94
tarix25.06.2018
ölçüsü2,8 Kb.
#51034
1   2   3   4   5   6   7   8   9   10   ...   94

 
 
23
26. 
Gərəh yerə qaynar su töhmüyəsən. Çünki Cinin balaları 
həmişə çılpax şəkildə yerdə gəzillər. Qaynar su oları yandırar. 
Bular çox balaca olullar. Bular şenniyi
28
 sevir kalafalıxda
29
.  
 
27. 
Mənim  babam  bir  gün  Krasnı  bazarınnan  gəlermiş.  Gə-
ləndə  görüf  ki,  Mor-mor  kəndinin
30
  üsd  yanında  tomba  dam
31
 
var. Görüf ki, burda bir dəsdə zurnaçı, dəfçi çalıf-oynuyullar, toy 
eliyillər. Buna deeflər ki, ay əmi, xoş gəldin
ı
, səfa gəldin
ı
, tüş at-
dan,  əyləş  burda,  nə  yaxşı  gəlmisən
ı
.  Bu  burda  əyləşif.  Mənim 
atamın  atası  oluf  ‒  Kəblayı  Əmirasdan  kisi.  Bu  burdan  yığışer 
gəler, o ordan yığışer gəler, bunun yerini sakit eliyillər, qavağına 
xörəh gətirellər. Deellər ki, əmi, o dediyin sözu, danışdığın sözu 
bir də bizim yanımızda danışma. Deyəndə bu da bir az fikirrəşir 
ki, mən nə danışmışam ki, burda da danışım. Bu qavağına qoy-
duxları  yiməyi,  bilmerəm  dolmeymış,  nəymiş,  qavağına  çəkif 
“Bismillah” deyəndə görür ki, bu qırr elədi. Gördü ki, qavağında 
sini-zad yoxdu, bir yarpax var, üsdündə ki də at p...du. 
Cin  gəlir.  Sən  demə,  bunun  birini  bu  qayda,  mənim  ba-
vam kimi bir adam bu mələhlərdən tutmuşmuş. Bu da adamdı 
da, qorxur, gözü qaralır. Görür ki, kolun divində bir ağ şey var. 
Bu gəler, bir az da ağlını başına topluyuf yola çıxer. Görür ki, 
bircə atdı, bircə özüdü, heş kim yoxdu. Ata qalxanda görör ki, 
kolun divində bir qaraltı var. Buna yaxınnaşer. Görör bu qalx-
madı.  Qavaxcan  qorxor,  kəlmeyi-şəadətini  də  dilinə  gətirer. 
Atdan tüşüf buna  yaxınnaşanda görör ki, bir qız uşağıdı, ana-
dangəlmə lüt. Qız deer ki, məni cinnər tutmuşdu, götürmüşdü, 
                                                             
28
 Şenniyi – çalıb oynamağı 
29
 Kalafalıx – uçuq-sökük ev yeri 
30
 Mor-mor – Gədəbəy rayonunda kənd 
31
 Tomba dam – yerdən qurulan yaşayış yeri, ev. Qara dam da deyilir. 


 
 
24
indi də bax man
ı
a toy  eleerdilər burda, köçürördülər. Bu qızı 
götürüf gəler. Deer: 
– Olar, cinnər nağayrellar, neynellər?  
Deer:  
–  Olar  atın  yanına  çox  gedillər.  Atın  yalmanına  minel-
lər, gedif fırranellar, döyrannarın çəkif qaytarıf gətirellər.  
Deer: 
– Onda gedəh gösdər, görəh tuta bilerihmi?  
Qızı da götürüf gəler öyə. Qız da uşax oluf, on yaşı-zadı 
oluf. Arvadı deer: 
– Ayə, a kişi, bu nədi, bunu hardan gətirmisən
ı
?  
Deer: 
– Ay arvat, tapıf gətirmişəm.  
Day heş bu sirri arvada demer. Deer: 
–  Çöldən  tafdım,  ağladı-sızdadı,  götdüm  gəldim,  uşağı-
mız çoxdu, qoy bu da biri olsun, heş-zad olmaz.  
Əmə  bunnar  axşam  olanda  oğrun-oğrun  gedellər  atın 
axurunda  gözdööllər  ki,  görəh  Cin  havax  gələjəh.  Bir  də  gö-
röllər  ki,  iki  gəlin  girdi  qapıdan,  zanqıltılı-zunqultulu,  yaxa-
lıxlı. O zamannar qola da qayırallarmış qolbax – qüvvəsi olan 
qızıldan, qüvvəsi olmuyan gümüşdən. Çıxartdılar, biri atın çə-
nəsinnən, o biri də atın boynunnan tutdu, atın yalını hördülər. 
Sıçrıyıf da biri mindi ata. Deer, biz də tutdux bunu, tez iynələ-
dih  buraxdıx.  Başını  da  qırxmışdılar,  dırnaxlarını  da  kəsmiş-
dilər, özüm bu gözümnən gördüm. Harda kın, zahı yatan arvat 
olordu, gəlif o Cinin başının tükünnən aparerdılar ki, hal zahı 
yatan arvada yaxın gəlməsin.
 
 
 
28. 
Gədəbəydən  gələndə  gördüm  kü,  dəyirmanı  keçəndə  bir 
dəsdə adam bayram eleer. Elə bildim ki, bizim kəndin uşaxları-
dı.  Son
ı
ra  gördüm  ki,  yox,  bular  ayrı  adamlardı.  Paltarrarı  heş 


 
 
25
bizim paltarrara oxşamırdı. Çəhmələri  qıfqırmızıydı,  hamısının 
beli qurşaxlıydı, qayışdarı qırmızıydı. Hamısı kişiyə oxşuyurdu. 
Qavaxcan  qorxdum.  Son
ı
ra  yadıma  tüşdü  ki,  belə  yerdə  “Bis-
simillah” deyəllər. “Bissimillah” dedim, hamısı yoxa çıxdı. 
 
29. TƏPƏGÖZ 
 
O vaxdarda balaja olmuşux. Ata-bavamız qoçax kişi oluf. 
İki yoldaşımışdar, yol gedillərmiş. Gəley, gəley yalın başında – 
Ojax  yalıymış,  görəllər  Təpəgöz  dəyirmənin  daşını  qapıya  yı-
ğıf, ojax qaleef içərdə. Bavam elə söylööf, Allah keçənnərin
ı
izə 
rəhmət  eləsin.  İnan  Allaha,  deey,  daa  biz  qaçıf  gəleyrih,  bizi 
çər dolduroy
32
. Bunun yoldaşının adı yadımda qalmeyıf. Deey, 
ayə,  öyün  yıxsın,  biz  gəldih  nə  zuluma  tüşdüh.  Adamların 
başdarını ojağın qırağına düzüf, beş-altı da qoyun, dəmir şişdər 
də yanında. Onatən deey, bu yoldaşıma him elədim ki, pencəyi 
əynin
ı
nən çıxart, çiynin
ı
ə atginan. Oana-buana deey, durdux da, 
dəmir  şişi,  deey,  götürdüyümüznən  basdıx  Təpəgözün  təh 
gözünə –  Təpəgözün bircə  gözü  var, deey.  İnan Allaha, deey, 
Təpəgöz dəli oluf, qoyun da fırraney, o da fırraney – heç o ya-
dımnan  çıxmeyıf.  Bax  qoyun  da  fırraney,  biz  də  fırraneyrıx. 
Təzdən dedim, Vallah, bu bizi tutajax, qoy görəh biz nağarey-
rıx. Onatən deey, pencəyi çıxartdıx da, ikimiz də çiynimizə at-
dıx. Qapının ağzını bir acca aşdı, deey. Qapının arasınnan qo-
yun  darasın
33
  deyin,  buları  göröm  nətəri  tuta  bileyrim  deyin. 
Bax  elə  böyröy
34
,  deey.  Dəmir  şişnən  gözünü  oddoyuf  axı. 
Onatən  deey,  qapıın  arasınnan,  qoyunun  altınnan  nətəri  mən 
qavağa çıxdım – bavam qoçax kişi oluf – bu mənim dalımnan. 
Pencəyim  deey,  onun  əlində  getdi.  İnan  Allaha,  deey,  elə  ba-
                                                             
32
 Çər dolduroy – burada: qorxu yaradır 
33
 Qoyun darasın – qoyun çıxsın 
34
 Böyröy – qışqırır 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   94




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə