Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə10/94
tarix25.06.2018
ölçüsü2,8 Kb.
#51034
1   ...   6   7   8   9   10   11   12   13   ...   94

 
 
34
orya,  qoymor  gəmiyə  su  dola.  Quyruğuynan  dəliyi  tutuf.  Pi-
şiynən siçanın tüşmənçiliyi ordan yaranıf. 
 
5. SÜLEYMAN PEYĞƏMBƏR 
 
Süleyman peyğəmbərin üzüyü oluf. Bir gün o gedif gö-
rüf  ki,  bir  bulağın  gözündə  bir  dənə  qız  oturuf.  Buna  tamahı 
tüşüf. Deef: 
– Qız, man
ı
a gələrsən
ı
mi? 
Deef: 
– Gəlləm.  
Deef:  
– Nə təhər? 
Deef: 
– Bir nişanə ver.  
Barmağındakı  üzüyü  çıxardıf  da  buna  verer.  Geder. 
Allah-talaya  agahmış.  Gələndə  görüf,  ə,  bulağın  gözündə  bir 
qarı oturuf. Dodağı tüşüf sinəsinə, əyağ-əl əlçək. 
Deef:  
– Ay nənə, bulağın gözündə oturan qız nijoldu?  
Deef:  
– Elə o mənəm.  
Deef:  
– Bə mənim səndə nişanəm varmı?  
Deef:  
– Üzüyün
ı
 məndədi.  
Deef: 
– Mənim üzüyümü verərsən
ı
mi, varam gedəm? 
Deef: 
– O bulağın gözünə atmışam, əlini sal da çıxart. 


 
 
35
Salıf da, burdan bir xışma
37
 üzüh çıxardıf. Görüf ki, bu-
nun hamısının üsdündə yazılıf Süleyman peyğəmbər. 
Deef: 
– Niyə fikirrəşersən
ı

Üzüyü alıf əlinə. Deef: 
– Budey, sənin
ı
 üzüyün
ı
 bax budu.  
Üzüyü götürüf də deef:  
–  Ya  peyğəmbər,  nə  qədər  peyğəmbər  gəldi.  Heç  hası 
üzüyünü almadı, sən aldın
ı
. O çöpü man
ı
a ver, qoy üzüyü gör-
kəzim. 
Bu  dönüf  o  tərəfə,  geriyə  dönəndə  görüf  ki,  nə  burda 
qarı var, nə su var. Heş bir şey yoxdu. Deef: 
– Ay-vay, bu o dunyöydü, man
ı
a görkəzdi, mən də əlim-
nən buraxdım.  
 
6. XIDIR PEYĞƏMBƏR 
 
Xıdır  peyğəmbər,  Xıdır  Əlləz  peyğəmbər  var.  Xıdır 
peyğəmbər elə bil dövrünün bir müddətini  yaşeer. Son
ı
ra eşi-
der ki, Abu-Köysər suyu var, onnan içəndə qayıdıf on beş ya-
şında olursan
ı
. Bu, munun fikrinə tüşör ki, gedim mən dünya-
nı  gəzif  tapem.  Xıdır  peyğəmbər  başına  camahatdan  yığer. 
Deer,  o  su  da  dünyanın  sonundadı.  Sən  indi  bu  qarannıxda 
şakqaşak dərələr, dağlar keç, ged onu tap. İşıxlı dünya  yoxdu 
ki, gedə tapasan
ı
. O su da yeddi ildən bir qaynıyırmış, köpüh-
lənif qalxermış. Bir yüz nəfərnən, əlli nəfərnən, neçə nəfərnən 
gedif uje dağlara, daşdara tökülör. Deer ki, ayə, kimə rasdaş-
san
ı
ız,  səsdənin
ı
,  çağırın
ı
  gəlsin.  İlahidən  kismat  döyülsə  də, 
bəndə nağayra bilər? Heş nə. O, Xıdır peyğəmbərə kısmatıy-
mış  ki,  cahallansın
38
.  Bu  işin  dalıncax  gedən  Sülöymən  pey-
                                                             
37
 Bir xışma – bir ovuc 
38
 Cahallansın – cavanlaşsın 


 
 
36
ğəmbər  də  oluf.  Deef  ki,  gedim  içim,  cahallanım.  Gedir,  bu 
suyun üsdə çıxır. 
− Ayə, su burdadı. Ay filan, ay filankəs, gəlin. 
Hay eliyif gələnə kimi bunun elə bil on-on beş dəyqəlih 
vaxdı var. Yeddi ildən bir qaynıyıf coşuf, yatermış. Hay eliyif 
bular  gələnə  kimi  bu  su  çəkiler.  Bu  peyğəmbərə  kısmat  ol-
mor, Xıdıra kısmat olor. Son
ı
ra yığışıv vətəninə, öz ölkələrinə 
qayıdanda  görör  kü,  atın  dırnağına  daş  dəyir,  öz  əyaxlarına 
daş dəyir. Biri deer ki, ə, bu daşın bir-ikisini götürüm aparem. 
O  birsi  də  deer  ki,  ə,  daş  daşdı  dana,  nəyşə
39
  götürörsən
ı
?  O 
biri deer, yox, bu daşdan bir beş-altısını götürəjəm. İşıxlı dün-
yada baxım göröm, daş bizim daşa oxşuyurmu? İşıxlı dünya-
ya  çıxer,  baxer  ki,  bu  ləldi,  daş  döyülmüş.  İndi  deellər  ki,  o 
qarannıx  dünyadan  o  ləli  götürən  də  peşmandı,  götürmüyən 
də.  Nəsihətdi.  Ə,  götürürdün
ı
,  munu  bir  xurcun  götürəydin
ı
 
dana, heç olmasa. Götümüyən də deer, ə, beşini də mən götü-
reydim. Mən niyə ötümədim? 
 
7. İSA PEYĞƏMBƏR 
 
Dağın  döşündə  kəndiymiş.  İsa  peyğəmbər  bu  kəndə  çı-
xer.  Peyğəmbərriyini  bildirer  ki,  mən  peyğəmbərəm,  mənim 
sözüm  düzdü,  heş  kim  bu  sözə  xələl  gətirə  bilməz.  Bir  gün 
göröllər ki, bir toydu. Baxer ki, ordan yaxşı zurna səsi gəler. 
Deer: 
– Axşam ağlaşma olajax orda. 
Deer ki, a kişi, nə danışersan
ı

Deer: 
– Görərsən
ı
 indi. Orda toydu, axşam ağlaşma olajax.  
Deer: 
                                                             
39
 Nəyşə – niyə 


 
 
37
– Gözdüyəh. 
Camahat yığıler da, bu sözü gözdüyür. 
Axşam olor. Gəlin otağına gəler, ajıymış. Qaynənəsi qı-
zın  yengəsinə deer ki, aaz, qadan
ı
ız alem, bu qız aj getdi toy-
dan.  Heşçənə  yiəmmədi.  Deer  ki,  ona  bir  bamba
40
  çörəh  ve-
rin
ı
,  yetirəndə  yidirdin
ı
 onu. Bu qız gəlif otaxda oturan vaxdı 
gətirellər  də  bir  kasa  ət,  üsdündə  də  para  xamralı
41
  qoyollar 
da,  bu  qıza  verellər  ki,  yi.  Yen
ı
ijə  burdan  verif  qayıdan  kimi 
bir də görör qapı döyülör. Deer: 
– Kimdi? 
Deer ki, yol dilənçisiyəm, ajam. 
Deer: 
– Aş qapıyı, içəri gir. 
İçəri  girer.  Götürör  yiməyi  bu  dilənçiyə  verer.  Dilənçi 
götürör, geder. Axşam olor. Oğlan gəler. Savah açıler. Oğlan 
çovanıymış, çıxer qoyuna, quzuya geder. Görör yaxça şaddıx-
zad,  hər  şey  yerri-yerində.  Camahat  deer  ki,  İsa  peyğəmbər, 
adın
ı
a fida olom, bəs sən deerdin
ı
 ki, orda ağlaşma olajax, ni-
yə ağlaşma olmadı? Onda deer: 
– Dalımnan gəlin
ı

Camahatı başına yığer da, düz gəler toy olan yerə. Qay-
natasınnan icazə aler: 
– O gəlinin yanına getməh olarmı? 
Deer: 
– Olar, nə var ki, adın
ı
a fida olom. Bizim san
ı
a inammız 
var, sən peyğəmbərsən
ı

Qız örtüdə oturormuş. Duror, qaynənəsi əynini-zadı ge-
yindirer.  Deer  ki,  ağız,  geyin  əynin
ı
i,  peyğəmbər  burya  əler. 
Həə. Duror qız, yorğannı an
ı
arı eleer də, taxdın üsdündə qıça-
                                                             
40
 Bamba – tikə 
41
 Xamralı – çörək növü 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   94




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə