Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə12/94
tarix25.06.2018
ölçüsü2,8 Kb.
#51034
1   ...   8   9   10   11   12   13   14   15   ...   94

 
 
42
Ona  görə  də  beş  yüz  ailənin  içində  bəyax  mənəm-mə-
nəm  deyən  insanlar  hamısı  yalannan  şütüyüf  eliyillər.  Mə-
həmmət peyğəmbər deer, ya Allahım, heş olmasa beş yüz nə-
fərin içində bir nəfər tapıldı ki, sənə düzgün sitayiş elədi. 
 
11-15. HƏZRƏT ƏLİ 
 
11. 
Onun  beş  adı  var.  O  beş  adı  bunnardı:  Qannıgöz  Əli, 
peyğəmbər Əli, Cənabi-Əli, Həzrət Əli, Çığırqan Əli. 
 
12. 
Həzrət Əli  yerin altında gedif cinnərnən dava eliyif. Bir 
Cinin bircə qanı yerə tüşəndə yeddi Cin əmələ əlermiş. Cəna-
bi-Əli o qədər qılış vuror ki, görör qolları yoruldu. Bir şey bir 
yana çıxarammadı. Üzün göyə tutur: 
–  Xudavəndi-aləm,  bu  nətəri  şeydi,  axı  mən  yoruldum, 
vururam mən, əmbə bular yenə çoxaler. 
Onda bir ayə gəlif ona. O ayəni oxuyannan son
ı
ra o cin-
nər tamamilə ölən ölüf, tay əmələ əlmiyif. Son
ı
ra qırıf onnarın 
hamısını,  salıf  tilsimata.  Olar  tilsimatdadı  hamısı,  bircə  dənə 
cin açıx olsa, bu dünyanın adamının hamısını dəli eliyər. Gö-
zə görühmür, eləmer. 
Bu tərəfdən Məhəmmət peyğəmbər deer ki, kim Cənabi-
Əlinin salamat olduğunu gəlif man
ı
a muştuluxlasa, dünya ma-
lınnan  onu  qəni  eliyəjəm.  Deyəndə  bu  Cənabi-Əlinin  qullux-
çusu varmış – Salman, özü də pəhlivanmış, xaçpərəs oluf, dö-
nüf  son
ı
ra.  Gəlif  quyunun  başını  kəsəndə  görör  Cənabi-Əli 
gəler.  Qaçanda  Cənabi-Əliyə  agahdı  ki,  peyğəmbəri  muşdu-
luxlamağa geder. Deer: 
– Ayə, a Salman, qaşma, gəl görüş, niyə qaçırsan
ı
, burya 
qayıt. 


 
 
43
Qayıder. Deer ki, Məhəmmət peyğəmbər belə deef, ge-
derəm onu muşduluxluyam. 
Deer: 
– Nə alajaxsan
ı
 muşduluğa? 
Deer: 
– Nə bilim, var-döylət. 
Deer: 
– Yox, heç hasını alma. Məhəmmət peyğəmbərə deynən 
ki, Tur-Sənədə Xudavəndi-aləmlə sən danışdın
ı
, san
ı
a min bir 
kəlmə öyrətdi. O min bir kəlmənin minini mənim Məhəmmət 
ümmətimə  yay,  bircəciyi  sənnən  mənim  aramda  sirr  qalsın. 
Bax onu man
ı
a muşdulux ver. 
Gəlif elə deyəndə Məhəmmət peyğəmbər eləjə məhətdəl 
qaldı. Dedi: 
– Ay Allah, san
ı
a agahdı, mən bunu bir yerdə hələ aşma-
mışam,  deməmişəm.  O  bunu  hardan  bildi,  mən  nağayrem, 
aciz qaleram qarşısında, mənnən muşdulux isdiyir, nağayrem? 
Onda Xudavəndi-aləm Cənabi-Cəbrayıla dedi ki, get de-
nən Salmani-binni. Salmani-binni bax ordan qalıf ha, Salma-
ni-binni bizimkidi, ver muşduluğu. Onda deer ki, mənim Mə-
həmmət ümmətimdə kimin ürəyində xaş-xaşın dəni qədər Cə-
nabi-Əliyə  məhəbbəti  varsa,  onu  cəhənnəm  odunda  yandır-
mıyjam. Onnan qalıf Salmani-binni. 
 
13. 
Həzrət Əlinin bir atı, bir  də qılıncı  varmış. Harda susu-
yanda qılıncı çalarmış, ordan su çıxarmış. Özü də içərmiş, atı 
Düldül  də.  Onun  öz  əsgərrəri  varmış,  camahatı  da,  əsgərrəri 
də su içərmiş. 
 
14. 
Cənabi-Əli  dava  eliyirmiş.  Arvadına  deef  ki,  məni  ye-
ziddər  öldürəjəhlər.  Düldülü  buraxajam,  Düldülü  minər  də, 


 
 
44
qaçarsan
ı
.  Düldül  səni  aparıf  çıxarajax  bir  mənzilə,  qoymaz 
səni  o  gavıra,  o  yezidə.  Orda  Cənabi-Əli  vəfat  eliyif.  Vəfat 
eliyəndə görüf ki, Düldül cilovunu basa-basa gəldi. Arvat mi-
nif qaçıf. Bunnar tüşüflər dalınnan. Arvat görüf ki, yezid gəlif 
çater.  Düldül  qayb  oluf  yerə,  arvat  da  dalında.  Gəlif  buroyu 
eşəliyif  bir  nişana  qoyuflar  ki,  gəlif  səhər  eşif  çıxardajaxlar. 
Savax gedəndə görüf ki, dağın hər yeri eşənəhdi
43
. Heş burda 
bir  insan  yoxdu. Əmbə eşənəhlərin də hamısının ağzında  hö-
rümçəh toru  var. İndi boylu olan arvat ora gedif ziyarat eliyə 
bilməz, bəlkə boynundakı oğlan uşağıdı.  
 
15. 
Bizdə Ojax yalı deyilən yer var. Yekə bir daşdı. (Söylə-
yicinin əli  ilə cızdığı dairənin diametri təqribən  2 metr olardı 
‒  top).  Həzrət  Əlinin  atı  Düldülün  əyaxlarının  izi  var  orda. 
Ora uşax aparanda, uşax durur Düldülün izində. Qoyunu daş-
nan bərabər uşağın da başına fırradersan. Qoyunun qanı Dül-
dülün  izinə  tökülməlidi.  Həzrət  Əli  orda  Firoyunnan  dalaşıf. 
Firoynu götürüf atıf, o da gedif Qara dənizdə qərq oluf. 
 
16-19. HAÇA QAYA
44
 
 
16. 
Dərələyəzdə
45
,  Ələyəz  kəndində  Sal-sal  qalası  var.  O 
qalanın dörd tərəfi təndirdi. Onun bircə  yolu var. O da böyüh 
bir daşnan qayrılıf. Adamın yiməyi, çörəyi orda olsa, qoşunun 
hamısı tökülsə, ora girə bilməz. Həmən o Sal-sal orda oturuf, 
onun qalası orda oluf. 
                                                             
43
 Eşənək – eşilmiş, qazılmış 
44
 Haça qaya – Tovuz rayonu ərazisində ziyarətgah 
45
 Dərələyəz – Qərbi Azərbaycanda rayon 


 
 
45
Anası deef ki, oğul, Əli adında adam gələjəy, onnan da-
va  eləmə,  ona  tabe  ol.  Əgər  tabe  olmasan
ı
,  səni  öldürəjəy. 
Həzrət  Əli  gəlif  oraya,  qalanın  ağzındakı  daşı  götürüf  atıf. 
Beş barmağının izi ordadı bı sahat. Ordan o Sal-salı qovalıyıf. 
Sal-salı  qoyalıyanda  gəlif  Göyçədə  surfa  açıf  çörəy  yiif.  On-
nan o Göyçə bollux yerdi. 
Burda  Xınna  dərəsində  Atdı  bulax  var.  O  Atdı  bulaxda, 
mən o hörgüyü gözümnən gördüm, yekə-yekə daşdardı, hörgü 
qayırıf onun içinə girif. Sal-sal dalıynan gəlif. Cənabi-Əli Sal-
salı  teyliyif  Haça  qəyıya.  Haça  qəyada  tutaşıflar.  Cənabi-Əli 
qılıncı endirif Sal-sala, qılış kəsmiyif. Üsdü tilsimattı olduğuna 
görə  Sal-salı  kəsmiyif.  Qılıncı  qayıya  endirəndə  Xudavəndi-
aləm Cənabi-Cəbrayıla deef ki, Cənabi-Cəbrayıl, qoyma, yerin 
göbəyin üzəjək, qanadını altına sal. Qanadını altına sərif, qılış 
gəlif  ora  çatanda  diyanıf.  Qəya  oluf  Haça.  Ordan  qoyalıyıf, 
İrvaham Hajılıda
46
 onu tutuf. Cənabi-Əli yerə hökm eliyif, Sal-
salı yer çəkif aparıf. Onnan o qəya qalıf Haça qəya, ziyaratgah 
oluf ora. İndi bildin
ı
mi Haça qəya hardan ziyaratgah qalıf? 
 
17. 
Haça qəyadan su əvəzinə qan damır. O vaxdı iki sevgili 
olur. Bunnarı qoymullar evlənməyə. Dallarıycan tüşüllər. Oğ-
lannan qız yalvarellar ki, ay Allah, bizi daş elə. Allah da o qə-
yəni o sahat vuror, iki  yerə  yarer. Oğlannan qız girellər içəri, 
yox  olullar.  O  Haça  qəya  indi  də  duror.  Aparellər,  orda  qur-
van kəsellər.  
 
18. 
İmam Əli Əleyhissalam gəlir Ərəbistannan, son
ı
ra Suri-
yadan,  Türkiyədən  keçir,  İrəvannan  bəri  bura  gəlir,  dini  yay-
maxçün.  Yolda  su  deyin  yanır  oların  dəsdələri.  Bu  da  pəhla-
                                                             
46
 İrvaham Hajılı – Tovuz rayonunda İbrahim Hacılı kəndi 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   94




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə