Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə20/94
tarix25.06.2018
ölçüsü2,8 Kb.
#51034
1   ...   16   17   18   19   20   21   22   23   ...   94

 
 
69
yinnən baxanda görür kün, bu, o gün gördüyü döydü. Qız ya-
man qorxur. 
Döy deer: 
– Ay qız, aç qapını. Qardaşıngil sənə mənnən üzüh gön-
dərif. 
Qız  qapını  aşmer.  Döy  deer  ki,  qapını  aşmersan,  onda 
haçarın  deşih  yerinnən  barmağın
ı
ın  birini  çıxart,  görəh  üzüh 
barmağın
ı
a olurmu. Qız döyə inanıf barmağını deşihdən o biri 
tərəfə çıxarder. Döy  tez qızın barmağını ağzına alıf onun qa-
nını  sourmağa  başdeer.  O  qədər  sorur  ki,  axırda  qız  özünnən 
geder. Döy də qızı ölmüş bilif qayıdıf geder. Qardaşdar oydan 
qayıdellar. Gələndə görüllər kin, qapı bağlıdı. Qardaşdar deer 
ki,  görən  bajımız  harya  gedif.  Kiçih  qardaş  aynadan  içəri  tü-
şür.  Görür  kün,  bajısı  yıxılıf  yerə.  Tez  bajısını  qucağına  alıf 
krəvətin üsdünə qoyur. Son
ı
ra da qapını açıf qardaşdarını  ça-
ğırer. Qardaşdarı gəlif içəri keçəndə görüllər bajıları özünnən 
gedif. Tez bajılarının üzünə su-zad vuruf ayıldellar. Qız başı-
na  gələn  əhvalatı  qardaşdarına  söylüyür.  Qardaşdarı  deer  ki, 
yaxşı, döy, gör indi biz sənin başına nə oyun açajıyıx. Qardaş-
dar belə fikirrəşellər ki, döyü qonax çağırsınnar. Döyü qonax 
çağırellar.  Qardaşdar  qapının  ağzında  dərin  quyu  qazdırellar. 
Üsdünə də xalı salellar. Döy gəler. İçəri keşməh isdiyəndə xa-
lıynan baravar quyuya tüşür. Qardaşdar bajılarının intiqamını 
döydən  alellar.  Döyün  üsdünə  daş,  torpax  atellar.  Döy  ölür. 
Qardaşdarı bajısına tafşırellar ki, heçavax bu quyunun üsdünə 
su tökmə. Qız deer kin, yaxşı, heçavax tökmərəm. 
Bir  gün  qız  saçını  yuuf  suyunu  quyunun  üsdünə  tökür. 
Bir gün qız görür kün, bu quyunun üsdünnən yeddi dənə gül çı-
xer.  Qız  gülləri qopardıf  içəri  gətirer,  gül  qavına  qoyur.  Eşiyə 
çıxer ki, su gətirif güldana tökə. Eşiyə çıxıf içəri girəndə görür 
kün,  güllərin  yeddisi  də  yeddi  qız  oluf.  Qardaşdarı  qayıdanda 
görüllər ki, öylərində  yeddi qız var. Bajılarınnan soruşullar ki, 


 
 
70
bu noolan işdi? Qız deer ki, siz mənə dediniz quyunun üsdünə 
su tökmə. Mən də bilmədim, başımın suyunu tökdüm ora. Or-
dan da  yeddi gül çıxdı. Mən də onnarı  yığıf güldana qoydum. 
Getdim su gətirif güldana töküm. Eşiyə çıxıf, içəri girəndə gör-
düm kü, bu yeddi gül yeddi qız oluf. Qardaşdarı bajılarını dan-
nıyıllar ki, axı biz sənə dedih ki, ora su tökmə. 
Qız deer: 
– Zərəl yoxdu. Bu yeddi qızın hərəniz birini alın. 
Qardaşdarı bu qızdarı alellar. Bir gün bu qızdar qıza baxıf 
deellər ki, gəlin bu qıza ilan, qurvağa yidirdəh, qarnı şişsin, biz 
də  deyəh  kin,  belə-belə,  bajın
ı
ız  pis  qızdı,  boylu  çıxıf.  Bunnar 
qıza zornan ilan, qurvağa yidirdellər. Qızın qarnı şişer. Qardaş-
dar oydan qayıdanda görüllər kin, bajılarının qarnı şişif. Arvat-
darınnan  soruşollar  ki,  bu  nədi?  Arvatdarı  yalannan  deellər  ki, 
belə-belə,  bajınız  pis  çıxıf,  boyludu.  Böyüh  qardaş  deer  kin, 
gərəh bajımızı öldürəh, o,  bizim papağımızı  yerə vurdu. O biri 
qardaşdar da deer ki, hə, bajımızı öldürəh. Kiçih qardaş deer: 
– Onu mənə verin
ı
, qoyun
ı
 aparım meşədə öldürüm. 
Qardaşdarı  razı olullar. Kiçih qardaş bajısını  götürüf  me-
şiyə geder. Az gedellər, çox gedellər, gəlif meşiyə çatellar. Qar-
daşın  bajısına  yazığı  gəler.  Bajısına  deer  ki,  mən  səni  öldür-
müyjəm.  Ancax  səni  burda  qoyub  gedəjəm.  Oğlan  bajısının 
köynəyini alıf öz kürkünü çıxardıf ona verer. Bir dənə quş tutur. 
Quşun başını kəsif qanını bajısının köynəyinə buluyur. Bajısın-
nan vidalaşer. Köynəyi də götürüf geder. Kiçih qardaş gəlif öy-
lərinə çater. Qardaşdarı soruşur ku, nooldu, neynədin
ı
, bajımızı 
öldürdün
ı
mü? Kiçih qardaş yalannan deer kin, hə, öldürdüm, bu 
da  onun  qannı  köynəyi.  Qardaşdar  inanellar.  Qardaşdarının 
arvatdarı sevinillər  kin, hə,  qızı  da  öldürtdürdüh. Yoxsa  biz  nə 
iş  görsəydih,  qardaşdarına  xəvərriyəjeydi.  Qız  üş  gün,  üş  gejə 
meşədə  aj-susuz qaler. Həmən gün şahın oğlu atasının  vəzirin-
nən  gəzməyə  çıxer.  Bunnar  meşiyə  gəlif  çıxellar.  Meşənin 


 
 
71
yanınnan  ötüf  keçəndə  şahın  oğlu  şam  ağacının  altında  qaraltı 
görür. Vəzirə deer kin, orda qaraltı var, gəl gedəh, görəh o, noo-
lan şeydi. Şahın oğlu vəzirnən bir şərt kəsir. Deer: 
–  Əgər  o  qaraltı  qızıldan,  gümüşdən  olsa,  sənin
ı
,  adam 
olsa, mənim. 
Bunnar  razılaşellar.  Gəlif  şam  ağacının  yanına  çatellar. 
Şahın oğlu görür kün, İlahi, burda elə gözəl qız var, elə gözəl 
qız  var  kin,  taa  nə  deyim.  Şahın  oğlu  bu  qıza  bir  könüldən 
min könülə aşiq olur. Qızı götürüf öylərinə aparer. Qız qarda-
şı arvatdarının buna verdihləri ilan, qurvağanı söylüyür. Şahın 
oğlu  ən  yaxşı  doxturu  çağırdıf  qızın  qarnını  təmizdəder.  Qız 
yenə  həmənki  kimi  sağlam  olur.  Şahın  oğlu  qıznan  öyləner. 
Qırx gün, qırx gejə toy eliyif şaddanellar. 
Bir  ildən  son
ı
ra  qızın  ekiz  oğlu  olur.  Qızın  qardaşdarı 
həmişə bunnarın öylərinin qavağınnan oya gedirdilər. Bir gün 
qız oğlannarını öyrəder ki, burdan yeddi qardaş keçəjəh. Sizin 
hərən
ı
izə bir çuvux verəjəm. Onnarı at əvəzinə minərsiz, əlini-
zə də bir balaja çuvux verəjəm. O da sizin qamçın
ı
ız olar. On-
nar sizin yanın
ı
ızdan gəlif keçəndə siz o sahat kışqırıf deyərsi-
n
ı
iz, can atım, su iç. Uşaxlar belə də eliyillər. Qardaşdar gəlif 
keçəndə  uşaxlar  kışqırıf  deellər,  can  atım,  su  iç.  Qardaşdarın 
da uşaxlara qannarı qaynıyır, deellər: 
– Əyə, qırışmal, ağaş da su içərmi? 
Belə deyəndə böyüh qardaş atdan tüşüf uşaxların yanına 
gəlif soruşur: 
– Siz kimin uşağısın
ı
ız? 
Deyəndə uşaxlar deellər: 
– Yeddi dayı ərkəsiyəm, Nardanaxatın körpəsiyəm. 
Uşaxlar  dayılarına  deellər  ki,  atamgil  sizi  qonax  çağırer. 
Uşaxlar  bunu  deef  də  gedellər.  Qardaşdar  səhərsi  gün  bunnara 
qonax gəlellər. Yiif-içənnən son
ı
ra yeddi qardaşın bacısı Narda-
naxatın bijdihnən çayı bunnara özü gətirer. İçəri girəndə qardaş-


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   94




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə