Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə21/94
tarix25.06.2018
ölçüsü2,8 Kb.
#51034
1   ...   17   18   19   20   21   22   23   24   ...   94

 
 
72
dar  məhətdəl  qalıllar  kı,  bu  noolan  işdi.  Nardanaxatın  köyrəlif 
qardaşdarını öpüf deer kin, həyə, mən sizin bajın
ı
ızam. Siz o vax 
mənə  qulax  asmadın
ı
ız.  Arvatdarın
ı
ız  mənə  ilan,  qurvağa 
yidirtdilər. Mənim də qarnım şişdi. Son
ı
ra da siz məni öldürəndə 
kiçih qardaşımın mənə yazığı gəlif, sizi allatdı kı, verin
ı
 aparım, 
özüm bunu meşədə öldürüm. O da məni öldürmədi. Köynəyimi 
çıxardıf  bir  quşun  başını  kəsif  onun  qanına  buladı.  Mənnən  də 
görüşüf  getdi.  Son
ı
ra  da  mən  üş  gün,  üş  gejə  orda  aj-susuz 
qaldım. Şahın oğlu burdan gəlif keçəndə məni gördü. Son
ı
ra da 
məni  götürüf  bura  gətirdilər.  Qarnımı  da  doxtura  təmizdətdilər. 
Son
ı
ra  da  məni  şahın  oğlu  aldı.  Onnan  da  mənim  ekiz  oğlum 
oldu. Dünən sizin qavağın
ı
ızı kəsif qonax çağıran onnarıydı. 
Qardaşdarın  hamsı  kiçih  qardaşı  öpüllər  kin,  çox  sağ  ol, 
yaxşı  kin,  sən  tüşüncəli  oluf  bajımızı  öldürmədin
ı
.  Əgər  biz 
olsax, öldürmüşdüh. Qardaşdar öz səflərini başa tüşüllər. Böyüh 
qardaş  deer  kin,  ras  kı,  bu  arvatdar  bizi  alladıf  bajımızı  öldür-
məh fikrindəymişdər, onda onnarı öldürməh lazımdı. Qardaşda-
rı gedif arvatdarının hərəsini bir xam atın quyruğuna bağleellar. 
Atdarı da buraxellar. Bu atdar yeddi arvadın yeddisini də dağa, 
daşa elə çırper kı,  heş  bir  tikə ətdəri də  qalmer.  Son
ı
ra  da qar-
daşdar gedif analarını gətirellər. Anası da oğullarına qəşəh qız-
dar tapıf öyləndirer. Qız da şahın oğlu ilə xoşbəxd olur. 
 
3. 
Biri  varıymış,  biri  yoxuymuş,  keşmiş  vaxdı  bir kişiynən 
bir arvat varıymış. Buların üç oğlu varıymış. Anaları hamiley-
miş. Oğlannarı deer ki, biz qız isdeerih. Bir gün oğlannar har-
yasa  başqa bir  şəhərə  işdəməyə  gedellər.  Analarına  deellər ki, 
əgər  qızın  olsa,  qapıdan  ələh  asarsan
ı
.  Yox,  əgər  oğlun
ı
  olsa, 
onda  duvax  asarsan
ı
.  Bu  arvadın  da  paxıl  bir  qon
ı
şusu  varıy-
mış.  Günnərin  bir  günündə  arvadın  qızı  olor.  Qapıdan  ələh 
aser. Paxıl qon
ı
şu gəler ələyi götürör, yerinnən duvax aser. Ar-
vadın oğlannarı gəler qıraxdan baxer görüllər ki, qapılarındakı 


 
 
73
ələh döy,  duvaxdı. Üz çevirer geder, bir meşədə özdərinə bir 
koma tikellər. Üş qardaş üçü də gündüz gedif hərəsi bir diyar-
da işdiyirmiş, axşam da gəlif bu komada yiif-içif yatellarmış. 
Anası  qızının  adını  Nərdanaxatun  qoyor.  Bunnarın  bir 
dənə  ala  danaları  varıymış.  Günnərin  bir  günündə  qızın  atası 
rəhmətə  geder.  Bir  az  son
ı
ra  da  anası  rəhmətə  geder.  Qız  bu 
ala daneynan təhcə qaler. Bir il keçer, beş il keçer, bir gün bu 
qızın  ala  danası  xəsdələner  ölör.  Qız  ağlıya-ağlıya  aparıf  bir 
çayın qırağında bu dananın  iççalatını  yüürmüş.  Ona kimi gə-
ler bu qızın  başının üsdünə bir qarğa qonor. Qarğa qarıldeer, 
deer ki, ay Nərdanaxatun, niyə ağleersan
ı
? Bu da deer ki, niyə 
ağlameem. Mənim həyatda bir anam, bir də ala danam varıy-
dı, indi heş kimim yoxdu. Anam rəhmətə getmişdi, ala danıya 
meylimi salmışdım. İndi ala danam da ölüf, kimsiz-kimsənə-
siz qalmışam. Deyəndə bu qarğa deer: 
– Sən kimsiz-kimsənəsiz döysən
ı
. Sənin üş qardaşın
ı
 var. 
 Nərdanaxatun deer: 
– Elə şey ola bilməz, mənim qardaşım yoxdu. 
Bu  deer  ki,  yox,  var.  Gəl  sən  bir  torva  dən  götür,  bağla 
mənim  əyağıma.  Mən  göynən  gedem,  sən  yernən.  Mən  aparıf 
qardaşdarın
ı
ın  yerini  göstərəjəm  san
ı
a.  Nərdanaxatun  bir  torva 
buğda dolduror, qarğanın əyağınnan aser. Qarğa göynən geder, 
Nərdanaxatun  yernən geder. Az geder,  üz geder, dərə-təpə düz 
geder. Geder bir meşənin içində, bir biyavannıxda bir dənə dax-
mıya  rasd  olor.  Qarğa  deer  ki,  bu  sənin
ı
  qardaşdarın
ı
ın  öyüdü. 
Nərdanaxatun girer öyə görör ki, həqiqətən burda üş  yatax var. 
Nərdanaxatun  bu  öyü-eşiyi  siler-süpürör,  yiməh  pişirer,  yiir-
içer,  ojağı  da  isdi  eleer,  yiməyi-işməyi  də  hazır  qoyor.  Axşam 
qardaşdarının  gələn  vaxdı  qaçer  gizdəner  ki,  bir  müddət  belə 
keçirem, göröm həqiqətən bular  mənim qardaşdarımdımı. Qar-
daşdarı gəler görür kü, öy-eşih silinif-süpürülüf, yüülüf,  yığılıf, 
yiməh pişif. Bular yiir, yatışellar. Deellər, görən bu nə sirdi. Bu 


 
 
74
minvalnan  bir  müddət  Nərdanaxatun  belə  keçinir.  Bu  qardaş-
darın da bir dənə pişiyi varıymış. Gərəh kim ağzına nə alsa, bu 
pişiyə də vereymiş. Bunu da Nərdanaxatun bilmermiş. Bir gün 
gənə  qardaşdarı  çıxıf  işə  gedənnən  son
ı
ra  Nərdanaxatun  girer, 
öyü-eşiyi  siler,  süpürör.  Qardaşdarının  yerini  yığanda  bir  dənə 
kişmiş  taper.  Pişih  görör  bunu.  Bu  kişmişi  götürör,  ağzına  tul-
loor, pişiyə vermer. Pişih geder peçin içinə girir də, çişşş eleer, 
peçi  keçirer.  Nərdanaxatun  indi  qaler  vay-naçar.  Nə  qədər  ax-
darer,  gəzer,  köz  tapa  bilmer.  Nərdanaxatun  baxer  görür  kü, 
uzaxdan  bir  öydən  tüsdü  gəler.  Sən  demə,  bu  da  bir  döyün 
öyüymüş. Nərdanaxatun geder burdan köz gətirer. Gətirer, ojağı 
qaleer.  Sən  demə,  qızın  civində  sap  olsun.  Sap  tüşüf  orya,  uju 
keçif  bir  ağaca  –  divin  ojağının  qırağında.  Tağalax
65
  dığırran-
dıxcax,  bu  gəldihcə  sap  çözdənsin
66
,  qalsın.  Uje  qardaşdarı  qı-
zın burda olduğunu bilellər, bunu pusollar. Bu da açer söylüür. 
Deer  ki,  mən  Nərdanaxatunam,  bajın
ı
ızam.  Döy  bu  sapı  yığa-
yığa  gəler.  Bir  gün  qızın  qardaşdarı  işə  gedənnən  son
ı
ra  gəler 
görür  ki,  qız  öydə  təhcədi.  Qardaşdarı  da  həmeşə  Nərdanaxa-
tuna tafşırermışdar ki, qapıyı bağla, biz gəlməmiş qapıyı açma. 
Döy  gəler,  çağırer  Nərdanaxatunu.  Deer  ki,  barmağın
ı
ın  birini 
qapının  deşiyinnən  çıxart,  mən  soyurum  gedem.  Çıxartmasan
ı

qardaşdarın
ı
  gələn  kimi  parça-parça  eliyəjəm.  Qızın  ələci 
kəsiler,  döy  qardaşdarına  dəyməsin  deyə  barmağını  çıxarder, 
döy  bunun barmağının  qanını  soyuror,  soyuror,  geder. Bir  gün 
belə, iki gün belə. Qardaşdarına demer ki, döy qardaşdarını  yi-
məsin. Bir gün də div qızın barmağının qanını o qədər soyuror 
ki,  qız  yıxıler  burda,  özünnən  geder.  Axşam  qardaşdarı  gəler. 
Nə  qərtə  qapını  itəleer,  nə  qədər  çağırellar,  görüllər  Nərdana-
xatun yoxdu. Qapıyı qırıf içəri girəndə görüllər ki, qız özünnən 
                                                             
65
 Tağalax – burada: sapın dolandığı əşya, halqa 
66
 Çözdənsin – açılsın 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   94




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə