Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə19/94
tarix25.06.2018
ölçüsü2,8 Kb.
#51034
1   ...   15   16   17   18   19   20   21   22   ...   94

 
 
66
Dördüncü  qardaş  deer  kin,  onda  büyün  də  mən  qalım.  Bu  da 
qaler. Gözdüyür, gözdüyür, axşam olanda  bunu  yuxu  tutuf  ya-
ter. Səhər qalxer kin, hər şey qaydasındadı. Qardaşdar gəlif so-
ruşollar  ki,  nooldu,  nə  gördün
ı
?  Deer  kin,  mən  də  gözdədim, 
gözdədim, axırda məni yuxu tutdu, yatdım. Beşinci qardaş deer 
kin, büyün də mən qalajam. Bu da qaler. Yenə gözdüyür, göz-
düyür.  Axşam  olanda  bunu  da  yuxu  tutuf  yater.  Səhər  qalxer 
kin, hər şey yerri-yerindədi. Qardaşdar gəler soruşollar ki, nool-
du,  nə  gördün
ı
?  Deer,  belə-belə,  mən  də  gözdədim,  gözdədim, 
axşama  yaxın  yuxu  məni  tutdu,  yatdım.  Altıncı qardaş deer ki, 
onda büyün də mən qalajam. Bu da qaler. Bunu da axşama ya-
xın yuxu tutuf yater. Səhər qalxanda görür kün, hər şey öz qay-
dasındadı.  Qardaşdar  gəlir  soruşullar  ki,  nooldu,  nə  gördün
ı

Deer  ki,  belə-belə,  gözdədim,  gözdədim,  axşama  yaxın  yuxu 
məni tutdu, yatdım. Səhər qalxdım ki, hər şey öz qaydasındadı. 
Axırıncı,  balaca  qardaş  deer  ki,  qoyun
ı
  büyün  də  mən  qalım. 
Böyüh  qardaş  deer  ki,  sənnən  böyüh  qardaşdarın  qaldı,  heş  nə 
görmədi. Bə sən nətəri görəjən
ı
? Kiçih qardaş yalvarer-yaxarer. 
Axırda  razı  olullar.  Kiçih  qardaş  qaler.  Gözdüyür,  gözdüyür, 
axşam olanda görür kün, bunu yuxu tutur. Deer, nağayrem, yat-
meyım.  Tutuf  xançalını  çıxarder,  çəçələ  barmağının  ujunnan 
kəser. Yerinə də  ustot
62
 baser.  Barmağının  ağrısınnan  yata  bil-
mer. Görür kün, gejənin bir vaxdında qapı açıldı, içəri gözəl bir 
qız  girdi.  Qız  başdıyıf  öyü  yığışdırer,  yiməyi  pişirer,  usdolun 
üsdünü  də  düzəlder,  itinə  də  çörəh  verer,  özü  də  yiməh  yiir. 
Pütün işi yığışdırıf isdiyir kin, çıxsın eşiyə, oğlan tez duruf qızın 
qolunnan tutur. Qız bunu görəndə  yalvarır ki, məni burax. Oğ-
lan  buraxmer.  Deer  ki,  sən  neçə  gündü  buranı  belə  yığışdırer-
san
ı
, özün
ı
 də bizdən qaçıf gizdənersən
ı
. Qız deer ki, belə-belə, 
siz mənim qardaşdarımsız. Oğlan deer: 
                                                             
62
 Ustot – istiot 


 
 
67
– Axı bizim bajımız yoxdu. 
Qız deer kin, yox, mən sizin bajın
ı
ızam. Qız pütün əhvalatı 
söylüyür. Kiçih qardaş bajısınnan görüşör, anasını soruşur. 
Qız deer: 
– Anam yaxşıdı, amma hər gün sizi yadına salıf ağleer. 
Qardaşı deer: 
– Mən qardaşdarıma dedim gəlin gedəh, amma razı olma-
dılar.  Dedilər  kin,  axı  biz  söz  vermişih,  demişih,  oğlun
ı
  olsa, 
gəlmiyəjiyih. Ona görə də geri qayıtdıx. Onda sən genə gizdən. 
Onnar gələndə mən deyəjəm ki, məni də yuxu tutdu, görmədim. 
Səhər  açıler,  qardaşdar  gəler.  Soruşullar  ki,  nooldu,  nə 
gördün? Deer ki, məni də  yuxu tutdu. Səhər qalxdım kin, hər 
şey yerri-yerindədi. Böyüh qardaş deer kin, onda bu yəqin ci-
nin  işidi.  Hər  nəyisə,  qardaşdar  genə  almanı  bir-bir  öpüllər. 
Nööbə  kiçih  qardaşa  çatanda  almadan  bir  tişdək
63
  aler.  Qar-
daşdar o saat kışqırellar ki, dəlimi olufsan
ı
, bajımızı niyə diş-
dədin
ı
? Kiçih qardaş deer: 
– Ayə, adamın almadan bajısımı olar? 
Böyüh qardaş deer: 
– Bə neyniyəh, bizim bajımız yoxdu. 
Kiçih qardaş bajısını çağırıf deer: 
− Bajı, çıx. 
Bajısı  çıxer.  Qardaşdar  dəli  olullar  ki,  bu  noolan  işdi. 
Qız əhvalatı necə kiçih qardaşına danışmışdısa, o biri qardaş-
darına  da  elə  danışer.  Qardaşdar  bajısınnan  görüşüllər.  Qız 
deer ki, anam indi mənnən nigarandı. Gedəyin anamı da bura 
gətirəyin. Qardaşdar deer ki, yaxşı, gətirərih. 
Bir gün qız pütün  işi görüf kutarer, ancax  yiməyi pişir-
məyə od tapmer. Deer, nağayrem, nejə eliyim,  indijə qardaş-
darım gələjəh,  yiməh də hazır döyül. Çıxır eşiyə, görür uzax-
                                                             
63
 Tişdək – dişləm 


 
 
68
dan tüsdü görünür. Qız deer, qoy gedim, bəlkə, ordan od gəti-
rə bildim. Xəkandaznan maşanı götürüf geder.  Az geder, çox 
geder,  gəlif  təpənin  üsdünə  çater.  Görür  burda  bir  gözəl  qız 
var,  bir  gözəl  qız  var,  taa  nə  deyim.  Ancax  qızın  dizinin  üs-
dündə bir döy
64
 başını qoyuf yatıf. Qız bunu görən kimi deer: 
–  Ey  qız,  bura  niyə  gəlifsən
ı
?  Buraya  quş  gəlsə,  qanad 
salar, qatır gəlsə, dırnax salar. İndi döy qalxsa, səni yiəjəh. 
Deer: 
– Mən burya oda görə gəlmişəm, odumuz kutarıf. 
Deer: 
–  Döy  oddarı  sayıf,  ona  görə  də  gərəh  yavaş-yavaş  od-
darı qırıf götürəsən
ı

Qız oddarı qıra-qıra xəkəndazı dolduror. Qız o biri qıza 
“sağ ol” deef geder. Ancax qızın civində ip  yumağı olur. Bu-
nun  civindəki  ip  bir  kola  ilişer.  Bu  qız  getdihcə  ip  də  bunun 
dalınca açıla-açıla geder. 
Sizə kimnən deyim, döydən. Döy qalxer. Qalxanda qıza 
deer ki, burdan insan iysi gəler. 
Qız deer: 
– Sənin
ı
 qorxun
ı
nan bura kim gələr? 
Döy deer: 
– Yox, burdan insan iysi gəler. 
Döy  başdeer  pütün  hər  yeri  axdarmağa.  Damın  dalına 
keçəndə  kolun  arasında  ip  görür.  Bu  ipi  götürüf  yumaxlıya-
yumaxlıya ipin dalınca geder. Az geder, çox geder, gəlif axır-
da öyə çater. Döy bilir kin, bu yeddi qardaşın öyüdü. Örgəner 
kin, yeddi qardaşın bir bajısı burda olur. Döy deer, yaxşı, gör 
mən sənin
ı
 başına nə oyun açajam. Döy qayıdıf geder. Səhərin 
açılmasını gözdüyür. Səhər açılanda döy bir üzük götürüf ge-
der.  Gəlif  həmən  öyə  çater.  Qapını  döyür.  Qız  haçarın  deşi-
                                                             
64
 Döy – div 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   94




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə