Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə22/94
tarix25.06.2018
ölçüsü2,8 Kb.
#51034
1   ...   18   19   20   21   22   23   24   25   ...   94

 
 
75
gedif.  Bunu  ayılder  eliyillər.  Deellər  ki,  san
ı
a  noldu?  Qız  açer 
söylüür ki, belə-belə. Qardaşdarı  deer  ki,  indi sən qorxma. Biz 
ona  tələ qurajeyıx. Bunun qardaşdarı qapının ağzında dərin bir 
quyu qazellar. Bunun üsdünə də nəzih bir şey atellar ki, qoy div 
gələn kimi quyuya tüşsün, quyuda divi öldürəh. Bular özdəri də 
öyün dörd bir yanında pusquda durollar. Döy gəler: 
– Adam-badam iysi gəler, şakqıdı badam iysi gəler. Ay 
qız, tez barmağın
ı
ı çıxart – deyə-deyə gəler. 
Qapının  ağzına  çatanda  birdən  nəriltiynən  bu  quyunun 
divinə  tüşör.  Bu  qızın  qardaşdarı  çıxellar  bu  döyü  öldürməyə. 
Döy  deer  ki,  məni  öldürmüyün
ı
.  Mən  hansın
ı
ıza  tüpürsəm,  daş 
olajaxsın
ı
ız, hansın
ı
ıza nəfəsimi versəm, qoyun olajaxsın
ı
ız. Ob-
şim, isdiyillər ki, bunu öldürələr. Ona kimi bu döy bulara nəfəs 
verer, bu üş qardaşın üçü də qoyun olor. Döy də qaler bu quyu-
nun  divində,  çıxa  bilmer,  burda  ölör.  Qız  ağlıya-ağlıya  bu  qo-
yunnarı qavağına qater, hər gün aparıf otarermış. Bir gün də yol-
nan getdiyi yerdə əli çomaxlı ağsakqal bir kişiyə rasd olor. Deer: 
– Ay qızım, niyə ağleersan
ı

Deer  ki,  belə-belə,  bax  mənim  başıma  belə  bir  iş  gəlif. 
Mənim  qardaşdarım  döyü  öldürördülər.  Döy  də  qardaşdarıma 
tüpürdü, döyün nəfəsinnən qoyun oldular. İndi mənim bunnar-
dan başqa heş kimim yoxdu, mən də başımı götürüf buları apa-
reram bir başqa ölküyə. Aparem bularnan günümü keçirem. 
Allah-taala  göndərifmiş  bu  adamı  munun  qavağına.  Kişi 
Nərdanaxatuna deer ki, sən gözün
ı
ü yum. Nərdanaxatun gözünü 
yumor. Bir dəfə  əlindəki  ağaşnan böyüh  qardaşının beli uzunu 
çəker,  ağaşnan  möhkəm  vuror.  Vuranda  bu  dönör  olor  adam. 
Əmbə  qıza  deer  ki,  mən  vuranda  sən  “of”  demə.  “Of”  desən
ı

qardaşın
ı
 yarıdan aşağı daş olajax. İkisində gözünü yumor, bax-
mer,  üçüncü  qardaşında  dözə  bilmer,  gözünün  altınnan  baxer. 
Munu çomaxnan  vuranda bir dəfə “of”  eleer.  “Of” eliyən kimi 
qardaşı qurşaxdan aşağısı daş olor, uxarısı insan olor. Bu adam 


 
 
76
da qeybdən gəlifmiş, qeyb olor. Bunnar bu daş qardaşdarını da 
götürör  aparellar,  ömrü  boyu  onu  saxleellar.  Göydən  üç  alma 
tüşdü. Biri nağıl söylüyənin, biri qulax asanın, biri də mənim. 
 
4. QILLICA 
 
Biri varıymış, a qızım, biri yoxuymuş. Bir arvat varıymış, 
bir kişi. Buların var-yox bircə qızı varıymış. Bu arvat ağzı yan-
mış,  sən  demə,  paltarrarını  tihdirdikcə  qızın  üsdündə  tihdirər, 
yığarmış. Ölümünü bilermiş dana. Günnərin bir günündə bu ar-
vat azarreer ölör. Bunun qırxı çıxannan son
ı
ra kişi arvat almax 
isdiyir. Harya, hası məmləkətə gedersə, paltar heş kimin əyninə 
olmor. Qayıder gəler. Bir gün oturollarmış. Deer: 
– A qızım, dur anan
ı
ın paltarının bir dəsini geyin göröm, 
san
ı
a hancarı duror. Sən boyda qız alem. 
Bu  duror  geyiner.  Geyinəndə  görör  kün,  pah,  qızın  üs-
dədi  hamısı.  Birəz  kişi  köpöyoğlu  fikir  eleer.  O  zamana  belə 
zamanaymış. Deer kin,  yaxşı, bu paltarda əməl yoxdusa, niyə 
qızın üsdündə tikdirif? Öz-özünə deer, arvat özü qızın üsdün-
də tikdirif kin, qızı alem. Təzdən bu kişi buna deer: 
– A qızım, gə san
ı
a bir söz deem. 
Deer: 
– Ay dədə, de. Niyə demersən
ı

Deer: 
– A qızım, gederəm kəfinimizi
67
 kəsdirəm. 
Deer: 
– Nə deersən
ı
, ay dədə? 
Deer: 
–  A  bala,  mən  səni  alajam,  daa  keçif,  paltar  sənin
ı
  üs-
dün
ı
dədi. 
                                                             
67
 Kəfin – kəbin 


 
 
77
Onun paltarı da qənöüzüymuş
68
, zər vaveymış
69
. Bu kişi 
munnan əl çəhmiyəndə qon
ı
şularında bir gənəşək
70
 qarı varıy-
mış. Qız yüyürür geder munun yanına. Deer: 
– Ay nənə, belə-belə. Dədəm bax belə deer. Mənnən əl 
çəhmer, mən nağayrem? 
Deəndə deer: 
–  A  bala,  get  arpa  əliyəni  də,  xəlviri  də  ötü  də  dədən
ı
ə 
ver, özün də bir nəhrə qur. Başını ötü geni
71
. Camahatın içinə 
çıxammıyjan, səni dədən
ı
 alajax. Get özün də bir nəhrə qur, de-
nən, ay dədə, qarı deer kin, bu xəlvirdə su gəlsə, kəfin tüşör. 
Köpöyoğlunun da axlı kəser. Kişi köpöyoğlu xəlviri yö-
türör  bulağa  tələser.  Xəlvir  dolarmı?  Üş  gün  çalışer,  dolmor. 
Qız gözünə döndüyüm təmiz nə ki al-şal var, hamısını üsdünə 
geyiner, üsdünnən də bir keçi dərisini geyiner, əlinə də bir ha-
sa aler, haydı. Az geder, üz geder, oğul, üş gün geder, beş gün 
geder,  bir  rahat  yer  taper.  Geder  bir  çayın  küllüyündə  yater 
qıllıcada. Savax qaravaşdar kül töhməyə gələndə görör burda 
bir qıllıca yater. Yüyürör geder xanıma deer: 
– A xanım, belə-belə, burda bir qıllıca yater küllühdə. 
Deer: 
– Nə danışersan
ı

Deer: 
– Allah hakqı, bir qıllıca  yater. Adamdı deer, əmə qıllı-
cadı. 
Bu  qaravaşdara  deer  kin,  gedin
ı
  sürüyün  də  itin  yanına 
bağlıyın
ı
. Bular gəler munu çəker də itin  yanına bağleellar. İt 
mırıldadıxcax bu geri çəkiler, it mırıldadıxcax bu geri çəkiler. 
Qaravaş yüyürör geder, deer: 
                                                             
68
 Qənöüz – qanovuz, parça növü 
69
 Zər vava – zərxara 
70
 Gənəşək – məsləhət 
71
 Geni – uzaqlaş 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   94




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə