Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə25/94
tarix25.06.2018
ölçüsü2,8 Kb.
#51034
1   ...   21   22   23   24   25   26   27   28   ...   94

 
 
85
– San
ı
a bir alma verəjəm, bir cüt uşağın
ı
 olajax, biri sənin
ı

biri mənim. Razısan
ı

Arvat deer ki, razıyam. Dərviş almanı verer, çıxer geder. 
Almanın  parasın  arvat,  parasın  da  əri  yiir.  Buların  bir  cüt 
uşağı olor. Arvat uşaxların birinin adını Məhəmmət, o birinin 
də adını Məlikməhəmmət qoyor. 
Oğlannar iriləşer, yeddi yaşında məytəvə gedellər. Məy-
təvə  gedən  vaxdı  dərviş  gəler.  Arvat  görör  ki,  dərviş  gəler. 
Yüyürür  də  iki  dənə  uzun  daş  götürür,  cındaya
77
  pükör  də, 
gətirir yürgəyə
78
 qoyur, yürgəliyir
79

Dərviş gəler deer: 
– Mənim uşağımı ver, mən aparım, sənin
ı
ki də sənin
ı

Arvat deer: 
– Mənim uşağım olmadı, ode, o iki daşdı. 
Deer: 
– Ay arvat, dəlisən
ı
-nəsən
ı
, mən  bilirəm də uşaxlar har-
dadı, gətir. 
Arvat deer:  
– Vallah, yoxdu. 
Dərviş  oxuyur,  üfürür,  əyağın  yerə  vurur,  uşaxlar  ikisi 
də məytəvdən yüyürmə yanına gəler çıxer. 
Deer: 
– Arvat. 
Deer: 
– Hə. 
Deer: 
– Arvat, indi  mən bunun  ikisini də aparajam. Sən deer-
din
ı
 belə, sənin
ı
 balan ode, yürgəhdədi. 
                                                             
77
 Cında – cındır, köhnə paltar 
78
 Yürgəyə – beşiyə 
79
 Yürgəliyir – beşiyi yelləyir 


 
 
86
Dərviş  bunun  ikisini  də  götürör  çıxer  yola.  Bir  qədər 
aparannan son
ı
ra dərviş deer: 
– Ay uşaxlar, bir iş var, iki əməl.  
Uşaxlar deer: 
– Nədi? 
Deer: 
– Yazıxdı anan
ı
ız, biriniz qayıdın
ı
, birin
ı
iz mənnən gedin. 
Qavax  olan  uşax  böyüh  hesav  olunur,  son
ı
ra  olan  kiçih 
hesav  olunur.  Axır  ki,  böyüh  geder,  kiçiyi  qayıder.  Məhəm-
mət  geder,  Məlikməhəmmət  qayıder.  Yiyəsizdihdə,  biyavan-
nıxda  bir  dənə  imarətə  gəlellər.  İmarətin  içinə  qoyur  dərviş 
bunu. Hər şeyi yanına qoyur, deer: 
– Yi. 
Dərviş apardığı uşaxları kökəldər, yiərmiş. Gədə on sək-
giz yaşına çater. Bir gün bu dərviş geder. Duror da deer: 
– Bu otaxları gəzim. 
Otaxların  haçarrarının  yerini  bilermiş,  haçarnan  aça-aça, 
gəzə-gəzə  geder,  birində  yəhər,  birində  aftafa,  birində  ülgüş, 
birində  yaxşı  geyim  paltarı  –  hər  şey  dana,  qırx  otağın  hərə-
sində bir şey. Axırıncıya gedəndə görör ki, ayə, bir qatırdı, bir 
qara at, ikisi də yanaşı bağlanıf. Qatırın qavağında xurma, kiş-
mişdi,  qara  atın  qavağında  sür-sümühdü.  Duror  qatırın  qava-
ğınnan xurma,  kişmişi  yığer,  qara atın qavağına tökör,  sür-sü-
müyü  qara  atın  qavağınnan  yığer,  qatırın  qavağına  tökör.  At 
dilə gəler, deer: 
– Məhəmmət. 
 Deer: 
– Hə. 
– Bilersən
ı
mi nə var?  
Deer:  
– Nə var?  
Deer: 


 
 
87
–  Dərvişin  səni  öldürməyinə  ikijə-üçcə  gün  vax  qaler. 
İndi o yəhərrəri gördün
ı
mu? 
Deer: 
–  Hə. 
Deer: 
– O yəhərrərdən birini gətir mənim belimə vur. O paltarın 
bir dəsini geyin, al qaşqıyı
80
 əlin
ı
ə, xurcunu doldur, aftafanı, o 
ülgüşdən bir neçəsini götür, bu yanıya qoy, iynə götür. İndi biz 
qaçajıyıx,  bax  bu  qatırı  dərviş  bizim  dalımızca  salajax.  Qatır 
dalımızdan çatanda bizi tutuf öldürəjəh. Gördün
ı
 ki, dərviş da-
lımızdan  çater,  o  zaman  bilersən
ı
  nağayr,  iynəni  at.  Elə  at  ki, 
iynənin  dal  tərəfi  bizə  tüşsün,  uj  tərəfi  olara  tüşsün.  Qatırın 
əyağına  batajax  iynə,  onu  çıxardınca  biz  bir  mənzil  qaçajıyıx 
genə. Genə qaçajax, bu səfər ülgücü at, qatırın əyağını kəsəjəh 
ülgüş, onu çıxardınca biz genə uzaxlaşajıyıx. Axırda aftafıyı at, 
əmə elə at ki, aftafanın ağzı olara tüşsün, dal tərəfi bizə, dərya 
əmələ ələjəh, olar qalajax, tay biz arxayın gedəjiyih. 
Deer: 
– Yaxşı. 
Bu  qayda  eleer.  Eliyənnən  son
ı
ra  aftafanın  ağzı  tərsinə 
bulara tüşör, g...ü dərvişə tüşör. Dərya əmələ gəler. 
Deer: 
– Məhəmmət, o qamçıynan belimə elə çək ki, zolu çıx-
sın, atılajam dəryıya, Allaha təvəkkül. 
Atıler  dəryadan  keçer,  taa  dərviş  keçə  bilmer,  qayıder 
geder. Bular gedir bir meşəliyə. Meşəlihdə qara at deer: 
– Məhəmmət. 
Deer: 
– Hə. 
Deer: 
                                                             
80
 Qaşqa – burada: qamçı 


 
 
88
– Mənim  tükümnən götür, harda  çətinə  tüşdün
ı
, tüküm-
nən yandır, orda  yanında hazır olajam, məni də burax bu me-
şədə, göy çəmənnihdə otduyajam. 
Atı bıraxer göy çəmənniyə, geder. Meşədə gəzə-gəzə ge-
dəndə görör ki, bir dənə çinar var. Çinarın başında quş yuvası, 
içində də quş balaları var. Bir ilan da ağaca dırmaşer, quşun da 
balaları orda çırpışer. Zümrüt quşu  deellər  o quşun  adına.  Qı-
lıncı sıyırer da, ilanın boynunu vuror, leşini də quşun balalarına 
verer.  İlanın  başını  quşun  balalarınnan  biri  saxleer.  Anası  gə-
ləndə görör ki, ə, ağacın dibində bir oğlan  yatıf. Yeddi-səkgiz 
ilmiş ki, Zümrüt quşunun balalarını o ilan yiirmiş. Deer: 
– Ay Xudavəndi-aləm, nə  yaxşı  tafdım  mənim  balaları-
mın tüşmanını. Gedim bir dəyirman daşını qanadımın üsdünə 
qoyum, gətirim bunun başına salım, öldüröm. 
Zümrüt quşu geri qayıdanda balaları bağrışer, deellər ki, 
bəri gəl. Gəler. 
Deer: 
– Nədi? 
Deer: 
– Bax bizi bu ilan öldürördü, bu oğlan ilanı öldürdü, əti-
ni bizə verdi, indi tüşmanımız yoxdu. Bu, sənin balalarını sax-
lıyıf, harya gedirsən
ı

Zümrüt  quşu  gəler,  Məhəmmədin  başının  üsdə  duror. 
Gün  tüşörmüş  üsdə,  qanadın  belə  sərer,  kölgə  tüşör  oğlanın 
üsdə. Oğlan oyananda görür ki, başının üsdə yekə bir dağ var. 
Duror  ki,  qaşmağa.  Quş  arxadan  deer  ki,  ayə,  a  Məhəmmət, 
qaşma, bəri, yanıma əl. Gəlir. 
Deer: 
–  Yeddi  ildi  mənim  balalarımı  bu  ağacın  başında  öldü-
rördülər,  yiirdilər. Elə bildim ki, sənsən
ı
. İndi balalarım dedi, 
belədi.  Bunun  birini  san
ı
a  verəjəm.  Bunun  biri  bir  qoşunun 
qavağıdı, san
ı
a köməh eliyəjəh. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   94




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə