Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə24/94
tarix25.06.2018
ölçüsü2,8 Kb.
#51034
1   ...   20   21   22   23   24   25   26   27   ...   94

 
 
82
Bunnan xavar aler kın, ağız, sən hara, bura hara, haralı-
san
ı
, nə inni-cinnisən
ı
? Bu da başına ələni söylüyür, ələci nə-
di. Oğlan götür-qoy eleer, deer: 
– Mən səni alajam, öylənəh. 
Qız  razılaşer,  ələci  nədi.  Təzdənnən  oğlan  munu  aparer 
öylərinə.  Munu  aler.  Bu  pəçcaha  xavar  geder  ki,  öyün  yıxıl-
masın, sənin
ı
 gəlinin
ı
 filan dağın başındadı. Pəçcah qəzəfləner: 
– Nə danışersan
ı

Xavarçı deer: 
– Allah hakqı, oğlun
ı
 da yekələnif, mal hayleer. Gəlin də 
yaxça geder-gəler. Oğlanın da bircə anası varıydı, o da ölüfdü. 
Qızın əri – pəçcahın oğlu başına beş-altı atdı yığer, az gə-
ler, üz gəler, dərə-təpə düz gəler. Düz gəler buların qapısına çı-
xer.  Qapıya  çıxanda  görör  həmən  gəlindi,  həmən  oğlandı.  Əri 
də naxırdadı. Munnan danışer, deer ki, belə-belə gedərsən
ı
mi? 
Qız deer: 
– Qurvan da olaram. 
Təzdənnən  pəçcahın  oğlu  oğlunu  da,  munu  da  götürör 
də, haydı. Naxırçı gələndə görör heş nə yoxdu. 
Gətirer  təzdənnən  qurvan  kəser,  burda  yaxça  yaşeellar. 
Bu belə. 
 
5. SƏBİR DAŞI, QUM BIÇAĞI 
 
Keşmiş zamanda bir ər-arvat varıymış. Bunnarın bir qız-
darı varıymış. Bu qız həmişə eşiyə çıxmağa həsrətiymiş. Havax 
eşiyə çıxırmış dağların arxasınnan belə bir səs-səda gəlirmiş: 
–  Ay  qız,  yaxşı  qızsan
ı
,  xub  qızsan
ı
,  hayıf  ki,  bir  ölüyə 
qismət olajan
ı

Bir gün belə, iki gün belə. Axırda qız bu əhvalatı anası-
na  söylüyür.  Nəhayət,  belə  razılığa  gəlillər  ki,  elə  bir  yerə 
köşsünnər  ki,  bu  xatadan  uzaxlaşsınlar.  El-el,  oba-oba  gedif 
bir çöllü-biyabannığa çıxıllar. Görüllər burda bir öy var. Atası 


 
 
83
gedif  qapını  itəliyir,  qapı  açılmır,  anası  da  itəliyir,  qapı  açıl-
mır. Axırda qız qapını itəliyəndə açılır. Qız içəri keçəndə qapı 
bağlanır.  Nə  qədər  itəliyir,  açılmır.  Ana-atası  çöldə,  qız  da 
içəridə  ağlaşıllar.  Atası  deer  ki,  gör  otaxda  nə  var?  Qız  otuz 
dokquz  otağın  qapısını  açır  görür  ki,  heş  nə  yoxdu.  Qırxıncı 
otağı açanda görür ki, bir oğlan yataxda uzanıf. Oğlan o qədər 
gözəl  oluf  ki,  yimə,  işmə,  xətti-xalına,  gül  camalına  tamaşa 
elə.  Qız  görür  ki,  oğlanın  baş  tərəfində  yazıflar  ki,  hər  hansı 
bir qız qırx gün bu oğlanın çivinini qorusa, o ayılıf həmin qızı 
alajax.  Qız  əhvalatı  atasına  danışır.  Ata-anası  ağlaya-ağlaya 
geri qayıdır. Onnar gedənnən son
ı
ra qapı açılır. 
Qız  otuz  dokquz  gün  oğlanın  çivinini  qoruyur.  Otuz 
dokquzuncu  günü  qız  fikirrəşir  ki,  başını-zadı  yusun.  Qapıya 
çıxır. Görür ki,  yolnan köç gedir. Həmin köçdə bir qaraçı qız 
olur. Qıza yalvarır ki, mən başımı yuyana qədər bu oğlanın çi-
vinini  qoru.  Qız  başını  yuuf  gələnə  kimi  oğlan  asqırıf  ayılır. 
Oğlan görür ki, bunun çivinni qoruyan bir çirkin qaraçı qızıdı. 
Soruşur ki, sənmi qırx gün mənim çivinimi qoruyufsan
ı

Qız deer: 
– Hə. 
Oğlan  həmin  qızı  alır.  O  biri  qız  gəlir  görür  ki,  oğlan 
ayılıf, qaraçı qızını alıf. Daha heş bir söz demir. Qaraçı qız bu 
qızı özünə qulluxçu götürür. 
Bir gün oğlan başqa bir şəhərə gedir. Qaraçı qızı oğlana 
tafşırır  ki,  man
ı
a  yaxşı  paltarrar  alarsan
ı
.  Oğlan  qulluxçunun 
yanına gəlif soruçur: 
– Bə san
ı
a nə alım? 
Qız deer: 
– Man
ı
a savır daşı, qum puçağı. 
Oğlan gedir arvadının dedihlərini alır. Son
ı
ra da qullux-
çusunun dediyini almağa gedir. Bunu alanda  tükançı deer ki, 
sən bunu neynirsən
ı
? Bunnarı kimə alırsan
ı
sa, ona göz qoy. O, 


 
 
84
özünü öldürə bilər. Oğlan şeyləri alıf öyə qayıdır. Qaraçı qızı 
nazdana-nazdana əri aldığı şeyləri alıf geyinif soyunur. Oğla-
nın fikri o biri qızın  yanındaydı kı, görüm qız bunu neyniyir. 
Oğlan aldığı şeyləri qulluxçu qıza verif onu güdür. Qız puçağı 
götürüf  başqa  otağa  keçir.  Gədə  də  onu  güdür.  Görür  ki,  qız 
səvir daşınnan pıçağı götürüf, puçağı daşa sürtə-sürtə deer: 
– Mən bir qızıydım, öyü-eşiyi yığıf yığışdırannan son
ı
ra 
qeyifdən  bir  səs  eşidərdim.  Yaxşı  qızsan
ı
,  xub  qızsan
ı
,  hayıf 
ki, bir ölüyə qismətsən
ı
. Anam, atam mənim dərdimnən eldən, 
obadan ayrı tüşdüh. Gəlif bu elə rast oldux. Atam, anam qapı-
nı nə qədər itələdilərsə, qapı açılmadı. Mən itəliyən kimi qapı 
açıldı.  İçəri  keşdim,  o  dəyqə  də  qapı  örtüldü.  Nə  qədər  elə-
dimsə,  qapı  açılmadı.  Ata-anam  kor-peşman  öz  yerrərinə  qa-
yıtdılar.  Mən  bu  öydə  oğlanın  meyidinə  rast  gəldim.  Mən 
onun otuz dokquz gün nazını çəkdim. Qırxıncı gün başımı yü-
məyə getdim, qaraçı qızıynan rasdaşdım. Onu gətirif meyidin 
yanında  qoydum.  Oğlan  ayılıf  qaraçı  qızını  başının  üsdündə 
görüf onu aldı, elə bildi ki, qaraçı qızı onun çivinini qırx gün 
qoruyuf.  Səvir  daşı,  qum  puçağı  –  deef  qız  özünü  öldürməh 
isdiyəndə oğlan içəri girif pıçağı onun əlinnən alır. 
Qırx gün, qırx gejə toy eliyif həmin qızla öylənir. Qara-
çı  qızını  da  qatırın  quyruğuna  bağlıyıf  öydən  qoalıyır.  Son
ı
ra 
da qızın ata-anasını öz yanına gətirif şad-xürrəm yaşıyıllar. 
 
6. MƏLİKMƏHƏMMƏDLƏ MƏHƏMMƏD 
 
Bir  arvadın  uşağı-zadı  olmormuş.  Arvat  fikirrəşer.  Bir 
dərviş gəler deer: 
– Ay arvat, niyə belə qəmginsən
ı
?  
Deer: 
– Belə-belə, uşağım olmor, ona görə.  
Deer: 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   94




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə