Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə26/94
tarix25.06.2018
ölçüsü2,8 Kb.
#51034
1   ...   22   23   24   25   26   27   28   29   ...   94

 
 
89
Quş  balasının  birin  Məhəmmədə  verer.  Məhəmmət  ge-
der. Atın tükün yandırer, at gəler. Quşa deer ki, get atnan gəz, 
mən nə vax çağırsam, gəlin
ı
. Quş atnan geder, gəzellər. At ot-
duyur, quş da ağacın başında yemnən-yümnən tapar, yiər. 
Məhəmmət genə meşəynən geder gəzer. Görör ki, bir də-
nə  aslan  elə  inildəner,  elə  inildəner, nətəri.  Buna  yazığı  gəler. 
Baxer  görör  ki,  bunun  əyağının  altına  bir  yekə  çökür
81
  batıf, 
yaradı,  irinniyif,  şişif  dayna,  ona  görə  belə  incider.  Yavaş-ya-
vaş  yaxına  geder  də,  beyqafıl  o  tikanı  çəkəndə  yarası  tökülüf 
axer.  Məhəmmət  qaçer  ki,  aslan  bunu  yiəjəh.  Qaçanda  aslan 
deer  ki,  ayə,  a  Məhəmmət,  qaşma,  diyan,  burə  əl.  Məhəmmət 
gələndə aslan  deer ki,  balamın birin san
ı
a  verəjəm,  tafşırajam. 
Bir qoşunun qavağıdı, apar saxla yanın
ı
da, san
ı
a heş kim heş nə 
eliyə bilməz. Bunu da aparer atın yanına. 
Məhəmmət geder çıxer bir padşahın torpağına. Padşahın 
torpağında o yana-bu yana baxer, deer: 
–  Ay  Allah,  mən  neyniyim,  nökər  gedimmi,  yoxsa  na-
ğayrım? 
Padşahın  bağmanı  varmış.  Gəler  onun  yanına,  deer  ki, 
ay bağman, məni oğulluğa götürərsən
ı
mi? 
Deer: 
– Götürrəm. 
Bağmanın  da  uşağı-zadı  yoxmuş,  bunu  götürər  oğullu-
ğa.  Bağda  bunnan  baravar  bu  da  işdeer.  Bir  az  işdiyənnən 
son
ı
ra görör ki, ayə, bağın içində bir  tikili  var,  ətrafına əppə-
nəndə
82
 görör ki, ayə, bu, hamamdı, padşahın qızdarının çim-
məh  yeridi.  Öyrəner  ki,  hası  günnən  hası  günə  padşahın  qız-
darı gəlif burda çimer. 
                                                             
81
 Çökür – tikan 
82
 Əppənəndə – hərlənəndə 


 
 
90
Əyə,  bir  şey  yadımnan  çıxıf,  qoy  onu  deyim.  Qavaxca-
dan Məhəmmədi suya salmışdılar, ağ suya salmışdılar, olmuş-
du  ağappağ,  qırmızı  sudan  yanaxlarına  vurmuşdular,  qara 
suynan  da  saşdarın  yumuşdu,  saşdarı  elə  parıldaşerdı  ki,  elə 
gözəl  bir  oğlan  olmuşdu  ki,  şoxu  salerdı.  Bağmanın  yanında 
da  nökər  duranda  başına  bir  qoyun  dərisi  keçirmişdi.  Elə  bi-
lerdilər ki, bu, keçəldi. Hamı da buna keçəl deerdi. 
Həə. Bu öyrəndi ki, kiçih qız hası hamamda çiməjəh, or-
tancıl qız da hasında, böyüh qız da hası otaxda çiməjəh. Bir az 
da qavax geder, soyunor, girer kiçih qızın hamamına. Kiçih qız 
gələndə görör ki, ayə, hamamın içi həm işıldaşer, həm qızarer, 
həm  də  elə  gözəldi,  nətər.  Gəlif  baxanda  görör  ki,  bağmanın 
oğludu,  hamamda  çimer.  Ay  Allah,  öldüm  eleer,  yıxıler.  Diz-
dərinə döyəndə oğlan paltarın tez geyiner də, qaçer. Qızın bajı-
ları gəler, deellər ki, ay öyün
ı
 yıxılsın, nə var, noluf? Deer: 
– Ay öyün
ı
üz yıxılsın, nə olajax? Bir dənə oğlanıydı, ha-
mamda çimerdi. Hamam alışıf yanerdı, elə gözəl bir oğlanıdı, 
onu gördüm, aşiq oldum. 
Soruşullar ki, ay öyün
ı
 yıxılsın, bilersən
ı
mi kimiydi? Deer: 
– Hə, bilerəm. 
Çimif çıxıf gedillər öyə. Son
ı
ra padşah bağmana deer ki, 
get üş dənə gül bəzə, birini böyüh qıza, birini ortancıl qıza, bi-
rini də kiçih qıza. Bu gəlif gülləri bəziyəndə bu oğlan deer ki, 
ay bava, qoy o gülün birciyin mən bəziyim, o birilərin sən. 
Deer: 
–  Oğul,  mən  neçə  illərdi  işdeerəm,  gül  bəzəməyi-filanı 
bilirəm, sən bəziyə bilməzsən
ı

Oğlan deer: 
– Yox, qoy birini mən bəzəyim. 
Gədiyi çox isdiyirmiş. Deer: 
– Bəzə. 


 
 
91
Bəziyir. Əyə, apareller, bu bəzəh o biri bəzəhlərə oxşa-
mer, bu bəzəh qəşəh bəzəh olor. Padşahın böyüh qızının gülü-
nü verer, ortancıl qızın gülünü verer, həmən oğlanın da gülü-
nü kiçih
 
qıza verer. Bu qızdar üş dənə qarpız alellar. Pıçaxları 
da qızdar üsdə taxer, gülü də taxer, qarpızdarı xonçada göndə-
rellər  atalarına.  Atası  baxer  ki,  ayə,  güldü,  qarpızdı,  pıçaxdı. 
Bu fikirrəşer ki, ayə, bu qarpızdarı kəsif  yiməh lazımdısa, bir 
pıçax bəsdi, bu gül nədi, zad nədi. Vəziri çağırer, deer: 
– Ayə, vəzir, burya əl. 
Vəzir gəler, deer ki, nədi? 
Deer: 
– Buları yoz görüm, nədi? 
Vəzir  böyüh  qızın  da,  ortancılınkını  da,  kiçih
 
qızın  da 
qarpızını kəser. Deer padşaha: 
– Bu qarpızdara baxdın
ı
?  
Deer: 
– Hə, baxdım. 
Deer: 
–  Böyüh  qızın  deer  ki,  ay  ata,  vaxdım  keçif,  məni  ərə 
ver. Ortancıl qızın da deer ki, ay ata,  yetirmişəm, vaxdım ke-
çir, məni də ver. Kiçih qız deer, vaxdımdı, məni də ver. 
Deer: 
– Həə, bunu ağlım kəsdi. 
Əlan verir pütün ölkəyə, cavan oğlannarın hamısı gəlsin. 
O vaxdı qızdar ərə gedəndə alma verərmişdər əlinə, əlində oy-
nadarmış, oğlannar qavağına keçəndə hası oğlan xoşuna gəlsə, 
almeyi  şıppıltıynan  onun  belinə  vurarmış.  Böyüh  vəzirin  oğlu 
gəlif  keçəndə  böyüh  qız  onu  almıynan  vuror,  ortancıl  qız  da 
kiçih vəzirinkini vuror. Bular gedər. Qaler kiçih qız. Elə almeyi 
oynada-oynada  duror,  heş  kəsə  vurmor.  Padşah  deer  ki,  ayə, 
ölkədə qalan oğlan varmı? Deellər ki, hə, bircə nəfər qalıf. 
Deer: 


 
 
92
– Kimdi? 
Deellər: 
– Bağmanın oğulluğudu, o qalıf. 
Oğlan axı başına qarın geyinərmiş, əyninə də cında pal-
tar. Padşah deer ki, gedin
ı
 onu da gətirin
ı
. Gəlif oğlan keçəndə 
alma  çatdıyır  boynunun  kökünə.  Boynunu  belləyə-belləyə 
(söyləyici əli ilə boynuna işarə edir – top.) qaçer, qız da onun 
dalınca  qaçer.  Qız  əl  çəhmer,  geder  oğlannan.  Kiçih  qız 
gedənnən son
ı
ra padşah bu qızın dərdinnən azara tüşör: 
– Ayə, mənim qızım keçəl oğlana gedə, belə şey olar?  
Padşah möhgəm xəsdə olur. Padşaha buyrollar ki, maral 
əti yesən
ı
, bəlkə sağalasan
ı
. Bu kürəkənnəri deellər ki, tüfəh, qı-
lış, qalxan götürəh, harda maral var, ovluyax gətirəh. Bu kiçih 
qız yalvarır ki, ayə, a Məhəmmət, amanın günüdü, sən də get. 
Deer: 
– Az, a bədbaxtın qızı, mən piyada hara gedim, nəynən 
gedim?  
Qız deer ki, atamın axsax qatırı var, onu götürəjəm, xəl-
vəçcə  onu  min  get,  qara  tüfəngin  də  birini  götür,  bilerəm  ki, 
sən  bajarajan
ı
.  Bu  geder  axsax  qatırı  gətirer.  Keçəl  miner  bu 
qatıra, paltarın da götürör xəlvəçcə, qatırı belləyə-belləyə ge-
dir. Hamı da buna baxıb, şəbeydi
83
 gülöllər ki, ayə, hamı  ya-
lan, şor motalı gerçəh
84
, keçəl gəler, keçəl tutajax maralı, gə-
lin. Buna şəbədə eliyə-eliyə gedellər. Bu geder də bir dərənin 
içinə  girəndə  qatırı  yıxer,  əyaxlarını  bağleer  da,  orya  qoyor. 
İbişqıyı çəker, tükü tutor, həmən vaxda aslan, qara at, Zümrüt 
quşu  özünü  yetirer.  Ləzzətdicə  paltarı  geyiner,  bəy  balası 
kimi. Buların dalınnan atnan gedəndə, göröllər ki, əyə, sən öl, 
bir  oğlan  gəler,  gəl  görəsən
ı
  dünyaya  şövq  saler.  Altında  atı, 
                                                             
83
 Şəbeydi – şəbədə 
84
 Hamı yalan, şor motalı gerçəh – deyim 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   94




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə