Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə23/94
tarix25.06.2018
ölçüsü2,8 Kb.
#51034
1   ...   19   20   21   22   23   24   25   26   ...   94

 
 
78
– A xanım, vallah, elə  yazığımız gəler ki, it mırıldadıx-
cax bu geri çəkiler. 
Deer: 
– Gedin
ı
 açın
ı
, buraxın
ı
 itin yanınnan, qoyun
ı
 qapıda-ba-
jada  hərrənsin.  Artığın
ı
ızdan-urtuğun
ı
uzdan  da  aparın
ı
  verin
ı

yazıxdı. 
Bir gün belə, beş gün belə. Buların bir balaca damı  va-
rıymış. Geder gejə orda  yatermış. Günüzü də duruf hərrəner-
miş.  Bu  qız  da,  deer,  elə  göyçəhdi,  elə  göyçəhdi,  Aya  deer, 
sən  doğma,  mənəm,  Günə  deer,  sən  çıxma,  mənəm.  Göyçəh 
uşaxdı, deer, yaraşıxlı. 
Bir  gün  bu  qaravaşdar  qaynar  aser
72
.  Bulara  köməh 
eleer, yüür-eleer. Əynindəki də qıllıcadı. Qorxusunnan əynin-
dəki dəriyi çıxardammer. Deer kin, siz  Allah, man
ı
a tavax da 
verin
ı
,  savın  da  verin
ı
.  Gedem  çayda  qaynar  asem,  paltarımı 
yüyüm,  çimem,  yazığam.  Can-can,  a  yazıx.  Bular  xanıma 
deellər. Xanım deer ki,  verin
ı
. Sən denən, pəççahın oğlu get-
sin də bağda gizdənsin də, buna tamaşa eləsin. Pəçcahın oğlu 
yörör kün,  ya  yaradan Allah, qız qıllıcıyı soyunuv orya tullu-
yanda  dünyə-ələmə  şux  saldı.  Bu  qız  yaxça  paltarını  yüyür, 
çimer, arıxlaner, duruxlaner, saçı kürəyinin arasınnan darıyer 
tökör. Pəçcahın oğlu muna vurulor. Gəler anasına deer kin, ay 
ana, aş pişir də, man
ı
a Qıllıcadan yolla. 
Deer: 
– Bala, qıllıca nədi? Qıllıcanın əlinə şeymi verəllər? 
Deer: 
– San
ı
a deerəm, onnan yolla. 
Bular axşam  yiməyini pişirer. Xanım oğlunun  yiməyini 
qaravaşdardan  yolluyur.  Anadı dana, ürəyi əlmer, deer, qara-
                                                             
72
 Qaynar aser – çayın qırağında qazan asıb paltar yuyur. 


 
 
79
vaş  nədi,  mənim  oğluma  yiməh  aparmax  nədi.  Oğlu  yiməyi 
qaravaşın əlinnən aler da deer: 
– Apar munu anamın başınnan tök. Man
ı
a  yiməyi Qıllı-
cadan yolla. 
Arvadın  ələci  kəsiler  də,  oğul,  muna  yiməyi  Qıllıcadan 
yolluyur.  Xanım  gətirer  aşı  verer,  Qıllıcıya  deer  ki,  apar  ver 
şahzadiyə. Xanım əmə munnan şüphüyə tüşör. Deer: 
– A bala, bu nə sirridi, qoyun görəh. Pusun
ı
, əmə görün
ı

bu nağayrajax? 
Qıllıca başında sini edəndə oğlan ciyəri yanmış oynuya-
oynuya gəler də siniyi qızın başınnan alıf yerə qoor. Deer: 
– Dəriyi soyun. Dəri nədi geyinifsən
ı

Deer: 
– Qorxumnan geyinmişəm. 
Soyunduror, taxdın altda tulluyur. Oturollar, qızın işığı-
na gülüşə-gülüşə çörəh yiillər. Başına ələni qız söylüyür. Oğ-
lan deer: 
– Hə, indi mən anama-atama deyəjəm, bizə toy eliyəjəy-
lər ha, bax toynan aleram səni. 
Deer ki, noolar. Qaravaşdar artıxlarını  yığıflarmış, göz-
düyüllər,  Qıllıca  əlmer.  Bir  də  xanım  deer  ki,  a  bala,  gedin
ı
 
görün
ı
 bu kopaqqızı nijoldu? Xalxın uşağını öldürəllər birdən. 
Qaravaşdar gəlif göröllər pəçcahın oğlu bir göyçəh qıznan qa-
vax-qavağa oturuf  yiməh yiillər, Qıllıca da taxdın altda  yater. 
Yüyürör geder deer: 
–  Ay  xanım,  öyün
ı
  yıxılmasın,  Qıllıca  taxdın  altındadı, 
oğlun da bir qıznan çörəy yiir ki, dünyə-ələmə şux salıf. 
Tökülüf  gələndə  öröllər  həqiqatan  gerçəhdi.  Təzdənnən 
qırx gün, qırx gejə pəçcah oğluna toy çaldırer. 
Ay, il keçənnən son
ı
ra munun bir oğlu olor. Munun adı-
nı qoollar Məhəmmət. 


 
 
80
Bu  dədəsi  köpöyoğlu  gələndə  örör,  Allah,  qız  nəəzer
73

qaçıf. Əəğına dəmir çarıx geyiner, əlinə dəmir hasa aler, elvə-
el  tüşör.  Gəler,  gəler  buların  qapısına  çıxer.  Qaravaşdar  da 
eşihdə  çörəh  pişirermiş.  Bu  da  samavarın  qırağında  çay  qay-
nadermış. Köpöyoğlu qızı tanıyır. Deer: 
– Məni qonağ eliyərsin
ı
izmi? 
Deellər: 
– Qonağ Allah qonağıdı, niyə eləmirih? Ağız, orya isdol 
qoyun
ı

Oturollar,  bu  kişi  çörəh-çay  yiif-içənnən  son
ı
ra  bu  qız 
deer: 
– O kişiyi qonağ eləmiyin
ı

Qız tanıyır. Deəndə pəçcah deer: 
–  A  bala,  qonağı  qapıdan  qualamax  olarmı?  Qonaxdan 
ziyan gəlməz. 
Deer: 
– Yox, onnan ziyan gələjəh. 
Mümkün  olmor.  Qaler  köpöyoğlu  gejə.  Yatellar.  Savağ 
olor. Uşax da beşihdədi. Qız geder hər şeyi arxeyınneer gəler, 
deer: 
– Gözdəriyin qadasını alem, Məhəmmət, dursan
ı

Görör durmor. Gəler yorğanı qaldıranda görör, Məhəm-
mədin yeri qandı. Burdan da gejə kişi duruf uşağı boğazdıyıf, 
qannı puçağı da qızının civinə qoyuf. 
– Ay munu kim elədi? 
Qız deer: 
–  Bax,  o  qonax  kişi  eliyif  –  demer  ha  dədəmdi  –  Sizə 
dedim ki, qonağ eləmiyin
ı
. Niyə qonağ elədin
ı
iz?! 
Bu köpöyoğlu deer: 
                                                             
73
 Nəəzer – nə gəzir 


 
 
81
–  Gəlin
ı
  civ  gəzəh  –  gör,  fəndə  bax,  –  hər  kimin  civin-
nən qannı pıçax çıxsa, o öldürüf. 
Civ gəzellər, anan
ı
 ölsün, qara geymişin civinnən pıçax 
çıxer. Aha. 
– A bala, niyə öldürüfsən
ı
?  
Ağleer, özünü öldürör, ant bu, Quran bu, mən eləməmi-
şəm. Ağleer, saçını yolor. Pəçcah deer ki, olmaz, pıçax civin-
dəydi. Ətirer də bir eşşəyin gözünü oyollar, gəlinin də gözünü 
oyollar,  bir  xurcun  da  azıx
74
  qoyullar,  çörəh,  yuannıx
75
  –  hər 
şey dana. Munu eşşəyə mindirellər, çağıyı da qucağına verel-
lər, deellər ki, haana edersən
ı
, get. Çıxardellar dana. Bu dəni-
zin qırağınnan ağlıya-ağlıya gedhagetdə, elə dənizə baterdı kı, 
bilmer dana, gözü yörmör. Fida olom san
ı
a, Allah, yeddi dənə 
məleykə çığırer: 
– Ay qız, gəlmə, gəldih. Ordaja dur, eşşəyin
ı
i əylə. 
Məleykələr gələndə başına ələni danışer. Deer ki, bə be-
lə-belə  oldu.  Məleykələr  bəyaxdan  bir  əlini  çəkellər  oğlanın 
boğazına, onu sağaldellar, bir əlini çəkellər, qızın gözü sağaler, 
bir əlini də çəkellər, eşşəyin gözünü sağaldellar. Son
ı
ra deer: 
– A bala, bax bu dənizin qırağınnan bir cığır geder. Bu 
cığırnan  get,  bir  meşiyə  çıxajan
ı
.  O  meşənin  içində  naxırçı 
var. Ona rast gələjən
ı
. Onun da bircə anası var. Aparsa, getgi-
nən, indi görəh axırı noolor. 
Qız razılığ eleer. Bu yazıx oturor, çörəh-zad yiir. Eşşəyi 
də  otduyur,  gədə  də  oynuyur  yanında.  Göyənəyiymiş
76
,  otu-
rormuş  meşənin  qulağında.  Bir  də  baxer,  oannan  bir  cavan 
oğlan çiynində çuvux bəri çıxdı. 
– Salamməlöyküm. 
– Əlöykəsalam. 
                                                             
74
 Azıx – azuqə 
75
 Yuannıx – yavanlıq 
76
 Göyənəy – çəmənlik, göy otluq 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   94




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə