Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə27/94
tarix25.06.2018
ölçüsü2,8 Kb.
#51034
1   ...   23   24   25   26   27   28   29   30   ...   94

 
 
93
qəşəh  paltarı.  Əyə,  bu  nədi,  belə  adam  hardan  çıxıf?  Geder 
oğlan, həmən dərvişi taper. Deer: 
– Dərviş. 
Deer: 
– Hə. 
Deer: 
– Oxu, pütün maralların hamısı burya gəlsin. 
Maralların  hamısını  gətirer  bir  hasara  dolduror,  yanına-
ca istoldan-zaddan qoyor, oturor. Bular hər  yeri gəzellər, ma-
ral tapa bilmellər. Gələndə göröllər ki, bura doludu maralnan, 
balacası nədi, yekəsi nədi. Keçəl də dərvişə deer ki, oxu ki, nə 
dadı,  nə  dərmanı  var,  hamısı  maralın  başına-əyağına  gəlsin. 
Bu  dad  baş-əyaxda  var  ha,  ordan  qalıf,  baş-əyax  daddıdı, 
qoyununmu,  malınmı.  Oxuyor,  üfürör,  oxuyor,  üfürör...  Bu 
qayda dadı baş-əyağa gəler. Bu oğlannar gəler. Deellər ki, ay 
oğlan, bu maralın birini bizə satarsan
ı
mı? 
Deer: 
–  Sataram,  bu  şərtə  ki,  sizin  budun
ı
uza  damğa  vurom. 
Razısın
ı
ızsa, verim, razı deyilsinizsə, gedin. 
Belə deyəndə böyüh bajanax kiçiyin üzünə baxer, kiçih 
də böyüyün üzünə baxer, deer: 
– Neyniyəh, boş-bekar getməhdənsə, peçatdı dayna, cə-
hənnəmə vursun. 
Deellər ki, vur. Buların bud ətinə damğa vuror ki, bular 
Məhəmmədin quludu. Maralı verəndə kəsməyə, deer ki, əmbə 
baş-əyağı özümündü. Maralı kəsellər, baş-əyağını Məhəmmət 
götürör, ətini də bular, qalan maralları da açer  buraxer. Quşu 
da,  aslanı  da,  atı  da  açer  buraxer,  paltarını  da  geyiner,  o  biri 
paltarını da atın tərkinə bağlıyıf buraxer. Qatırı axsada-axsada 
gəler. Gəlif çater. 
– Əyə, şor motalı gəler, keçəl gəler. Əyə, şor motalı, taf-
dın
ı
mı? Maral tafdın
ı
mı, ay şor motalı? 


 
 
94
Deer ki, heş-zad da başarmadım, elə getdim hərrəndim, 
qayıtdım. 
Geder öyə, deer: 
– Ay arvat, ala bu baş-əyağı ləzzətdi pişir. 
Baş-əyağı  ləzzətti  pişirer.  Qız  tərpəner  geder  anasının 
yanına, deer: 
–  Ay  ana,  sənin
ı
  başın
ı
a  dönüm,  maral  baş-əyağı  gətirif 
keçəl,  o  maralın  baş-əyağınnan  bircə  qırıx  xəlvəçcə  gətirem, 
mənim atama ver. 
Deer: 
– Get gəti, a günün
ı
 ağ olmasın, sənin
ı
 dərdin
ı
 öldürör bunu.  
Gedif bu bir cəm baş-əyaxdan dolduruf gətirer, buna ve-
rer. Padşah yiən kimi yaxşılaşer. Tez deer ki, ay arvat, bunnan 
varmı? 
Deer: 
– Olar. 
Tərpəner. Deer: 
– Ağız, a günün
ı
 ağ olmasın, o gətirdiyin
ı
nən varmı? 
Deer: 
– Hə, var. 
Deer: 
– Onnan bir cəm doldur, gəti. 
Bu qavı dolduror, xəlvəçcə aparer padşaha. Padşah  yiir, 
oturor. 
Bir  gün  bir  ayrı  padşah  bu  padşaha  deer  ki,  qızdarı  bo-
şat,  mənim  oğlannarıma  ver,  mənim  üç  oğlum  var,  sənin
ı
  də 
üş qızın, yoxsa davadı. Bu gəler vəzir, vəkili çağırer, deer: 
– Ayə, ay öyün
ı
üz yıxılmasın, belə şey var, nağayrax? 
Deellər: 
– Ayə, namıs, qeyrət  yoxdumu ki, qızdarı boşadıf verə-
sən
ı
? Davadı, davadı də. 


 
 
95
Bular bir gün gedellər davıya. O biri padşah qüvvəli olor, 
buların qoşunnu qırer. Səhər bu kiçih qız yalvarer ki, ayə, a ke-
çəl, hamı geder, sən də gedif köməh eləsən
ı
ə, qoşun gəlif. 
Deer: 
– Yaxşı. 
Geder, genə axsax qatırı gətirer, o qara tüyəngi də – da-
yandoldurumu da verer, deer: 
– Get. 
Bu geder genə dərənin birində  ibışqıyı
85
 çəker,  tükü tu-
tor, heyvannarın üçünü də dəsnən gətirer. Özünü yetirer, quşa 
da əmr eleer, aslana, ata da, özü də deer: 
– Hələ öldürmüyün
ı
, buları döyə-döyə, əzə-əzə, başdarı-
na daşı tökə-tökə aparın
ı
 qaytarın
ı

Buları  döyə-döyə  aparellar,  nağayrıllar.  Bu  padşah  heş 
bir şey qanmer. Deer ki, ayə, qoşunun hamısın qırajam, yazıx-
san
ı
, çıx get. 
Deer: 
– Yox, dava eliyəjəm. 
Savaxı əmr eleer heyvannara ki, qırın
ı
. At taa əlinə keçəni 
vuror,  öldürör,  quş  da  geder  dəyirman  daşdarını  qanadının 
üsdünə  yığıf  gətirer,  göydən  samalyotnan  tökən kimi  üsdərinə 
tökör,  qırer.  At  təpiynən,  özü  qılışnan  buları  itirellər.  Buları 
itirənnən  son
ı
ra  Məhəmmət  başınnan  yaralaner.  Padşahın  bir 
qiymətti dəsmalı varmış, çıxarır bunun başını sarıyır, deer: 
– Ay oğlan, kimsən
ı
, nəçisən
ı
, haralısan
ı
? Adresi ver, sa-
n
ı
a hörmət eliyəh, bizə çox köməh elədin
ı

Deer: 
– Yox, mənim adresimi heş kim bilməz.  
Atı miner, genə gəlif dəriyə çatanda atı, heyvannarı bu-
raxer, qatırı minif axsada-axsada gələndə bajanaxları deer: 
                                                             
85
 İbışqa – rus dilindəki spiçka sözünün şivə variantıdır. 


 
 
96
– Ə, şor motalı gəler. Ayə, a şor motalı, qoşunu qırdın
ı-
mı, ayə, nağayrdın
ı

Lağ  eliyif  gülüşə-gülüşə  gəlellər.  Gejə  yatellar.  Səhər 
padşah  əlan  verir  ki,  hər  kəs  mənim  dəsmalımın  yerini  bilif 
man
ı
a desə, ona nə qədər  var-döölət desə,  verərəm, mən dəs-
malımı  itirmişəm.  Bu  keçəl  də  həməşə  başına  qarın  geyinif 
yatermış. Bu səfər qarının altınnan dəsmalın uju belə çıxanda 
qız görör ki, atasının dəsmalı burdadı. Tərpəner geder deer: 
– Ay ana. 
Deer: 
– Hə. 
Deer: 
–  Get  atamı  muşduluxla,  dəsmalı  tapbışam,  di  man
ı

indi nə verəjəh, desin. 
Anası deer ki, hardadı? 
Qız deer: 
– Keçəlin başında. 
Tez  adam  göndərer  ki,  keçəli  bura  gətirin
ı
.  Keçəli  apa-
rellar. Qarını  başınnan çıxardanda göröllər ki,  bu, həmən oğ-
landı. Alnınnan öpör, deer: 
– Ay bala, sən gerçəhdən, həmən qoşunu qıran adamsan
ı

Oğlan deer: 
– Hə. 
Padşah  təzədən  qırx  gün,  qırx  gejə  toy  eliyif  qızı  verer 
oğlana.  Padşahın  öz  yanında  olor.  Qız  Məhəmmədə  deer  ki, 
bizim öyün dalınnan bir cüt ceyran gəlir, olmaya-bilmiyə, on-
narın  dalıyca  gedəsən
ı
,  o  ceyrannarın  dalıyca  gedən  gəlmer, 
gedər-gəlməzdi. 
Deer: 
– Nə vədə gəlir o? 
Qız deer ki, filan vaxdı. Tez əynini geyiner, başını geyi-
ner, gözdöör, hazır duror. Ceyrannar gələndə ceyrannarın da-


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   94




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə