Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə30/94
tarix25.06.2018
ölçüsü2,8 Kb.
#51034
1   ...   26   27   28   29   30   31   32   33   ...   94

 
 
105
Qız gedif gətirir. Şah hamısını yiir. Nərbala baxıf gülür. 
Şah  qalxır.  Taa  heş  bir  yerində  ağrı-filan  yoxdu.  İndi  səhər 
müharibəə  hazırraşır.  Nərbala  arvadına  deer  ki,  get,  dədən
ı
ə 
denən, qoy mən də gedim müharibəə. 
Şah da deer: 
‒ Əə, bu, nə gedif müharibə eliyəjəh?! Bu nə bajarır?!  
Gətirir buna genə də bir axsax qatır verir. Nərbala qatırı 
götürür.  Qoşun  gedir,  qoşunun  dalınnan  qatırı  axsada-axsada 
gedif  dağın  daldeyinə,  dəriyə  tüşür  də,  tükü  yandırır.  Yandı-
ran kimi quş yanında hazır olur. Deer: 
‒ Bir dəs paltar, ağ atı gətirin
ı

Hamısını geyinir. Bir dəsdə Zümrüt quşu göydə  uça-uça, 
hərəsinin caynağında bir dəyirman daşı gəlillər. Gəlif ağ geyim-
li,  üzü  niqablı  baxır  dağdan.  Görür  ki,  qaynatasının  qoşunu 
məğlub olur, qaçışıllar, daa davam gətirə bilmirlər. Ona kimi bu 
yetirir  özünü.  Ağ  atdı,  başının  üsdündə  Zümrüt  quşu,  pələng 
böyründə. Yetirillər, qon
ı
şu padşahın qoşununu qıra-qıra qayta-
rır  geri,  qavağını  alır.  Şah  çox  sevinir,  bu  nəydi?!  Qoşun  ge-
dənnən son
ı
ra aradan yoxa çıxır. Gələndə hərə bir tərəfdən şaha 
söylüyər  ki,  şah  sağ  olsun,  qoşunu  qırıf  əldən  salırdılar,  bir  ağ 
atdı oğlan ‒ başının üsdündə quş, yanında pələng yetirdi özünü, 
şahın  qoşununu  əldən  saldı,  qaytardı  geri.  Həə,  şah  çox  fikir-
rəşdi, bu, nə sirridi?! Allah-taalanınmı işidi, bu nəydi belə? 
Bu  qoşun  gedənnən  son
ı
ra  oğlan  gəlif  qatırı  bağladığı 
yerdən paltarı-filanı verir quşa. Qatırı minif yavaş-yavaş axsa-
ya-axsaya,  daldan-dala,  arxadan-arxaa  gəlir.  Qız  deer  ki,  bəs 
sən nağayrdın
ı
, nə iş tutdun
ı

Deer: 
‒  Mən gedəndə  taa qoşun  dağılmışdı. Bu  topal qatırnan 
ancax getdim çıxdım. Çatmadım meydana. 


 
 
106
Həə, bu da bir az pisikir
91

Sabahları  üzünüzə  xeyirrixnan  açılsın.  Sabahları  bir  də 
müharibə başdıyır,  bir  də  başdıyıllar. Şah  özü gedif  baxır. Gö-
rür, əyə, bu, qoşunun qavağında diyanammır genə. Ayna-bayna 
baxır fikirrəşir, Allah, köməh gələrmi genə?! Ona kimi baxır ki, 
dağın  başınnan  yel  kimi  yetirdi  özünü,  qoşunun  üsdünə  tüşdü-
yünnən, qırdı o qoşunu. Ona kimi ox atdılar, bu oğlan qolunnan 
yaralandı.  Şah  buna  yaxınıydı  –  qaynatası.  Dəsməlini  çıxartdı 
da,  bunun  qoluna  bağladı.  Bu  da  heş  nə  demədi.  Üzü  niqablı, 
tanıyan yox, eliyən yox. Gəldi axşam qıza yalannan dedi: 
‒ Yıxıldım, yaralandım. 
Bu dəsmalı çıxartdı  yüdü də, qapıda  məfdilə atdı. Səhər-
səhər şah qalxıf, güləfirəngidə oturuf  baxırdı. Görən, ay  Allah, 
bu kimdi, bu nəçidi, bizə belə köməh eliyir. Belə baxanda gördü 
ki,  (qızının  qapısı  görünürdü)  ayə,  bunun  dəsmalı  burda  sər-
yəndədi
92
. Adam göndərdi dedi ki, gedin qızı burya gətirin
ı

Dedi: 
– Get, o dəsməli burya gəti! 
Gətirəndə gördü ki, bunun öz dəsmalıdı. Qızına dedi: 
– Bu dəsmalı hardan alıfsan
ı

Dedi: 
– Nərbalanın qolundoydu. Qolunnan aşdım, yaralanmış-
dı qolu. 
Bu, bir az fikrə getdi ki, bu, topal qatırnan gedif, bəs bu 
ağ paltar, ağ at, bu quş hardan əmələ gəlif. 
Həə,  bu  genə  də  yozammadı.  Üçüncü  gün  də  oğlan  ağ 
paltarda, ağ atda gəldi. Pütün quş, pələng də yanında. O şahın 
qoşunu orda durur, bu şahın qoşunu burda durur. Ortada çıxış 
eləməyə başdadı. 
                                                             
91
 Pisikir – pis olur, inciyir, sıxılır 
92
 Səryəndə – yuyulmuş paltarların sərildiyi yer 


 
 
107
Dedi: 
– Mən bu gün özümü təqdim eliyif, çıxış eləməliyəm. 
Qaynatasına dedi: 
– Şah sağ olsun, sən kürəkənnərin
ı
i çıxart bəri, meydana. 
Çıxdılar. 
Dedi: 
– Bular mənim qulumdu. 
Bular ajıxlananda dedi: 
– Ajıxlanmıyın. İkinizə bir qılış vuraram. Səf deerəmsə, 
deyin
ı
.  Buların  şalvarını  aşağı  salın
ı
.  Sağ  buduna  baxın
ı
.  Sağ 
budunda mənim peçetim var. 
Bular barmağını tişdədi, aya, bu, həmən ov verən adamdı. 
Dedi: 
– Şah sağ olsun, o ovu mən vermişdim bulara. 
Üzünü tutdu o biri şaha, dedi: 
– Şah sağ olsun, sənin
ı
 iki oğlun var. Oğullarını bəri çı-
xart. Sənin bir oğlun  vardı, Nərbala. O Nərbalanın anası qırx 
ildi türmədə yatır. Nəyə görə salıfsan
ı
 onu zindana? Nəyə gö-
rə yatır o? 
Dedi: 
–  Bu  dəyqə  o  kadını  burya  gəti!  Burya  gətirməsən
ı
,  bir 
nəfərini, içi sən qarışıx qoymuyjam geri qayıtsın şəhərə. 
Həə,  adam  göndərdilər,  Nərbalanın  anasını  gətirdilər. 
Nərbala paltarını soyundu, başınnan niqabını aşdı. Anasınnan 
öpüşdü, görüşdü, dedi: 
– Ana, mən sağam hələ. 
Arvat belə baxdı, taa bu sevinc hara sığışasıdı. 
Təzədənnən o oğlannarı da dedi ki, şah sağ olsun, sənin
ı
 
o oğulların məni bax belə quyuya itələdi saldı, filan elədi. Bu 
dəyqə oların qannı almalıyam, deef oxu götürdüyünnən ikisini 
də oxnan vurdu. Kişi ağladı, sıtqadı ki, gəl gedəh. 
Dedi: 


 
 
108
– Yox, mən sənnən getmərəm. Mən gedirəm indi qayna-
tamnan. 
Həə,  dəsdələdi  o  başındakı  dəsdeyi-filanı  gətirdi.  Olar 
yidi, yerə keşdi, biz yidih, döörə keşdih. 
 
8. İKİ QARDAŞ 
 
Bir kasıf kolqıran  varmış. Gətirif kolu bazarda  satıf çö-
rəh pulu eliyirmiş. İki uşağı, bir də arvadı varmış. Bir gün ge-
nə kol qırmağa gedəndə öz-özünə deer: 
– Belə yaşamaxdansa, ölməh yaxşıdı. Gəl elə meşə uzu-
nu get, qoy qurt-quş yesin səni. 
Geder, geder, qavağına bir yumurta çıxer. Deer: 
– Elə bu yumurta mənim qismətimdi. Elə bunu götürüm, 
aparım öyə, uşaxlar ajdı. 
Yumurtanı  götürör,  aparer  öyə.  Öyə  gedəndə  yolda  və-
zirə  ras  gəler.  Vəzir  biler  ki,  bu  yumurta  nə  yumurtadı.  Yu-
murtanı kişidən beş yüz manata aler. Kişi fikirrəşer ki, ayə, bu 
noolan  şeydi.  Gəler  öyə.  Səhər  genə  gedir  meşiyə.  Qavağına 
bir qalaça çıxer. Baxer ki, qalaçada bir quş var. Görür ki, elə 
həmin yumurtadan quşun altında ikisi var. Deer: 
– Hə, elə bu həmin yumurtanı yumurtduyan quşdu. 
Kişi qalaçıya girməh isdiyəndə quş dilə gəlif deer: 
– Gəlmə, peşman olarsan
ı

Kişi quşun sözünə baxmer. Girer qalaçıya. Baxır ki, hər 
tərəf  doludu  yiməhnən.  Kişi  bu  yiməhlərdən  doyunca  yiir. 
Son
ı
ra  da  quşu  da,  yumurtaları  da  götürüf  gəler  öyə.  Sən  de-
mə,  bu  quş  elə  bir  quşuymuş  ki,  kim  bunun  başını  yisə,  paç-
çah olarmış, kim ciyarın yisə, hər gejə başının altınnan bir qı-
zıl  taparmış.  Kişi  öyə  gedəndə  genə  yolda  vəzirə  ras  gəler. 
Vəzir buna min manat pul verer. Yumurtaların ikisini də aler. 
Kişi  varrı  bir  adam  olur.  Özünə  bir  imarət  tihdirir.  Vəzir  də 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   94




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə