Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə18/94
tarix25.06.2018
ölçüsü2,8 Kb.
#51034
1   ...   14   15   16   17   18   19   20   21   ...   94

 
 
63
nökərrər  qazanı  keçələ  verir.  Keçəl  qazanı  evə  götürüf  gəlir. 
Nənəsinə deer ki, nənə, indi gedirəm hamamçıynan hak-hesa-
vı  çəkəm.  Keçəl  hamama  çatıf  hamamçını  eşiyə  çağırır,  deer 
ki,  mənim  eşşəyimi  ver.  Elə  hamamçı  ağzını  açır  ki,  səs-küy 
salsın, keçəl yavaşca toxmağı çıxarıf deer: 
– Vur, toxmağım, vur. 
Toxmax  hamamçını  o  qədər  vurur  ki,  hamamçı  huşunu 
itirir. Keçəl toxmağı saxlıyır. Hamamçı özünə gəlir, qaça-qa-
ça gedif keçəlin eşşəyini gətirif özünə verir. Keçəl eşşəyi gö-
türüf  evlərinə  gəlir.  Nənəsinnən  görüşüf  öpüşür.  Bunnan 
son
ı
ra onnar şad-xürrəm öz damlarının altında  yaşıyıllar. Sizi 
də şad, xürrəm olasınız. 
 
2-3. NARDANXATIN 
 
2. 
Bir  arvat  varıydı.  Bu  arvadın  yeddi  oğlu  varıydı,  ancax 
qızı  yoxuydu. Günnərin bir günü arvat boylu olur. Qardaşdar 
bir həfdəlih səfərə gedəndə analarına tafşırıf deellər: 
– Ana, əyər bu dəfə də oğlun
ı
 olsa, biz evdən çıxıf gedə-
jiyih.  
Anası  yalvarır,  yaxarır.  Ancax  görür  oğlannarı  dediyin-
nən dönmür. Onda belə bir şərt qoyullar: 
– Biz səfərdən gələndə gəlif qapının ağzına baxajıyıx. Oğ-
lun
ı
 olsa, qapıdan xançal asarsan
ı
, qızın
ı
 olsa, muncux asarsan
ı

Oğlannar gedillər. Bunnar gedən kimi arvat qon
ı
şularına 
qaçıf  əhvalatı  danışer.  Arvat  yater,  gəlif  bir  qəşəh  qızı  olur. 
Arvat  söyüncəh  oluf  boğazındakı  muncuğu  çıxarıf  qapıdan 
aser.  Paxıl  qon
ı
şu  görür  kün,  oğlannarın  gələn  vaxdıdı.  Gejə 
yarısı  muncuğu  çıxarıf  xançalı  aser.  Səhər  oğlannarı  gələndə 
görüllər ki, qapıdan xançal asılıf. Kor-peşman dala qayıdellar. 
Arvat söyüncəh qalxer ki, büyün oğullarım gələjəh. Eşiyə çı-


 
 
64
xanda görür kün, muncuğun yerinnən xançal asıflar. Arvat ağ-
leer, kışqırer, ancax noolsun, olan oluf, keçən keçif. 
Vax keçer, qız böyüyür. Bu qızın bir iti varıydı. Qız söz 
danışanda bu itin canına and içərdi. Bir gün qon
ı
şularının qız-
darıynan  oturuf  coraf  toxuyanda  bir  qızın  yumağı  iter.  Biri 
qardaşının canına and içer ki, yumağı mən götürməmişəm, bi-
ri  bacısının  canına  and  içir.  Bu  qız  da  ala  itinin  canına  and 
içer. Qon
ı
şuları bunu eşidif deer: 
– Ay qız, sənin
ı
 ki yeddi qardaşın
ı
 var. Sən niyə qardaş-
darın
ı
ı qoyuf ala itin
ı
in canına and içersən
ı

Qız məhətdəl qalıf deer ki, nətəri mənim yeddi qardaşım 
var? Qon
ı
şu arvat deer: 
– Sən mənə inanmırsan
ı
sa, get anan
ı
nan soruş. 
Qız öyə gəler, anasınnan soruşur: 
–  Ana,  mənim  yeddi  qardaşım  var?  Qızdar  mənə  deer 
ki, sənin
ı
 yeddi qardaşın
ı
 var. 
Arvat ağlıyıf deer: 
– İndiyə kimi mən sənə heş nə demirdim. Əmbə indi hər 
şeyi açıf söylüyəjəm. 
Arvat pütün əhvalatı olduğu kimi danışer. Qız deer: 
– Onda, ana, mən gedirəm qardaşdarımı axdarmağa. 
Anası deer: 
– Qızım, dəli olufsan
ı
, nədi, sən hardan gedif onnarı ta-
pajan
ı

Anası görür, qız əl çəhmer. Axırda qızın yoluna hazırrıx 
görür. Qız anasınnan vidalaşıf, ala itini götürüf yola tüşür. Az 
gedellər,  üz  gedellər,  dərə-təpə  düz  gedellər.  Gedif  bir  öyün 
qavağına çıxellar. Qız görür bu öy elə gözəldi, elə gözəldi, taa 
nə deyim. Görür  yolnan bir kişi geder. Kişini çağırer, soruşur 
ku,  bu  kimin  öyüdü?  Kişi  deer  ki,  bu  yeddi  qardaşın  öyüdü. 
Ancax,  qızım,  bu  öyə  heş  kim  qorxusunnan  yaxın  gedə  bil-
məz. İndi bu dəyqə onnar ova gediflər, axşama yaxın qayıda-


 
 
65
jaxlar. Qız barmağını tişdiyif deer ki, həə, bu, mənim qardaş-
darımın öyü olajax. Onu da deyim ki, qardaşdar elə bilellər ki, 
onnarın bajısı  yoxdu. Ona görə bir dənə alma götürüllər. Hər 
dəfə  bir  yerə  gedif  gələndə  o  almanı  bir-bir  götürüf  öpüllər-
miş.  Qız  qapını  açıf  içəri  keçer.  Görür  kün,  öy  elə  pinti,  elə 
pintidi ki, gəl görəsən
ı
. Qız başdeer öyü yığışdırmağa. Yiməyi 
də  pişirer.  Usdolun  üsdünü  düzəlder,  çayı  qoyuf  qaynader. 
Samavarı  usdolun  üsdünə  qoyur.  Özü  də  çörəh  yiir,  itinə  də 
çörəh verir. Görür kin, qardaşdarı gəler. Deer, Allah, mən ha-
ra  gizdənim?  Görür  eşihdə  bir  ağaş  var,  içi  də  oyuluf.  Qaçıf 
orda  gizdənir.  Qardaşdar  gəlir.  İçəri  girəndə  gözdərinə  inan-
mellar.  Öy  səhmana  salınıf,  usdolun  üsdü  düzəlif.  Qardaşdar 
deer, görən bunnarı eliyən kimdi? Yenə həminki kimi almanı 
götürüf bir-bir öpüllər. Böyüh qardaş deer: 
– Gərəh mən bunu güdəm, görüm bu, kimdi? Səhər mən 
siznən ova getmiyəjəm. 
Səhər  olur.  Qardaşdar  ova  gedillər.  Böyüh  qardaş  bir 
daldeylığa  gizdənif  güdməyə  başdeer.  Axşam  olur.  Böyüh 
qardaşı  yuxu tutuf  yater. Qız ağacın oyuğunnan çıxer. Yenə nə 
ki  iş  var,  hamısını  görür.  Son
ı
ra  da  itinə  çörəh  verer.  Özü  də 
yiif, yenə o oyuğun içinə girer. Böyüh qardaş yuxudan qalxanda 
görör ki, hər şey gül kimidi. Qardaşdar gəlellər. Böyüh qardaş-
dan  soruşullar ki, nooldu, nə gördün
ı
? Deer ki, belə-belə,  yuxu 
tutdu, yatdım. İkinci qardaş deer ki, onda qoyun
ı
 büyün də mən 
qalım. Bu da qaler. Bunu da axşam yuxu tutuf yater. Səhər qal-
xer.  Görür  kün,  hər  şey  öz  qaydasında.  Bunnan  da  qardaşdarı 
gəlif soruşullar kı, nooldu, nə gördün
ı
? Deer kin, belə-belə, mə-
ni  də  yuxu  tutdu,  qalxdım  ki,  hər  şey  yerri-yerindədi.  Üçüncü 
qardaş deer kin, qoyun
ı
 büyün də mən qalım. Bu da qaler. Göz-
düyür, gözdüyür, axşam olanda bunu da  yuxu tutor. Səhər qal-
xer görür kün, hər şey yerri-yerindədi. Qardaşdarı gəlif soruşol-
lar ki, nooldu, nə gördün
ı
? Deer  kin, məni  yuxu  tutdu,  yatdım. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   94




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə