Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə16/94
tarix25.06.2018
ölçüsü2,8 Kb.
#51034
1   ...   12   13   14   15   16   17   18   19   ...   94

 
 
57
NAĞILLAR 
 
1. QARĞA İLƏ KEÇƏL 
 
Bir keçəlnən nənəsi varıydı. Bunnar bir qarına aj, bir qa-
rına  tox  güj-bəla  dolanırdılar.  Keçəl  çox  təmbəliydi.  Nənəsi 
bir gün keçəli eşiyə qovuf, daldan qapını bağlıyır. Deer ki, çö-
rəh  gətirməsən
ı
,  səni  öyə  buraxmıyajam.  Keçəl  ağlıya-ağlıya 
damlarının  bir  böyründə  oturur.  Bu  vax  göynən  bir  qarğa 
uçurdu. Qarğa baxır ki, keçəl ağlıyır. Qarğa bir ağacın başına 
qonuf, qarıldamağa başdıyır: 
– Qarr, qarr… 
Keçəl başını qaldırıf qarğıya baxer, deer: 
–  Zəhirmar,  sən  nəyə  qarıldıyırsan
ı
  qanımın  bu  qara 
vaxdında? 
Deer: 
– A keçəl, niyə ağlıyırsan
ı

– San
ı
a nə var, niyə ağlıyıram, sən man
ı
a nə köməh eli-
yəjən
ı

Deer: 
–  Ayə,  a  keçəl,  bir  dərdini  de  görüm,  niyə  ağlıyırsan
ı

bəlkə, san
ı
a bir köməyim dəydi. 
Keçəl başına gələni qarğıya söylüyür. Qarğa keçələ deer 
ki,  mən  göynən  uçajam,  sən  də  mənim  kölgəmnən  düz  o  da-
ğın  başına  gələrsən
ı
.  Qarğa  göynən,  keçəl  yernən,  gethaget, 
gethaget  gəlif  bir  dağın  başına  çatıllar.  Keçəl  baxır  ki,  nəə, 
dünyada nə qədər qarğa desən, bu dağın başındadı. Sən demə, 
bu  qarğa  qarğaların  padşahıymış.  Qarğanın  da  bu  gün  oğlu-
nun toyuymuş. Qarğa pütün qarğalara tafşırır ki, keçəlnən işi-
n
ı
iz  yoxdu. Qoy nə qədər isdiyir yiif-işsin,  yazığ adamdı. Ke-
çəl bir neçə gün burda yiif-içif kef çəkir. Bir gün nənəsi yadı-
na tüşür. Qarğıya deer ki, nənəmin yanına getməh isdiyirəm. 


 
 
58
Qarğa deer: 
–  Ras  ki,  gedirsən
ı
,  ala  san
ı
a  bir  qazan  verim.  Amma 
onu heş kimə vermə, o  yalı aşmıyınca “qayna, qazanım, qay-
na” demə. 
Keçəl qarğaynan görüşüf yola tüşür. Yalın başına çatan-
da  ürəyi  durmur.  Qazanı  yerə  qoyuf  deer,  görüm  axı  bu  qa-
zanda nə sirr var ki, qarğa qazanı mənə bərk-bərk tafşırır. Ke-
çəl qazana baxıf deer: 
– Qayna, qazanım, qayna. 
Pah. Keçəl nə görsə yaxşıdı. Baxır ki, dünyada nə ki na-
zı-nemət  var,  bu  qazannan  yerə  tökülür.  Keçəl  söyüncünnən 
bilmir neynəsin. Tez yiməhlərdən bir-iki tikə ağzına alıf deer: 
– A qazan, qurvanın
ı
 olum, taa bəsdi, qaynama. 
Keçəl  qazanı  qoltuğuna  vuruf  söyünə-söyünə  öylərinə 
gəlir. Qapıya çatanda nənəsini səsdiyif deer: 
– A nənə, san
ı
a qurvan olum, aş qapını, gör bir nə gətir-
mişəm. 
Nənəsi  aynadan  baxıf  görür  ki,  keçəlin  qoltuğunda  bir 
qazan var. Öz-özünə deer, kül başın
ı
a, a keçəl, gedif o boş qazanı 
hardan tapıf gətirifsən
ı
? Nənəsi qapını açır. Keçəl içəri girir, deer: 
–  A  nənə,  tez  ol,  süfrə  aç,  süfrənin  üsdünə  qav-qaşıx, 
özünə də dirsəhlənməyə bir yasdıx gətir. 
Nənə keçələ baxıf deer: 
– Vay, öyüm yıxıldı, gədə dəli olufdu.  
Amma baxır ki, keçəl əl çəhmir ki, nənə, süfrəni aç. Nə-
nə çar-naçar yerə bir süfrə açır. Keçəl deer ki, nənə, özün
ı
ə bir 
yasdıx  da  gətir.  Nənə  bir  yasdıx  da  gətirir.  Keçəl  qazanı 
süfrənin üsdünə qoyuf deer: 
– Ay qazan, qurvanın
ı
 olum, qayna. 
Qazan  dünyada  nə  ki  yiməhlərdən  nazı-nemət  var,  süf-
rənin  üsdünə  tökür.  Nənə  söyüncünnən  bilmir  neynəsin.  Du-
ruf keçəli duz kimi yalamağa başdıyır. Deer: 


 
 
59
– Ay keçəl, san
ı
a qurvan olum, bu nədi? 
Keçəl başına gələni nənəsinə danışır. Deer ki, ay nənə, di 
tez ol, qazanı gizdət. Heş kəsə də qazan haxda bir söz demə. 
Keçəl bazara çıxır ki, görsün nə var, nə yox. Nənəsi ba-
xır ki, süfrədə yiməhləri çoxdu. Keçəldən gizdin bir az yiməh 
götürüf  qon
ı
şuya  aparır  ki,  yazıxdılar,  qoy  onnara  da  bir  az 
verim. Bir gün belə, üş gün belə, qon
ı
şu baxır ki, hər gün nənə 
bunnara  bir  boşqaf  yiməh  verir.  Paxıl  qon
ı
şu  deer,  axı  qoy 
bunnarı güdüm görüm keçəlgil bu yiməyi hər gün hardan alıl-
lar.  Qon
ı
şu  bajadan  baxır  ki,  keçəl  süfrəyə  bir  qazan  qoydu. 
Bu qazana “qayna, qazanım, qayna” deyən kimi dünyanın nə 
ki  nazı-neməti  var,  süfrənin  üsdünə  töküldü.  Qon
ı
şu  tez  pad-
şaha xəvərə qaçır. Deer: 
– Padşah sağ olsun, keçəl nə karədi ki, onda belə bir qazan 
olsun, amma sən padşah ola-ola, səndə bu qazannan olmasın. 
Padşah  deer  ki,  tez  olun,  keçəldən  qazanı  alıf  mənim 
sarayıma  gətirin
ı
.  Nökərrər  keçəlin  qapısına  çatıf  keçəli  eşiyə 
çağırıllar. Keçəl eşiyə çıxanda baxır ki, padşahın pütün nökər-
rəri qapıdadı. Nökərrər keçələ deellər ki, padşah qazanı isdiyir. 
Keçəl  deer  ki,  nə  qazan?  Məndə  qazan-zad  yoxdu.  Nökərrər-
dən biri qavağa gəlif deer ki, əgər sən qazanı verməsən
ı
, padşah 
səni  dar  ağacınnan  asdırajax.  Keçəl  çar-naçar  gətirif  qazanı 
padşahın  nökərrərinə  verir.  Nökərrər  çıxıf  gedənnən  son
ı
ra 
keçəl  nənəsinnən  soruşur  ki,  a  nənə,  padşah  bu  qazan  haxda 
hardan eşitdi? Nənəsi deer ki, ay oğul, günahların hamsı mən-
dədi.  Mən  ölmüş  sən  gedənnən  son
ı
ra  hər  gün  qarnı  yanmış 
qon
ı
şuya  yiməhlərdən  bir  az  verirdim.  Yəqin  o  bizi  padşaha 
çuğulluyuf
61
. Nəysə, keçəl baxır ki, taa olan oluf, keçən keçif. 
Çox götür-qoydan son
ı
ra yenə də üz tutur dağın başına – qarğa-
nın  yanına. Qarğa dağın başınnan baxır ki, keçəl əli ətəyinnən 
                                                             
61
 Çuğulluyuf – xəbərçilik edib 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   94




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə