Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə17/94
tarix25.06.2018
ölçüsü2,8 Kb.
#51034
1   ...   13   14   15   16   17   18   19   20   ...   94

 
 
60
uzun  gəlir.  İşin  nə  yerdə  olduğunu  bilir.  Başa  tüşür  ki,  keçəl 
qazanı əldən verif. Keçəl qarğanın yanına gələndə qarğa deer: 
– Keçəl, xeyir ola bu tezdihdə? 
Keçəl  deer  ki,  qarğa  sağ  olsun,  verdiyin
ı
  qazanı  padşa-
hın nökərrəri gəlif əlimnən aldı. 
Qarğa keçələ baxıf gülür. Deer: 
– Zərəl yoxdu, bir-iki gün qal burda dincəl, bir şey fikir-
rəşərih. 
Keçəl  bir-iki  burda  gün  qalır,  yiir-içir,  tokqasının  altını 
bərkidif  qarğanın  yanına  gəlir  ki,  bəs  məni  yola  sal,  gedim. 
Qarğa keçələ bir eşşəh  verir.  Tafşırır ki, eşşəyi  heş kəsə  ver-
mə.  O  yalı  aşmamış  “zır,  eşşəyim,  zır”  demə.  Keçəl  qarğay-
nan görüşüf yola tüşür. Yola çatmamış ürəyi dözmüyüf deer: 
– Zır, eşşəyim, zır. 
Keçəl baxır ki, söz ağzınnan çıxmamış eşşəh daldan qızıl 
tökür.  Keçəl  tez  eşşəyi  qucaxlıyıf  deer  ki,  eşşəh,  qurvanın
ı
 
olum, daa zır demirəm. Eşşəh qızıl tökməyini dayandırır. Nəy-
sə, keçəl yerdəki qızılları da götürüf ora-burasına soxur, evləri-
nə yola düzəlir. Evə çatıf nənəsini eşiyə səsdiyir. Nənəsi baxır 
ki, keçəl  bu  dəfə də  eşşəhnən gəlir. Deer,  a  keçəl,  eşşəyi  niyə 
evə gətirirsən
ı
, töylüyə aparsan
ı
. Keçəl deer: 
– Yox, a nənə, bu eşşəyi töylüyə bağlamax olmaz. 
Nənə  başa  tüşür  ki,  bu  eşşəhdə  də  nəsə  var.  Tez  qapını 
açır, keçəl eşşəyi evə keçirir, nənəsinə deer ki,  eşşəyin altına 
tez  bir  palaz  at.  Keçəlin  nənəsi  eşşəyin  altına  bir  palaz  sərir. 
Keçəl deer: 
– Hə, a nənə, indi sən qıraxdan dur, tamaşa elə. 
Keçəl eşşəyə deer: 
– Zır, eşşəyim, zır. 
Nənə baxır ki, nəə, eşşəh daldan qızıl tökür. Nənəsi ke-
çəli,  eşşəyi  qucaxlıyıf  deer  ki,  ayə,  a  keçəl,  eşşəyi  san
ı
a  kim 
verdi? Keçəl başına gələni nənəsinə söylüyür. Nənəsi qızılları 


 
 
61
torvuya  yığır,  keçəlnən  köməhləşif  bir  tərəfə  qoyullar.  Keçəl 
nənəsinə tafşırır ki, eşşəh hakda heş kəsə bir söz demə, yoxsa 
keçən səfərkinin gününə  tüşərih. Nənəsi də deer ki, qurvanın 
olum, ay keçəl, daa heş kəsə heş nə demərəm. 
Bunnar bir müddət kefnən yaşıyıllar. Günnərin bir günü 
keçəl  eşşəyi  minif  hamama  getməh  isdiyəndə  nənəsi  qoymur 
ki,  a  bala,  indiyə  kimi  eşşəhnənmi  hamama  gedifsən
ı
,  gəl  in-
saf  elə,  eşşəyi  evdə  qoy,  özün
ı
  təhcə  çıx  get.  Nənə  çox  deer, 
keçəl az eşidir. Eşşəyi minif hamama gedir. Eşşəyi hamamın 
həyətində bir ağaca bağlıyır. İçəri girif hamamçıya deer: 
– Mən hamama girif çiməjəm, sən mənim eşşəyimə göz 
ol. Amma eşşəyə “zır, eşşəyim”, demə. 
Deer: 
– Yaxşı. 
Keçəl  içəri  girən  kimi  hamamçı  deer,  görüm  axı  bu  nə 
işdi ki, keçəl eşşəyi mənə bərk-bərk tafşırdı. Hamamçı eşşəyə 
yaxınnaşıf baxır ki, adi eşşəhdi. Yadına tüşür ki, axı keçəl bu-
na eşşəyi tafşıranda “zır, eşşəyim, zır” sözü də demişdi. Deer, 
görüm bu noolan sözdü. Deer: 
– Zır, eşşəyim, zır. 
Eşşəh daldan qızıl töhməyə başdıyır. Hamamçı tez qızıl-
ları  ora-burasına  dolduruf  keçəlin  eşşəyini  evə  aparır,  yerinə 
öz eşşəyini gətirif bağlıyır. Deer, keçəl nə başa tüşəjəh, eşşəh 
eşşəhdi  dana.  Keçəl  çimif  çıxanda  hamamçı  keçələ  deer  ki, 
eşşəyin yerindədi, elə səhərdən ona göz olmuşam. Keçəl eşşə-
yi minif evə gəlir. Nənəsi deer ki, a keçəl, evdə qızıl kutarıf, 
eşşəyə  bir  “zır,  eşşəyim”  de,  gedim  bazara,  öydə  heş  bir  şey 
yoxdu yiməyə. Keçəl eşşəyə “zır, eşşəyim” deyəndə görür ki, 
eşşəhdən qızıl tökülmür. Nənəsi deer: 
–  A  keçəl,  niyə  mənim  öyümü  yıxdın
ı
,  bə  san
ı
a  demə-
dimmi  ki,  eşşəyi  minif  hamama  getmə.  İndi  gördün
ı
mü,  ha-
mamçı eşşəyi dəyişif. 


 
 
62
Keçəl  başa  tüşür  ki,  doğurdan  da,  hamamçı  eşşəyi  dəyi-
şif.  Keçəl  eşşəyi  götürüf  hamamçının  yanına  gətirir,  deer  ki, 
bəs mənim eşşəyimi dəyişifsən
ı
, mənim eşşəyimi ver. Hamam-
çı  yalannan elə səs-küy salır ki,  yazıx keçəl qorxusunnan kor-
peşman  evə  qayıdır.  Nənəsi  baxır  ki,  keçəl  ağlıya-ağlıya  evə 
gəlir. Nənəsi də keçələ qoşuluf bir xeyli ağlıyır. Keçəl baxır ki, 
belə getsə, ajınnan öləjəhlər. Yenə də üzünə üz tutuf qarğanın 
yanına gəlir. Bu səfər qarğanın keçələ bərk ajığı tutur. Deer: 
– Ay əfəl, mənim san
ı
a yazığım gəldi, o cürünə şeylər ver-
dim, sən də onun qədrini bilmədin
ı
. İndi mən san
ı
a nə verim? 
Qarğa  çox  fikirrəşir,  keçələ  bir  toxmax  verir.  Bu  dəfə  də 
tafşırır  ki,  yalı  aşmıyınca  “vur,  toxmağım,  vur”  demə.  Keçəl 
qarğaynan sağollaşıf yola düzəlir. Yala çatmağa az qalmış deer: 
– Vur, toxmağım, vur. 
Gözünə  döndüyüm  toxmax  keçəli  bir  kökə  salır  ki,  gəl 
görəsən. Keçəl bir təhər deer ki, toxmax, taa vurma,  yazığam. 
Toxmax dayanır. Keçəl toxmağı götürüf evə gəlir. Əhvalatı nə-
nəsinə  danışır.  Deer  ki,  a  nənə,  indi  mən  padşahdan,  hamam-
çıdan hayfımı çıxajam. Keçəl toxmağı da götürüf düz padşahın 
qapısına  gəlir,  elçi  daşının  üsdündə  oturur. Nökərrər  keçəldən 
soruşullar ki, a keçəl, nə var, nəyə gəlifsən
ı
? Keçəl deer: 
– Gedin
ı
 padşaha deyin
ı
 ki, mənim qazanımı versin. 
Nökərrər keçəlin qolunnan tutuf eşiyə tullamax isdiyən-
də keçəl toxmağı çıxarıf deer: 
– Vur, toxmağım, vur. 
Toxmax nökərrəri bir kökə salır ki, gəl görəsən. Padşah 
külafrəngiyə çıxır ki, görsün bu nə vur-vurdu. Keçəl baxır ki, 
budu, padşah gəlir, tez toxmağa deer: 
– Gözün
ı
ə dönüm, toxmax, padşahı ölüncə vur. 
Toxmax padşahı bir hala salır ki, gəl görəsən
ı
. Onun dili 
tutmur ki, desin, ay evi  yıxılmışdar, qazanı keçələ verin
ı
. Zor 
birtəhər  əliynən  işarə  eliyir  ki,  qazanı  keçələ  versinnər.  Tez 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   94




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə