Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə13/94
tarix25.06.2018
ölçüsü2,8 Kb.
#51034
1   ...   9   10   11   12   13   14   15   16   ...   94

 
 
46
van  olur,  qılıncının  adı  Zülfüqar.  Qılıncı  çəkir  qəyıya,  qəya 
iki bölünür. Onnan qəyanın bir tərəfinnən qırmızı su, bir tərə-
finnən də ağ su axır. Onnan son
ı
ra da ora inanşdı ziyarətə çev-
rilif. Son
ı
ra gedir İran tərəfə. Deyilənə görə, eyni bu qəyadan 
Ərdəbildə da var. 
 
19. 
Haça qəyıya mən özüm də çox getmişim. Haça qəyıya bir 
dəfə bir qoja kişiynən bir arvat on beş dənə qoyun çıxartmışdı. 
Qoyunun hayleellar hamısını. Gördüm əyaxyalın kişi qavaxnan 
gedey, arvat da dalınnan. Bax o qırcıla
47
 tik əyaxyalın çıxdılar. 
Qoyunun  hamısını  hərrədi,  ən  qavaxda  bir  qara  qoyun  hər-
rəneydi, üş dəfə fırrandı, üçündə də qavaxda o qoyun fırrandı. 
Dedim: 
– Ay dayı, neyneydin o qoyunun hamısını hərreyif, bir-
cəjiyini kəsəjəhsin. 
Dedi: 
– A bala, əhd eləmişdim, hası qoyun qavaxda hərrənsə, 
onu kəsəjəm. Bu qara qoyun qavaxda  hərrəndi, bunu da kəs-
məliyim.  
Gedənnər  saşdarın
ı
ı  kəsif  orda  yer  varıydı,  ora  bağleer-
dılar,  əhd  eleerdilər.  Biz  gedəndə  ora  qav-qaşıx  apareydıx, 
onu  qaytarıf  geri  gətirmeydih,  son
ı
ra  gələnnər  işdətsin  deyin. 
O qədər qav-qaşıx yığılmışdı ki. Əhd eleyif gələnnər orda qo-
yuf  getmişdi.  Çox  gözəl  yerdi.  Ora  eşidif-bilən,  hər  yerdən 
gəlellər. Ojaxdı ora. 
Mənim  özüm  bir  dəfə  heyvan  aparmışdım.  On-on  iki 
uşax apardım. Maşın getdi də düz o enişin əyağına çatan kimi 
difer
48
  dağıldı.  Ancax  o  enişin  harasında  dağılsa,  maşın  ge-
                                                             
47
 Qırcıl – xırda daşlıq, çınqıllıq 
48
 Difer – maşın hissələrindən biri 


 
 
47
dərdi,  dinc  yerdə,  tafda
49
  dağıldı.  Daa  maşını  tərpətmədih, 
çıxdıx  oxarı.  Fikirrəşdim,  əə,  mən  əlli  dəfə  burəə  gəlmişim, 
niyə belə oldu? Son
ı
ra dedilər ki, nəvlem, ojaxdı, burəə gərəh 
təmiz gələsən
ı
, gördüm ki, həqqi də elədi. 
Son
ı
ra  bir  arvat  bir  dəs  adamnan  atın  belində  getdi,  hə-
mən  yoxuşun əyağında, birinci döngəni tihlənəndə, at  yıxılan 
kimi uşax altda qaldı. Hələ ölməmişdi. Orda molla oloy, mol-
ləə dedim: 
– Bu nətəəri şeydi? 
Dedi: 
–  A  bala,  dünyədə  burda  ölməz  o.  Ölsə  də,  gedif  yol-
damı, harda ölər, burda qəti ölməz.  
 
20. SEYİD GÖZƏL 
 
Bizdə bir Seyit Gözəl var. O, yaylaxda rəhmətə edif. Seyit 
Vəlinin  bajısı  oluf.  O,  çox  yaxşı,  sınaxlı  seyid  oluf.  Bizim  bu 
kətdən bir gəlin o seyit Vəlinin üsdünə gedif. Gəlinin deer, oğul-
uşağı  olormuş,  durmormuş.  Seyit  Vəli  deef  ki,  mənim  bajım 
Göyəllidə
50
 filan  yerdədi. Get onun qavrına əyil də, onnan söh-
bət elə. Denən ki, ay Seyit Gözəl, kəsgin cəddin
ı
ə, qız baxdın
ı
a, 
yığvalın
ı
a
51
, fidah olum, qurvan olum. Mənim oğul-uşağım ola-
jaxmı, olmuyjaxmı? Əgər onun qavrınnan səs gəlsə, sənin
ı
 uşa-
ğın durojax. Qəvirdən səs gəlməsə, daha deyəmmərəm heş nə. 
Gəler  gəlin  belə  dizdərini  yerə  qoyor,  ağzıüsdə  duror 
qəbrin  üsdündə.  Qəbrin  üsdündə  deer  ki,  Seyit  Gözəl,  cəd-
din
ı
ə fidah olum, san
ı
a ehsan verəjəm, san
ı
a Quran oxudajam, 
san
ı
a  belə  hörmətim  olujax.  Mənim  oğul-uşağım  göröm  ola-
jaxmı, olmuyjaxmı, durajaxmı, durmuyjaxmı. Ona görə man
ı

                                                             
49
 Taf – dinc yer, düz yer 
50
 Göyəlli – Gədəbəy rayonunda kənd 
51
 Yığval – iqbal, bəxt, tale 


 
 
48
bir səs elə. O sahat görör kü, qəvrin içinnən səs gəldi, dınqıltı 
gəldi. Onnan son
ı
ra həmən gəlinin oğul-uşağı durdu. 
 
21. SEYİD ABBAS 
 
Əlismayıl  kəndində
52
  bir  ağır  seyid  oluf.  Adına  Seyid 
Abbas  deerdilər.  Ajdıx  ili  oluf.  Seyid  Abbasın  bir  kəççisi  bu 
vax  hardansa  bir  çuval  un  gətirermiş.  Seyid  Abbas  bunnan 
gedif bir az un isdiyif. Bu kişi un vermiyif. Kişi gedif kəndin 
ortasına çatanda bir də görüf ki, bir qanaddı ilan tüşüf bunun 
dalına.  Kişi  qorxudan  kışqıra-kışqıra  başdıyıf  qaşmağa. 
Camaat  tökülüf  gəlif  kişini  ilanın  əlinnən  alıf.  Kişi  son
ı
ra 
seyidə  un  verməməyinə  peşman  olur.  Gedif  arvadıynan  bir-
lihdə  un  götürüf  Seyid  Abbasın  evinə  gəlir.  Ona  çoxlu 
yalvarır. Başına gələni ona danışır. Seyid Abbas onun əlinnən 
tutuf aparer  bir  yerə. Kişi görör ki, burda çoxlu ilan  var. Hə-
mən qanatdı ilan da burdadı. Seyid Abbas kişiyə deer ki, gös-
dər görüm səni qovan hası ilanıydı. Kişi həmən ilanı gösdərer. 
Seyid Abbas deer ki, tafşırdım, bir də o səni qovalamaz. 
 
22. MƏŞƏD AĞA 
 
Məşəd Ağanın gürzü deerdih var. Gürz, mən görmüşəm, 
elə paltar maşınnın yeşiyi kimi, sandığı kimi bir şeydi. Əmmə 
onun  içində  dedilər,  ilan  oluf.  Allah  rəhmət  eləsin,  Məşəd 
Ağanın sağlığında Məşəd Ağanın özünə arvadı  xidmət eliyif. 
Onun gəlini, oğlu Mir Qələm xidmət eleerdi. Gürzdə ilan oluf 
dedilər.  Kimin  gözünə  nə  cür  görükürmüş,  həqiqi  ilanıymış, 
ya  başqa  şeyiymiş,  bilmirəm.  O  ojağa  nə  niyyətnən  getsən
ı

həqiqi  ürəhnən,  həqiqi  qəlbnən  niyyət  eliyif  gedirsən
ı
sə,  işin
ı
 
                                                             
52
 Əlismayıl – Gədəbəy rayonunda kənd 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   94




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə