Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə11/94
tarix25.06.2018
ölçüsü2,8 Kb.
#51034
1   ...   7   8   9   10   11   12   13   14   ...   94

 
 
38
larını belə uzader. Deer ki, a qızım, dədən öyünnən burya gə-
lənətən  nə  gördün
ı
,  nə  eşitdin
ı
?  Deer  ki,  vallah,  heş  nə  görüf 
eləmədim. Bir onu gördüm ki, aj gəlmişdim. Man
ı
a çörəh ver-
dilər,  gətirif  burda  yiməh  qoydular.  Elə  bu  yiməyi  burya  qo-
yan kimi bir də ördüm qapı döyüldü. Bir dilənçi gəlmişdi, yi-
məyi verdim ona. 
Dedi: 
– Dur, əyağa qalx. 
Əyağa qalxer. Ağajın ujunnan gəlinin balıncını qaldırer. 
Deer: 
– Ayrı bir şey görmüyüfsən
ı

Deer: 
– Yox. 
Baxanda örör kü, bir belə tağalax
42
 qara ilan baş altında 
yater. İlanı dil aşdırer millətin içində. 
Deer: 
– Sən burya nəyşə gəlmişdin
ı

Deer: 
– Bu oğlanı öldürməyə. 
– Bə niyə yatdın
ı
 qaldın
ı

Deer: 
– Allah-taaladan hökm gəldi, dedi, yat. 
Onda  ilana  deer  ki,  daldeynan  qaşmazsan
ı
,  sən  millətin 
qavağında,  başşağı  aynadan  tüşərsən
ı
,  qoy  səni  görsünnər. 
Qoy  mənim  sözüm  yalana  çıxmasın.  Bax  o  bir  bamba  qada 
qaytarar, onnan deellər. 
 
8. MUSA PEYĞƏMBƏR 
 
Musa peyğəmbər Allahın buyruxçularınnan oluf. Allahın 
göndərdiyi bir məmləkətə nümayəndə oluf. Günnərin bir günü 
                                                             
42
 Tağalax – burada: yumrulanmış 


 
 
39
Musa peyğəmbər gedir Allah-talaya şikayət eleer ki, sən man
ı

de göröm, bax Firon asasını belə qoyur, çay diyaner. Bəs bizim 
sözümüznən niyə diyammer, axı biz sənin
ı
 adamın
ı
ıx. 
Deer: 
– Bilersən
ı
mi nağayr,  ya Musa, get axşam olara. Olarda 
nə görsən
ı
, hamsını gəlif man
ı
a söylüyərsən
ı
. Fironun nə çəh-
dihlərini də bilərsən
ı

Axşam gəler Fironun evinə. Soruşor ku, Firon  hardadı? 
Yoldaşı çıxer qavağına. Deer: 
– Odu, padvalda. 
Bu  elə  biler  ki,  bunu  allader.  Nəsə.  Tüşör  padvala.  Ba-
xanda örör kü, Firon əyağınnan asılıf ordan. 
– Ey Allah-tala, gündüz nə eləmişəmsə, buların hamsını 
man
ı
a bağışda. Aman günüdü, mən  yazığam. Sənin
ı
 qavağın
ı
-
nan qayıtmışam. Bu tutduxlarımı man
ı
a bağışda. 
Musa peyğəmbər qapıdan geri qayıder kirmişcə. Deer: 
–  Yox,  biz  belə  heç  asılmamışıx  əyağmızdan.  Allah-ta-
laya düz gedif, düz gəlmişih. 
 
9-10. MƏHƏMMƏD PEYĞƏMBƏR 
 
9. 
Məhəmmət peyğəmbər  yatıf  yuxuda görür ki, su quyusu 
qazıf,  ancax  quyudan  su  çıxmır.  Rəvayətdə  deyilir  ki,  əhvalat 
belə  olufmuş.  İbn  Ziyad  Məhəmmətnən  guya  dost  imiş.  Mə-
həmmət  xalq  arasında  böyüh  hörmətə  layiq  olduğuna  görə 
onun  paxıllığını  çəkirmiş.  O,  peyğəmbərə  suyi-qəsd  etmək 
məqsədilə həyətindəki ikinci qapıda dərin quyu qazdırıf, üsdü-
nü ağaşnan örtdürür. Son
ı
ra Məhəmmətnən görüşüf onu səhəri-
si evə qonax çağırır. Məhəmmət razılıx verir. Qonaxlığın vaxdı 
təyin olunur. Səhərisi Məhəmmət vədə vaxdında İbn Ziyadgilə 
getmək isdiyəndə ona vəh gəlir ki, dəvət aldığın
ı
 yerə gecik. O 


 
 
40
da getməyə tələsmir. İbn Ziyad görür ki, Məhəmmət vaxdında 
gəlmədi,  tez-tez  bayıra  girif  çıxıf  əsəbləşir,  qazdığı  quyunu 
unuduf, özü quyuya tüşür, qol-qılçası sınır. Ətrafa səs tüşür ki, 
İbn Ziyad quyuya tüşüf. Camahat yığılır. Bir azdan Məhəmmət 
peyğəmbər gəlir, görür ki, İbn Ziyad quyudadı. O, əlini uzadıf 
İbn Ziyadı qol-qılçası əzilmiş halda quyudan çıxardır. Peyğəm-
bər başa tüşür ki, İbn Ziyad onun üçün qazdığı quyuya özü tü-
şüfmüş. Odu ki, həmin vaxdan bu əhvalat zərbi-məsələ çevrilir. 
Deellər ki, “özgüyə quyu qazan, özü tüşər”. 
 
10. 
Bir  kətdə  beş  yüz  ayilə  yaşıyır.  Bu  ayilənin  üzvlərinin 
hamısı bir yerə toplaşanda hamısı dinə tamamilə inandıxlarını 
söylüyür.  Belə  çıxır  ki,  deməli,  orda  hamısı  dindardı.  Allah-
taalaya xəvər çatır. Məhəmmət peyğəmbərə deer: 
‒ Get o kəndə baş çək, gör orda nə var, nə yox. 
Məhəmmət peyğəmbər o kəndə qədəm basır, kəndin pü-
tün  ayilə  başçılarının  hamısını  bir  yerə  topalıyır,  orda  müəy-
yən  söhbətdər  gedənnən  son
ı
ra  Məhəmmət  peyğəmbər  deer 
ki, ey insannar, sizdən çox böyüh təvəqqə edirəm ki, beş  yüz 
nəfərin  içərisinnən on nəfər daha özünnən üsdün, dinə etiqad 
eliyən  adam  tapın
ı
.  On  nəfər  insanın  adı  çəkilir  orda.  Xayiş 
edir  ki,  həmin  on  nəfər  qalsın,  yerdə  qalan  dörd  yüz  doxsan 
nəfər məclisi tərk eləsin. On nəfər qalır, Məhəmmət peyğəm-
bər  deer  ki,  gözəl  insanlar,  bu  beş  yüz  nəfərin  içində  sizə 
inam etdilər və sizi seşdilər. Mənim xayişim budu ki, onunuz 
da  on  gün  müddətində  saat  beş  tamam  olmax  şərtinnən,  bu 
müddətdə gedirsin
ı
iz hərən
ı
iz bir xoruz kəsirsin
ı
iz. Amma heş 
kəsin xəvəri olmasın ki, siz xoruzu harda kəsmisin
ı
iz. 
Hər kəs öz yerinə dağılır. On gün tamam olanda bir nəfər 
bir  yerdən  çıxır  xoruzun  başı  kəsili,  bir  nəfər  bir  yerdən.  De-
mək olar ki, dokquz nəfər xoruzun başı kəsilmək şərtilə həmin 


 
 
41
yerə  təşrif  buyururlar.  Onuncu  nəfər  xoruzu  kəsməmiş  gəlir. 
Dokquz nəfər o bir nəfərə baxaraq ürəhlərində kin-küdurət yü-
rüdüllər  ki,  necə  oldu  ki,  bu  bizdən  ağıllı  oldu,  dokquz  nəfər 
biz kəsdih, ama bir bu kəsmədi, burda nəsə bir sirr var. 
Dokquz nəfər öz aralarında belə bir məsləhət eliyillər ki, 
xoruzu  kəsilməyən  adam  birinci  cərgədə  dursun,  biz  növbəti 
cərgədə durax. Qurvan olum Məhəmmət peyğəmbərə, qədəm 
basır gəlir. Baxır görür ki, bu xoruzu bir nəfər kəsmiyif, dok-
quz nəfər kəsif. Məhəmmət peyğəmbər sözü başdıyanda sağ-
dan başdıyırdı. Bu dəfə agah olur Allah-taaladan, xoruzu kəs-
miyən tərəfdən yox, kəsən tərəfdən başdıyır. Deer: 
– Deyin
ı
 görüm zəhmət olmasa, siz harda belə bir faliyət 
göstərmisin
ı
iz? 
Bu tərəfdə olan adam deer ki, bəs mən elə bir yerdə kəs-
mişəm ki, heş kəs görmüyüf. İkinci deer, üçüncü deer, ama bu 
dokquz nəfər bir-birinə baxıb  fikirrəşir ki, kaş xoruzu kəsmi-
yən adam tərəfdən başdıyardı, biz bilərdih nə var, nə yox. Bu-
na baxmayarax, kəsilən  yerdən birinci, ikinci, dördüncü, hərə 
müxtəlif  yerrərdə  göstərdiyi  faliyyət  haxda  danışır.  Qurvan 
olum Məhəmmət peyğəmbərə, xoruzu kəsmiyənnən sorğu-su-
al məqamına gələndə, dokquz nəfərin gözü dikəldi o bir nəfə-
rə qarşı, görək bəyəm bu bizdən ağıllı oldu ki,  belə bir  faliy-
yət göstərir. Üz tutur onuncuya – xoruz kəsmiyənə. Deer: 
– Zəhmət olmasa deyin
ı
, nətəəri oldu ki, bular hərəsi bir 
yerdə, görünmüyən  yerrərdə kəsif gəliflər, siz niyə kəsməmi-
sin
ı
iz? 
–  Ya  Məhəmmət,  san
ı
a  qurvan  olum,  mən  olar  dediyi 
yerin  hamısına  girdim,  çıxdım.  Bular  dokquz  nəfərdi,  mən 
düz dokquz yerə girdim, çıxdım, amma  yenə cürət eliyif kəsə 
bilmədim.  Ona  görə  ki,  mən  hara  girdimsə,  baxdım  ki,  Alla-
hım göydən baxır. Ona görə mən kəsə bilmədim. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   94




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə