Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə15/94
tarix25.06.2018
ölçüsü2,8 Kb.
#51034
1   ...   11   12   13   14   15   16   17   18   ...   94

 
 
53
öylatdı qardaşdar  yüyrəyə  yaxınnaşıf zarafatnan qundağı süf-
rüyə dəvət eleellər. Daş qundax dilə gəlif deer: 
Uşağım həm yaşdan mən, 
Yimərəm hər aşdan mən, 
Nə atam var, nə anam 
Yaranmışam daşdan mən. 
 
28. LOĞMAN VƏ ŞƏYİRD 
 
Loğman  həmişə  şəyird  saxlıyarmış.  Özü  də  şəyird  hər 
şeyi  öyrənif  kutarannan  son
ı
ra  onu  öldürərmiş.  Bir  gün  genə 
bir şəyirdi olur. Loğman elə hey buna deermiş: 
– Dərsi kutardın
ı

Şəyird də bilirmiş ki, Loğman bunu öldürməh isdiyir. Ona 
görə də həməşə yox deyərmiş. Bir gün Loğman evdə olmuyanda 
şəyird qaçır. Son
ı
ra loğman gedif şəyirdi tapır. Deer: 
–  Gəl  zəhər  hazırrıyax,  verəh  bir-birimizə,  görəh  kim-
kimi öldürəjəh. 
Loğman geder, elə bir zəhər hazırrıyer ki, adam içən kimi 
ölör.  Şəyird  də  geder  qırx  qazan  ayran  hazırratdırır.  Birinci 
Loğman şəyirdə zəhər verer. Şəyird zəhəri içer, girir bir qaza-
na, ayranı içer, zəhəri qusur, son
ı
ra o biri qazana, belə-belə qırx 
qazan  atlamanın  içində  çimer,  içer,  qusur,  zəhər buna  kar  elə-
mer. Son
ı
ra nööbə şəyirdə çatır. Şəyird girir bir evə, evin də hər 
tərəfinə qara pərdə çəker, ev görühmör. Şəyird iki qav götürür, 
bir-birinə döyməyə başdıyır. Qırx gün çölə çıxmer. Loğman fi-
kirrəşer ki, yəqin bu elə bir zəhər hazırreer ki, adam onu dilinə 
vuran kimi ölər. Qorxudan Loğmanın bağrı çatdeer ölör. 
 
29. SAĞALMAZ XƏSTƏ 
 
Bir  gün  bir  xəsdə  olur.  Bədənnin  hər  yeri  yara  tökür. 
Yaralar başdıyır iy  verif ilənməyə. Duruf gəlir Loğmanın  ya-


 
 
54
nına. Loğman buna deer ki, san
ı
a əlaş  yoxdu, çıx get. Bu kişi 
gedir  girir  bir  qəbirstannığa.  Fikirrəşer  ki,  burda  bir  çürüh 
qəbrə uzanım, ölöm. Bir də görör ki, bir çovan bir sürü qoyun 
otara-otara gəler. Gedif çovannan süd isdiyir. Çovan baxır ki, 
südü sağmağa bir qav  yoxdu.  Axdarer, bir kəllə çanağı  tapır. 
Südü  sağıf  gedir  kişini  çağırmağa.  Südü  də  qara  qoyunnan 
sağmışmış. Çovan kişini çağırmağa gedəndə bir ilan gəler, ba-
şını  qaldırer,  zəhərini  tökür  çanağa.  Kişi  gəler  südü  işməyə. 
İçəndə görör ki, gözdərinə işıx gəldi. Tez çovannan genə süd 
isdiyir.  Çovan  genə  qara  qoyunnan  süd  sağer.  Kişi  də  südü 
qarışdırır içir. Kişi elə bu süddən də sağalır. Son
ı
ra kişi duruf 
gəler Loğmanın  yanına. Deer ki, bəs  sən deerdin
ı
 mən sağal-
mıyjam. Loğman da buna qayıder ki, mən hardan aleydım qa-
ra qoyunun südünü, ilanın zəhərini, bir də xam qızın kəlləsini 
ki, verəm san
ı
a, sən də tez sağalasan
ı

 
30-31. DAŞA DÖNƏN ÇOBAN 
 
30. 
Çovan  dağında
56
  çovan  da  daş  oluf,  qoyunnar  da  daş 
oluf  o  vaxdı.  Çovan  yonnu  çöyrüf  qıvlıya.  Deef  ki,  a  qıvla, 
sürü bater susuz, özüm də ölörüm bu dağın başında. 
O  vaxdı  torpağın  yaxşı  yerrərini  bəylər  tutuf  sürüsünü 
otarmağa. Bu çovan da kasıv,  yetim oluf. O da Qoja dağına
57
 
çıxıf, görüf dağda su yoxdu. Deef: 
–  Allah-taala,  ağ  qoçnan  qara  qoçu  san
ı
a  qurvan  kəsə-
jəm, burdan su çıxartginən. 
Savax  qalxanda  görüf  guphagup  bulağ  axer.  Sürü  də 
içif, özü də içif. Əmbə qurvanı kəsmeyif. Çovan belə-belə pit-
                                                             
56
 Covan dağı – Gədəbəydə Coban dağı 
57
 Qoja dağı – Gədəbəydə Qoca dağı 


 
 
55
dənəndə bir qara pit oloy, bir ağ pit. Öldüröy, deer ki, bu qara 
qoç, bu da ağ qoç. Onu elədiyinə görə bax olar da daşa döndü. 
Çovan  daşı  Qaltaxdan
58
  görünöy.  Qaltax  yaylağı  bizim 
yaylaxdı. Daş çoxdu, qəyalıxdı, çolpannıxdı
59
. Ona görə Qal-
tax deellər. 
 
31. 
İki dənə də çovan oloy. Biri deey: 
– Allah, yağma, qırma qoyunnarı. Bir dənə ağ qoçu qur-
van kəsəjəm. 
Allah  yaxşı  gün  açey,  yaxşı  bulağ  da  çıxey.  Yoldaşına 
deey: 
– Ayə, gəl, yaxşı bulağ çıxdı. Day bunnan son
ı
ra nə qur-
van kəsəjəm? 
Bir  dənə  qoynınnan  biti  tapey,  öldüröy  ki,  bu  da  san
ı

qurvan.  Bunu  o  vaxdı  rəhmətdih  dədəm  İsmayıl  söylüyüf. 
Həə, Allah orda başdeey doluyu yağdırmağa. Çovanı da sürü-
süynən daşa döndərey.   
 
32. QEYB OLAN QIZ 
 
Yekə  bir  daşdı,  ortasınnan  sınıf.  Əsgərriyə  gedəndə 
özüm gözümnən gördüm. Bir qız qaçıf da deef: 
–  Ya  Allah-tala,  bu  zalım  mənim  başıma  oyun  açajax, 
məni öldür. 
Həmən o daş yarılıf, qız da daşa qeyb oluf. Zalım da gə-
lif ki, əyə, daş yarılıf, amma burada heş kim yoxdu. Ara sakit 
olanda, o daşın arasınnan çıxıf çölə. Gürcülər həmişə orya ge-
dif ziyarət eliyif gəlirdi. 
                                                             
58
 Qaltax – yaylaq 
59
 Çolpannıx – daşı, qayası çox olan yer 


 
 
56
33. MALIN KÖŞƏYİ
60
 
 
İrəvan xannığınnan danışeram. O zaman oralarda ermə-
ni  çox  seyrəyiydi.  Hamısı  bizimkiləriydi.  Bir  erməni  qızını 
Əli xana ərə verer. Deer: 
–  Qızım,  Əli  xanın  dəsdi-xətdiynən  bir  məktub  alarsan
ı
 
ki, evinin içinnən hər tərəfə bir metrə yeri sənə hədiyyə verer. 
Qız  atası  evinə  qonax  gedəndə  bu  erməni  ona  dana  hə-
diyyə verer. Deer: 
– Dananı yaxşıca soydur, dərisini man
ı
a yolla.  
Qız elə də eleer. Atası bilənnərə imza atdırer ki, mən qı-
zıma bı nişanda dananı cehiz vermişəm. 
Aradan  bir  müddət  keçir.  Atası  deer  ki,  xan,  qızımı  çı-
xarderam, apareram. Cehiz danamı ver. 
Xan deer:  
– Dananı yimişih, naxırda nə qədər dana var, götür apar.  
Erməni deer:  
–  Yox,  mənim  öz  danam  gərəhdi.  Bax,  bu,  mənim  sizə 
cehiz göndərdiyim danamın köşəyidi, onnan köşəh çəkəjiyih, 
nə qədər çıxajax, torpax verəjən
ı

Beləcə ermənilər orda torpax alellar. 
 
                                                             
60
 Köşək – dəridən çarıq tikmək üçün kəsilib hazırlanan ip, material 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   94




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə