234
20. HƏSƏN ÇARIĞINI TAPDI
Qartof aparıf saterıx. Rəhmətdih Abbasdı, Xalışdı, mə-
nəm. Mən qartovu Savunçuda
165
sateram, Abbasnan Xalış Təzə
bazarda satış eleellər. Sən demə, sirk var. Bular duror sirkə ge-
der axşam. Göröllər, sirkdə də əlli iki oyun çıxardellar. Kəndir-
də-filanda yeriyillər. Ayılar gəler, oynoor. Ayıların da əəğında
taxdadan çarıx var axı, görüfsün
ı
üzmü? Əəğına keçirer, oynoor
da, onnan son
ı
ra geder. Gedəndə əkqavısının biri qaler. Bir də
göröllər ayı qayıtdı, taxdaları əlinə aldı da, getdi. Xalış deer:
– Abbas, Abbas, bavan
ı
Hasan çarıxlarını tafdı.
Hasan – Bəşir məllimin bavası geder Krasnoselskidə
166
malağana qonax olor. Malağan bir köhnə yer verer, Hasan or-
da yater. Gejə malağan yatannan son
ı
ra duror malağanın da-
mınnan on iki qoyun çıxarder. Qoyunu çıxardanda əəğınnan
çarıx iter p…n içində. O vaxdı da çarıx indinin iyirmi şirvan-
nıx əkqavısına baravarıydı. Bir çarıx bir camışıydı. O vaxdı
da el Rəhim ağa deyilən yerdə yaylaxdeymış. Gətirer gejə hə-
mən binədə qoyunnarı da qoyor, qayıder geder də, öz yerində
yater gənə.
Savax duror. Malağan da qoyunu örüşə hayleer. Mala-
ğana deer ki, ver töyləni, pulunnan kürüyüm. Munu ona örə
eleer ki, çarığını tapsın. Malağan da deer ki, Hasan, bu sən
yiəsi p..x döy. Hasan əl çəhmer, razılaşer töylüyü kürüməyə.
Kürəyi götürör də töylüyə girer, o tərəf-bu tərəfi axdarer da,
çarığı taper, əəğına geyiner də, çıxer. Deer ki, malağan, düz
deersən
ı
, mən yiən p..x döy. İndi burda da Xalış kişi “Hasan
çarığını tapdı” ifadəsini bunnan təsirlənif dedi. Bu əhvalatdan
son
ı
ra bu nəsli “çarığı damda qalan” deyə çağırellarmış.
165
Savunçu – Sabunçu rayonundakı bazar nəzərdə tutulur.
166
Krasnoselski – Göyçə mahalında yaşayış məntəqəsi
235
21. QANMAZ QIZI QANMAZ
Bir gün bir kişi evinə gələndə görər ki, arvat nə yiməh
pişirər, nə evi yığışdırar, nə peçi qalıyar. İkinci gün yenə gə-
ləndə görür ki, arvat yiməh pişirmiyif, evi yığışdırmıyıf, peçi
qalamıyıf. Arvatnan başdıyır dalaşmağa. Hər gün belə-belə,
arvatnan qırıllar bir-birini.
Arvat bir gün eşidir ki, kəndə bir molla gəlif. Deer, ge-
dim o mollanın yanına, bir dua yazdırım, işdərim xod getsin.
Gəlir mollanın yanına, olannarı söylüyür. Deer ki, bizə bir
dua yaz, biz dalaşmıyax. Molla buna bir dua yazır və başa sa-
lır ki, get evin
ı
i yığışdır, yiməyin
ı
i pişir, peçin
ı
i yandır və bu
duanı peçin altına qoy, işin yaxşı olajax. Arvat gedir molla
dediyinin hamısını eliyir. Əri evə gələndə görür ki, ev tərtə-
miz, yiməh pişif, peç qalanıf, ev qəşəh isdi.
Deer:
– Arvat, bu nə işdi?
Deer:
– A kişi, mollanın yanına getmişdim, məni başa saldı, bu
duanı da yazdı verdi man
ı
a. Əvəzində bir xoruz apardım ona.
Kişi deer ki, arvat, gətir duanı, görüm molla nə yazıf.
Arvat duanı peçin altınnan götürüf gətirir, ərinə verir. Əri
oxuyanda görür ki, bu sözdər yazılıf:
Odunu qoy beş-beş,
Şişlə gözünü, eş.
Odunu qoyarsan az,
Odun yanmaz.
A qammaz qızı, qammaz
Evini yığışdır, yiməyini pişir,
Ərinə et naz, a qammaz.
236
22. UCUZ ƏTİN ŞORBASI OLMAZ
Gəlin gələndə bəy deer ki, tutun
ı
, gəlin yıxılajax. Bəyin
atası deer ki, ayə, olmasın bir toğlumuz, çəpişimiz, gəlin yıxı-
lajax, gedif bir çəpiş də verif təzəsini gətirəjiyih. Gəlin qayna-
tasının dediyini ürəyində saxlıyır. Bunu gərdəyə salıllar, ancax
gəlin gözdən oğurranıf qaçır düz dədəsinin öyünə. Öydə soru-
şullar ki, a qızım, niyə gəlmisən
ı
? Deer ki, belə-belə. Qaynatam
dedi ki, olmasın bir çəpiş. Verif təzə gəlin alajam. Məni çəpişə
niyə satdın
ı
ız? Di min manat pul gətisin, yoxsa getmiyəjəm.
Bu qaynata təzədən nə qədər qohum-əqrəbadan borc pul
alır, yığır, aparır verir gəlinin atasına. Təzədən gəlini ata min-
dirif gətirir evinə. Evə çataçatda atası oğluna deer ki, ayə, atın
ipini möhgəm tutun
ı
, gəlin yıxılar, dünyam gəlif. Çox böyüh
hörmətnən gəlini gətirillər evə. Qaynata deer:
– Ayə, gəlinə yaxşı baxın
ı
, əyağına isdi coraf geyindirin
ı
.
Gəlin deer ki, ay ata, bə məni niyə bir çəpişə satırdın
ı
?
Bilmirdin
ı
mi ki, ucuz ətin şorbası olmaz?
23. BİZƏ DƏ XƏBƏR VERƏRDİN
Müharibədən son
ı
ra qavaxtəpəli
167
Stalinin yanına ge-
dey. Stalin bunu qəbul eleey. Qavaxtəpəli deey:
– Hancarı beş ildi maharibə eleysin
ı
, bizə də xavar
eləmeysin
ı
. Heş bizim xavarımız olmuyuf maharibədən.
24. HEÇ QAYITMA
Bir gün bir kişinin arvadı qarşı kəndə, dədəsinin öyünə
getməli olur. Yola tüşəndə arvat ərinə deer:
– A kişi, dədəmin öyündə çoxmu qalım, yoxsa az?
167
Qavaxtəpə – Daşkəsən rayonunda kənd
Dostları ilə paylaş: |