Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə64/94
tarix25.06.2018
ölçüsü2,8 Kb.
#51034
1   ...   60   61   62   63   64   65   66   67   ...   94

 
 
234
20. HƏSƏN ÇARIĞINI TAPDI 
 
Qartof  aparıf  saterıx.  Rəhmətdih  Abbasdı,  Xalışdı,  mə-
nəm. Mən qartovu Savunçuda
165
 sateram, Abbasnan Xalış Təzə 
bazarda satış eleellər. Sən demə, sirk var. Bular duror sirkə ge-
der axşam. Göröllər, sirkdə də əlli iki oyun çıxardellar. Kəndir-
də-filanda yeriyillər. Ayılar gəler, oynoor. Ayıların da əəğında 
taxdadan çarıx var axı, görüfsün
ı
üzmü? Əəğına keçirer, oynoor 
da, onnan son
ı
ra geder. Gedəndə əkqavısının biri qaler. Bir də 
göröllər ayı qayıtdı, taxdaları əlinə aldı da, getdi. Xalış deer: 
– Abbas, Abbas, bavan
ı
 Hasan çarıxlarını tafdı. 
Hasan  –  Bəşir  məllimin  bavası  geder  Krasnoselskidə
166
 
malağana qonax olor. Malağan bir köhnə yer verer, Hasan or-
da  yater.  Gejə  malağan  yatannan  son
ı
ra  duror  malağanın  da-
mınnan  on  iki  qoyun  çıxarder.  Qoyunu  çıxardanda  əəğınnan 
çarıx iter p…n içində. O vaxdı da çarıx indinin iyirmi şirvan-
nıx  əkqavısına  baravarıydı.  Bir  çarıx  bir  camışıydı.  O  vaxdı 
da el Rəhim ağa deyilən yerdə yaylaxdeymış. Gətirer gejə hə-
mən binədə qoyunnarı da qoyor, qayıder geder də, öz yerində 
yater gənə. 
Savax  duror.  Malağan  da  qoyunu  örüşə  hayleer.  Mala-
ğana  deer  ki,  ver  töyləni,  pulunnan  kürüyüm.  Munu  ona  örə 
eleer  ki,  çarığını  tapsın.  Malağan  da  deer  ki,  Hasan,  bu  sən 
yiəsi  p..x  döy.  Hasan  əl  çəhmer,  razılaşer  töylüyü  kürüməyə. 
Kürəyi  götürör  də  töylüyə  girer,  o  tərəf-bu  tərəfi  axdarer  da, 
çarığı  taper,  əəğına  geyiner  də,  çıxer.  Deer  ki,  malağan,  düz 
deersən
ı
,  mən  yiən  p..x  döy.  İndi  burda  da  Xalış  kişi  “Hasan 
çarığını tapdı” ifadəsini bunnan təsirlənif dedi. Bu əhvalatdan 
son
ı
ra bu nəsli “çarığı damda qalan” deyə çağırellarmış. 
                                                             
165
 Savunçu – Sabunçu rayonundakı bazar nəzərdə tutulur. 
166
 Krasnoselski – Göyçə mahalında yaşayış məntəqəsi 


 
 
235
21. QANMAZ QIZI QANMAZ 
 
Bir  gün  bir  kişi  evinə  gələndə  görər  ki,  arvat  nə  yiməh 
pişirər, nə evi  yığışdırar,  nə peçi qalıyar. İkinci  gün  yenə gə-
ləndə görür ki, arvat  yiməh pişirmiyif, evi  yığışdırmıyıf, peçi 
qalamıyıf.  Arvatnan  başdıyır  dalaşmağa.  Hər  gün  belə-belə, 
arvatnan qırıllar bir-birini. 
Arvat bir gün eşidir ki, kəndə bir molla gəlif. Deer, ge-
dim o mollanın  yanına, bir dua  yazdırım, işdərim xod getsin. 
Gəlir  mollanın  yanına,  olannarı  söylüyür.  Deer  ki,  bizə  bir 
dua yaz, biz dalaşmıyax. Molla buna bir dua yazır və başa sa-
lır  ki,  get  evin
ı
i  yığışdır,  yiməyin
ı
i  pişir,  peçin
ı
i  yandır  və  bu 
duanı  peçin  altına  qoy,  işin  yaxşı  olajax.  Arvat  gedir  molla 
dediyinin  hamısını  eliyir.  Əri  evə  gələndə  görür  ki,  ev  tərtə-
miz, yiməh pişif, peç qalanıf, ev qəşəh isdi. 
Deer: 
– Arvat, bu nə işdi? 
Deer: 
– A kişi, mollanın yanına getmişdim, məni başa saldı, bu 
duanı da yazdı verdi man
ı
a. Əvəzində bir xoruz apardım ona. 
Kişi  deer  ki,  arvat,  gətir  duanı,  görüm  molla  nə  yazıf. 
Arvat  duanı  peçin  altınnan  götürüf  gətirir,  ərinə  verir.  Əri 
oxuyanda görür ki, bu sözdər yazılıf: 
Odunu qoy beş-beş
Şişlə gözünü, eş. 
Odunu qoyarsan az
Odun yanmaz. 
A qammaz qızı, qammaz 
Evini yığışdır, yiməyini pişir, 
Ərinə et naz, a qammaz. 
 
 


 
 
236
22. UCUZ ƏTİN ŞORBASI OLMAZ 
 
Gəlin  gələndə  bəy  deer  ki,  tutun
ı
,  gəlin  yıxılajax.  Bəyin 
atası  deer  ki,  ayə,  olmasın  bir  toğlumuz,  çəpişimiz,  gəlin  yıxı-
lajax,  gedif  bir  çəpiş  də  verif  təzəsini  gətirəjiyih.  Gəlin  qayna-
tasının dediyini ürəyində  saxlıyır. Bunu  gərdəyə  salıllar,  ancax 
gəlin  gözdən  oğurranıf  qaçır  düz  dədəsinin  öyünə.  Öydə  soru-
şullar ki, a qızım, niyə gəlmisən
ı
? Deer ki, belə-belə. Qaynatam 
dedi ki, olmasın bir çəpiş. Verif təzə gəlin alajam. Məni çəpişə 
niyə satdın
ı
ız? Di min manat pul gətisin, yoxsa getmiyəjəm. 
Bu qaynata təzədən nə qədər qohum-əqrəbadan borc pul 
alır, yığır, aparır verir gəlinin atasına. Təzədən gəlini ata min-
dirif gətirir evinə. Evə çataçatda atası oğluna deer ki, ayə, atın 
ipini  möhgəm  tutun
ı
,  gəlin  yıxılar,  dünyam  gəlif.  Çox  böyüh 
hörmətnən gəlini gətirillər evə. Qaynata deer: 
– Ayə, gəlinə yaxşı baxın
ı
, əyağına isdi coraf geyindirin
ı

Gəlin  deer  ki,  ay  ata,  bə  məni  niyə  bir  çəpişə  satırdın
ı

Bilmirdin
ı
mi ki, ucuz ətin şorbası olmaz? 
 
23. BİZƏ DƏ XƏBƏR VERƏRDİN 
 
Müharibədən  son
ı
ra  qavaxtəpəli
167
  Stalinin  yanına  ge-
dey. Stalin bunu qəbul eleey. Qavaxtəpəli deey: 
–  Hancarı  beş  ildi  maharibə  eleysin
ı
,  bizə  də  xavar 
eləmeysin
ı
. Heş bizim xavarımız olmuyuf maharibədən. 
  
24. HEÇ QAYITMA 
 
Bir  gün  bir  kişinin  arvadı  qarşı  kəndə,  dədəsinin  öyünə 
getməli olur. Yola tüşəndə arvat ərinə deer: 
– A kişi, dədəmin öyündə çoxmu qalım, yoxsa az? 
                                                             
167
 Qavaxtəpə – Daşkəsən rayonunda kənd 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   60   61   62   63   64   65   66   67   ...   94




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə