Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə61/94
tarix25.06.2018
ölçüsü2,8 Kb.
#51034
1   ...   57   58   59   60   61   62   63   64   ...   94

 
 
221
Oğlanın  ələci  kəsiler,  yüz  tümənni  verer.  Bular  qayıdıf 
öylərinə  gəlellər.  Zurnaçı  pinəçinin  öyə  qayıtdığını  görəndə 
gəler bunu lağa qoymağa. Deer: 
– Ay qon
ı
şu, xoş gəlifsən
ı

Deer: 
– Sağ ol. 
Deer: 
– Ayə, bir şey qazana bilifsən
ı
mi? 
Deer: 
– Canın
ı
 üçün yüz tümən almışıx. 
Deer: 
–  Ə,  dəli  döysən
ı
,  mən  yüz  ilin  zurnaçısıyam,  heş  mən 
toyda beş tümənnən artıx ala bilməmişəm. Bə nətəər sən get-
din
ı
 birdən-birə yüz tümən aldın
ı

Pinəçi deer: 
– Putana bax, pul civimdədi. 
Deer də, pulu görkəzer. 
Zurnaçı deer: 
– Bu nətəər toydu? 
Pinəçi deer: 
– Eeee, ay qon
ı
şu, muna samannıx toyu deəllər. 
Son
ı
ra bu məsəl kimi qaler. 
 
32. QARTAL VƏ QIZILQUŞ 
 
Bir gün havada qızılquşnan qartal döyrə vuruf hərrəner-
di. Qızılquş qartala baxdı gördü kü, çox yekədi. Qızılquş dedi: 
– Siz nə yiirsiniz ki, o qədər yekə olorsun
ı
uz? 
Dedi: 
–  Bah,  biz  yekə-yekə  kəlləri,  öküzdəri,  dəvələri...  –  be-
ləjə heyvannarı buna saydı. 
Saydı. 


 
 
222
Dedi: 
– Nə qədər yaşıyırsın
ı
ız?  
Qartal dedi: 
– Üş yüz il.  
Dedi: 
– Bə siz nə qədər yaşıyırsın
ı
ız?  
Qızılquş dedi: 
– Biz əllijə il yaşıyırıx.  
– Yiməyiniz n
ı
ədi?  
– Təzə-təzə turaç, kəhlih, meşəxoruzu, bildirçin – beləjə 
içinin ən yaxşı yiməli quşdarını buna saydı. 
Qızılquş  getdi  xeylax  fikirrəşdi  ki,  üş  yüz  il  nə  zarafat-
dı?! Ayə, gör üş yüz ildə qartal nə cür yaşıyar?! Bir gün hava-
da  fırranerdı.  Gördü  kü,  həmən  o  gördüyü  qartal  atılmış  nə-
həng  bir  dəvənin  cəmdəyinin  üsdündə  dimdih  vuror.  Ordan 
qıy vurdu: 
– Hıı, nə hallısan
ı
? Deən vəziyətin
ı
 yaxşıdı?! 
Qartal dilinnən qıy vurdu dedi:  
– Qonağım olarsan
ı

Qızılquş  döyrə  vura-vura  gəldi  də,  yanına  tüşəndə  üfü-
nət o qədər təsir ellədi ki, tez havıya qalxdı. 
Dedi: 
– Bəyənmədin
ı
? Qonağım olmadın
ı

Dedi: 
– Yavaş, qoy, bir az  yuxarı qalxem, sözümün dalını de-
yəjəm. 
Dedi: 
–  A  bədbaxd  oğlu,  üş  yüz  il,  leş  darta-darta  üfünətnən 
qıdalana-qıdalana  yaşamaxdansa,  təzə-təzə,  ən  gözəl,  yiməli 
ətdəri yiif, əllijə il yaşamax yüz qat əsvəldi
155
.  
                                                             
155
 Əsvəldi – yaxşıdır 


 
 
223
LƏTİFƏLƏR 
     
 
 
MOLLA NƏSRƏDDİN LƏTİFƏLƏRİ 
 
1. KEF MƏNİM DEYİL? 
 
Molla  birinə  pul  borşduymuş.  Bir  gün  gəley,  beş  gün 
gəley, on gün gəley. Nəysə, vədə verifbiş ki, pul yəəsinə, filan 
vaxdı gəl, pulun
ı
u verem. Deey: 
− Arvat, öyü  yıxılmış  yenə gələjəh, pulumuz da  yoxdu, 
eşşəyi palanna, meşəəsa da qaçax. 
Bir sırıxlı
156
 cırığını da eşşəyin belinə tulloyur, palanne-
ey,  arvatnan  yola  tüşöllər.  Molla  geri  yanına  baxanda  görüy, 
əə, pul yəəsi artıx buna çataçatdı. Tez eşşəyin belinnən sırıxlı-
yı aley, iki qollarına keçirey də, eşşəyin dalınnan yavacca-ya-
vacca iməkləməyə başdeey. 
Gəley pul yəəsi, deey: 
– Ay bajı, harəə gedersin
ı
iz? 
Deey ki, oduna. 
– Bə bu eşşəyin dalındakı nədi? 
Dəəndə deey ki, o da eşşəyin xoduğudu
157

Belə baxey, deey: 
– Ay bajı, bu eşşək erkəhdi axı, bə bu xoduğu hardan alıf? 
Dəəndə  Molla  Nəsrəddin  özünə  sığışdırıf  dura  bilmey. 
Deey: 
–  Əə,  başın  özünə  ağırrıx  eləməsin,  gəlifsin
ı
,  qayıt  geri 
get. Kef mənim döyül? İndiyətən anamnan gəzmişim, indi də 
dədəmnən gederim. 
 
                                                             
156
 Sırıxlı – astarına pambıq qoyulub sırınmış qış geyimi 
157
 Xodux – qoduq, eşşəyin balası 


 
 
224
2. SƏN MƏNDƏN QEYRƏTLİSƏN 
 
Deey,  bir  toy  məclisiymiş.  Cavannar  yığışıf,  yiif-içif. 
Deeylər ki, əə, gəlin
ı
 mollanı zor-xoş gətirəh bu məclisə, gö-
rəh yüzcə qram içirdə bilirihmi? 
Bu da molladı axı. Molla Nəsrəddini gətirellər. 
– Molla, xoş gəldin
ı
, beş gəldin
ı

Yiif-içən  lotular  bunu  gətirey,  eşşəyi  çöldə  bir  dirəyə 
bağleyıf oturullar. Arax süzülöy. 
Deey: 
–  Molla,  bu  mən  ölöm,  səni  burəə  onçun  çağırdıx,  sən-
nən sənin
ı
 sağlığına yüzcə qram içəjeyih. 
“Mən ölöm”ə Molla yüz qram tulluyur. Bir də süzöllər: 
– Molla, bu mən ölöm, bunu da oğlun
ı
un sağlığına tulla 
getsin. 
Yüz də süzöllər: 
– Pütün damavoyunun
158
 sağlığına bunu da iç. 
Mollanı içirdellər. Fikirrəşellər ki, əə, onsuz eşşəh qapıya 
öyrənif. Bunu tutuf da kəndirnən eşşəyin belinə sarıyıllar. Mol-
la Nəsrəddin piyan... Eşşəh geder bir balaca arxa ras gəley, sız-
qıdan
159
 keçə bilmey. O baş-bu baş hərrəney, suyun mehinə
160
 
bu ayıley. Dartıney göröy kü, əə, bunu eşşəyin belinə sarıyıflar. 
Deey,  vay-hay,  məni  “mən  ölöm”  yıxıf  da,  bu  eşşəyin  belinə 
sarıyıf. Sarığını açey da, eşşəyin boynunnan tutoy, deey: 
– Eşşəh, mən ölöm,  yüzcə qram bu sudan mənim sağlı-
ğıma iç. 
Eşşəh “puf” eleey, geri qayıdey. 
– Eşşəh, bu mən ölöm, oğlumun sağlığına yüzcə qram. 
Eşşəh “puf” eliyif geri duroy. 
                                                             
158
 Damavoyunun – külfətinin, ailəsinin  
159
 Sızqı – bataqlığa bənzər palçıqlı yer 
160
 Suyun mehi – su kənarının sərinliyi, yüngül külək 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   57   58   59   60   61   62   63   64   ...   94




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə