Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə63/94
tarix25.06.2018
ölçüsü2,8 Kb.
#51034
1   ...   59   60   61   62   63   64   65   66   ...   94

 
 
230
–  Görürsün
ı
üz,  bu  da  noldadı,  xalastoya  salmışam.  Gö-
rüm Saratofquya
162
 birtəəri çata bilerəmmi.  
 
14. UN, ÜSTƏLİK DƏ QOÇ ƏTİ 
 
Əli  kişi  varıydı  Əlismayıldan.  Pekarnıda  müdürüydü  Sa-
ratofkada. Kəççiləri Muxtar kişi gəley orəə çıxey. Gələndə deey: 
– A Muxtar, iki muşox un verəjəm, oları apar, birini öz 
uşağın
ı
a, birini də mənim uşağıma. 
Deey: 
– Baş üsdə. 
Atı uklöyüllər. Muxtar kişi atı aparey gedey, qapıya ça-
tanda  ikisini  də  öz  qapısına  çüşüröy,  Əli  kişiyə  vermey.  Əli 
kişi  bir  həftə  oana-buana  gedey.  Bir  həfdədən  son
ı
ra  öyə  ge-
dəndə arvat deey: 
– Allah öyün
ı
ü tiksin, sən gedəndə gördün
ı
mü un yoxdu, 
niyə un yollamadın
ı

– Aaz, nə danışesın
ı
, Muxtar kişiynən iki muşox un yol-
lamışım, birini özünə, birini də bizə. 
Deey: 
– Bir kilo da un vermeyif. 
Deey: 
– Yaxşı, zərəl yoxdu. Görün qoç hardadı? 
Muxtar  kişinin  bir  yaxşı  qoçu  varıymış.  Həmişə  döşdə-

163
 örüklööymüşdər. Uşağa deey: 
– Əə, gör qoç hardadı, qoçu tapın
ı
 da, burəə gətirin
ı

Qoçu  gətirellər,  qapıya  gələn  kimi  qoçun  başını  kəsey. 
Dorğooy, tavəə dolduroy, pişif hazır olan vaxdı deey: 
– Əə, Muxtar kişiyi çağırın
ı
 burəə gəlsin. 
Muxtar kişi gəley. 
                                                             
162
 Saratofka – Gədəbəydə Novo Saratovka kəndi 
163
 Döş – dağın yamacı 


 
 
231
– Ay Muxtar kişi, xoş gəldin
ı
, gəl otur. 
Oturoy. 
– Aaz, Muxtar kişiyə ət gətir.  
Cəmi  dolduroy  gətirellər,  Muxtar  kişinin  qavağına  qo-
yollar. Bir tikə aley, iki tikə aley, deey: 
– Əə, ölmüş oğlan, olməə, bu ağ qoçun ətidi? 
Deey: 
–  Əə,  bə  elə  olajax  dana.  San
ı
a  mən  un  verdim  ki,  bir 
muşoxunu özünə apar, bir muşoxunu man
ı
a gətir, niyə mənim 
uşağımı aj qoydun
ı

Deey: 
– Əə, kəsifsin
ı
, kəsifsin
ı
,  səni and  vererim  Allaha, bircə 
budunu da man
ı
a ver. 
Muxtar kişi yalvara-yalvara bir budunu aley da, gedey. 
 
15. SƏRİYYƏ HAMAMA GEDİR 
 
Gədəbəydə Səriyə addı bir arvat olor. Bunnar rayona kət-
dən təzə köçüf gəliflərmiş. Bir gün qon
ı
şusu Səriyə arvada deer: 
– Ay Səriyə arvat, hazırraş, gedəh hamama. 
Səriyə də deer  ki, ay bajı,  yaxşı.  Səriyə arvat tez  su qo-
yur, başını, gözünü yuur, təmizdeer. Qon
ı
şuya deer: 
– Hə, mən hazıram. Di gəl gedəh. 
Qonsu soruşor ki, bə niyə gej çıxdın? Səriyə də deer: 
–  Ay  bajı  neyniyim?  Başım,  gözüm  kiriydi.  Gətirif  bir 
vedrə su qoydum, çimdim. Ona görə gejihdim. 
 
16. QALOŞLARI EŞİKDƏ ÇIXARTMIŞAM 
 
Yenə bir gün qon
ı
şu arvat deer: 
– Ay Səriyə, bu gün hamama gedəh. 
Razılaşellar,  hamama  gedellər.  Bunnar  hamamın  göz-
dəmə  yerində  oturuf  nömrələrini  gözdüyüllər.  Qon
ı
şu  söhbət 


 
 
232
vaxdı  baxır  ki,  Səriyənin  əyaxları  yalındı,  əəğında  qaloşdarı 
yoxdu. Tez soruşur ki, sən hamama qaloşsuz gəlifsən? 
Deer: 
– Yox, içəri girəndə qaloşdarı eşihdə çıxartmışam. 
 
17. QONAĞIN VAR? 
 
Səriyə  arvadın  kətdən  rayona  təzə  gələn  günnərinnən 
biriymiş. O, qon
ı
şuya keçir. Deer: 
– Ay bajı, darıxdım, gəldim sizə. 
Qon
ı
şu da bunu çox gülər üznən, mehrivançılıxnan qar-
şılıyır. İçəri dəvət eliyir. Səriyə arvat iki otağın qapısı arasın-
da  oturur.  O  biri  otaxda  da  divarda  güzgü  olur.  Səriyə  arvat 
qon
ı
şusunnan soruşur: 
– Ay bajı, qonağın
ı
 var? 
Qon
ı
şu  da  deer  kin,  sənnən  başqa  heş  kim  yoxdu.  Elə 
qonağım sənsən
ı
. Səriyə arvat bir az duruxur, bir də soruşur: 
– Ay bajı, bə man
ı
a o tərəfdən baxan arvat kimdi? O qo-
nax döyülmü? 
Qon
ı
şu o biri otağa yollanıf baxır kin, bu divara vurulan 
güzgüdə özünü görür, elə bilir qonaxdı. Səriyəyə başa salır ki, 
a bajı, bu sən özün
ı
sən
ı
, o divardakı da güzgüdü. Sənin
ı
 şəklin
ı
 
orya tüşür. Sən də orda özün
ı
ü görürsən
ı

O  vaxdan  kimsə  kimin  evinə  gedəndə  zarafatnan  soru-
şur kun, aaz, qonağın
ı
 var? 
 
18. CİNLİ SƏRİYYƏ 
 
Səriyə  arvadın  əri  ölüfmüş.  Birtəhərnən  uşaxlarını  böyü-
dür.  Vaxd  olur  uşaxları  ona  baxası  olur.  Oğlu  abasına
164
  deer 
kin,  yeri-zadı  daa  sən  belləmə.  Adam  tutajam,  qoy  gəlif  yeri 
                                                             
164
 Abasına – anasına 


 
 
233
belləsin, son
ı
ra da kartovu əhdirəjəm. Arvat da razılaşır. Bir ne-
çə günnən son
ı
ra qapıya bir kişi gəlir. Səriyə arvada deer kin, bə 
oğlun
ı
 deyən adam mənəm, gəlmişəm. Arvat da deer ki, bə bel 
ordadı,  get  götür,  bellə.  Kişi  də  arvada  təəcübnən  baxır  ki,  nə 
bel,  nə  şum?  Səriyə  arvat  soruşur  ki,  bə  niyə  gəlifsən
ı
?  O  da 
deer kin, oğlun dedi ki, mənim bir dul anam var, gəl onu san
ı

verim. Üsdündə də san
ı
a pul verəjəm. Arvat havalanır. Beli əli-
nə  alıf kişinin  dalınnan  tüşür. Kişi qaça-qaça Səriyəyə deer ki, 
ağız,  indi  bildim  oğlun
ı
  yalvarıf  səni  man
ı
a  niyə  verirmiş,  hələ 
üsdündə də pul. Ağız, sən demə, cinniysən
ı
miş. Cinni Səriyə. 
İndi söz tüşəndə zarafatnan adamlar bir-birnə Cinni Sə-
riyə deellər. 
 
MÜXTƏLİF MÖVZULU LƏTİFƏLƏR 
 
19. OLSA, YAXŞIDIR 
 
Bir gün bir kişi arvat gəzey. Ora-bura özünü  vuroy,  arvat 
vermellər. Gedif bir uzax yerdən arvat isdeey. Baxıf göröllər ab-
razavonnu kişidi. Arvadı isdəəndə deer ki, ay kişi, indi sən məni 
apareysın
ı
. Nəyin
ı
 var sənin
ı
, nəyin
ı
 yoxdu, mən san
ı
a gedem? 
Deer: 
–  Nəyim  olsa  yaxşıdı:  bir  inəyim,  bir  camışım,  bir  da-
nam,  qoyunum,  nəvlim,  kilim-milim,  gəvə-güvə  –  hər  şeyi 
iki-iki qoşalaşdırey – iki göz də öyüm. 
Arvat  da  yanna  tüşöy,  gedey.  Ora  da  gedəndə  göröy, 
ayə, bir cırıx damdı, heş-zad yoxdu. Arvat deer: 
–  A  kişi,  məni  bura  nəyə  ətdin
ı
?  Bə  sən  man
ı
a  dediyin
ı
 
hanı? 
Deer: 
–  Arvat,  üsdün
ı
ə  daş  yağsın,  demədim  ha  var.  Dedim, 
olsa,  yaxşıdı.  İndi  qazanajeyıx,  olajax,  burda  da  həyat  sürüf, 
devran sürüf yaşeyjıyıx. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   59   60   61   62   63   64   65   66   ...   94




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə