Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə71/94
tarix25.06.2018
ölçüsü2,8 Kb.
#51034
1   ...   67   68   69   70   71   72   73   74   ...   94

 
 
261
Günnərin bir günü göröy ki, bir dəs atdı gəley.  Beş-altı 
nəfər  Aşıx  Ələsgərdən  aralıda  yığılıf,  bu  da  camaatdan  aralı 
diyanıf.  Karvan  gəlif  burdan  keçəndə  bulardan  bir  nəfəri 
soruşoy  ki,  uşaxlar,  burda  nal  kəsən  varmı?  Bulardan  biri 
deey  ki, bax, o papaxlı kişiyi göröysən
ı
mi, o, həm nal kəsey
həm də at nalleey. Gedin
ı
 ona deyin
ı
, etiraz eləməz. 
Aşıx  Ələsgəri  tanımıyan  az-az  adam  olardı.  İndi  bular 
da  Aşıx  Ələsgərin  adını  tanıyellar,  ama  üzbəsurat  tanımellar 
ki, Aşıx Ələsgərdi. Elə ordan deellər ki, o papaxlı kişi dəmir-
çidi, nal kəsey, özü də atın
ı
ızı nallıyıf yola salajax. Gəley: 
‒ Salam. 
‒ Əleyküməsalam. 
‒ Əmi, olarmı sizi narahat eləməh? 
‒ Buyurun. 
‒ Siz dəmirçisin
ı
izmi? 
‒ Kim dedi mənim dəmirçi olduğumu? 
Deey: 
− Bax, o kəççilərin. At nallamax-zad bajarırsın
ı
ızmı? 
Bu, bir az gülümsüyür. Buların hamısı gəlir maraxlaney 
ki, əgər bu dəmirçi olseydı, yəqin ki, ya dəərdi hazır kəsili nal 
var, ya da əylənin, kəsəh. 
Deey: 
−  Bu  boyda  karvanın  içərisində,  sizin  içərin
ı
izdə  bir 
qələm tutmağı bajaran
ı
 varmı? 
Biri deey: 
− Nə deeysin
ı
, yazax. 
Deey: 
− Onda mən sizə bir-iki bənd şeyir diyəjəm, onu yazın
ı

Onda, deey, mənim dəmirçi olduğumu biləjəhsiniz. 
Orda bir şeyir deey: 
 


 
 
262
Ahəngər mən döyləm, naşı bəzirgan,  
Gözüm dürdanədə, a Yəməndədi. 
Sinəmdədi eşqin şirin çeşməsi,  
Ləzzəti meyl edif, ay əməndədi.  
 
Yox sazının nə pərdəsi, nə simi, 
Onu çalıf, kim tərpədər nəsimi,  
Firdovsi, Füzuli, Hafiz, Nəsimi, 
Onlar da yazdığı ayə məndədi.  
 
Kişi gərəh zəhmət çəhsin, tər salsın, 
Süfrə aşsın, ad qazansın, dər salsın
201

Dərsi azdar Ələsgərdən dərs alsın, 
Altı min altı yüz ayə məndədi. 
Birdən  tanıyellar  ki,  bu,  Aşıx  Ələsgəriymiş.  Aşıx  Ələs-
gər buları öyə təklif eleey. Bular Aşıx Ələsgərdən üzr isdiyil-
lər. Aşıx Ələsgər deey: 
– Sizi bağışdıyıram, nabələdsin
ı
iz, ama məni tanımamış 
getsən
ı
iz, bu da man
ı
a qəbahət olardı. 
 
7. “APARIR” RƏDİFLİ ŞEİRİN YARANMASI 
 
Son
ı
ra  atam  birini  söylööydü.  Aşıx  Ələsgər  Kəlbəcərdə 
xeyli yaşıyıf. Onu az-çox imkannı adam kimi tanıyeydılar. Toy 
eləən kimsə gəlif deeymiş ki, man
ı
a əl tut, ya cehizə, ya nəyəsə 
lazımdı, hamıya əl  tutarmış. Biri  dəərmiş,  pulun  əvəzinə dana 
verəjəm,  biri  dəərmiş,  qoyun  verəjəm.  Nəysə,  bunu  bir  neçə 
nəfər alladey da, danasını vermey. Bir də İrannan gəlmə bir tat 
oloy orda. Alladey da, yüz manat pulunu vermey. Deey: 
–  Əə,  aşıx  nağayrey  gəlif?  Bir  saat,  iki  saat  ordan-bur-
dan söhbət eleey də, iki xana da oxuyoy. O boyda daneyı ona 
verməhmi olar? 
                                                             
201
 Dər salsın – tanınsın, şöhrətlənsin 


 
 
263
Qaley belə. Bu bularnan dava eləəsi döyül, vermey-ver-
mey də, neynəməlidi ki. 
Kəlbəcərin  Qılışdı  kəndi  var.  Ordan  dosdarı  oloy.  Bur-
dan da bunu alladannar oloy. Bular bunun hakqını  vermədiyi 
bir tərəfə, hələ zarafat da eleellər ki, filan yerdə bir belə aldın
ı

filan  yerdə  dana  aldın
ı
,  filan  yerdə  qoyun  aldın
ı
.  Orda  bir 
müxəmməs deey: 
Mərd iyidin məclisinnən, 
Aşıx gəlir, at aparır. 
Tər tökür, zəhmət çəkir
Açır, hər büsat aparır. 
Bu dünyanın şöhrətini, 
Demə beyısbat
202
 aparır. 
Mərddərə canım sadağa, 
Zəhləmi bədzat
203
 aparır.  
Aşıx Ələsgər bu bəndnən başdıyan müxəmməsi orda deey. 
 
8. AŞIQ ƏLƏSGƏR VƏ ÇƏKMƏÇİ 
 
Ələsgər bir gün gedir Şərilə
204
. Orada görür ki, bir çəh-
məçi qəşəy çəhmə tikir. Deer: 
– Bala, çəhmə neçiyədi?  
Çəhməçi  deer  ki,  beş  manat.  Çıxardıf  altı  manat  verir. 
Deer: 
–  A  bala,  man
ı
a  bir  yaxşı  çəhmə  tik.  Havax  gəlim  çəh-
məni götürməyə? 
Çəhməçi deer ki, üş günnən son
ı
ra gəl. İki günnən son
ı
ra 
bir  adam  gəlir  bu  çəhməçinin  yanına.  Deyəsən
ı
  qaraçıymış. 
Bu çəhmədən çox xoşu gəlir. Bunu çəhməçidən çoxlu pul ve-
                                                             
202
 Beyısbat – isbatsız, şərəfsiz 
203
 Bədzat – zatı, əsli pis olan 
204
 Şəril – Şərur 


 
 
264
rif  alır,  götürüf  gedir.  Üş  günnən  son
ı
ra  Ələsgər  gəlir.  Oğlan 
ona başqa bir çəhmə verir. 
Ələsgər deer:  
– A bala, bu mən zaqas
205
 verdiyim badaşdan
206
 döyül axı.  
Çəhməçi  deer  ki,  yox,  elə  budu  ki,  budu.  Aşıx  Ələsgər 
deer, a bala: 
   
Danışdıx, barışdıx mərhəmət ilə 
   
İncihlik araya qatma, hayıfsan. 
   
Sən tacir olmassan
ı
 bir manatınan 
   
Namıs, qiyrətin
ı
i atma, hayıfsan. 
   
 
   
Sizlər tapaş eylərsiz iynə-bizinən 
   
Bizimki gəlif-gedir söhbət, saz ilən... 
   
Köhnə dağarcığı tumaş
207
 yerinə 
   
Aşıx Ələsgərə satma, hayıfsan
ı

Çəhməçi biləndə ki, bu Aşıx Ələsgərdi, deer: 
–  Ay  Ələsgər  dayı,  bunu  heş  yerdə  demə,  san
ı
a  nədən 
desən
ı
, yaxşı bir çəhmə tikəjəm. 
Ələsgər deer: 
– Bala, mən bunu burda dedim, hər  yerdə deyəjəm, sən 
versən
ı
 də, verməsən
ı
 də, tihsən
ı
 də, tihməsən
ı
 də. 
 
9. YUMRUSUNU GƏTİRİM, YASTISINI? 
 
Bir  gün  Touz,  Qazax,  Gədəbəy  aşıxları  yığılır  gedillər 
ki,  bəs  Ələsgər  kimdi  ki,  Göyçədə  meydan  suluyur,  meydan 
oxuyur. Gedəh onu bağlıyax, obşim, sazını-zadını bunun alax 
dana.  Bular  hamsı  bir-birinnən  razılığa  gəlillər  ki,  bəs  gedəh 
da, o kimdi axı. Həə, bular gedillər Göyçəyə. Gedəndə göröl-
                                                             
205
 Zaqas – sifariş 
206
 Badaş – gön 
207
 Tumaş – ayaqqabı materialı 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   67   68   69   70   71   72   73   74   ...   94




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə