Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə70/94
tarix25.06.2018
ölçüsü2,8 Kb.
#51034
1   ...   66   67   68   69   70   71   72   73   ...   94

 
 
257
lər  yavaşcalıxnan  dal  tərəfdən  qapıyı  açey,  içəri  girellər.  Bir 
az oturollar, nağıl-zad eleyillər. 
Sən demə, bu zalım oğlunun həyat  yoldaşı bir il  yarım-
dı, nədi  tələf oluf. Son
ı
ra bu körpə  qız uşağı gəlif  yetişif. Bu 
qız  uşağını  deef,  heş  harəə  verən  döylüm,  neyniyjəm,  bu  qız 
uşağı man
ı
a bəsdi. Cavan uşağı özünə kəfin eleyif, saxleyıf. 
Aşıx  Ələsgər  oturoy.  Aynadan  baxıf  göröy,  əə,  bir  kişi 
oturoy,  sakqalı  dizinə  başşağı  çüşüf.  Elə  hərdənbir  nağıl  ele-
ey,  yanında da bir cavan qız uşağı var. Göröy bu qıza da hər-
dənbir  nəsə  deey,  gah  mırışey
193
,  gah  başı  yerdən  qalxmey. 
Elə-belə məlul-müşkül oturuf. Bu nökərin birinə yaxınnaşey. 
Deey: 
− Əə, nooluf, bu nə işdi? 
Deey: 
– Kiri, eşitsə bizi qırajax, kiri. Belədi, onun arvadı ölüf, 
o da cavan qız uşağıydı, özünə kəfin eleyif, arvat saxleey. 
Taleh  insanı  hər  dərəcəə  çatdırar.  Belə  baxey-baxey. 
Deey, bu qızın dərdi məni öldürər, bu qıza bircə kuplet şeyir 
deməsəm. Onatan çörəh vaxdı oloy. 
Kişi deey: 
– Ayə, dəən qonağın
ı
ız da var? 
Deey: 
– Hə. 
Deey: 
– Oğul, gəti çovannara da şor-çörəh qoy, qonaxlara da. 
Aşıx  Ələsgər  indi  çörəh  yimey.  Balamançı  şoru  vurha-
vurnan yaxca yiiy. 
Deey: 
                                                             
193
 Mırışey – gülümsəyir 


 
 
258
–  Ayə,  öyü  yıxılmışın  oğlu,  elə  boğazın
ı
a  çüşüf  ölmö-
sün
ı
  ha,  ayə.  Əə,  bir  gözdə  axırını,  görək  axırımız  nooloy. 
Ayə, elə şor deyin ölüfsün
ı
mü? 
–  Yox,  Ələsgər  bava,  vallah,  təntimişim,  qoy  qarnımı 
doydurom. 
–  Qarnın
ı
  cırılsın,  deey,  ayə.  Nooluf  qarnın
ı
a,  elə  öldü-
yün
ı
dü? 
Deey: 
– Yox, yəəjəm. 
Bu  döşööy
194
.  Ələsgər  sazını  çıxardey,  yavaş-yavaş,  dı-
ranq-dıranq kökləəndə deey: 
− A bala, dəən qonağın
ı
ız aşıxdı. 
Deey: 
− Hə, ay bava, aşıxdı. 
Deey: 
− Əyə, bu aşıx kimdi görən
ı
, haralıdı, hara aşığıdı? 
Bunnan qayıdıf xavar alellar ki, ay dayı, sən kimsin
ı
, ha-
ralısın
ı
, hara aşığısın
ı

Deey: 
–  Mən  Göyçənin  Ağkilsə  kəndinnənim.  Adım  da  Aşıx 
Ələsgərdi. 
Bunu da bu eşidey axı. Deey: 
– Ağız, ağız, həncəri mən biyavır olmuşum. Ağız, mənim 
bu  tutduğumun  hamısı  dasdan  olajax.  Mənim  başıma  nə 
oyundu gəldi?  Ayə, gedin
ı
 o heyvanın içinnən bir erkəh gəti-
rin
ı
  kəsin
ı
,  aşıxlar  da  yisin,  siz  də  yiin.  Kefin
ı
iz  saz  olsun, 
birəz də bu kişi saz çalsın. 
Noolajeydı, gedellər tez bir erkəh gətirey kəsellər. Təzdən, 
deey, erkəyin ətinnən yiillər, balamançı yiəmmey. 
Deey: 
                                                             
194
 Döşööy – iştahla yeyir 


 
 
259
− Əə, şornan ətə qıymat qoyosun
ı
mu sən? Əə, sən mənim 
balamançımsın
ı
. San
ı
a deyrim, əə, ölmə, görəh axırımız nooloy, 
elə sən boğazın
ı
a çüşmüşdün
ı

Həə, təzdən çörəyi-zadı yiillər, onnan son
ı
ra sazı götüröy. 
Deey: 
O məlul könlün
ı
ü, müşkül halın
ı
ı, 
Çüşünən də yazıxdı, aaz, bilən də yazıx. 
Ağlasan
ı
, ağlaram mən sənnən betər
Dağladın
ı
 sinəmi güləndə yazıx. 
 
Bir mərdi sevəydin
ı
, sirdaş olaydın
ı

Könlün
ı
 isdiyənə peşkaş
195
 olaydın
ı

Keşkə quruyaydın
ı
, bir daş olaydın
ı

Bəzənif bir evə gələndə, yazıx. 
Bu da heş bunnan bir şey götürmöy ki, əyə Aşıx Ələsgər 
bu sözü kimə deey. Həə, deey: 
Ələsgər durarmı matah satmasa?! 
İyid sarsıyarmı
196
 baxdı yatmasa?! 
İki könül bir-birini tutmasa, 
Alan da yazıxdı, gələn də yazıx! 
Həə.  Çovannarın  yapıncısı  oloy.  Gətirellər  Ələsgərə  də 
bir dəs yaxşı palaz verellər. 
Deey: 
– Böyrümə gir yat, a yazıx balamançı. 
Yatışellar,  savax  da  hamının  uğuruna  xeyir,  yol  basey, 
ordan da Qazağa. Nə qazanıfsa, özü biley. 
 
5. 
Qazaxda Qayıf ağa oluf. Bu, çox varrı oluf. Arvadı ölüf, 
tək qalıf. Eşidir ki, filan yerdə bir bəyin gözəl bir qızı var. Gə-
                                                             
195
 Peşkaş – qismət 
196
 Sarsıyarmı – məğlub olarmı 


 
 
260
lir  nökərini  qəşəh  geyindirir,  oğul  əvəzi  aparır,  qızı  alır.  Qız 
gejə görür ki, sakqalı dizinə çatan bir qoja  gəldi bunun  yanı-
na. Səhərisi qız nökərdən soruşur ki, a nökər, bu nədi? Nökər 
deer  ki,  mən  nökərəm,  nə  dedilər,  onu  da  elədim.  Qız  nö-
kərnən aranı sazdıyır
197
. Bir gün Aşıx Ələsgər ordan keçirmiş. 
Görür ki, yolun qırağında bir nökər heyvan otarır. 
Deer: 
– A nökər, məni bir gejəliyə qonax eliyərsən
ı
mi?  
Nökər  deer  ki,  dur,  gedim  ağamdan  icazə  alım,  gəlim. 
Nökər ağasınnan icazə alıf gəlif Aşıx Ələsgəri  bu evə aparır. 
Aşıx Ələsgər bu evdə olanın hamısını başa tüşür. Öz ürəyində 
qıza deer:  
– Səni alana da yazıx, satana da yazıx.  
Son
ı
ra da nökərnən qıza deer ki, sizə özüm toy eliyəjəm. 
Təzədən toy eliyif qızı nökərə alır. 
 
6. YOLÇULARIN AŞIĞI TANIMASI 
 
Bu  əhvalatı  da  atam  ordan  gətirmişdi.  Şişqəyada  aşıx 
Mikayıl  oluf  −  Ələsgərin  şəyirdi.  Bu  yaxşı  saz  çalan  oluf. 
Ama  şit  zarafatı  da  varmış.  Ələsgərin  Anaxanıma  yazdığı 
“Xəvərin
ı
 varmı” şeyrinin də mətiyini
198
 o atıf. Atmaca atıf ki, 
Ələsgər gedif harda bir gözəl qız görən kimi şeyir yazey, hələ 
neçə ildi gəlin gəlifsin
ı
, san
ı
a şeyir yazmıyıf. 
O söylööy. Deey, Aşıx Ələsgər qaşqın  vaxdı Kəlbəcərə 
gedey, orda dəyirman işdədey, həm də  yonqu
199
, boyundurux 
yonarmış.  Boyunduruxnan  öküz  qoşormuşdar.  Boyunduruğu 
hər  usda  yona  bilmerdi.  Ələsgər  bu  sənətnən,  həm  də  aşıxlı-
ğınnan burda başını girreyir
200
, dolaney. 
                                                             
197
 Sazdıyır – düzəldir 
198
 Mətiyini – atmacasını 
199
 Yonqu – ağacdan nəsə düzəltmək üçün balta ilə yonmaq 
200
 Başını girreyir – gününü, vaxtını keçirir 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   66   67   68   69   70   71   72   73   ...   94




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə