Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə68/94
tarix25.06.2018
ölçüsü2,8 Kb.
#51034
1   ...   64   65   66   67   68   69   70   71   ...   94

 
 
249
– Əə, usda sazını qoydu getdi, bu nətəəri şəyirtdi ki, şə-
yirdini gətirif. 
Məjlis quruloy  yenə, aşıxlar gəley. Baxey ki, əə, bir ço-
vannamasına
174
 adamdı. 
– Ayə, Nağı, bu gətdiyin
ı
 kimdi? 
Deey: 
– Şəyirdim. 
Deey: 
– Ayə, neçə yaşı var? 
Deey: 
– Altmış. 
Deey: 
– Bu yekəlikdə kişidən də şəyird olarmı? Adı nədi? 
Deey: 
– Solaxqey.  
Deey: 
– Əə, bu nətəri addı? Belə də ad olar? 
Ona kimi bu rəhmətdih dilləney ki, aşıxlar, mənim usda-
mı  hası  söznən  bağlıyıf  sazını  alıfsın
ı
ızsa,  çıxın
ı
  meydana, 
bəlkə, mən də sazı verəjəm. 
Ələsgər  sazı  köynəhdən  çıxardanda  bu  “usdaddar  usda-
dı” Əsədulla Cəfərquluyu çağırey yanına, deey: 
– A Cəfərqulu, gə burəə. 
Xəlvəçcə  buna  deey  ki,  nə  qədər  pul  yığılsa,  sənin
ı
di. 
Sazda təmənnan
ı
 olmasın, saz mənimdi. Ələsgərin də sazı saz 
oluf.  O  vaxdı  da  saz  tapılmeydı.  Razılaşellar.  Gənə  şəyirdini 
qaldırey, həmən bu söhbəti eləməyə. Deey ki, mənim usdamı 
hası söznən bağladın
ı
ız, onun sazını aldın
ı
ız? 
Deey: 
                                                             
174
 Çovannamasına – çoban kimi  


 
 
250
− Sənin usdana dedik, hərəmiz bir söz oxuyajeyıx, onun 
axırıncı kəlməsi “ay nədən oldu” olajax. 
Deey: 
− A bala, de göröm o hası “ay nədən oldu”du? 
Şəyird ağzını açey ki:  
Əzəldən can deef, can eşidən yar,  
İndi beyvəfalıx ay nədən oldu?! 
Deyirdin
ı
, ölüncə dönmərəm sənnən,  
Yadnan aşınalıx ay nədən oldu?!  
Dəəndə heş bu sözünün dalını davam eləməmiş Ələsgər 
deey: 
–  A  bala,  olmazmı  hər  kəs  öz  bağının  meyvəsini  dərə, 
özgə  bağa  oğurruğa  getməə.  Yanı  bu  sənin
ı
  döyül,  Tufarqan 
Abbasındı. 
Deey: 
–  A  kişi,  bağ-buğ  bilmerim,  bilesin
ı
,  cavaf  ver,  bilme-
sin
ı
, sazı təfil ver. 
Bu elə bir “Ay nədən oldu” başdeey ki: 
Yerin, göyün, ərşin, kürşün, insanın 
Künhü, bünövrəsi, ay nədən oldu?!  
Yeri göydən, göyü yerdən kim seşdi? 
Hikmətin dəryası, ay nədən oldu?!  
 
Neçə sütun, neçə qəndil vuruldu? 
Sən kimsən
ı
, mən kiməm, kimnən soruldu? 
Eşqin müəmması harda duruldu? 
Usdaddar usdadı, ay nədən oldu?! 
 
Bir qoja aşığam, intizarım var, 
Alimsənsə, eylə məni xəbərdar, 
Elmi hardan tapdı cümlə aşıqlar, 
Şeyiri, müəmması ay nədən oldu?! 


 
 
251
Şəyird  deey  ki,  əə,  mən  buna  nə  cavaf  verem?  Usdadı 
Əsədullah cağırey, deey: 
–  Əə,  göyçəli  Aşıx  Ələsgərin  bir  bağlı  qıfılbəndi  qalıf, 
deef,  ölüf  gedəjəm,  bunu  açmayjam.  Bu  da  gəlif  çatıf  bizə, 
onu de, sazı alajaxsın
ı

Ələsgər bu sözü deef də açmeyıfbış, məjburiyət qarşısın-
da qalıf Şərurda, deyişmədə açıf. Ələsgər bu sözü deefbiş ki: 
Altı gündə dünya neçə don geydi?! 
Nə üsdə yerrəşdi, bərqərar oldu?!  
Əzəldən kim oluf Turun bənnası?! 
Ulduzdar nə təhər yerbəyer oldu?! 
Bu Ələsgərin bağlı bəndidi. Bunu buna dəəndə deey: 
– A bala, bu söz kimindi? 
Deey: 
– Aşıx Ələsgərin. 
– Aşıx Ələsgər hansınızsan
ı
ız? 
Usdadı Əsədullahı görkəzey ki, bax odu. 
Deey: 
–  Əə,  qorxuram  söz  yəəsi  böyrün
ı
üzdən  çıxa,  anan
ı
ızı 
ağlar qoya. 
Deey: 
– Əə, söz-möz, yəəsi-məəsi bilmerim, bajareysın
ı
, cavaf 
ver, bajarmeysın
ı
, sazı təfil ver. 
Həmən bağlı bəndi məjburiyət qarşısında qalıf açey: 
Altı gündə dünya iki don geydi, 
Gavı-mah üsdündə bərqərar oldu. 
Hax sözü olufdu Turun bənnası, 
Ulduzdar göy üsdə yerbəyer oldu. 
Bu  qıfılbəndi  Ələsgər  axıra  qədər  deey  və  hər  bəndin 
açmasını da deey. Cəfərqulu sazı təfil verey də, deey: 
– Ay usda, mənnih döyül. 


 
 
252
Əsədulla  qızmış  nər  kimi  deey,  qalxdı,  Ələsgərə  həcvə 
keşdi: 
Solaxqey aşıxsan
ı
, az çüşünərsən
ı

Qeyli-qallı bir bazara çüşərsən
ı
.  
Altmış yaşında şəyird olufsan
ı
,  
Vəzifədən tez kənara çüşərsən
ı
.  
Ələsgər  baxey,  əə,  bunun  çəntəsində  heş  nə  yoxdu
175

Deey, əə:  
Məğrurrux eləyif usdadam demə, 
Sən də olar bir gün dara çüşərsən
ı
.  
Baş tülək deyilsən
ı
, çolpa balasan
ı

Sürvən
ı
nən
176
 ayrılıf, tora çüşərsən
ı

 
Sən çəkmə Nağının işvə-nazını,  
Zimistana döndərəjəm yazını,  
Soyaram libasın
ı
, allam sazını,  
Yal-quyruğu qırxıx yola çüşərsən
ı
.  
 
Saxla dilin
ı
, özün üçün yağıdı,  
Aşıx Ələsgərin odlu çağıdı,  
Alar caynağına, səni dağıdı,  
Göydən yerə parça-parça çüşərsən
ı
.  
Tok vurmuş adam ayılan kimi, Əsədulla deey ki, əə, Na-
ğı, bə deeysin
ı
 ki, mənim şəyirdimdi. Hancarı bu Aşıx Ələsgə-
riymiş. Bu da sazı təfil verəndə rəhmətdih Aşıx Ələsgər deey: 
– Nə qədər pul yığılıf, hamısını bu torvəə
177
 doldurajaxsı-
n
ı
ız. Sazın
ı
ızı  götürəjəksin
ı
iz.  Mən  əlimə  saz alannan bir  aşıx-
nan  nə  qavaxlaşmamışam,  nə  də  qavaxlaşmaram.  Aşığın  biri 
çox bilər. Hamı çalışır uşağına para çörəh tafsın, dolandırsın. 
                                                             
175
 Çəntəsində heş nə yoxdu – burada: bildiyi yoxdur. 
176
 Sürvənnən – qatarından 
177
 Torvəə – torbaya 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   64   65   66   67   68   69   70   71   ...   94




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə