Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə65/94
tarix25.06.2018
ölçüsü2,8 Kb.
#51034
1   ...   61   62   63   64   65   66   67   68   ...   94

 
 
237
Kişi deer: 
– A köpəyin qızı, üzün
ı
ə yaxşı baxsalar, heş qayıtma.  
 
25. APPANI YE, OPPA GEDƏK 
 
Bir  gün  Ərzayıl  bir  qoja  kişigilə  gəlif  deer  ki,  hazırraş, 
vaxdın
ı
dı. Qoja yalvar-yaxar eliyir ki, qadan
ı
 alem, bir az vax 
ver,  nəvəmin  toyunu  eliyim,  son
ı
ra  gəl.  Əzrayıl  razılaşır  ki, 
toydan son
ı
ra gəlsin. 
Aylar keçir. Qojanın bir gün yadına tüşür ki, Əzrayıl gə-
ləjəh. Qaçıf uşax baxçasına girir, uşaxlarla bir sdolun başında 
oturuf  çörəh  yiir.  Əzrayıl  bilir  ki,  qoja  uşax  baxçasındadı. 
Gəler  keçer  içəri,  qojadan  soruşur  ki,  burda  nə  iş  görürsən
ı

uşaxların içində? 
Qoja deer: 
– Appa yiməyə gəlmişəm. 
Əzrayıl deer: 
– Appanı yi, oppa gedəh. 
 
26. QIRX İLDİR BAXIRAM 
 
Güzgü təzə çıxey, gətirellər şaha. Birinci şahda olmalıdı 
də güzgü. Şah bu güzgünü qavağına qoyoy, öz vidinə-fasonu-
na baxey da, deey: 
− Allah, sən özün
ı
 saxla, mən nə gündəymişəm. 
Başdeey oturuf ağlamağa. Ona kimi nökər – Allah öyü-
n
ı
ü yıxsın, nökər nədi, bekar nədi – yüyüröy gəley ki, əə, mə-
nim şahım niyə ağlasın. Deey: 
– Şah sağ olsun. 
Deey: 
– Ə, rədd ol. 
Nökər deey: 


 
 
238
 – Ayrı söhbət yoxdu, neçə ildi xidmətin
ı
də olmuşam, de 
görüm niyə ağleesın
ı

– Ala bu güzgünü götür, özün
ı
ə bax. Oğul, güzgüyə bax-
dım,  öz  şəklimi  gördüm,  özüm  özümnən  diksindim.  Ağleey-
rım ki, niyə mənim belə iyrənc sifətim var. 
Nökər  oturoy  şahın  oturduğu  yerdə,  bu  da  hönkür-hön-
kür ağleey. 
Şah deey: 
– Əə, mən bu vidimə-fasonuma baxdım ağladım, sən ni-
yə ağleeysın
ı

Deey: 
–  Şah,  sən  indi  güzgüdə  sifətin
ı
ə  baxıf  ağleeysın
ı
,  mən 
qırx ildi sənin
ı
 sifətin
ı
ə baxeyrım, ölənətək ağlıyjam. 
 
27. İKİ QARDAŞLA BİR KÜRD 
 
İki qardaş vardı. Bunnar çox kasıvıydılar. Bunnarın qon
ı
-
şuluğunda bir kürd yaşıyırdı. O kürdün bir inəyi vardı. Bu qar-
daşlar  bir  gün  bərk  ajıllar.  Yiməyə  evlərində  heş  nə  yoxudu. 
Çöldə bərk qar yağırdı. Qardaşdar belə qərara gəlillər ki, gedif 
kürdün  inəyini  oğurruyuf,  kəsif  yisinnər.  Çöldə  də  qar  yağ-
dığına  görə  fikirrəşillər  ki,  bunnarın  izini  qar  örtər.  Kürt  də 
bilməz ki, onun inəyini bunnar oğurruyuf. Ancax sən saydığın
ı
ı 
say, gör fələk nə sayır. Bunnar inəyi oğurruyuf kəsillər, ətinnən 
pişirif  yiillər.  Çöldə  qarın  yağmağı  diyanır.  Kürt  evdən  çıxıf 
töyləyə  gedir  ki,  inəyi  alaflasın
168
.  Gedəndə  görür  ki,  inək 
töylədə yoxdu. Eşiyə çıxıf görür kü, töylədən qardaşdarın evinə 
qədər  iz  var.  Həmin  iznən  iki  qardaşın  evinə  gəlir.  Gələndə 
görür  ki,  qardaşdar  inəyi  kəsif,  ətinnən  də  yiiflər.  Kürt  çığır-
bağır  salır,  səhərsi  gün  qazının  yanına  şikayətə  gedir.  Qazıya 
                                                             
168
 Alaflasın – ot versin 


 
 
239
qardaşlardan  şikayət  eliyir  ki,  onun  inəyini  qardaşdar  kəsif 
yiiflər.  Qazı  qardaşdarı  yanına  çağırır.  Qardaşdar  əvvəldən 
fikirrəşillər ki, oğurruğu birimiz boynumuza alax, o birimiz də 
ona  köməh  eləsin.  Ataları  o  vax  bunnara  yüz  manat  pul 
vermişdi  ki,  bu  pulu  dara  tüşəndə xərşdiyin
ı
.  Həmin  pulu qar-
daşdardan biri götürüf qoynuna qoyuf qazının yanına gəlir. Qa-
zı bunnan soruşur ki, kürdün inəyini niyə oğurruyuf kəsifsin
ı
iz? 
Qoynunda pul olan qardaş başdıyır əhvalatı danışmağa: 
Qarıydı, boranıydı, 
Halımız yamanıydı, 
Çörəyimiz yavanıydı. 
Getdik inəyi gətirdik biz, 
Dedih, yağar qar, itər iz, 
Yağmadı qar, itmədi iz. 
Sən mənim bu qoynumdakı yüz 
Kürdün əlini mənnən üz. 
Qazı görür ki, qardaş buna pul təklif eliyir. Qazı da baş-
dıyır belə deməyə: 
Qarıydı, boranıydı, 
Halın
ı
ız yamanıydı, 
Çörəyin
ı
iz yavanıydı. 
Getdin
ı
iz inəyi gətirdin
ı
iz siz, 
Dediz, yağar qar, itər iz, 
Yağmadı qar, itmədi iz. 
Sən o qoynun
ı
dakı yüz 
Keç, içəridə stolun üsdünə düz
Dal qapıdan vız. 
Qardaş da qazının dediyini başa tüşür. Keçif içəridə pulu 
sdolun üsdünə qoyuf dal qapıdan qaçır. Kürd gözdüyür, görür 
bu qardaş qayıdıf gəlmədi. Qazıya üzünü tutuf soruşur: 
– Onu harya buraxdın
ı
, mənim inəyim nejə olajax? 
Qazı deer:  


 
 
240
– Rəhmətdiyin oğlu, görmürsən
ı
 and-aman elədi ki, eşih-
də söyuğuydu, biz inəh-zad oğurramamışıx. 
Kürd başa tüşür ki, burda nəsə fırıldax var, üzünü qazıya 
tutuf deer: 
–  Gördüm  siz  dız-vızdan  danışdın
ı
ız,  bildim  ki,  mənim 
də inəyim cız-bız oldu getdi. 
Kürd əlini hər şeydən üzüf evinə gedir. 
 
28. SƏNƏ XƏBƏR ELƏMƏDİMMİ? 
 
Biri Qışnan dosd olur. Deer: 
– Gələndə man
ı
a xavar elə. 
Qış da deer ki,  yaxşı, xavar eliyərəm. Qar bir gejə dağ-
lara  yağır.  On  gün  son
ı
ra  kəndin  girəcəyinə  kimi  yağır.  Bu 
adam da tərpənmir. On günnən son
ı
ra düz evin içinə kimi ya-
ğır. Kişi Qışa deer ki, ə, san
ı
a demədimmi, gələndə xavar elə. 
Bu da deer: 
– Bəs san
ı
a xavar eləmədimmi? Birinci yağdım dağlara, 
son
ı
ra yağdım kəndin girəcəyinə, axırda da həyətin
ı
ə.  
 
29. NƏ QƏDƏR İSTƏYİRSƏN, İÇ 
 
Bir qıza elçi gəler. Kişi gəler deer: 
– A qızım, a qızım, man
ı
a bir isdəkan su ver. 
Qız da duror quruşquyu kişiyə verer də, deer: 
– Ala, bax bu quruşqa, o da  su. Qarnın
ı
ın miqdarını bi-
lersən
ı
. Nə qədər isdiyirsən
ı
, ged iç. 
Qız öz mərifətini görkəzer, elçi də gəldiyi kimi kirmişcə 
geri qayıder.  
 
 
 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   61   62   63   64   65   66   67   68   ...   94




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə